Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə3/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   2   3   4   5   6   7   8   9   ...   143

__________________Milli Kitabxana_________________ 

 



kecmişinə aid yalnız baş vermiş hadisələr, yenilikdə köhnəliyin mübarizəsindən 

inandırıcı  səhifələr deyil, həm də bir sıra etnoqrafik detallar, adətlərin necəliyi, 

mühitin havası haqqında maraqlı məlumat alırıq. Kitabı vərəqlədikcə, bir zamanlar 

gördüyümüz məişət adət-ənənələri, insan xarakterləri, faktlar düzümü illərin 

uzaqlarında, xatirələr toranından aşkarlanan fotoşəkillər kimi yavaş-yavaş 

gözlərimizdə görümlüləşir". 

Şirvan trilogiyasının sonuncu romanı olan "Yad et məni" (1980) əsərində XX 

yüzilin  əvvəllərində  cərəyan edən hadisələrdən danışılır. Romanda üç dostun - 

Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Ağəli Nasehin portreti yaradılmışdır. Belə 

ki, Səhhətin simasinda vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və 

cəsurluq, Nasehin şəxsində  təvazökarlıq və  səmimilik kimi mənəvi-əxlaqi 

keyfiyyətlər inandırıcı  bədii detal və  ştrixlərlə  əks olunmuşdur. Lakin yazıçı 

romanda  əsas diqqəti Abbas Səhhətə yönəltməyə çalışmış, hadisə  və  əhvalatları 

mümkün qədər onunla bağlamışdır. 

Əzizə Cəfərzadənin "Bakı-1501" (1981) romanı Şah İsmayıl Xətayinin həyat və 

mübarizə yolundan bəhs edir. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında Şah 

İsmayıl haqqında bir sıra  əsərlər yazılmışdır. Bunların içərisində  Əlisa Nicatın 

"Qızılbaşlar", Fərman Kərimzadənin "Xudafərin körpüsü" və "Çaldıran döyüşü" 

(qeyd edək ki, yazıçı-dramaturq Kamal Abdullanın son dövrün məhsulu olan 

"Yarımçıq  əlyazma" romanının paralel sujetindən biri də  Şah  İsmayıl mövzusu 

üzərində qurulmuşdur) xüsusi yer tutur. Şah  İsmayıl  şəxsiyyətinə dönüş  zərurəti 

sovet imperiyasında siyasi iqlimin bir qədər mülayimləşməsi və bunun nəticəsi 

olaraq Azərbaycanın milli-azadlıq hərəkatının ilkin oyanış mərhələsini yaşaması ilə 

bağlı idi. Şübhəsiz milli-azadlıq hərəkatı eyni zamanda tarixə, onun milli 

dəyərlərinə qayıdışla müşayiət olunur ki, bu məqamda yazıçıların üzərinə böyük 

vəzifə düşdüyü etiraf olunmalıdır. 

Adı  çəkilən romanların da hər birində  Şah  İsmayıl  şəxsiyyətinə dönüşün 

məğzində, mahiyyətində Azərbaycanın itirilmiş dövlətçiliyinin bərpası, 

parçalanmış  məmləkətin birləşdirilməsi, bütövləşdirilməsi amalı dayanmaqdadır. 

Əgər Ə.Nicatın "Qızılbaşlar" romanında əsas etibarilə Çaldıran döyüşündən, Sultan 

Səlimlə  Şah  İsmayıl arasında gedən müharibə fonunda Türk dünyasının yaşadığı 

faciələrin ağrılarından bəhs olunursa, Fərman Kərimzadə daha çox Şah  İsmayılın 

həyatı və mübarizə yolunu xronoloji səpkidə canlandırmaq məqsədi izləmişdir. Bu 

mövzuda romanlar içərisində yazılma tarixi etibarilə ilk sırada dayanan "Bakı-

1501"- də böyük sərkərdənin Bakını ələ keçirməsi əks olunmuşdur. Lakin romanda 

Şah İsmayılın Bakıya yürüşü əsas yer tutsa da, müəllif tarixi hadisələri yalnız bu 

faktla məhdudlasdırmamışdır. O, Şah  İsmayılın hakimiyətə  gəlişindən tutmuş 

ömrünün sonuna qədər cərəyan edən hadisələr fonunda bir hökümdar, sərkərdə və 

şair kimi onun ömür yolunun başlıca məqamlarına işıq tutmuşdur. Tənqidçi-

ədəbiyyatşünas Akif Hüseynov 

 

 



__________________Milli Kitabxana_________________ 

 



"Bakı-1501" romanını  təhlil edərkən baş  qəhrəmanı yazıçının uğuru kimi 

dəyərləndirmişdir. Onun fikrincə, müəllif "Şah  İsmayılın mürəkkəb xarakterini 

canlandırarkən nəinki birtərəflilikdən, aludəliçilikdən uzaqlaşa bilmiş, həmçinin 

obrazın məziyyətləri, fəaliyyətinin pozitiv cəhətləri ilə yanaşı qüsurlarını da 

göstərmiş  və  qəhrəmanın milli şüurunun, vətənpərvərlik duyğularının inikasına 

ciddi diqqət yetirmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan 

dövlətinin yaradıcısı kimi səciyyələndirilir." 

Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizasinin simvolu kimi 

dil, qeyrət və  Vətən sevgisi diqqət mərkəzinə  çəkilmişdir (Onu da qeyd etmək 

yerinə düşər ki, Əzizə Cəfərzadənin məzar daşına belə "Bakı-1501" romanından - 

Şah İsmayılın dilindən gətirilən "Sizə vəziyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi 

qoruyun" sözləri həkk olunmuşdur). 

Əzizə Cəfərzadənin "Xoş gördük, səyyah" adlı povestinin yenidən islənmiş və 

genişləndirilmiş variantı kimi oxuculara təqdim etdiyi "Eldən-elə" romanı XIX 

yüzildə yasamış Azərbaycan alimi və  səyyabi Zeynalabdin Şirvaninin həyatından 

alınmışdır. Yazıçı həyatının otuz yeddi ilini səyahətdə keçirmiş olan bu görkəmli 

şəxsiyyətin ömür yolunu vərəq-vərəq izləmiş, oxuculara indiyədək qararlıq qalan 

bir çox məqamları üzə  çıxarmışdır. Etnoqrafik detallarla zəngin olan "Eldən-elə" 

romanında  İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələri haqqında 

verilmiş zəngin məlumatlar əsəri oxunaqlı edir. Romanda Zeynalabdin Şirvaninin 

həyatının - uşaqlıq çağlarından tutmuş ömrünün sonlarınadək olan dövrü əhatə 

olunmuşdur. Əsər baş qəhrəman Zeynalabdinin gəmidə səyahət edərkən Səudiyyə 

Ərəbistanında ölümü səhnəsi ilə bitir. Onun arvadına və dostuna da vəsiyyəti 

ömürünü büsbütün yollarda keçirmiş bir insanın ideal və  məramını, romanın isə 

bədii qayəsini təşkil edir: 

"Vəsiyyət  yüngüllükdür, islamiyyətin qaydalarındandır, qulaq verin. Əvvəlinci 

və axırıncı ilk yadigarımı tapşırıram hər ikinizə, kitablarım, yazılarım... bir də 

balalarım. Yazılarımı əmin yerdə saxlayın, yad əllərə düşməsin. Nəysə əminəm ki, 

gün gələcək onlar insanlara lazım olacaqdır. Yoxsa heç ömrümü sərf etməyə - 

balalarımdan, səndən kəsib dünyanı dolaşmağa dəyməzdi. Can sizin, can yazılarım 

əmanəti.  İkincisi, balalarımı oxudun, qoy anlasınlar ki, elm yük deyil, elə bir 

xəzinədir ki, insanı afətlərdən qoruya bilər, həmişə düz yola dəvət edər". Onu da 

xatırladaq ki, əsərdə Zeynalabdinin yolda ölməsi, cəsədi dənizə atıldığından 

məzarının olmaması rəmzi məna daşıyır. 

Tarixi mövzuda qələmə alınmış  əsərlərdən biri də  sənətkarın, olümündən bir 

qədər əvvəl yazdığı və türk şerinin peyğəmbəri Məhəmməd Füzulinin həyatından 

bəhs edən "Eşq sultanı" (2003) adlı romanıdır. 

Məlum olduğu kimi, Füzulinin həyatı  və qeyri-adi yaradıcılığı beş yüz ildən 

artıqdır ki, söz dünyasını öz sehrində, cazibəsində saxlamaqdadır. Tarixin səhifəleri 

çevrildikcə bu milli şeir dühasının əsərləri daha artıq dərəcədə 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə