Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə4/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   2   3   4   5   6   7   8   9   ...   143

__________________Milli Kitabxana_________________ 

10 


 

diqqətı  çəkməkdə  və  nəzəri-estetik fikri məşğul etməkdədir. Bu mənada  Əzizə 

Cəfərzadənin Füzuli sehrinə düşməsi tamamilə təbiidir. 

"Eşq sultanı" Əzizə Cəfərzadə yaradıcılığının son məhsulu kimi maraq doğurur. 

Bu romanı yazıçının zəngin və çoxcəhətli yaradıcılığının təsadüfi bir örnəyi hesab 

etmək doğru deyildir. 

Əzizə xanım bütün ömrü boyu gərgin işləsə də, onun həyatının son illəri daha 

səmərəli və məhsuldar olmuşdur. Belə ki, yazıçı ilə yaxın ünsiyyətdə olanlar ədibin 

daim vaxt azlığından şikayətləndiyini xatırlayırlar. 

Onu da qeyd edək ki, Füzuli mövzusu Əzizə  Cəfərzadənin yaradıcılığı üçün 

gözlənilməz deyildir. O, uzun illər boyu bu mövzu ilə maraqlanmış, nə zamansa 

yazacağını düşündüyü roman üçün fakt və materialları daha erkən illərdən 

toplamağa baslamışdı. Yazıçının Fuzuliyə  həsr olunmuş elmi tədqiqatları da 

diqqətə layiqdir. Habelə xatırlatmağa ehtiyac vardır ki, Şamaxı rayonunda yerləşən 

xaraba Bayat kəndində abidə qoyulması təsəbbüsü də Əzizə xanıma məxsusdur. 

Təsadüfi deyil ki, romanda yazıçı Füzulinin Şirvandan köçüb getməsi,  əslən 

Şamaxının qədim Bayat kəndindən olması versiyasını əsas götürmüş və hadisələri 

bu məcrada təsvir etmişdir. Ona görə  də roman boyu Füzulinin yaşadığı  vətən 

həsrəti, qürbət duyğuları qabarıq ifadəsini tapmışdır. 

"Eşq sultanı" romanında, həmçinin "Söhbətül-əsmar" və "Bəngü-Badə" əsərinin 

yaranması ilə bağlı  təsvir olunan epizodlar özünəməxsusluğu ilə yadda qalır. 

Yazıçının  əsərdə yaratmış olduğu tarixi şəxsiyyətlər orijinallığı, bənzərsizliyi ilə 

diqqəti çəkməkdədir. 

Daha bir səciyyəvi detal romanda yazıçının öz yaradıcılıq üslubuna sadiq 

qalaraq dövrün etnoqrafiyasını canlandırması ilə bağlıdır. 

Romanda diqqət çəkən məqamlardan biri də burada Füzulinin və onunla həm 

əsr digər sairlərin yaradıcılığından gətirilmiş poetik parçaların təsvir olunan hadisə 

və  əhvalatların məzmununa uyğun verilməsidir. Bu poetik örnəklər bir tərəfdən 

tarixin cizgilərini canlandırmağa imkan vermiş, digər tərəfdən  əsərin poetik 

ovqatını və ruhunu təmin etmişdir. 

Romanın üslubuna dərin, axıcı bir lirizm hakimdir. Bu lirizmi bir yandan əsərin 

mövzusu, digər yandan yazıçının özünəməxsus üslubu diqtə etməkdədir.  Əsərin 

bölmələri süjetin bütövlüyünü təmin etdiyi kimi bu bölmələrin hər birinin müəyyən 

mənada bitkin məzmuna malik olduğu da diqqətdən qaçırılmamalıdır. 

İnanırıq ki, müəllifin yalnız öz dövrünə deyil, gələcəyə ünvanlanmış  əsərləri 

geniş oxucu kütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır. 

 

 

Vaqif Sultanlı 

 

 



__________________Milli Kitabxana_________________ 

11 


 

ŞAMAXI   YOLLARDAN   BAŞLAYIR 

Şamaxı yollardan başlayır... Yollar... Sonsuz, nəhayətsiz yollar... Şirvana gedən 

yol az qala bütün dünyanın ticarət aləminə məlumdur. Şərqin bir sıra şəhərlərində 

hələ uzun illər "Şirvana gedən karvan yolu", "Şamaxı yolu", "Şirvan  şahlığı", 

"Şamaxı sultanlığı" ifadəsi qalacaq... Bu yollardan gələn karvanlar Şirvan gözəlləri 

üçün Benaresdə toxunmuş incə, zəngin və gözəl bənarə örpəklər, hind gəlinlərinin 

örtdüyü sarı kimi zərif çarşablar, Bakıdan neft, duz, zəfəran,  Şəkidən ipək, 

Dağıstandan şal, Qafandan misgərlər üçün mis külçələri, Qəbələdən qoz, fındıq və 

şabalıd, Məkərə  və Moskvadan, İrandan, Türkiyədən, Ərəb ölkələrindən müxtəlif 

matahlar gətirir. Qapan meydanı  səhərdən axşamacan, axşam namazından sübh 

azanınacan aramsız işləyir. Burada baş qapançı  Ağa Rəsulun köməkçiləri və 

şagirdləri yükləri qapana vurur. Mirzə  Səftər isə hesabat dəftərinə salır. Sonra 

möhkəm yaddaşlı  Ağa Rəsul dəstəmazını  sındırmadan oturub, gələn malları 

hesablayır.  Şamaxının dörd mindən ziyadə  sənətkarına, yeddi yüz toxucu 

dəzgahına, iki qanovuz karxanasına, bəzzaz, baqqal, misgər, başmaqçı cərgələrmə 

lazım olan malları, tacir və sənətkarların tələb etdiyi qədər bölüşdürüb paylaşdırır, 

qalanını sarbanlar üçün hazırlatdırır. Ağa Rəsul bütün bu ağır hesabatı Mirzə 

Səttardan yaxşı yadda saxlayır, heç kəsin sifarişini, sifarişin qədərini unutmur. 

Hesab dəftərindən düşənləri də Mirzə Səttarın yadına özü salır. 

Şirvanın aləm vaxtında giririk bazara. Hələ  nə 1859, nə 1872, nə  də 1902-ci 

illərdə bu yerləri xərabəzara çevirən, onun görkəmli adamlarını, adlı tacirlərini 

diyarbədiyar salan, gözəl binalarını, daş döşənmiş dürüst küçələrini alt-üst edən 

zəlzələlər baş verməyib, az qala yüz əlli minə çatan əhalisinin çoxu didərgin 

düşməyib, hələ hər bir evdən, hər ağac dibindən bir toy, bir şənlik məclisinin səsi 

gəlir,  Şirvan xanəndələrinin, rəqqasələrinin  şöhrəti dünyaya yayılıb,  şən-şatir 

adamlar “əhli-kef”, bəxtiyar camaat kimi, dövlətli-varlı, gülərüz, qonaqsevər xalq 

kimi tanınır. Zeynalabdin Şirvaninin Hindistan, Ərəb ölkələri,  İran,  Əfqanıstan 

səfərləri haqqında  əfsanələrə, nağıllara bənzəyən hekayələri bitib qurtarmayıb. 

Cavan tacirlər onun izilə, onun gəzib, görüb gəldiyi ölkələrə getmək həvəsindədi. 

Tək bir Şamaxıda qanovuz, kəlağayı, 

 

 



__________________Milli Kitabxana_________________ 

12 


 

darayı toxuyan dörd minəcən usta - sənətkar var. Qərib qonaqlar saatlarla 

dəzgahların yanında durub şərbafların, kargərlərin oxuduğu  əmək mahnısını 

dinləməkdən doymurlar. 

"Dələgeyin-dəmşalağın baxtına, balağı  cırıq baxtına". Deyirlər ki, belə 

oxuyanda butalar dəzgahda bütöv çıxır... 

Şirvan yollardan başlayır. Bu yollarla gələn yolçular Şamaxıya çata-çatmaya 

onun dörd çevrəsində cari olan Söyüdlü, Güllü, Minaxor... bulaqlarının başında 

müvəqqəti bina salır, çadır kimi kölgəliklər yaratmış ağacların altında dincəlir, əl-

üzünü uzun yolların tozundan yuyub təmizləyir, pal-paltarını səliqəyə salır, Şamaxı 

bazarına "insan kökündə" girməyə hazırlıq görür... 

Şamaxı bazardan başlayır... Burada bazar çoxdu: Misgərbazar dünyaya Lahıc 

işi - mis qazanlar, bəzəkli sərniclər, güyümlər, naxışlı aftafa-ləyənlər, lüleyinlər, 

aşsüzənlər, sərpinclər göndərir. Bu mis üzərinə salınmış ornamentlər, naxışlar 

baxanı valeh eləyir... Bəzzaz-bazar tacirləri adnandı. Onların dükanlarında Məkərə 

yarmarkalarından başlamış Hindistan, İran, Çin və başqalarından gətirilmiş gözəl 

ipək parçalarla yanaşı,  Şamaxının özündə toxunan əlvan kəlağayılar, qanovuzlar, 

darayı, cecim və xalçalar, güləbətin işləmələr satılır. Bir çox ölkə  və  şəhərdə 

Şirvan kəlağayısı  "Şamaxı" adlandırılır.  Şirvan ustalarının  əl işləri dünya 

bazarlarına yol açır. Şamaxının, Şəkinin xam ipəyini də tacirlər bu cərgədən alır, 

karvan-karvan Şərqin və Qərbin, Şimalın və Cənubun karxanalarına göndərirlər. 

İngilis sarayının daimi müvəkkili  Şamaxıdan  əl çəkmir. O burada toxunan 

ipəklərin  ən zərifini, xalçaların  ən rəngarəngini çeşid-çeşid seçir, bircə-bircə 

yoxlayır və alır. Deyirlər ki, onun aldığı ipəklər  İngiltərə sarayında xüsusilə 

bəyənilir, şah və şahzadə xanımlar məhz Şamaxı ipəyi geyməyə can atırlar. 

Multanı tacirləri, atəşpərəst Kəşmir qəribləri də burada daimi məskən salıblar, 

onlar da buradan Hindistana müxtəlif çeşidli mallar alıb göndərirlər. Kərbəlayı 

Vəlinin karvanı gələndə Şamaxı bazarları xüsusilə rövnəqlənir, canlanır. 

Bazar çoxdu... Baqqalbazar, Dərzibazar, Başmaqçıbazar, Xarrat-bazar... 

Gürcübazar... Bəzzazbazar tacirlərilə yanaşı Gürcübazardakı bir əczaxana və 

əczaxananın alt mərtəbəsində salınmış meyxanənin də bizim hekayətimizə  dəxli 

var... Gürcübazarda gözü açıq cavanların bir çoxu öz rus, erməni, malakan, gürcü 

qardaşları ilə  sərbəst görüşüb danışa bildikləri kimi, məşrəb aludələri də burada 

tez-tez görünür... 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə