Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə15/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   11   12   13   14   15   16   17   18   ...   143

__________________Milli Kitabxana_________________ 

42 


 

əgər o bilsəydi ki, bir onun ölümü ilə  Tərlan bütün bəlalardan xilas olar, 

düşünmədən ölümü qəbul edərdi. Onu qorxudan şey təkcə, sevdiyinin, Tərlanın 

rüsvay ola biləcəyi idi!.. O özünü düşünmürdü... Ona nə olacaqdı ki... Amma 

Tərlan, aman Allah, Qapaqlı onun başına nələr gətirə bilər?!. Tərlanı at döşünə 

qatıb Qapaqlının qulluğuna qaytararlar. Zaman, istəmədiyinə evləndirər, Tərlanın 

dilini də, yotunu da kəsər Qapaqlı!.. Sona Özünü düşünmürdü. O razı olmazdı ki, 

sevdiyi gənc çəngi ilə qoşulub getsin... Tay-tuş, el-camaat arasında xəcil olsun... O 

sevirdi, onu dərin bir məhəbbətlə sevirdi... Başqaları ona salam vermək istəmədiyi 

halda, Tərlan onu özünə arvad, şərən halal etmək, ana görmək istəyirdi, bütün 

bunlar onun yuxuda belə görə bilməyəcəyi səadət idi. Amma ürəyi elə hey vird 

edirdi: "Yox, yox, razı olmaram ki, xəcil olsun, çəngiyə qoşulub getsin..." Bu sözü 

elə bir etiqad və inamla təkrarlayırdı ki, sanki bu "çəngi" onun özü deyil, qatı-qanlı 

bir düşməni idi... Sonanın gözlərində bir an cavan şair Seyid canlandı, o da bu "çə-

gini" sevir, ona incə-incə qəzəllər qoşur, onu "periter soltanı" adlandırırdı, amma 

ona bu şairin sənətini sevmişdi, o heç bir vəchlə  Tərlanı  məftun olduğu həmin 

qəzəlləri qoşan  şairə  də  dəyişməzdi... Lakin gəncin sadə  xəyallarındakı  əfsun 

Sonanı elə almışdı ki, o bu axan çayın qabağını saxlaya bilmir, bəlkə  də heç 

istəmirdi... 

-

 



Nə bilim, ağa Tərlan necə deyərlər: "Avazın yaxşı  gəlir, oxuduğun Quran 

olsa..." Təki arzuların baş futeydi... 

Tərlan sevinclə qızın əlindən tutdu, o bu sozləri razılıq kimi qəbul eləmişdi: 

- Sən mənə inanırsanmı, Sona, de, inanırsanmı? Bu təmas Sonanın ürəyinə 

işlədi: 

-İnanıram amma çifayda... 

 

- Təki sən mənə inan! Möhlət ver, Sona! Ay qız, mən də qoy bir işimi 



hazırlayım. Sonra sənə  xəbər elərem, deyərəm, gün xoşlatdırram, cıxarıq Allah 

qoysa... 

- Bəs elin-günün, bəs əməllərin, arzuların? Bəs aqibətin? 

- Nə danışırsan, ay qız, təki sən yanımda ol! Dünyada heç nə gözümə 

görünməz, Sona! Ağadan xahiş eləmişəm ki, mənim üçün bir qəzəl qoşsun, hayıf 

özüm qoşa bilmirəm, sənə elə sözlər deyərdim ki... Onda ürəyinə heç nə 

gəlməzdi... Al, gör necədir? Elə bil ürəyimin içindəymiş... 

Sona Tərlanın Seyid Əzimlə dostluğunu bilirdi, indi "ağa" sözünü gəncin 

ağzından eşitcək söhbətin kimdən getdiyini anladı, gülümsədi. 

 

 




__________________Milli Kitabxana_________________ 

43 


 

Sona şairin qəzəllərinin çoxunu əzbər bilir, Mahmud ağanın məclislərində rəqs 

edərkən gənc Seyid Əzimin ona necə göz qoyduğunu da görürdü. Sona, hətta, 

şairin onu bir az sevdiyini də duymuşdu. Amma hər bir qəzəlini Necəfquludan da 

əvvəl əzbərlədiyi bu incə şairlə, seyid-peyğəmbər övladı ilə öz arasında elə böyük 

bir fərq görünürdü ki, xəyalından daha başqa bir şey keçmirdi. O, yalnız Seyid 

Əzimin şirin, ürəklərə işləyən qəzəllərinə heyran idi... 

Bir az aralıda isə Nisənin hənirtisi gəlirdi. O Şirvanda təzə  dəb düşmüş bir 

havanı zümzümə edirdi: 

 

Sabab olar, qazlar gələr,  



Dörd bir yanı tozlar gələr,  

Tamaşana qızlar gələr  

Dur get, oğlan, sabah oldu,  

Yandı bağrım, kabab oldu.  

Mənim canım sənə qurban,  

Sənin canın həlak oldu. 

 

Qız elə bil gəncləri qaralayıb onlar üçün oxuyurdu, mahnı onları bir-birinə daha 



da yaxınlaşdırır, dərdlərinə  tərcüman imiş kimi onların  əllərini bir-birinə 

birləşdirir, qəlblərindən xəbər verirdi. İki aşiqin vəziyyətindən, qəlbindən keçən 

təlatümlərdən bixəbər qız isə ağzına zoğal ata-ata oxuyurdu: 

 

Sabah olar atlar gələr,  



Dörd bir yanı tozlar gələr,  

Tamaşana yadlar gələr  

Dur get, oğlan, sabah oldu,  

Yandı bağrım kabab oldu.  

Mənim canım sənə qurban,  

Sənin canın həlak oldu. 

 

Birdən Nisənin səsi xırp kəsildi, mahnı boğazında qırıldı, dalı gəlmədi... 



Sona gəncin ona uzatdığı  vərəqi aldı. Incə bir təbəssüm dolaşan dodaqları 

tərpəndi, şair, gənc dostunun dililə deyirdi: 

 

Yüz sərvi-xuraman ola, könlüm səni istər.  



Yüz baği-gülüstan ola, könlüm səni istər.  

Yüz zöhrəcəbin, mahliqa, mehri dilara

 

 



__________________Milli Kitabxana_________________ 

44 


 

Yüz min mehi-taban ola, könlüm səni istər.  

Ey xublərin şahı, könlüdür sənə talib,  

Aləm hamı xuban ola, könlüm səni istər. 

 

Qəzəl bitdi. Tərlan dedi: 



-

 

Ağa əvvəl söz verdi, mənə bir qəzəl yaza, ona deməmişdim kiminçün, amma 



özü o saatca başa düşdü, dedi, sənə elə bir qəzəl yazım ki,ceyranın kim olsa 

da, oxuyandan sonra səndən ürkməsin, üzülməsin yaxandan, nə desən, ləbbeyk 

desin. Hayıf ki, özü oxuya bilməyəcək. 

Dedim: özü oxuya bilir, dedi: "Adə, sən gör nə xoşbəxt adamsan ki,istəklin 

oxumaq bilir? İndiki zəmanəmizdə bu böyuk nemətdi, bizim hec kişilərimiz əməlli 

oxuya bilmir..." Mən doğrudan da xoşbəxtəm,Sona, mənim Sonam. 

Gənc bu sözlərlə yenidən Sonanın əllərindən tutdu. 

Qəfil tappıltı  səsi hər ikisini ürkütdü, qaranəfəs gələn Nisə idi; pörtmüşdü, 

qorxudan əsirdi, dili dolaşa-dolaşa dedi:- Meşədə yad adam var. Əvvəl at kişnərtisi 

eşitdim, elə bildim yoldan ötəndi, sonra hənirti də duydum, qaraltısın da gördüm, 

deyəsən bizi güdürlər... 

Mahnını qıran bu imiş... 

Sonanın  şirin xəyalları, qəfil pozulan yuxu kimi dağılıb getdi, yerində real 

həyat, qorxu qaldı, bu dəfə özü gəncin əllərinə sarıldı: 

-

 

Ağa Tərlan, qurbanın olum, qaç get, qana çalxama özünü, bizi bir 



yerdə görən olmasın. 

Gənc tələsik: 

-

 

Məni gözlə, Sona, mən mütləq gələcəyəm... - deyib ehtiyatla gözdən itdi. 



Gənc, sevdıyi qızdan ümid dolu inam və  fərəhlə ayrıldı, "Gələcəyəm, Sona, 

mütləq..." dodaqlarına bəxtiyar bir təbəssüm qonmuşdu, amma bilmirdi ki, amansız 

tale ona nə hazırlayır. Təkcə kiminsə onları görüb qaçmaqlarına mane ola 

biləcəyindən narahat idi. Görən isə olmuşdu. Həm də çoxdan: başqaları heç, amma 

bu gün Molla Qurbanqulunun onlara rast gəlməsi lap təsadüfən oldu. Bir neçə gün 

idi ki, molla kəndə getmişdi. Mollanı orada vəfat etmiş bir tanışın malını  tərəkə 

eləmək üçün çağırmışdılar. Kənddən xeyli qazancla qayıdan Qurbanqulu, yaman 

yorulmuşdu. Vərəsələr arasında malı  təqsim etməyə xeyli vaxt getmiş  və kişi 

bundan bərk əziyyət çəkmişdi. Uzun yolun zəhmətindən dincini almaq üçün özünü 

meşəyə verdi. Atdan enib heyvanı yancidar elədi və ota buraxdı. Özü isə çayın 

sahilinə enib əl-ayağını 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə