Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə9/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   5   6   7   8   9   10   11   12   ...   143

__________________Milli Kitabxana_________________ 

25 


 

Keçən qəzəl, indicə dodaqlarına gəlmək istəyən misralar bu məclisdə səslənsin

axı onlar burada yaranıb, ilhamı bu məclisdən alıb, ilk dəfə burada səslənməlidir. 

Hayıf ki, Sona burada yoxdur. Hayıf  ki, o bu misraları eşitməyəcək, bilməyəcək 

ki, Seyid bu sözləri məhz onun rəqsindən ilham alıb söyləmişdir... onun üçün 

söyləmişdir: 

-Ağalar icazə buyursa... - o pul kimi qızara-qızara sözə başladı. Məclisin çox 

yerindən səslər ucaldı; 

-İzindi... 

-Buyuracaqsan...   

-Başla görək, şair... 

O, dizləri üstündə dikəldi, getdikcə artan, ucalan bir səslə  qəzəlini oxumağa 

başladı. Rəssam da əlindəki qələmi saxladı. Onun mavi parlaq gözləri maraqla 

gənc  şairi seyr edirdi. Anlamadığı sözlərin ahəngini böyük bir diqqətlə, bayaq 

musiqini dinlədiyi diqqətlə izlədiyi hiss olunurdu. 

...Yıxıldım huşdan getdim, tutuldu nitq, Musa t’k, Təcəlla nurunu çün vadiyi-

Sinada gördüm mən... 

Müsəlmanzadə idim, döndüm axır, bütpərəst oldum, Məhəmmad nurunu çün ol 

büti-zibadə gördüm mən. 

O bəzmi bir də, Seyyid, görmək olmaz ağlaram hər gün ki, guya ol büsatı, dün 

gecə, röyadə gördüm mən. 

Qəzəlin son məqtə  bəndi deyilən kimi məclisdən "afərin, maşallah,  əhsən" 

səsləri ucaldı. Hərə öz hissini bir cürə ifadə edirdi: 

-Balam, nə tez müsəlmanzadəliyi tərk edib, xumar aşiqi Sənana döndün? 

-Qardaş, doğrudan da, cənab Mahmud ağanın məclisinin gözəlliyini elə yuxuda 

görmək olar. 

-Bədahətən... afərin bu qabiliyyətə... 

-Gec gəldi tez öyrəndi, buna deyiblər ha... 

-Maşallah-namxuda, yaxşı şair olacaq... 

-Elə şairdi də... şairin daxı buynuzu olmur ki... 

-A balam, bura Şirvan torpağı deyərlər... Suyundan kim bir gilə içsə - şairdi... 

-Bəs sən neyşə  hər bulaq başına çatanda bir xəndək su içə-içə dönüb şair 

olmursan? 

-Nə bilirsən ki, olmuram... 

 

 



__________________Milli Kitabxana_________________ 

26 


 

Gülüşmə, zarafat artdı; Seyid Əzim ağanın təhsinini gözləyərək, yerində 

rahatlanıb oturdu; onun ürəyi cələyə düşmüş  sığırçın ürəyi kimi çıtpınırdı. 

"Görəsən bəyəndimi; imtahandan necə çıxdım?" 

Mahmud ağa məşğul idi, o bədahətən söylənən qəzəlin məzmununu tələsik 

knyaza tərcümə edirdi. O, tərcümə etdikcə  rəssamın incə dodaqları  xəfif bir 

təbəssümlə titrəyir, Şərq şerinin dəbdəbəsinə fərəhlə qulaq verdikcə, tez-tez başım 

tərpədir,  şerin məzmununu bəyəndiyini bildirirdi. Birdən rəssam yerindən qalxdı, 

cavan şairə yanaşdı, hərarətlə əlini sıxıb nə isə dedi və yerinə qayıtdı. Sükut içində 

bu mənzərəni seyr edən Mahmud ağa dilləndi: 

- Afərin, Seyyida, bu qəzəlini başqasından eşitsəydim, məhz bizim məclisin 

təsvirini onda görməsəydim, Füzuli rəhmətüllah yazıb deyərdim. Cənab knyaz da 

deyir ki, sözlərin mənasını başa düşməsəm də, ahənginə valeh oldum. ömrümdə, 

bedahətən belə  rəvan  şeir deyildiyini ilk dəfə görürəm.  Əhsən!  Əhməd ağanın 

ruhuna and olsun ki, məclisimizi  şərəfləndirdin, qonaq yanında da başımızı uca 

elədin. Xahişməndəm, məclisimizə münasib qəzəlini yazıb verəsən Necəfquluya, 

əzbərləyib gələn məclislərimizdə oxusun... 

-Baş üstə!.. 

...Məclis dağılanda onlar bərabər çıxdılar. Seyid Əzim və  Tərlan... hər ikisi 

həyəcanlı və xumar idilər. Hər ikisi qəribə bir hal keçirirdi. Şair ilk dəfə imtahan 

verdiyindən, musiqi, şeir və ədəb məclisində, şerə qiymet verən adamlar arasında 

birinci dəfə öz əsərini oxuduğundan həyəcanlı idi, bu əsərin bəyənilməsindən, 

Mahmud ağa kimi xiridarın ona yüksək qiymət verməsindən xoşbəxt idi. Ürəyində 

yeni-yeni ümidlər doğmağa başlayırdı. Onun da əsərləri bəyəniləcək, dillərə 

düşəcək... babası Axund Hüseynin dediyi kimi "yarımçıq şair" olmayacaq. Görün 

Nizami necə demişdi: 

 

Palangəri beğayəti-xəd 



Behtər ze kollahduziyi-bəd'. 

 

Babam bu şeri birinci dəfə oxuyanda mənə yaxşıca bir dərs verdi. Yazıq qoca 



çox narahat idi. 

Şairə elə  gəldi ki, o, babasının səsini eşidir: "Şirvanda hansı daşı qalxızsan 

altında bir şair yatıb, hər kəsək bir şair məzannın başdaşıdır. 

 

 




__________________Milli Kitabxana_________________ 

27 


 

Oğul, fikir vermişəm, görürəm ki, elmə həvəslisən, kəsb-kara yaxın düşmürsən, 

sən tinətdə

1

 olan adamdan molla da çıxmaz. Bu yolun qulu ola bilməyəcəksən. 



Amma bil ki, qələm  əhli həmişə  zəlalətdədi. Nə  qədər düz yazsan, bir o qədər 

üsrətdə olacaqsan. Zamanın böyüklərinə baş  əyməsən, qəriblikdə  dəfh olunmuş 

həmvətənlinin Xaqani kimi, Gengənin qoca şeyxi Nizami kimi, Kərbəla xüddamı 

Füzuli rəhmətüllah təki həmişə Ömrün əziyyətdə, əlin pulsuz keçəcək. Külfət ya-

nında başıaşağı, xarü zəlit olacaqsan. Bu elə bir qədəmdi ki, iqdam etməkdən əvvəl 

gələcək günü düşünməlisən, bütün ömrün uzunu əzaba, nadanların tənə-tərizinə 

qatlaşmağı,  İsa ruhullah kimi dirigözlü çarmıxa çəkilməyi,  şəhidi-Kərbəla təki 

qurban getməyi qabaqcadan göz önünə almalısan. Sən buna dözəcəksənmi? Həqiqi 

şairin yollarına gül əkilmir, tikan bitir... Bir tağar buğda, bir dəyirmanlıq rizqdən 

ötəri ona-buna, ləyaqətsiz şəxslərə, layiq olmadıqları tərifi deməyəcəksən ki?.. Bir 

bax,  Şirvanda o qədər dəyərsiz  şair törəyib ki, hər bir savadlı baqqal özünə 

dəbdəbəli bir ləqəb secib, təxəllüs götürub, qurşanıb nəzrn inşadına... Şirvanın hər 

bir bisavad baqqalı  şairdi, - az qala məsəl yerinə keçib; amma bil ki, hər baqqal 

savadlı olmadığı  təki,  əsil  şair də baqqal deyil, baqqal olmamalıdı.  Şeri, Allah-

taalanın Adəm övladına bəxş etdiyi bu ən gözəl neməti tərəziyə qoymamalıdı. 

Nəzm, istedadi-şeir böyük nemətdi. Kəlamullahi-məcid nəzmən inşad olunub, odu 

ki, tez dillər  əzbəri olur. Peyğəmbər sələvatullah  şerin, nəzmin bu gözəl 

xüsusiyyətini yaxşı  dərk eləyibdi. Amma hər cızmaqara olunan da şeir deyil. 

Qərəz, oğul, istedadi-nəzmi,  əgər o səndə zühur eləsə, peyda olsa, tərəzi malı 

eləmə!" Şair, babasının sözlərini indi də kəsməyə cürət etmir, xəfif bir təbəssümlə 

titrəyən dodaqları isə pıçıldayırdı: 

 

Oldum ol gün ki, çardəh salə,  



Düşmədim fıkri-dövlətü malə,  

Eylədim arifanə kəsbi-ülum... 

 

Şair öz aləminə, xəyal ilə şeir aləminə qapılmışdı. Cavan şair nə bileydi ki, bir 



zaman babasının sözləri haqq çıxacaq, onun həyatı çox üsrətli keçəcək? O nədən 

bileydi ki, "Köpəyə ehsan", "Hədisi-vaiz", "Şamaxı  bəylərinə  həcv" yazacaq və 

özünə yüz-yüz düşmən qazanacaq, yeddi-səkkiz baş külfəri dolandırmaq üçün ruzi 

tapa bilməyəcək, dost-aşinalara "tərif dolu mənzum məktublar" da yazmağa 

məcbur olacaqdır? Odur ki, bu gələcəyi indi başqa gözlə görür və gülümsəyirdi... 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə