Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə22/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   18   19   20   21   22   23   24   25   ...   143

__________________Milli Kitabxana_________________ 

63 


 

-Özün demisən Ağa... 

Cavan təlaşa düşdü... Məgər o, Sonanın görüşünə gedəcəyini dostlarına 

danışmışdı? Bunu kim bilə bilərdi? O ki bu barədə heç kəslə kəlmə kəsməmişdi... 

-Kimə, haçan, Sona? 

Qız gülümsədi, sərvləri sığallayan xəfif bir meh kimi... 

-Keçən məclisdə oxuduğun qəzəldə: 

 

O gün olsun ki, səri-kuyüvə düşsün güzərim,  



özümü izzət ilə cənnəti-məvada görüm... 

 

Şairin təlaşı sevincə çevrildi, əlini alnına sürtdü, o da gülümsədi: 



-Mən  şeir oxuyanda sən heç vaxt məclisdə olmursan, bəs bunu hardan 

eşitmisən? 

-Qapının dalından. Rəqs qurtaran kimi biz otaqdan çıxırıq,  şeir məclisi 

başlananda qapının dalına gəlib sənə qulaq asırıq. Mən də,  İzzet də... elə o biri 

qızlar da... Sənin bütün qəzəllərini Nəcəfquludan  əvvəl biz əzbərləyirik... Dəsti-

xəttin çatan kimi... 

Gənc şairin ürəyi az qaldı fərəhdən çatlasın. Sona onun qəzəllərini oxuyur... 

-Sən oxumaq bilirsən? 

-Bir az qara tanıyıram. Amma Ağa, sənin qəzəllərini öyrənmək üçün elə qara 

tanımaq da bəsdi, onlar elə  rəvandır ki... Cənab Mahmud ağa buyuran kimi 

təbisəlim var sizdə... böyük Füzuli kimi... maşalla -namxuda. 

-Mən  ən xoşbəxt  şairəm, Sona, şerimi sənin kimi bir dilbər oxuyub başa 

düşürsə, onu sevib əzbərləyirsə, daha nə dərdim... 

Sona karıxdı, o söhbəti şeirdən salmışdı ki, Ağa "ayrı sözə" keçməsin. Halbuki 

söz buna yönəlirdi. 

-Səni ilk gördüyüm gündən məftunun olmuşam, Sona, sən mənim bütün 

qəzəllərimdəki "büti-ziba"san, Şirinim də, Leylim də sənsən;adını bir qəzəldə çəkə 

bilməsəm də Züleyxa deyəndə, Əzra deyəndə,Leyli adı çəkəndə səni görürəm. 

 

Dünya üzü sərbəsər əgər hur olsun,  



Girməz gözümə, yüz gözü məxmur olsun,  

Ey Zöhrəcəbin, mah rüxündən ayrı  

Xurşidə əgər baxsa gözüm, kur olsun. 

 

-İraq canından, Ağa, elə demə! 



 

 



__________________Milli Kitabxana_________________ 

64 


 

Cavan çırpındı.  Əllərini irəli uzatdı, amma rəqqasə  də olsa, bu naməhrəm 

gəlinin əllərinə toxuna bilmədi. Ürəyi isə ilhamla dolmuşdu, sözlər öz-özünə həzin 

bir çeşmə kimi axırdı, arabir hicab daşına toxunub titrəyir, yenə  də  rəvan-rəvan 

süzülür, şahnazın həzin melodiyaları təkin pərdə-pərdə qalxır, enir, gah zildə, gah 

bəmdə sızlayırdı: 

-Sən bizim Ceyrankeçməzin ürkək ceyranısan, Sona, sənin  şəninə yüzlərlə 

qəzəl, rübai qoşsam, genə  də  dərdimi, hicranın, fərağın  ələmini yazıb qurtara 

bilmərəm. Sənin rəqslərin mənim ağlımı başımdan alıb... Daha özümdə-sözümdə 

deyiləm... 

-Bilirəm... 

-Nədən? Mən ki bu günəcən səninlə kəlmə kəsməmişəm. 

Qız başını salladı; dərdli-dərdii pıçıldadı: 

-Gözlərindən bilirəm... hər dəfə məclisə çıxanda seyr etdiyim gözlərindən... 

-Sən ki bir dəfə də olsun başını çevirib üzümə baxmamısan. 

-Buna ehtiyac da yoxdur, Ağa, amma mən sənin bütün iztirablarını görürəm, 

sonra da şeirlərini dinləyirəm, bilirəm ki, mənə yazmısan... 

Gəncin qorxduğu oldu: Sona onun ən çox ehtiyat etdiyi pərdələrdə çalmağa, 

xallar vurmağa başladı: 

-Özün demisən ki, "bu rəsmdir ki, pəri mərdümə əyan olmaz", - 

amma mən  əyan olmuşam. Səni sevmək səadəti mənə  nəsib deyil, Ağa,mən 

Şamaxı arvadlarının "çəngi"deyib, namərbutları söydüyü, uşaqları qorxutduğu 

bədbəxt Sonayam. 

Gənc bütün varlığı ilə etiraz etdi: 

-Bədbəxt demə, yaradan Allah sənə elə bir qabiliyyət verib ki... 

Sən insanlara xoşbəxtlik gətirmək üçün yaranmısan... 

Qız kəskin tərzdə başını qaldırdı; üzündəki həzin kədər izi silinib yox oldu; 

acıq istehzalı bir qəzəb duyulan səsi kimi, gözləri də qəzəb atəşi saçdı: 

-Bəs özüm? Kaş heç verməyəydi, o qabiliyyəti mənə Allah... 

Mütrüf əlinə keçib çəngi olanacan, kaş yazıq anam kimi məni də dünyadan tez 

aparaydı; nakam - amma üzü hörmətli... Nə olsun ki, sən demiş, böyük qabiliyyət 

verib Allah mənə? Amma onun bu zəmanədə  nə  qədri var? Kimin gözündə bir 

füluscan qiyməti var? Tərsinə... 

Bütün bəla və işgəncələr mənə elə bu qabiliyyət ucundan gəlmirmi? 

Mən bunu başa düşürəm ki, insan əzab çəkməsə, heç bir istəyinə qovuşa 

bilməz! Sənətkar həmişə  əzab çəkib, sonra ucalıb! Amma, əvvələn, mən özümü 

hələ belə layiqli bir sənətkar hesab eləmirəm, 

 

 




__________________Milli Kitabxana_________________ 

65 


 

ikinci, arvad xaylağıyam. Qadının heç bir haqqı olmayan bir zəmanədə sənətkar 

olmağından kimə nə fayda var? Nə çəngi adı alanın özünə, nə də ona nifrət gözüylə 

baxan, lənət damğası vuranlara! Mənim sənətim bir od-alov olub işıq saçsa da, 

istisinə heç kim qızına bilmir, tüstüsündənsə özüm kor oluram. Belə bir zəmanədə 

sənətkar olmağın nə faydası var, Ağa? Mən bir yandan el içindəki ayıblı adıma kor 

olub oturmalıyam, o biri yandan da bütün xoş xəyallara vida eləyib, məclislərində 

oynadığım adamlara həzz verməliyəm, vəssalam... 

Qəzəbindən qızın cingildəyən səsi titrəyirdi. 

Sona qarşısındakını  qəzəl yazan və  qəzəllərində pak məhəbbət, ecazkar 

Məcnun-Leyla, Vamiq-Əzra, Fərhad-Şirin məhəbbəti tərənnüm edən  şair kimi 

sevir, dediyi qəzətlərdə  Tərlan məhəbbətinin təzahürünü görür, bir az da Seyyid 

kimi şairi tanıdığı ilə fəxr edirdi. Sona onun tez-tez və çox-çox yazmasını istəyirdi, 

bunun üçün əlindən gələni də eləyər: məhz onun üçün rəqs edər, musiqinin ecazına 

dalıb özündən gedənəcən oynardı, Təki bu qəzəllər çox və daha incə yazılsın, 

onlardakı  məhəbbət daha çox dərin və bihuşedici olsun. Burada şairin gözlədiyi 

məhəbbət yox idi. Qız onun üçün məşuqə deyil, ilham pərisi idi... Özü də bilmədən 

hər rəqsilə, hər bir baxışı ilə onu məhz yaratmağa səsləyirdi. 

Şair isə, bir az əvvəl dediyi kimi, özünü şama çırpan pərvanə idi... Axı o cavan 

idi, o bu məhəbbətin hələ  nə genişlikdə, nə  dərinlikdə olduğunu dərk etmədən 

Sonanın rəqsinin gözəllik və qüdrətinə heyran olmuşdu... O qızı məhəbbətə çağırır, 

qız onu sənətə səsləyirdi... 

Seyyid donub qalmışdı; o, gözəlin sözlərindəki həqiqət qarşısında aciz idi; 

halbuki elə zənn edirdi ki, böyük bir valehliklə rəqs edən cilvəkar qız, öz sənətinə 

heyrandır, vurğundur... Qız rəqs edəndə elə bil rəqsdən başqa heç nə görmür, heç 

nə duymur, heç nəyi sevmirdi, başqa birhəyat arzulamırdı... Halbuki... 

Cavan kədərlə dilləndi: 

-Mən elə bilirdim ki, sən sənətini sevirsən, bəyənirsən, Sona?! 

Qız qəzəbini boğmağa çalışdı: 

-Nə olsun ki, Ağa? Mənim də çörəyim ondan çıxır, kaş  çıxmayaydı, çarəm 

nədi?.. Gözümü açıb onu görmüşəm. Doğrudur, mən musiqini çox sevirəm, bunu 

düz buyurursan, musiqisiz bir günüm olmasın,eşidən kimi dərdim-azarım 

yadımdan çıxır, qulaq asıram.  Əlim-ayağım öz-özünə oynayır... Amma bu ayrı 

məsələ, sənin dediyin də ayrı məsələdi! Mən bədbəxt olmuşam, daha heç kəsi öz 

dalımcan sürüyüb quyuya qülzümə sala bilmərəm. 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə