Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə7/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   2   3   4   5   6   7   8   9   10   ...   143

__________________Milli Kitabxana_________________ 

19 


 

Seyid  Əbdül  Əzim içəri girib ümumi salam verdi, tay-tuşu onu yanına dəvət 

etdi. O keçib Zeynalabdin ilə Hacəsəd oğlu Tərlanın arasında oturdu. Bu gün 

buraya anasından xəlvət, həm də dostu Tərlanın təkidlərinə görə  gəlmişdi.  İndi 

evin yeganə kişisi, böyüyü olsa da, qohum-əqrəba arasında "yaxşı yer" sayılmayan 

elə  məclisə ilk gəlişi olduğundan utanır, qısılırdı. Anasının "bu işi 

bəyənməyəcəyini bilirdi. Gənc daxilində qəribə bir həyəcan duyurdu. Ətlərini hara 

qoyacağını bilmirdi. Onu bu məclisə dəvət edən ikinci həmtayı Rza bəy, Mahmud 

ağaya yaxın bir mövqedə oturmuşdu. 

Əbdül Əzimin salamını baş işarəsilə alan Rza bəy, azacıq Mahmud ağaya tərəf 

əyilib gələnin kim olduğunu söylədi. Mahmud ağa qarşısındakı çay dolu 

fincanlardan birini qaldırıb, Seyid Əbdül  Əzimə  tərəf ötürtdürdü. Gülümsər 

gözlərilə onu bir daha salamladı. İlk dəfə gördüyü gəncin utancaq üzü, mehriban 

qara gözləri, sadə geyimlə düzgün qaməti ağanın xoşuna gəldi. Gənc gözaltı 

məclisdəki cavanları, daha sonra aşağıbaşda üzüaçıq oturmuş  rəqqasə  qızları 

təəccüb hissilə süzdü. O ömründə kişi məclisində üzüaçıq oturan qadın 

görməmişdi, həyasından daha da qızardı. Bütün gördükləri Seyid Əzimin tərbiyə 

alıb böyüdüyü mühitə uyğun gəlmirdi. 

Qapıda səs-səmir ucalanda Mahmud ağa yerindən qalxdı, ona baxıb məclis əhli 

də ayağa durdu. Seyid Əzimin dizi yanında oturmuş Zeynalabdin adlı gənc astadan 

ona pıçıldadı: 

- Bu gün xüsusi ziyafətdi. Ağanın xarici qonağı var. Deyəsən urusdu, ya 

firəngdi. Bax, odu gəlir... Deyirlər guya şəkil çəkir... 

Geyimi, siması ilə  məclisdəkilərdən tamamilə seçilən bir şəxs otağa daxil 

olduqda Mahmud ağa irəlilədi. Otağın ortasında qonağı qarşılayıb əl verdi və Seyid 

Əzimin başa düşmədiyi bir dildə onunla salamlaşdı. Əlindən tutduğu halda yerinə 

qayıtdı, qonağı döşəkçəsi yanında qoyulmuş alçaq kətilin üstündə oturmağa dəvət 

etdi. Sonra əhli-məclisə müraciətlə qonağı nişan verdi: 

-

 

Ağalar, qonağım cənab knyaz Qaqarindir. O bizim içərimizdə olmayan, 



bizə nəsib olmayan bir sənət sahibidir. Rəssamdır. Şəkil çəkir, bir növ bizim qədim 

divarların bəzəyini işləyən rəhmətüllah Mir Əli kimi. Dinimiz bizə insan rəsm 

etməyi qadağan edir. Xristianlarda isə belə deyil. Cənab knyaz buralara səyahət 

edib ki, bizim həyat və təbiətimizdən bəzi lövhələri rəsm etsin. 

Rəssam özünə dikilən gözlərdən anladı ki, Mahmud ağa onu yığılanlara təqdim 

edir, qulağı anlamadığı sözlərin ahəngində ikən, sanki 

 

 



__________________Milli Kitabxana_________________ 

20 


 

dili bilmədiyi üçün günahkarca gülümsəyir və o da öz növbəsində qonaqları, otağı 

seyr edirdi. Sarışın, dəniz suyu kimi duru, mavigözlü, nazik simalı bu gəncin 

əynində kip oturmuş boğazlı gödəkcəsinin yaxası iri düymələrlə düymələnmişdi, 

çərpələngə oxşayan üçkünc qotazlı papağını  çıxarıb dizi üstünə qoymuşdu, yerli 

adətlə tanış olduğundan ayaqqabılarını qapının ağzında çıxarıb içəri girmişdisə də, 

otaqda papaqla əyləşən qonaqlardan tək bircə onun başı açıq idi. O, dilini 

bilmədiyi, tanımadığı bu adamlara mavi gözlərindəki dərin bir maraqla baxır, 

hamını - hər  şeyi,  əlvan geyimləri, bir küncdə oturmuş  çəngi dəstəsini, otağın 

bərbəzəyini diqqətlə gözdən keçirirdi. 

Məclis isə artıq arəstə idi. İlk çaylar içilib qurtarmış və nökərlər boş fincanları 

sini və naxışlı  məcməyilərə  yığıb aparmışdılar. Mahmud ağanın işarəsi ilə 

sazəndələr oyun havası çalmağa başladılar. Öz işini bilən "çəngi"lər icərisindən 

birisi ayağa qalxıb, məclisin ortasına gəldi. Dərhal məclisdən xəfif bir pıçıltı keçdi. 

"Sona!.." Tərlan Seyid Əzimin qulağına pıçıldadı: 

- Sonadı, çəngilərin ən yaxşısı... 

Seyid  Əzim Dağıstandan qayıdandan bəri  Şamaxı cavanlarının, tay-tuşu olan 

gənclərin ağzından "Sona", "çəngi gözəli Sona" sözünü çox eşitmişdisə  də, onu 

birinci dəfə görürdü. 

Sonanın incə, gözəl üzü, qızılgül yarpağı kimi zərif dodaqları  və yanaqları 

boyasız idi. Qulaqlarına taxdığı piyalə  sırğalar birçəklərinin altından çiyinlərinə 

dəyirdi.  Əlvan yun şətəl geydiyi balaca ayaqları uzun darayı tumanın altından 

güclə görünürdü. Qanovuz köynəyinin üstundən geydiyi kimxa arxalığının 

yaxasını qarmalamış, üstündən ensiz kəmər bağlamışdı. Arxalığın yaxasına 

göyərçin yumurtası boyda düymələr tikilmiş,

 boynuna kəlbəndi, silsilə taxmış, 

bənarə örpəyinin üstündən çətirli alnına gülpərək vurmuşdu. Örpəyin ucları uzun 

hörüklərilə bərabər kürəyinə atılmışdı. O birisi qızlardan yalnız Qəndi xanımın, bir 

də Badam xanımın üstündə Sona kimi çox qızıl var idi. qalanların bəzəyi nisbətən 

sadə idi. Amma zahiri gözəllikdə bir qız onunla rəqabət apara bilərdi. Bu, Sonadan 

xeyli cavan görünən Nisə adlı rəqqasə idi. 

İndi söz-söhbət kəsilmiş, bütün gözlər Sonaya dikilmişdi. Məclis  əhlinin 

nəzərini cəlb etdiyinə əmin olan kimi Sona, sağ əlini döşünə qoyub məclisin dörd 

səmtinə  də bas əydi. Rəqsə başladı.  Əvvəlcə yançaqlarını oynada-oynada dövrə 

vurdu. Sonra əllərini gah başı üzərinə, gah çənəsi altına, gah döşləri üstünə, gah da 

belinə doğru apararaq  

 

 



__________________Milli Kitabxana_________________ 

21 


 

süzdü. Məclisin ortasında durub göbəkatma rəqsinə başladı. Sonanın mütənasib 

əndamı rəqsin ahəngilə tərpəndikcə, qolları, ayaqları, gərdəni, çənəsi, bütün qadın 

vücudunun gözəlliyi bu rəqsdə  iştirak edirdi. Bu zaman rəqqasə  qızlar maraqla 

onun rəqsini izləyir, çalğıçılar arasında ayağını ayağının üstünə  aşırıb oturmuş 

Qəndi xanım isa oxumaqdan ziyadə  rəqsin ahənginə uyğun coşqun bir tərzdə 

deyirdi: 

 

At, göbəyim, at,  



içində nobat.  

Gəlsin gomumat —  

Versin ağ manat. 

 

Qonaqlar vəcdə gəlmişdi. Hər bir dodaqda təbəssüm qaynayır, hər gözdə atəş 



parlayır, hər qəlbdən "afərin", "maşallah", "fətəbərakəllahu  əhsənül-xaliqin" 

sədaları qopurdu. Şırıqqa səsindən qulaq tutulurdu. 

Bu ara rəssam  əlinə aldığı kiçik albomu açmış, Sonanın rəqsinin, çəngilərin 

oturuşunun qaralamasını edirdi, onun ilhamdan şölələnən üzünə  xəfif bir qızartı 

çökmüşdü. O, bir tərəfdən ömründə ilk dəfə gördüyü qəribə  rəqsin, musiqinin 

ahəngindən zövq alır-, digər tərəfdən gördüklərini süngər kimi zehninə, xəyalına 

hopdurmaq, sonra çəkəcəyi böyük tablo üçün yadında saxlamaq istəyirdi. 

Sona isə sanki səsləri eşitmir, bu gözləri, bu dodaqları görmürdü, onun bütün 

varlığında, cisminin bütün hüceyrələrini lərzəyə salan coşqun musiqi ehtizaza gəlir, 

gəlini rəqs etdirirdi. Sonanın  şirmayı  əllərinin biri qaşları üstünə, digəri çənəsi 

altına gələndə, sürməli qara gözləri süzülür, başı dönmədən bu badamı gözlər gah 

sağa, gah sola baxır, axırdı. Onun bir cüt ilan kimi çevrəsində qıvrılan hörükləri, 

alnındakı  çətir, yanaqlarına və  çənəsinə düşən burma birçəklər rəqsin ahənginə 

uyğun yellənir və ətrafa Xütən müşkünün məstedici ətrini yayırdı. Vəsməli qaşları 

gözlərin məlahətini artırırdı. 

Cavan Seyid Əzim indi iki hiss keçirir, iki düşüncə arasında çaşıb qalmışdı. 

Birtərəfdən ilkin gördüyü  məclisdəki gözəllik, musiqi, gözəlin ecazkar rəqsi onun 

bütün varlığını, gənc ürəyinin dərinliklərinə  qədər fəth etmişdi. O, Sonanın 

rəqsindəki incə ahənginə  məftun olmuşdu. Qız onun gözü önündə nağıllarda 

eşitdiyi pəriləri, daha sonra ruhani babasının o dünyada, behiştdə görə biləcəyini 

vəd etdiyi huriləri canlandırmışdı. Gənc şairin qəlbində indi başqa ahəngdə, başqa 

vəzndə, rədif və qafiyədə bədahətən gələn bir qəzəl yaranırdı. 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə