Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə25/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   21   22   23   24   25   26   27   28   ...   143

__________________Milli Kitabxana_________________ 

72 


 

-Kəs, məlun, sənə çox deyiblər, haçan qulaq asmısan? Molla sənə  nə  qədər 

nəsihət eləyib, birinə baxmısan? 

Ədilin  əli hər yerdən üzüldü, Ağa  Əli ilə  Ağa Hüseyn onun qıçlarını  və 

qollarını boğmuşdu; Alışın barmaqları boğazına keçəndə, o ömrünün başa çatdığını 

anladı; son nəfəsdə mütrüfə sanki bır anlıq cürət gəldi; bağırdı: 

-Heç sən özün də məndən fərri deyilsən, yolkəsən, qaniçən quldur... Sənə də az 

tövbə verməyiblər... 

Ədil xırıldadı, onun rəngi boğuldu, göyərdi, səsi kəsildi. Dili ağzından çıxdı. 

Alış isə hələ də onun boğazını sıxmaqda davam edirdi, barmaqları açılmırdı: 

-Ay  əclaf, arsız. Mən sarı urusun yolun kəsib qaçaq olmuşam, din,şəriət 

yolunda güdaza getmişəm, lənətlik... 

...Sonanın vəziyyəti  Ədilinkindən yaxşı deyildi. O elə bil ayaq üstündə 

ölmüşdü. Danışa, yalvara bilmirdi: vuruşmaq, didişmək bacarmırdı. Qarşısına 

yeriyən bu qamətli, boy-buxunlu, beli xəncərli, qaraqaş, qarabığ, gözləri qızarmış 

cavan, əlinin yüngül bir zərbəsi ilə o zərif məxluqu yıxıb öldürə bilərdi. Sonanın ağ 

ipək köynəyi altından tez-tez qalxıb enən köksündə ürəyi, bala serçə ürəyi kimi 

çırpınırdı. Cavan qaçaq yaxınlaşdıqca Sona geri çəkilirdi, beləliklə onlar otağın baş 

tərəfınə - lap divarın dibinəcən getdilər. Arxası divara dəyəndə Sona çırpındı, 

qəfəsdəki bülbül kimi həzin-həzin nalə elədi: 

-Qardaş, qurbanın olum, vuran əlüvə qurban olum, öldür, qanım halaldı sənə, 

amma namussuz eləmə  məni, o dünyada həzrət Fatimə qulluğunda  ətəyindən 

yapışıb şikayətələrəm... 

"Namus"... Çəngi dilindən eşidilən bu söz oğlana gülünc göründüsə də, birdən-

birə üç şey ona qalib gəldi:  əvvələn, o qızın gözəlliyinə, incəliyinə heyran 

olmuşdu, bu gözəl çiçəyi qırıb atmağa, bu xınalı kəkliyin nəfəsini kəsməyə, körpə 

ceyranın gözlərini yaşartmağa  əli gəlmirdi. Digər tərəfdən, Ağa Səməd Allahdan 

qorxan gənc idi, qadın ona elə bir and vermişdi ki, o bu anddan keçsə, arvad 

xaylağına  əl qaldırsa,  əbədilik özünü günahkar sayacaqdı. Üçüncü tərəfdən, Ağa 

Səməd namus əsiri bir cavan idi. O yer üzündə namusu hər şeydən üstün tuturdu. 

Qarşısındakı çəngi olsa da, namusu üçün əsir, ölümündən qorxmurdu. Əgər Sona 

diz üstə düşüb  Ədil kimi onun ayağından öpsəydi, nə olursa olsun sağ 

buraxılmasını xahiş etsəydi, Ağa Səmədin  əli titrəməz, dərhal Sonanı öldürərdi. 

Halbuki, Sona ölümü namussuzluqdan üstün tutmuşdu. Bu üç səbəbə görə də Ağa 

Səməd Sonanı 

 

 




__________________Milli Kitabxana_________________ 

73 


 

öldürmədi, ona əl belə uzatmadı, başı Ədilə qarışan Alışa tərəf ötəri nəzər atıb 

pıçıldadı: 

-Yıxıl yerə, Sona, özünü ölülüyə vur, səhər gizlin şəhərdən itil,yoxsa Alış bilsə 

səni sağ qoymuşam, derüvə saman təpər. 

Sona  əvvəlcə inanmadı, sonra gəncin gözlərinə baxıb onun doğru danışdığını 

anladı, böyrü üstə yerə sərildi, onsuz da güclə ayaq üstə dururdu... 

...Alış qalxdı. Artıq  Ədilin nəfəsi tamamilə  kəsilmişdi. O, əllərini çuxasının 

ətəklərinə sildi, yerə düşmüş papağını  Ağa Hüseyndən alıb başına qoydu, Ağa 

Səmədə tərəf döndü: 

-Hə... sənin işin nə oldu? 

Ağa Səməd dik onun gözünün içinə baxıb saymazca dedi: 

-Deyəsən, qorxudan ürəyi partlayıb; heç əl vurmanuş o dünyalıq olub... 

Alış ucadan güldü: 

-Baxtun işləməyib, neyləmək olar. Qalsın gələn səfərə... Hə,uşaqlar, tez olun, 

əkilək, Hacıya muştuluğa. Biz əhdimizə vefa eləyib fıtnə yuvasını dağıtdıq. 

Onlar tələsik otağı tərk etdilər. 

Qan olmuş, meyit düşmüş bu evdən qanlı bir dəstə çıxırdısa da, yerdə qan izi 

görünmürdü. 

...Sona yerindən qalxdı, taqəti kəsilmiş dizlərini ovuşdurdu: "Hara gedim, 

Allah, kimə üz tutum? Bu göy çadır altında kimim-kimsəm yoxdu. Nə ata, nə 

qardaş, nə ana! Kimin qapısını döyüm, kimdən imdad istəyim", - deyə düşündü

əvvəlcə  ağlına Mahmud ağa gəldi: "Əl tutar, qoruyar məni bu bəladan, ürəyi 

nazikdi, dərdimi deyərəm çarə elər mənə". Sonra fikrini dəyişdi: "Yox, orda hamı 

məni tanıyır, hamı bilir ki, mən kiməm, o saat səs hər yerə yayılacaq. Alış xəbər 

tutub biləcək ki, sağam, ölməmişəm. Yerin təkində də məni gizlətsələr, tapıb axı-

rıma çıxacaq. Yox, bu olmaz, gərək heç sağ qalmağım yerli-dibli bilinməsin, yoxsa 

o cavanı da bədbəxt elərəm. O məni binamus eləmədi. Mənə əl vurmadı. Gərək elə 

eləyim ki, onun adı heç yerdə  çəkilməsin, izim-tozum bilinməsin. Təki o sağ 

qalsın". Alışın qan sağılmış gözləri yadına düşəndə Sona ağrılarını unutdu, hövlnak 

yerindən durdu: "Əvvəl bu qan ocağından uzaqlaşım, sonra de görüm başıma nə 

çarə qılıram". 

İlk xoruz banı  eşidiləndə, Sona cəld yerindən qalxıb,  əyninə köhnə-külə 

geyindi. Qız taxçadakı Füzuli divanı arasından içərisinə nə isə qoyulmuş iki vərəq 

kağızı alıb bükdü və cunayısının ucuna bağladı. 

 

 




__________________Milli Kitabxana_________________ 

74 


 

Bunlar Seyyidin ona verdiyi suyu çəkilmiş qızılgül və qəzəllər idi. Qız təhlükə 

vaxtında da onu unuda, bu qan ocağında qoyub gedə bilmədi: "Sabah bütün bunlar 

tökülüb-töküşdürüləcək. Ağanın yazıları ələ keçər, Allah eləməmiş! Həm də seyid 

yazısıdı, dua kimi şeydi, mənə cəddi kömək olar", - deyə cunanın ucunu qoynuna, 

ürəyinin üstünə qoydu və qara nimdaş çarşaba sıx-sıx bürünüb küçəyə  çıxdı. 

Ətrafda hənirti yox idi. Səs-səmir eşidilmirdi. Sübhün alaca toranında Sona on-on 

iki il ömür sürdüyü, artıq onun üçün doğma olmuş məhəlləni əbədilik tərk etdi. O 

burada anasını, son ümidini torpağa basdırmışdı, o bu məhəllədə musiqinin nə 

olduğunu başa düşmüş, qüdrətinə valeh olmuş, el gözündə lənətli sənət sayılsa da 

rəqsə bağlanmışdı. O bu məhəllədə əbədi olaraq qadın və ana olmaq səadətindən 

məhrum olmuş, çəngi damğasıyla damğalanmışdı. Bu məhəllədə onun sevdiyi bir 

şəxs yox idi. Hörmət edən də  yox  idi.  Bu  məhəlləyə  gələn hər bir kişi ona nəşə 

mənbəyi kimi baxmış, hər bir qadın onu özünə rəqib bilib nifrət etmişdi. Sonanın 

bu yerlərdə heç nəyi qalmırdısa da, nədənsə, bir anlıq ürəyi əzildi. Axı necə olsa 

on-on iki illik ömrü bu yerlərdə keçmişdi. 

Duyduğu hər bir hənirtidən ürkürdü. Sübhün bu erkən çağında kimə rast gəlsə, 

ona şübhə ilə baxacaqdı. Belə tezden küçədə görünən qadın kim ola bilər? Bu hal 

hamıda maraq doğurar, sirri açılar. Bacardıqca bu yerlərdən tez uzaqlaşmaq 

lazımdır. Nə qədər basqın səsi, mütrüfün ölüm xəbəri yayılmayıb, qaçmaq, aradan 

çıxmaq vacibdir. Sona evlərin, çəpərlərin, divar və hasarların kölgəsi düşən 

yerlərlə gedirdi. 

...Ayaqları onu elə bir yerə  gətirib çıxartdı ki, nə  ağlı, nə  də ürəyi buna razı 

olmazdı. Bu onların qapısı idi! Onun!.. "Aman Allah, mən onun da başım bəlaya 

sallam! Mən bura nə üçün gəlmişəm? Bəs hara gedim? Hara? Ay yeri-göyü 

yaradan Allah! Kimə üz tutum?" 

Hava aralanmışdı. Evdən azacıq aralı Qalabazar məscidinin minarəsindən 

azançının səsi ucaldı... Bu Şamaxı məhəllə məscidləri içərisində, Şamaxı azançıları 

arasında gözəl səsi ilə tanınmış  Kəblə Mürvət idi. Onun çəkdiyi azan ürəklərə 

işləyirdi. Kəblə Mürvətin azanı başqa məhəllə möminlərinin qibtəsinə  səbəb 

olurdu. "Əşhədü ənna la ilahə illəllah"... Kəblə Mürvət sanki ağlayır, dibsiz göylərə 

minlərin, milyonların naləsini, fəryadını çatdırmağa cəhd edirdi. "Əşhədü  ənna 

Mühəmmədən rəsulullah" - Sona bu səsi eşidənde titrədi, ürəyində anlaşılmaz bir 

ümid doğdu: "Bəlkə  məscidə gedim, bəstə girim, aman istəyim, Allahın evində 

mənə heç nə eləməzlər", deyə məscidə, "Ia ilahə" səsi ucalan səmtə tərəf bir addım 

atdı. Lakin dərhal fıkrindən 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə