Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə10/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   6   7   8   9   10   11   12   13   ...   143

__________________Milli Kitabxana_________________ 

28 


 

Onunla yanaşı addımlayan Tərlan da öz aləmində idi, bu məhəbbət aləmi idi. 

Tərlan öz dostunun nə düşündüyü ilə maraqlanmır", duymurdu da. Onun gözləri 

qarşısında bir ceyran, bir sona cilvələnirdi. Qızın afətlər saçan gözləri Tərlanı 

harasa səmavi bir aləmə çağırır, rəqsan əlləri ona gəl-gəl eləyir, oynaq ayaqları isə 

qaçır, bu xoş, gözəl xəyalı  Tərlandan uzaqlaşdırırdı. "Onu istəməyimə kim razı 

olar? Heç ata-anamı demirəm, budu ey, yanımda yeriyən dostuma da deyə 

bilmərəm ki, onu istəyirəm, onun üçün Məcnun kimi səhralara düşərəm, Fərhad 

kimi Bisütun çaparam, Vamiq kimi sulara baş vuraram... Amma adını dilimə gətirə 

bilmərəm... kimə desəm,  ələ salıb gülər mənə... "Çəngidən arvad olar? - deyib 

dolayarlar. Heç kəsin ağlına da gəlməz ki, mən Sonadan ötrü diri-diri ölərəm, elə 

indinin özündə  də yanıram, tüstüm təpəmdən çıxır, amma görən yoxdu, bilən 

yoxdu dərdimi... Yaxşıdı ki, yoxdu da... Ah, kaş ki, şair olaydım, ona bir qəzəl 

yazıb göndərəydim. Amma hayıf ki, nə  qədər çalışıramsa bircə söz də qoşa 

bilmirəm..." 

 

Birdən o xoş xəyallarının təsirilə dostuna müraciət elədi: 



-Ağa, gəlsənə mənim üçün bir qəzəl yazasan... 

-Necə yanı mənim ücün? 

-Mən onu... - O duruxdu, qıpqırmızı  kəsildi, sözünü davam etdirə bilmədi, 

qeyri-ixtiyari gəlib çıxdıqları Zoğalavay sahilindəki söyüd ağacına söykəndi. Şair 

də dayandı.  İndi onun gözləri Tərlanda idi ki, o da Tərlan kimi gənc idi, bu sıx 

çatma qaşlar, onların altında daha da aydın ala görünən gözlərə diqqətlə baxdı, 

onlardakı yuxu xumarlığı Seyid Əzimi oyatdı. "Deyəsən, ürəyin kiminsə  eşqilə 

vurur, ağa Tərlan, dostum, bəlkə səhv eləyirəm? 

-Hə, sən onu... neyləyəcəksən? Aadə, oxuyacaqsan? 

-Təkcə mənim üçün yaz, birnəfərə göndərəcəm onu... ona... 

-Kimə, bilmək olar? 

Tərlan daha da qızardı, nəzərlərini dostundan gizlətməyə çalışıb uzaqlara baxdı, 

ona elə  gəlirdi,  şairin dərin-dərin nüfuzedici baxışları gözlərinə sancılsa sirrini 

bilər! Halbuki Tərlan onun, sevdiyi gözəlin adını ürəyində də çəkməyə qorxurdu, 

qorxurdu birdən çaşıb yuxuda dilinə  gətirər, anası  eşidər, atası - "qapaqlı" bilər, 

xəbər tutar... 

Tərlanın halı şairdən yayınmadı, gulümsədi: 

-Qorxma, dostum, bəyəm mən bilmirəm ki, bizim kişilər nə qədər 

aşiq olsalar da, sevdikləri sonanın adını dillərinə gətirməzlər (Tərlanın 

ürəyi qopdu, necə? Sona?), istədikləri yaşılbaşın, ceyranın ismini heç 

kəsin yanında çəkməzlər. (Tərlan bir az sakitləşdi). Di yaxşı, əcəb 

 

 




__________________Milli Kitabxana_________________ 

29 


 

xeyir xəbərdi, demək, inşallah, tezliklə toyunda kef eləyəcəyik, məndən də 

hədiyyə sənə bir qəzəl olar, neyləmək, "bərki-səbzəst hədiyyeyi-dərviş"

1.

 



Onlar indi artıq yerdə, çayın  şırıltı ilə axan sahilindəki daşların üstündə 

oturmuşdular. Hər ikisi sərin bulaqlardan yığılıb gələn dumduru suda əl-üzünü 

yumuş, sərinləmişdi. Söhbət məhəbbətin böyük nemət olduğundan, lakin bunun 

indiki zamanda çoxlarına müyəssər olmadığından, gənclərin ata-ana rizası, yengə-

xəlfə axtarışları,  əqrəba məsləhətləri ilə evlənməsi və bunların törətdiyi ağır 

nəticələrdən gedirdi. Şair, dostunun qəlbindəkiləri bilmədiyindən, onu sevməsi ilə 

bəxtiyar sanır və deyirdi: 

-Bilirsən, qardaş, xoşbəxtsən ki, sevdiyin gözəli tanıyırsan, görmüsən, yəqin ki, 

hal-əhvalına da bələdsən. Amma, mənim evlənmək yadıma düşəndə, canıma 

titrətmə düşür, qara-qorxu ürəyimə dolur. elə bilirəm ki, qara qızdırmaya 

tutumuşam. Kimi alacaqlar, "alnıma kim yazılıb", nədi, nəçidi, hələ çirkin-gözəlliyi 

bir yana dursun, heç olmasa, bir adamlığı olacaqmı? Eh... nə deyim, bəyəm özün 

bilmirsən? 

Şair bilmirdi ki, onun toy, səadət haqqında qeyri-ixtiyari dediyi hər bir kəlmə 

bədbəxt Tərlanın ürəyinə sancılır, "haradan bizdə o bəxt, kaş  nəfəsin fal olaydı, 

cəddin köməyim olaydı, Ağa ..." 

Şair isə sözünə davam edirdi: 

-Nə başını ağrıdım, gün keçir, qalx gedək. Elə bu axşam sənə ürəyindən xəbər 

verən bir qəzəl yazmağa çalışaram. Yaxşı, daxı sımsığını neyşə sallamısan, aadə?.. 

Razıyam ki... 

Onlar yola düzəldilər. Şair bayaqkı hisslərin təsirilə, dostunun çiynindən tutub 

irəlilədikcə deyirdi: 

-Eh, dostum Tərlan, görəsən dünyada elə bir zaman olacaq ki, hər bir cavan özü 

öz taleyinin ağası olsun? Özü görsün, istəsin, alsın; balı da onun, bəlası da onun 

olsun, Daxı ortalıqda yengə-dərnə olmasın? 

öz zövqüylə seçsin, tutmayanda da öz səhvinin, xətasının təqsirini özü çəksin, 

öz taleyinə özü cavabdeh olsun? Öz bəxtini, həyatını başqasının tələbinə görə 

deyil, öz məzağına

2

 görə qursun? Bilirsənmi, mən biləni dünyada əsil insan 



azadlığı o zaman olacaq, əsil evlilik həyatı da o zaman qurulacaq. Mən o gələcəkdə 

belə taleli cavanlara indidən qibtə edir, salam göndərirəm. 

 

 



__________________Milli Kitabxana_________________ 

30 


 

Tərlan  şairin bu atəşin nitqini heyran-heyran dinlədi və birdən qeyri-ixtiyari 

səsləndi: 

- Əleykəssalam. 

Hər ikisi qəh-qəh çəkib güldü. 

...Axşam azanında Qalabazar məhəlləsinə girdilər. Azançı  Kəlbə Mürvətin 

gözəl səslə  çəkdiyi azan məhəllə möminlərini namaza çağırırdı.  Əli qələmkar 

boğçalı, hamamdan qüsldən qayıdan təravətli bir qoca "axşamçağı" təki bir 

demədən "aşiq-məşuq" söz-söhbətilə gəzməkdən qayıdan cavanlara tərs-tərs baxıb 

evinə  tərəf gedirdi: "Lahövlə  vəla qüvvətə illa billah..." Bu Seyid Əzimgilin ev 

qonşuları  Məşədi Qənbər idi. O, demək olar ki, səhər dəstəmazını da, axşam 

dəstəmazını da hamamda alırdı... 

...Səhərdi, gülgün, nazəndə bir səhərdi, təbiət günəşdən, firuzəyi göylərdən, 

yaşıl çəmənlərdən min bir rəng almışdı.., 

Seyid Əzim Zoğatavay sahilindəki söyüdlüyə enirdi, bu onların Tərlanla daimi 

görüş yeri idi. Şair burada bəzən saatlarla oturub dostu ilə söhbətləşər və çox vaxt 

təklikdə  əyləşib düşünə-düşünə  xəyala dalardı. Bu xəyallar suyun qəribə ahəngi, 

həzin  şırıltıları altında bəzən bir nağıl, bir əfsanə  qədər uzun və  şirin olardı. 

Günlərlə  əyləşdiyi,  şirin xəyallara daldığı bu sahildə o, qarğı  qələmini çıxarıb 

balaca qələmdandakı quru mürəkkəbi ağzının lığabıyla isladıb dizi üstünə qoymuş, 

ağ kağıza iik qəzəllərini yazmışdı. Bu yerlər gənc  şairdə ilham oyadan doğma 

Vətən timsalı kimi əziz və gözəldi. Bu yerlərdəki salxım söyüdlər, sərvlər qəribə 

bir təzadla bir-birinə qarışırdı. Söyüdlər bədbəxt qızlar kimi başını  aşağı salmış, 

saçlarını sulara sərib yuyur, sanki gecə gördüyü yuxunu axan sulara nəql edirdi... 

Sərvlər isə  Şirvanın adlı-sanlı cavanları kimi qürurla başlarını firuzəyi göylərə 

qaldırmışdı. Vətənin qız və  oğulları yan-yana - biri başıaşağı, başıbəlalı, gözü 

yaşlı, pərakəndə saçlı, pərişan görkəmli - şair qəlbi kimi!.. Digəri uca, qədd-

qamətli, məstanə duruşlu, ox bədənli, sərvi-azad qədli... O çox vaxt çayın 

kənarında oturub düşünürdü: "Axır... çay həmin çaydı... Yüz min illər keçəcək

yenə  də çay axacaq... Zərrələr həminki olmayacaq... Cəmiyyəti-insaniyyət də 

belədir...  Əbədi həyat,  əzəli həyat davam edəcək: insanlar, milyonlarla zıhəyat 

gəlib-gedəcək, fəqət fərdlər həminkilər olmayacaq... Bu zərrələr kimi... Cəmiyyəti-

insaniyyət də axan çaya, fərdlər isə ondakı zərrələrə bənzər..." 

Şair indi də bu xəyalların təsiri ilə məlum söyüdün altında əski yerində oturdu. 

indi, bir az sonra bəlkə Tərlan da hacının çəngindən 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə