Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə6/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   2   3   4   5   6   7   8   9   ...   143

__________________Milli Kitabxana_________________ 

16 


 

çuvalların da evdədi, gədəyə deyərəm gətirər". Ya da "Qardaş, malın tələf olan 

deyil, qiymət də ucuz idi deyin satdırmadım, dedim sən gələnə  bəlkəm qiymət 

dəyişdi, gəlib özün yerbəyer elərsən, odu vurdurmuşam, dörd çuvalını anbara, adə, 

Əlmərdan, ağanın mallarını çəkin qapana". Hamı bilir ki, Ağa Rəsul namus üstə, 

şərəf üstə, təmiz ad üstə diri gözlü ölümə gedər, adının ləkələnməsinə razı olmaz. 

İsmayılın dükanından aşağıda Bəzzazbazar çayçısı  Əlmuxtarın çayxana və 

pitixanası yerləşir.  Əlmuxtar çayçılıqda  şöhrət qazanıb, çox səliqəli, təmizkar və 

mömin kişidir. Seyfi adında bircə şəyirdi var. Qapıdakı o nəhəng samovarları Seyfi 

qaynadır, tacirlərin "Ağa  Əlmuxtar, bir çay" çağırışına Seyfi cavab verir, cəld 

çaydan və piyalələri, fincanları, lahıc işi parlaq mis siniyə düzüb aparır. Qab-

qacağı da Seyfi yuyur, Əlmuxtar bir çay dəmləməklə  məşğuldur, bir də haqqı 

yığmaqla. Dal otaqdakı köməkçisi pitiləri bardaqlarda hazırlayıb təndirə qoyur və 

lazım olduqca, Əlmuxtarın tələbilə, Seyfiyə verib göndərir. Əlmuxtar bəstəboy olsa 

da, çox qüvvətli kişidir, nəhəng samovarları  tək-başına qaldırır, qaynar-qaynar 

taxtabəndin üstünə qoyur. Güləş  həvəskarıdır. Hacı  Qədir demişkən "Qolunda 

Əliyyəlmürtəza gücündə bir zərrə var". Cavanlığında toylarda cox guləşib, indi 

şəninə  və yaşına yaraşdırmır. Bircə  arzusu  var:  lazımınca pul toplayıb ağanın 

ziyarətinə getmək və üzünü o Həzrətin türbətinə sürtmək. Bu eşq ilə kişi hər 

məhərrəmdə elə şurnan sinə vurur ki, bir ay qarası sinəsindən getmir. 

Tələsməyin, bir dükançını da sizə nişan verməliyəm, onun da bizə  dəxli var. 

Bəzzazbazarın orta göbəyində ipək, arşınmalı ticarəti ilə heç bir əlaqəsi olmayan o 

xırdaca dükan kitabfüruş Məşədi Qulama məxsusdur. Bu balaca, səliqəli və təmiz 

dükan, onun qəribə sakini çox maraqlıdır. Buraya o qədər  şair və  şeir həvəskarı 

gəlir ki! Gəlin biz də onu nəzərdən qaçırmayaq, qalan tüccarın dükanları ilə işimiz 

olmayacaq, Bəzzazbazar böyük, tacir çox, nə işimizə qalıb. Məşədi Qulam indilik 

bu aləmdə yeganə adamdır ki, onun dükanı burda dissonans kimi səslənir. 

Hamıya bir ləqəb qoşmağa həvəsli  Şamaxı camaatı onu Qırmızı Qulam 

adlandırır. Kişinin sözü qızıl-qırmızı, düz müsahibinin gözünün içinə deməsinə 

görə. Ətraf kəndlərdə onu tanıyanlar hörmətlə Məşədi Qulam deyə müraciət edir. 

Uzaq şəhərlərin kitab və şeir həvəskarları üçün o, "kitabfuruş Məşədi Qulam"dır. 

Şərqin  ən mötəbər  şəhərlərindəki xəttatlar,  əlyazma divanları, zəngin ornamentli

zərrin və qiymətli Quranlar tərtib edən və satan şəxslər Qulam kişini, qiyabi də 

olsa, tanıyır, sarvanlar vasitəsilə ona satmaq üçün müntəxəb məcmuələr, 

 

 



__________________Milli Kitabxana_________________ 

17 


 

risalələr, "Şahnamə" və "Xəmsə"lər, təfsirlər, "Qisəsül-əmbiya", "Qisəsül-övliya", 

İncə ornamentli divanlar göndərir  və  Şamaxı, Gəncə,  Şuşa qalası  və başqa. 

Şəhərlərdə çalışan xəttat və  nəqqaşların  əsərlərini də onun köməkliyi ilə  əldə 

edirlər. Şeir həvəskarları - tacirbaşı və sarvanlar Şamaxıya gələndə Məşədi Qulama 

dəyməyi mütləq vacibatdan sayarlar. Məşədi Qulam Şərqin müxtəlif cəhətlərilə 

əlaqə saxlayan müştərilərin səliqəsinə yaxşı  bələddir. Hər birinin istəyinə görə

gələcəyi günü təxminən də olsa müəyyənləşdirib, istəyə biləcəyi  əsəri  əl altında 

hazır saxlayır. Məşədi Qulamın qazancı böyük olmasa da, bazarı kasad deyil, 

rəvacdır. Bəzzazbazar qış aylarında satıcıdan xali olanda şeir həvəskarı olan 

dükançıların bəzisi Məşədi Qulamın dükanına yığışır, onun həvəslə oxuduğu 

şeirləri dinləyirlər. Məşədi Qulamın da bir azarı var: yaman həcviyyatpərəst, həcv 

aludəsidir. Kimə  həcv qoşulsa, gizlicə "xəttat və azurğu  şair" adlandırdığı 

Nəcəfquluya üzünü köçürtdürüb saxlayacaq, alıcı düşəndə yüz and-aman eləyib 

"bax, sən imam, mənim adım olmasın", deyib satacaq.   

Bununla da bizim Bəzzazbazarın  əsas sakinlərindən bir qismi ilə tanışlığımız 

qurtarır. Vay, vay, bağışlayın, lap yadımdan çıxmışdı, Bəzzazbazarda daim dükanı 

olmasa da, bir nəfərin işi, həyatı bütünlüklə buraya bağlıdır: bu suçu-Sərçə Bağıdır 

ki, evlərə su daşıyır və dükan sahiblərinin aftafa-səhənglərinə gərək olan miqdarda 

bulaq suyu gətirir. Xırdaboy, cılız adamdır Sərçə Bağı.  İl uzunu yalın ayaqları, 

cadar-cadar olmuş dabanları  qıpqırmızı olar. Çox üzüyola bir eşşəyi var, suyu 

güyümlərə doldurub, iri xurcunun hər iki gözünə qoyur, agzını qapayıb gətirir. 

Bazar başında Sərçə Bağının cır - "hoşşə" səsini eşidən kimi, dükançı  şəyirdləri 

cəld su üçün qapıya qab çıxarırlar.  

Hə, indi, deyəsən, doğrudan da, tanışlığımız qurtardı. Bircə  Bəzzazbazarın 

ayağındakı o ikimərtəbəli iri bina qaldı. Onun haqqında ayrıca danışacağıq: 

Mahmud ağaya məxsus olan karvansara həmin odur. Gəlin həmin binanı ötüb üzü 

dağa - Cuma məsciddən aşağıda Laləzarın yerləşdiyi təpə ilə qabaq-qənşər küçənin 

sol tərəfinə dönək. Bu, Gürcübazardır. Burada bizi bazarın başlanğıcındakı  tək 

bircə bina maraqlandırır:  əczaxana iki mərtəbəlidir, görürsünüzmü, iri otaqları, 

böyük, işıqlı pəncərələri var. Üst qatdakı əczaxana bir gurcü xanımına məxsusdur

nüsxəbənddir, özünü hələ ki, görən olmayıb, buranı bir erməni icarədar idarə edir, 

alt mərtəbə isə şərabxanadır. Şamaxının 

 

 




__________________Milli Kitabxana_________________ 

18 


 

əhlikef cavanlarının məskəni buradır. Danışacağımız qəziyyələr burada cərəyan 

etməsə də, bu şərabxana qəhrəmanlarımızın taleyini həll edənlərin əlində bir silah, 

bir dəstəvüz olub. 

İndi tanışlığımız ötəri də olsa qurtardı. Əlbəttə, biz sizinlə əsil qəhrəmanlarımız 

haqqında heç bir şey danışmadıq. Onları sonra görəcəksiniz. Ona görə  də, icazə 

verin, hələlik, burada vidalaşıb mətləbə keçək. Sizə  səbir, özümə, ustadlar 

demişkən, tövfiq arzulayıram. 

 

İLK İMTAHAN 

 

Onluq və otuzluq lampalar Şamaxıda təzə  dəb düşmüş, ilk dəfə Mahmud 

ağanın evində  işıq saçmışdı. Otuzluqların çəhrayı, gullü-bəzəkli gövdələri, təmiz 

silinmiş yekəqarın  şüşələri bərq vururdu. Məclisin yuxarı başında Mahmud ağa, 

ondan sağ  və sol tərəfə divar boyu salınmış  məxmər nimdərlərdə aliməqam 

qonaqlar  əyləşmişdi. Evin yerinə  əlvan xalılar döşənmişdi, Qonaq otağının 

divarları  şəbəkə camaxatanlardan ibarət idi; bunların bəzisinə  əlvan yorğan-

döşəklər, bahalı xalçalar yığılmışdı. Adamboyu hündürlükdə olan bu camaxatan - 

dolabların üstü divar uzunluğunda işləmə-şəbəkə  rəflərə çevrilmiş, rəflərin arxa 

hissəsi kiçik taxçalara bölünmüşdü. Rəflərdə  əla çini kasalar, lacivərdi qablar, 

əlvan bəzəkli nimçə, dolça, güldan, gülabdan, piyalə,  şirazi qəlyan,  şərbətdanlar 

düzülmüşdü. Rəflərin üstündən taxçaların lap tavana yaxın yerlərində ipək və 

güləbətin pərdə başlıqları asılmış, arabir əlvan naxıslı, şəkilli nimçələr vurulmuşdu, 

Otağın ayaq tərəfində üstü naxışlı günbəz  şəklində düzəldilmiş  qədim ocağın 

önündə xanəndə, nəvazəndə  və  rəqqasə - çəngiləf ücün yer hazırlanmışdı. Ocaq 

yerinin sağ  tərəfindən yarımtaxt üstündə sazəndə  dəstəsi: tarzən, zurnaçı, 

kamançaçı, dəfçi, yerdə isə qoşadumbul çalan oturmuşdu. Ocaq yerinin sol əlində 

"çəngi dəstəsi"ndən olan rəqqasə  qızlar  əyləşmişdi. Onlar səkkiz nəfər idi: Sona, 

Nisə, Səkinə, İzzət, Rəna, Məleykə, Qəndi, Badam. 

Məclisə ara vermədən Mahmud ağanın həmsinni olan cavanlar daxil olur, 

münasib yerdə əyləşirdi. İçəri girənlərin hər birisinə Mahmud ağa adəti üzrə öz əli 

ilə, nökərin gətirib onun qarşısına qoyduğu çaydan bir fincan təqdim edirdi. Qonaq 

çayı içib qurtardıqdan sonra Mahmud ağa onunla hal-əhvallaşırdı. Musiqi və rəqs 

məclisi hələ başlamamışdı. Məclis kimi isə gözləyirdi. 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə