Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə12/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   8   9   10   11   12   13   14   15   ...   143

__________________Milli Kitabxana_________________ 

33 


 

Vəcd və  həvəslə  rəssamın ovcundakı  əlini sıxdı: "Xoroşi, çox xoroşi, lap 

xoroşi". Bu üç "xoroşi" rəssamın ürəyinə  işlədi, ona ən yüksək qiymət,  ən yaxşı 

tənqidi qeyd kimi təsir bağışladı: "Bu hələ tam tablo, bitmiş  əsər deyil, sadə bir 

etüddür,  əgər o, burada öz vətəninin nazəndə  qızlarını tanıyıb qiymətləndirə 

bildisə, mən doğrudan da bəxtiyaram, mən bu əsər üzərində mütləq işləməliyəm" 

sözləri xəyalından keçdi. "Təəssüf ki, mən sənin dilini bilmirəm, möhtərəm  şair, 

əgər bilsəydim,  əgər sənin öz əksini də  çəkə bilsəydim, buna sənin və ya 

həmvətənlərindən lazım bildiklərimin birini razı sala bilsəydim, nə gözəl olardı". 

Gənc şair qarşısında bütün gözəlliyi və insani coşqunluğu ilə canlanan qızların 

rəsmlərini gözdən keçirir və düşünürdü: "Ya rəbbi, bəs nə üçün bizə rəsm etmək, 

insan surətini canlandırmaq qədəğən olub, neyşə bizim mollalar deyir ki, guya sən, 

ey böyük xaliq, çəkilən hər bir rəsm üçün o haqq dünyada çəkən rəssamdan can 

istəyəcək, çəkdiyi surəti canlandırmağı  tələb edəcəksən? Bizim elə  cənab 

Məktəbinin ixtiyarı olsaydı, gör-götür dünyasıdı, oxuyub öyrənsəydi, yəqin ki, o da 

belə gözel xarüqələr yarada bilərdi. Kərəminə  şükür, Xudaya, nə üçün bizim 

bədbəxt müsəlmana bütün dünyanın  ən gözəl nemətləri qədəğən olunub. Şəkil 

çəkmək, musiqi çalmaq, şeir demək, qərəz insanın dimağına səfa verə bilən nə 

varsa, hamısı biz müsəlmana o biri dünyada vəd olunur, bu dünyada isə,  əzab, 

yalnız əzab... Hələ bir üstəlik Allah ən çox istədiyi bəndəsini əzab içində saxlayır, 

onu əzabla imtahana çəkir ki, sidqinə inansın deyirlər... Bu ki ədalət olmadı... nə 

isə,  əstəğfürullah... və  əlhökmilillah... Mütləq bu barədə  ağa Tərlan ilə  də 

danışmalıyam", - deyə dostunun gülümsər simasını  xəyalından keçirtdi. Şair və 

rəssam bir-birinin üzünə baxır, hər ikisi gənc qəlblərinin gözü ilə bir-birini seyr 

edir, ilham dililə bir-birilə söhbətləşirdilər. Birdən hər ikisi gözlərini molbertdən 

ayırıb,  Şirvanın bu qəribə guşəsini sükunət içində seyr etməyə başladılar. 

Qulaqlarında Zoğalavayın həzin şırıltısı səslənir, sanki deyirdi: "Yaradıcı insanlar, 

siz ki fitrətən qardaşsınız, siz ki hər ikiniz təbiətin bu rəna guşəsini eyni bir 

məftunluqla seyr edir, mənim əzəli nəğmələrimi eyni bir həyəcanla dinləyirsiniz..." 

Əgər bir-birinin dilini anlasaydılar, mütləq yek-digərinə belə deyər, hər an başqa 

bir rəng alan dağların, dərələrin, ağacların, çəmən və çiçəklərin sehrkar 

gözəlliyindən danışardılar. 

Biz ki onlara kömək edə bilməyəcəyik. Bax, budur, o gələn Tərlan da bu 

yerlərin səfasını bir aşiq, bir Məcnun məfhunluğu ilə duyursa da, o da rəssama bir 

söz deyə, öz duyğularından bir şey anlada bilməyəcəkdi. 

 

 




__________________Milli Kitabxana_________________ 

34 


 

Yaxında dilmanc da yox idi, mütərcim də... Mahmud ağa günorta yeməyindən 

əvvəl öz otağında kamanda inləyən Bayatı-şirazın həzin laylaları, nalələri altında 

xoş bir yuxuya getmişdi. O, bir az sonra tanrı çaldığı  şur sədaları ilə yuxudan 

oyanacaq, günorta yeməyinin hazır olduğunu bilib, qonaqları mey, məzə, rəqs, 

musiqi və şeir məclisinə dəvət edəcək idi... 

Gəlin biz də heç bir şeylə kömək edə bilməyəcəyimiz cavanları ilk insanın dili 

ilə anlaşmaqda qoyub yolumuzu dəyişək... Başqa bir məkana, bizi maraqlandıran 

başqa insanların yanına gedək, görək onların taleyi nə yerdə qaldı... 

Orda bizi bir dəstə qız, ana torpağın yetirdiyi çiçəklər qədər incə, rayihədar bir 

qız dəstəsi gözləyir... 

 

GÖRÜŞ YERİ 

 

Qızlar bu gün paltarlarını yumaq, yuyunub arınmaq üçün özlərini çayın adam 



ayağından uzaq bir guşəsinə vermisdilər. Buralarda gediş-gəliş yox, gicələr isə 

dərin idi. Səhər gün istisi qalxmamış,  Ədil onları bura gətirmiş,  əmin-aman yer 

olduğuna arxayınlaşıb, onlardan aralanmış, yaxındakı meşəliyin kölgəliyinə çəkilib 

palaz saldırmış, uzanıb yatmışdı... Qızlar deyə-gülə paltar yuyurdular. Sona, İzzət. 

Qəndi çaydakı iri çopur daşları kənara çəkib, paltarları bu daşların üstündə yuyur-

dular. Ağ gilabı suda islandıqca paltarların üstünə yayılır, köpüklənirdi; qızlar yaş 

paltarları  çəngələyir, daşa çupır, ovxalayır, sonra da çayın göz yaşı kimi duru 

suyunda yaxalayıb, sahildən aralı kolların üstünə  sərirdilər. Sona əlindəki iri 

mələfəni yuduqca gözləri yol çəkirdi. Qəndi ona sataşdı: 

-Hə, nə əlində paltar dondun aaz... Gözün yol çəkir, deyəsən... 

-Hə, gözüm yol çəkir... 

-Səfərdən gələnin var? Sonanın səsi titrədi: 

-Kimim olacaq ki, sən bilməyəsən, a çoxbilmiş... 

Qəndinin qələmiqaşları quş qanadı kimi qalxdı, elə bil körpə quş uçacaqdı, 

birdən dayandı... İncə dodaqlarındakı xəfif təbəssüm qəh-qəhəyə çevrildi: 

-Hardan çoxbilmiş oldum? Hansını bilsəm də, sənin bircə sirrini bilmədim ki, 

bilmədim... 

 

 




__________________Milli Kitabxana_________________ 

35 


 

- Mənim sirrimi? 

Qəndi kəlağayısını suya çəkməklə  məşğul olduğu halda, onlardan göz 

çəkməyən İzzətə göz vurdu: 

-Bəs kimin? 

-Mənim heç bir sirrim-zadım yoxdu... Necə deyiblər? 

 

Pirdirəki pirivüz,  



Mən də sizin birivüz. 

 

-Elə var!.. Elə bilirsən bilmirik ki, axır vaxtlar kimin üçün oynayırsan, kimin 



üçün ah-uf eləyirsən? Keçən üzük falında kimin üçün üzük salmışdın suya, a 

faqqı?! 


-Sən Allah bəsdi... 

Qəndi süzgün gözlərini bir az da süzdü. Sonaya sanki məhəl qoymadan söhbətə 

başladı: 

-Bilirsən, İzzət, iki adama gümanım gedir, amma hansıdı bilmirəm... 

Hamısından kiçik olmasına baxmayaraq, Sonaya daha çox yaxın olan Nisənin 

üzündə həyəcan duyuldu, elə bil ki, dostunun sirrinin açılmasını istəmirdi, amma 

gizləyə də bilmirdi. Sonaya yaxınlığını göstərmək arzusu bu hıssə qalib gəldi, uşaq 

sadəlövhlüyü ilə gülümsünüb dilləndi: 

-Amma mən bilirəm, bi-li-rəm... 

Sonanın qaşları çatıldı, qara gözlərindəki şəfqətlə Nisəyə baxdı, qıza acıqlana 

bilmədi: 

-Sən heççə şey bilmirsən, Nisə, gəl bu ağı apar sər. 

Nisənin dolğun dodaqlarındakı  təbəssüm dərhal soldu, o dostunun səsindəki 

kədəri duymuşdu, dostu ondan narazı idi. Qız yaş balaqlarından su süzülə-süzülə 

yerindən qalxdı, yumaqda olduğu balaca köynəyi çəngələyib xışmaladı, 

yumurlayıb onun üçün çanağı  əvəz edən daşın üstünə qoydu, ürkək addımlarla 

sevimli müəlliməsinə yanaşdı. Sona sıxılmış  mələfəni Nisəyə verəndə  gəlinin 

gözlərində elə bir dərd, elə bir ələm var idi ki, bu gənc qızın nəzərlərindən 

qaçmadı, ağır daş kimi qəlbinə çökdü. Qız təəssüfləndi. Hələ heç bir şey deməsə 

də, sirri vermiş kimi, cinayət üstə tutulmuş  uşaq təki dodaqları büzüldü, az qala 

ağlayacaqdı. Onun bu halı Sonaya bərk təsir elədi, şəfqətlə şagirdinə baxıb yavaşca 

dedi: 


-Di yaxşı, amma bundan sonra böyük danışanda sən sus... 

-Yaxşı... - qız burulu mələfəni alıb açdı, çırpdı, qırışlarını düzəldə-düzəldə 

qaramığ kollarının üstünə sərdi. 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə