Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə18/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   14   15   16   17   18   19   20   21   ...   143

__________________Milli Kitabxana_________________ 

51 


 

süfrəni saldı, Üstü sərpinclə örtülü plov sinisini, xuruş, ovşara və digər lazımi 

şeyləri dəstərxana düzdü, toyuğu parçaladı, "nuş can, ağalar" deyib çıxdı. O qapını 

kip örtüb getdi. Yaxşı  təlim görmüş nökər idi Səfı, o ağasının gizli məşvərət 

apardığını başa düşdüyündən indi içəriyə hec kəsi buraxmazdı. 

Hacı mehmannavazlıq vəzifəsini  əda eləmək məqsədilə  əqiq üzüklü əlini 

sərpincə uzadanda, Molla Qurbanqulu əlini onun əlinin üstünə qoydu; ərkyana 

dedi: 


-Sərpinci götürmə, Hacı qardaş, təamımız soyuyar. Söhbəti sonraya qoya 

bilmərəm, bilirəm ki, boğazından tikə getməyəcək... gəl bir şərt kəsək.., - mollanın 

gözü, üzərində "Allah-Məhəmməd" sözləri həkk edilmiş əqiq üzükdə idi. 

-Nə şərt? 

-O şərt ki, əgər çəkdiyim çarə döşünə düşsə, xata səndən sovuşsa, bu qiymətli 

əqiq üzük mənə müjdəlik olsun. 

Hacı yumşalan kimi oldu: 

-Qurbandı  sənə, axund ağa,  əgər xəta evimdən uzaq olsa, üstəlik sənə bir 

Qəmər day da bağışladım... Amma tez ol, bağrım çatlayır... 

Mollanın gözü parıldadı; "xuda nəkərdə"ni unudub dedi: 

-Allah razı olsun, sənə dövləti-İbrahim kəramət eləsin. Mən heç razı ollam ki, 

sənin külfətüvə  sədəmə toxuna... Məsələ belədi, bir üç gün bundan əvvəl qaçaq 

Alış yanıma gəlmişdi gecə. 

Hacı səbirsizliklə soruşdu: 

-Onun bu işə nə dəxli var? 

Molla səsini bir qədər alçaltdı: 

-Bu saat, səbir elə, Alış deyir ki, üzə çıxmaq istəyirəm, mənə kömək elə. Özün 

də bilirsən ki, divan-dərəyə o qədər zəhmet verib ki,üzə çıxması çətin işdi. Mən də 

onuynan  şərt kəsdim ki, o fıtnə yuvasını, mütrif Ədilin evini dağıtsın, o Sonadı 

nədi, o çəngini də aradan götürsün, onda kömək elərəm, "elərəm" deyir. 

Hacının ürəyi qismən sakitləşdi: 

-Yaxşı, burda mənim boynuma nə düşür? 

Molla səsini bir qədər də alçaltdı, lap pıçıltıya keçdi: 

-Bilirsən, Hacı qardaş, bu iş bütün müsəlman cavanlarını xilas etmək üçün 

böyük savab qazanmaq deməkdi, bir tərəfdən də  sənin balan dinməz-söyləməz, 

çəngi aradan götürüləndən sonra, çəkilib oturacaq evində. Sən arxayın, hamı da 

arxayın. Alışı zamına götürmək 

 

 




__________________Milli Kitabxana_________________ 

52 


 

lazımdı. Zamın pulunu özü verəcək, varıdı, amma divan ayağında məni zamın 

qəbul eləməzlər, nə  mənquləm var, nə qeyri-mənquləm'. Bax, oğluvu xatadan, 

külfətini  şərməndəlikdən qurtarmağın  əvəzinə  sənin də boynuna Alışı zamına 

götürmək düşür. Zamına götürmək. Hacı Əsəd rahat nəfəs aldı: 

-Allah sənin atana rəhmət eləsin... 

-Bə həm digər... 

Hacı fikirli-fikirli dilləndi: 

-Bura bax, axund ağa, sonra təzədən qaçaqlığa qurşanıb məni divan-dərə 

yanında xataya salmaz ki?.. 

-Yox, a kişi, onunku pul-dövlət idi, o ki var özün tutub, daha yol kəsməyi 

neynir qurumsaq? Gəlib oturacaq evində, üzə  çıxandan sonra, məsciddə tövbə 

eləyəcək, sonra da göndərərik onu kamali-ehtiramla qəriblər ağasının qulluğuna, 

gedər ziyarət elər, gələr, olar mömin müsəlman, biz də savab yiyəsi olluq ki, bir 

yolundan azmışı düz yola qaytarmışıq... 

-Bəli, yaxşı fikirdi... 

O barmağından əqiq üzüyü çıxartdı, mollanın əlini əlinə alıb,üzüyü onun çeçələ 

barmağına güclə keçirtdi: 

-Bu sənin xəbərin üçün, ağa! Fitnə yuvası dağılandan sonra, inşallah gedələr 

Qəmər dayı da gətirib bağlarlar qapına... inşallah... inşallah. 

Molla üzüklü əlini kənara tutub aralıdan baxdı, sevə-sevə baxdı, sonra 

gözlərinin önünə tutub yazını bir də oxudu "Allah-Məhəmməd", dodaqları 

bərabərinə gətirib qaşı, yazılan öpdü. 

-Gözəl, qiymətsiz hədiyyədir, çox çağ ol, Hacı, iltifatın artıq olsun, - dedi və 

sonra gəlişindən daha çox mənfəət qazanmaq məqsədilə sözünə davam etdi: 

-Bilirsən, Hacı övlad atanın belinin qüvvəti, dizinin taqətidi. Onu niyə yox 

eləyəsən, canından iraq. Yaxud niyə  gərək o firnə yuvasını  sən öz əlinlə, ya 

gədələrin əli ilə dağıdasan? Hə? Məsələtün də... Hacı adamsan, qan-qadaynan nə 

işin var? Özünü niyə xətaya salasan? Hə? Məsələtün də... Qoy elə Alış eləsin, elə 

bu da onun üçün savaba yazılacaq... Yazılacaq savaba... 

-Bəli... bəli... - Hacı sərpici qaldırdı, otağı zəfəranlı plovun ətri bürüdü, molla 

ağzının suyunu udub, cəld barmaqlarını düyünün içinə soxdu. 

 

 



__________________Milli Kitabxana_________________ 

53 


 

- Öz aramızdı, Bircə bacının plovunun ətrini heç bir yerdə bişən plov ətrilə 

qarışıq salmaq olmaz. Allah həzrət Fatiməyə bağışlasın,cənab Zəhraya kəniz 

versin, gözəl bişirir. 

Hacı: 

-Nuşcan olsun, - deyib arxayın-arxayın yeməyə başladı. Lakin kişinin Tərlana 



qarşı  qəzəbi soyumamışdı. Qəlbində  oğlunun qarasınca deyirdi: "Üzümü 

sürtdüyüm Həcərə and olsun, bu gecə  sənə bir toy tutacam ki, qiyamətəcən dadı 

damağından getməsin, bir ay yerində dura, o məclisə gedə bilməyəsən, nadürüst, 

məıni bazar camaatına gülünc eləmək, mənə  şəki bağlatmaq istəyirsən, a küçük? 

Dayan, dayan,verrem cəzanı, hələ bir gəl çıx, görərsən..." 

Kişi, demək olar ki, nə yediyini bilmir, yalnız qonaq xatirinə  əlini süfrəyə 

aparıb-gətirirdi. 

...Xörək qurtardı, Hacı, nökər Səfini səsləməyə hazırlaşanda, molla bir daha 

pıçıltı ilə soruşdu: 

-İndi mən Alışa ismarış göndərim, Hacı qardaş, razısan? Qapaqlı Hacı  Əsəd 

qəti qərar verdi. 

-Hə, razıyam... 

Molla gedəndən sonra Hacı Əsəd nə qədər çalışdısa, özünü sakitləşdirə bilmədi. 

Vaxt keçirdi, Tərlan isə gəlib çıxmırdı, kişi cin atına mindi. 

-Allahın lənətinə gələsən, oğul, bir parça halal çörəyimi də rahat zəhərlənməyə 

qoymursan, məni bu yaşımda dindən-dondan çıxartdın, dəxi bəsdi! A gədə, Səfi! 

Səfi! 

-Bəli, ağa! 



-Çuxamı, börkümü bəri elə! 

Nökərin çıxması ilə qayıtması bir oldu. Hacının qəzəbli səsi yan otaqda qab-

qazanla əlləşən Bircə xanımın canına üşütmə saldı, əli kəfgirli içəri girdi, kişinin 

harasa hazırlandığını görən ananın ürəyinə qorxu doldu, ətli yanaqları, buxağı 

titrədi, dolmuş gözlərinin ətrafındakı qırışlar dərinləşdi: 

-Bu bivaxt çağı hara, ay Hacı? Xeyir ola! 

-Cəhənnəmə-gora. Sizdən gələn xeyir düşmənə qismət olsun, budey, küçüyün 

hələ de gəlib çıxmayıb... 

-Gələr də, elə  dəmə-dəmdi, sən Allah özünə  zəhmət vermə, hardan gedib 

axtaracaqsan? 

-Gəzdiyi xarabalardan. Vallah, ona bir üsul biçəcəm ki, pişiyə  Əbülqasım 

desin... Dayan, hələ gəlib sənin də payuvu verəcəm!.. 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə