Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə143/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   135   136   137   138   139   140   141   142   143

__________________Milli Kitabxana_________________ 

423 


 

apardılar... Lakin uzaq Hindistandan, Kərbəlayı Vəli sarvanının səkkiz həftəyə - 

iki aya karvanla getdiyi yolu pay-piyada, zəvvar kimi, yalnız ölmək, həyatını 

atəşpərəstlərin məkkəsi hesab olunan müqəddəs diyarda, yeraltı odların zəbanə 

çəkdiyi Suraxanıda başa vurmuq üçün uzaq Hindistandan bura gəlmiş o qoca 

zəvvar, onun xatirəsində  əbədi həkk olunub qalmışdı... Həmin zəvvarlardan o, 

Məkkədə, Məkkə ibadətgahında da çox görmüşdü.  Əyinlərinə diri ikən ağ  kəfən 

geymiş, ayaqyalın, başıaçıq, ayaqlarını qızmar qumlar, başlarını od yağdıran günəş 

yandıra-yandıra... Ciyərlərini "əff' ümidi parcalaya-parçalaya, lehləyərək... toz, tər, 

alov içində "əl-off, əl-əff' deyərək lökləyən, ibadət edən müsəlmanlar... onlar daş 

önündə, bunlar atəş önündə, bunlar atəş qarşısında... Suraxanı iqlimi həmin 

günlərdə, Məkkə iqlimindən mülayim deyildi. Suraxanı günəşi bu günlərdə göydən 

Ərəbistan günəşindən az od ələmirdi.  İndi son nəfəsində, həyatının son hesabat 

verdiyi mizan-tərəzi qurub günah və savablarını hesaba aldığı bu dəqiqədə, həmin 

atəşpərəst zəvvar gəlib gözlərinin önündə durdu... 

Şair özünəməxsus bir incə kinayə ilə düşünürdü: "Hə, pərvərdigarın qulluğuna 

sən məndən xeyli əvvəl çatmısan, nə dedi, neylədi sənə? Ruhunu göylərmi qəbul 

elədi, yerlərdə torpaqlaramı qarışdın? Niyə gözlərimə görünüb əhli-beytimi bu son 

nəfəsdə görməyimə mane olursan? Behiştə gedə bilsəm, sənin də  dərdini 

pərvərdigara çatdırmağımı diləyirsən? Nəydi günahın? Niyə  səni elə  cəhalətə 

atmışdı? Qərib ölkədə kim dəfn etdi səni, necə dəfh etdi? Cismini atəşə kim atdı? 

Ruhunu kim qəbul elədi? 

Əbədiyyat qarşısında hamı birdir... Qardaşım, səni, ümumən insanları bir-

birindən ayıran dinləri mən qəbul eləmirəm.  Əgər hamını bir Allah yaradıbsa, o 

heç bir zihəyata fərq qoymamalıdır..." 

Düşüncələr... xəyallar... son xəyallar... 

Məhəmməd: "Allah bir günahkarın günahmı  əfv etməzdən  əvvəl bir 

danişməndin günahını bağışlayır", - deyib, niyə? "Ey pərvərdigar, elə elə ki, 

yaratdıqların  şəkiba olmasın" bunu da Əli deyib... Bəs sən də onun 

yaratdıqlarındansan,  şəkiba' oldunmu pərvərdigarına?.. Dərgaha  şübhələr içində 

gəlirəm. 

Birdən kiminlə isə  nə zamansa yarımçıq qalmış, ipi-sapı çürümüş  xəyal kimi 

qırılmış başqa bir mübahisə xəstə qəlbində yenidən canlandı: 

 

 




__________________Milli Kitabxana_________________ 

424 


 

- Bilirsənmi ki, bizim xalqın ziyahsı tez gördü, tez öyrəndi olur; ərəb gəlir, 

onun dilini, adətini, fars gəlir onunkunu, türk gəlir onunkunu götürür. İndi də bir 

başqasının yolunu, ərganını, şərabxorluğunu öyrənəcək...  

-  Əbədən səhvsən...  Əvvələn, bu fıkir özü kökündən düz deyil. Bizdə 

Ərəbistanın orta göbəyində yaşayıb öz doğma ana dilini, adətini mühafızə edən 

qəbilələr, şairlər var... Füzulini unutdun? Kərgüklüləri görmədin? 

Sonra da Kərbəlada Nəcəf təhsili zamanı gördüyü, dönə-dönə ziyarət elədiyi 

məzar gözlərində canlandı. Bu onun çox sevdiyi Füzulinin məzarı idi... "Bütün 

qəzəllərimin sələfı, başlanğıcı, ilhamı Füzuli... 

 

Qansı bütdür bilməzəm imanımı qarət edən?  



Səndə iman yox ki, "sən aldın, deyəm, imanımı?" 

 

-Məndəmi iman yoxdur, şairim? 



-Hələ də burdasan, pərilər soltanı? 

-Bəs harda olmalıyam? 

-Şeir, musiqi, tərəb olan yerdə.. Fərəh olan yerdə... 

-Səni tərk etmərəm, Ağa, əsasım yoxdur... bircə buna yanıram ki,sənin ilhamın 

olmuşamsa da, sənə heç səadət gətirə bilməmişəm... 

-Qoy indi də mən etiraz edim, gözəlim! Səadət verdiyin anlar da olub... Zillət 

içində elə xoş anlarım olub ki, dünyanın bütün soltanlarının, bütün 

dövlətməndlərinin sərvəti bahasına əldə etmək olmaz  o səadəti, bəxtiyarlığı... 

Pərilər soltanının səsi qısıldı, maraq qarışıq təvazölə, utancaqlıqla  soruşdu:  

- Hansıdır? Nədir? Ölən şairin gözlərində evi işıqlandıran bir təbəssüm parladı: 

- Necə nədir? Mizan-tərəzi qurulan anlarda bunları unutsam, onda nameyi-əmalıma 

nə yazılacaq? Bəs ilk dəfə "Əkinçidə möhtərəm Zərdabi cənablarına məktubum və 

şerim çap olunduğu gün? Bəs məktəb açıb binəsiblərin balalarını qanadım altına 

aldığım, onlardan əsil, basəvad vətəndaşlar yetişdirdiyimi duyduğun gün?.. Əlli üç 

illik ömür üçün bunlar az da olsa, fəqət var... hələ var... 

Arabir Minasoltan ananın ağlar səsi eşidildi, o, otağın bir guşəsində göz yaşları 

içərisində oturub Seyyidin hər bir arzusunu kirpiklərinin hərəkətlərindən duymaq 

və  dərhal yerinə yetirmək üçün can qurban eləməyə hazır olan Ceyrana işarəylə 

dedi: 

 

 




__________________Milli Kitabxana_________________ 

425 


 

-Amma hərdən, səhər obaşdan evə qayıdanda, səni ana qarşılayırdı, "ömrüvə 

haram qatdın, ovqatuvu zay elədin deyirdi... Ceyran kimi gəlinə  xəyanət 

elənməzdi... 

-Olub ana, keç günahımdan. 

-Ana da, Ceyran da keçib, Allah keçsin... 

-Onun cavabını özüm verrəm... 

-Həlbət ki... özün... 

Kimin isə, hardansa əlinə bir əl uzandı... Elə bil əlindən tutub aparırdılar onu... 

hara, özü də bilmirdi, amma bilirdi ki, bu yoldan döndü yoxdur... Gözləri axırdı... 

"Sizi tərk edib gedirəm...  Əlvida!..  İman-gümansız, tavanasız qoyub gedirəm... 

Cəfərimi... anamı... Ceyranımı...  əməllərimi... "Bircə  mən səni tərk etməmişəm, 

Ağa, səndən əvvəl köçmüşəm o dünyaya", "Yox, pərilər soltanı, səhvsən! Sənin də 

gedən cismindir, ilham isə bu Şirvan torpağını tərk etməyib... eləyə bilməz də..." 

"Nə deyirəm ki, Ağa, yesirin olum, sən bilən yaxşıdı..." 

"Mən bilən?! Bəlkə də... Amma hər halda..." 

Onun gözləri yumulur, açılır, elə bil ki, gah ölür, gah yenidən dirilir, yenidən 

qayıdırdı. 

Seyyid həyata vida edirdi, lakin sevdiyi həyat onu tərk etmək bilmirdi! Sevməli 

şairini həyat sevirdi. Onun qulaqlarında bütün bir aləm, mübarizələrdə, 

çarpışmalarda keçmiş bütöv bir ömür öz sədası, qayğıları ilə canlanırdı: 

Mahmud ağanın səsi: 

"Əhməd ağanın ərvahına and olsun ki, düz buyurmusan, cədda. 

 

"Dürdi-mey ta vardır biz dərdi-aləm çəkmərik,  



Biz bu aləmdə səfanı şahdan kəm çəkmərik..." 

 

Molla Qurbanqulunun səsi: 



-Deyib, bəli, bəli, özü deyib, özü öz hökmünü verib bu sözlərlə,özü öz küfrünə 

fıtva verib, həzərat: 

 

Bu küfrnüma şerüvü, Seyyid, görüb aləm  



Kafər deməsinlər səni, aya nə desinlər? 

 

Qapaqlının səsi: 



-Kafərdi,  əşhədənbillah, dilim kəlməyə  gəlməsin ki, kafərdi, kafərdi, babidi, 

daha babinin başında buynuz olmur ki, moltanıdı yalan deyən. 

 

 



__________________Milli Kitabxana_________________ 

426 


 

Ağaseyidəli ağanın səsi:  

- Cəddinin vəsiyyətinə  əməl etmədin. Axı "səlamətil-insan fi hifzi lisan" 

deyiblər. Həlak eylədin özünü, əmoğlu, lap nahaq yerə... Aləmi-nasutda 

gözləyirəm səni, gələrsən, mübahisəmizi orda ayırd elərik. Xaliqi-ləmyəzəlin 

hüzurunda, görərik kimdir haqlı, kimdir nahaq? 

Seyyidin bozarmaqda olan dodaqlarında kinayəli bir təbəssüm qaynayır, özü öz 

səsini eşidir: "Ordadamı, ordadamı çalışmalar bitməyəcək, ordadamı yorulan 

beyinlər dincəlməyəcək!?.  

Afıd əfəndinin səsi:  

- Kişilər özü deyib ki,  

 

Budu gəldi səfahətin kani,  



Hacı Seyyid Əzim Şirvani.  

 

Dayı burda çök-çövür yoxdu ki... səfahətdi o başdan ayağa... Yenə  də  pərilər 



soltanının səsi canlandı, bu səsi eşidəndə  şairin soyumaqda olan cismindən bir 

gizilti keçdi; elə bildi ki, son dəqiqədə soyuq tər basmış ilıq alnına xəfıf bir nəsim, 

bəlkə də incə, ətir qoxulu Sona dodaqları toxundu: 

-Yox, elə deyil, qulaq vermə, Ağa, yesirin olum, onlar, o namərdlər bilməsə, də 

tərəqqi aləmi yaxşı bilir ki, sən "zəmanə dərdini, qüsseyi-cahanı yazmısan". 

Rza bəyin səsi: 

-Heyif,  əməlləri puç oldu Ağanın...  əvvəli və sonu heç-puç olan dünyada... 

Yaxşı deyib: 

 

Bikəsəm aləm ara, dərdü qəmindən özgə  



Nə həvadarü nə yavər, nə kəsim var mənim.  

 

Pərilər  soltanının səsi:  



-Niyə ki... heçcə yerə elə deyil, axı bircə  aşağıdakı beytə qulaq ver bir nə 

deyib?  


 

Etmişəm gərçi bu dəm aləmi-nasutu vətən,  

Ey könül, böylə degil, pişü pəsim var mənim.  

 

Onun  sələfi də, xələfı də var, kimsəsiz neyşə olur Ağa? Əzəli , Füzuli sələfli, 



sonu Sabir, Hadi xələflidi... Məgər əməllərini 

 

 




__________________Milli Kitabxana_________________ 

427 


 

heç kimə tapşırmayıb gedir? Bu torpaq elə münbitdi ki, hələ çox Seyyidlər 

yetirəcək... 

Birdən  şair özünü Gülüstan ətəklərində gördü. Burda o seyr zamanı bir Rast 

dəstgahı dinləmişdi...  İndi "qarabağlı balası Hüsünün" səsi yenidən qulaqlarında 

canlandı, yazdığı  qəzəl də... Hüsünün məftunedici səsi, nəfəsləri, zili, bəmi, 

zəngulələri ürəyini oxşayırdı. Məclisin sədrində  əyləşmiş Mahmud ağa, adəti 

hərəkətilə musiqinin ahənginə uyğun olaraq başını yelləyir, arabir ən təsirli 

məqamlarda  əlini yuxarı qaldırıb fındıqça çalır. "Afərin,  Əhməd ağanın  ərvahına 

and olsun ki, belə  nəfəs, bəlkə sarənc oxunmağını  eşitməmişəm, bunu sənə  mən 

deyirəmsə, inan..." Təbəssümdən şairin dodaqları səyridi, solmaqda olan yanaqları 

bir anlığa allaşdı... 

Sonra birdən-birə Cin Cavadı məşhur yerində "Cavad daşının" üstündə oturan 

gördü, yenə  də başına bir aləm dinləyici yığıb Seyyidin "Köpəyə ehsan"ını 

özünəməxsus xüsusi ahəng və lətifəguluqla oxuyurdu... 

Bir az aşağıda Zoğalavayın sahilində Tərlanla birlikdə altında əyləşdikləri tənha 

söyüd yellənir, saçaqları suyacan enib, bu sudan Səfanınmı, Tərlanınmı siması 

görünür, qulaqlarını Tərlanın səsi oxşayır: "Məni bu dünyada tənha qoyub getdin, 

Ağa!  İndən belə kimin sorağı ilə yaşayacam? Qarateldən sarı nigaran olma, 

Tiflisdə  qız müəllimlər hazırlayan məktəbdə oxuyur... Bəli, təəccüblənmə... 

Qaratel Tərlanova sənin binəsib bacılarının ilk müəllimi, ilk qadın məktəbdarların-

dan biri olacaq...Sənə bunu salim qəlb ilə söz verirəm. Bu da mənim el-günümüz 

üçün gördüyüm kiçik bir işdir, qardaş!" 

İncə bir ana səsi onun sözünü tamamladı: 

-Çox sağ ol, Tərlanım, sevgilim! Sən əhdinə artıqlıqca vəfa etdin! 

Balamdan sarı dayı nigaran deyiləm... 

Gənc şair Sabirin səsi: 

-Nəydi günahı? Niyə onu bu günə saldılar? Neyşə qoca bir millətin, qoca bir 

şairinin zülümlü ölümünə bais oldular? Axı o xalqına, millətinə yaxşılıqdan başqa 

bir  şey eləməmişdi? Maarifdən, mədəniyyətdən sivay amalı, xalqın balalarının 

gözünü açmaq, elin gününü bircə parça yaxşılaşdırmaqdan başqa qərəzi yox idi!!! 

Pərilər soltanı: 

-Elə günahı bu böyük məhəbbətində idi... O öz xalqını böyük bir məhəbbətlə 

sevirdi... Əgər vardısa, buydu onun günahı... Sən də öz xal 

 

 



__________________Milli Kitabxana_________________ 

428 


 

qının gələcəyini belə bir məhəbbətlə sevə, yolunda belə bir fədakarlıqla qurban 

olmağı boynuna götürə, çiyinlərində daşıya biləcəksənmi?  Şairin gözlərində 

"Şahnamə"dən səhnələr canlandı...  Şahnaməxanların' oxuduğu bu səhnələri 

dinləməyi çox sevər, "Şahnamə" oxunulan məclislərə gedərdi.  İndi həmin 

mənzərələrdən biri gözü önündə canlandı: "Ona elə  gəldi ki, özü də  həmin 

cəngavərlərdən biridir, yaralanıb, ələmi əlindən düşüb. 

-Bəs kim qaldıracaq bu ələmi, pərilər soltanı? Sən kimə ilham verəcəksən? Bəs 

Alışlar, Qapaqlılar dünyası ilə kim çarpışacaq? Beləcə qalacaq, Seyyidin ölümünü 

qalibiyyət kimi bayram edəcəklər? 

-Elə neyşə, Ağa... Sən rahat yat! Anamız Vətən, canını  fəda etdiyin Şirvan 

torpağı sənin üçün pərğu olsun!.. Sənin ölümün Şirvanı nehrə kimi çalxalayacaq, 

yağı bir yan, ayranı-zordabı bir yan olacaq... Sənin Sabirin Şirvanı, Azərbaycanı, 

Yaxın  Şərqi un kimi ələyəcək, valası bir yan, kəpəyi biryanlıq olacaq... Arxayın 

yat,  ələmin

2

 yenə göylərə yüksələcək!  Şagirdinin, amalını  vəsiyyət etdiyin 

Sabirinin əlində. 

Alışın səsi: 

-Qurban olum Allaha, ölüb gedəcək, adı da silinəcək yer üzündən;sabah 

basdırılan kimi, min ilin ölüsünə qatılacaq, qurtarıb gedəcək... 

Yenə  də Seyyid özümü, anasımı, pərilər soltanımı, Ceyranmı, könlümü, axı 

kimdir o, kimin səsidir, Seyid Əzimin öz misralarını oxuyur: 

-Qulaq vermə, Ağa, yesirin olum, boş sözdür, özün demisən ki: 

 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  



Seyyida, ölmənəm, aləmdə səsim var mənim... 

 

Ölməkdə olan şairin göz qapaqları ağırlaşırdı. O, dərin, şirin bir yuxuya gedirdi, 



o bilirdi ki, bu yuxudan oyandı yoxdur. Yalnız cisminə oyandı yoxdur, səsi isə bu 

aləmdə qalacaq, əbədi qalacaqdır. Odur ki, sakit, xoş bir yuxuya gedirdi, 

qulaqlarında çarpışan bir aləmin vuruş  səsi, yaxınında ananın, Ceyranın, pərilər 

soltanının hələ bəlkə Sarabəyimin də səsi həzin bir layla çalırdı. 

...Sabah oldu. Şirvan dəbiycən cənazəni tez suya tutdular, Mahmud ağa Kərim 

bəy, Hacı Ömər bəy, Hacı Səməd bəy, şairlərdən Zühuri, Rağib, Qafil və Nasehin, 

Şirvan ziyalı və tərəqqipərvərlərindən möh- 

 

 




__________________Milli Kitabxana_________________ 

429 


 

təşəm bir izdihamın müşayiəti ilə  şairi onun öz vəsiyyətinə görə,  Şaxandan 

qəbiristanına apardılar. Mahmud ağa onun bir zamanlar dediyi beyti də yada salıb, 

həzin, sızıltılı bir səslə qəbri üstündə, ucadan təkrarladı. Sənduqənin üstündə şairin 

çox sevdiyi xəttat məktəbinin təlimi üzrə məhz bu beyt həkk olundu: 

 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  



Seyyida, ölmənəm, aləmdə səsim var mənim... 

 

Şirvan ziyalıları bu beyti şair Hacı Seyid Əzim  Şirvani yaradıcılıgı 



istiqamətləndirən, bütün ədəbi və ictimai fəaliyyətinə qiymət verən bir rəmz kimi 

qəbul etmişdilər. 

Bu gün 8 ramazan 1305-ci il idi. Elə həmin gün şairin həmvətənlərindən, gənc 

qələm dostlarından biri olan Ağaəli Naseh, nazik dodaqlarını  qəzəb və  kədərlə 

sıxmış, mülayim ifadəli ağ  bənizi boğulmuş, cənazə alayını müşayiət etdikcə 

düşünürdü: "Sevinməyin, şadlanmayın, ağalar! Seyid Əzim öldü - Seyyid ki, şeir 

ki, ölmədi, Vəfat edən Hacı Seyid Əzim Seyid Məhəmməd oğludur. - Əməl ki 

deyil! Siz, sağlığında onun özündən, kəlamından, öləndən sonra da cənazəsindən, 

cənazə alayından qorxursunuz və  hələ çox da qorxacaqsınız!!! Bundan sonra da 

"öldü", deyə sevinməyin. Bundan hələ çox-çox sonra balalarınız mənzumələrini 

oxuyanda, satiralarını söyləyən Cavadın səsini eşidəndə, qəzəliyyatını xanəndələrin 

sövtündə dinləyəndə, kitablarını  rəflərdə, nəsihətlərini çərəkə  əvəzinə  şagird 

əllərində görüb dəfən-dəfən boğulacaq, fovt olacaqsınız... hələ bu harasıdır?!" 

Əziz dost, Naseh bacarsaydı, hələ deyərdi ki, gün gələcək, Şirvan torpağının ilk 

addımında böyük müəllim, maarifçi şairin şəkli, heykəli ucalacaq. Gələn qonaqlar 

onu salamlayıb şairlər Vətəni olan müqəddəs torpağa qədəm qoyacaqlar. 

Qərəz, səkkiz ramazan günü isə  Ağaəli Naseh Seyyidin ölümünə  kədərli 

misralar həsr etmiş, vəfat tarixini əbcəd hesabı ilə  şerindəki bu misralarda 

gizlətmişdi: 

 

Naseh dedi tarixi-vəfatın qəm ilə:  



Səd heyf ola Seyyidi-Şirvan getdi. 

 

Şirvan, sənin paytaxtının səddində üç təpə var, bu üç təpə üç də  məzarlıqdır: 



Şaxandan, Lalazar, Yeddigünbəz... Zövq əhli olan baba- 

 

 




__________________Milli Kitabxana_________________ 

430 


 

lar həmişə ev, yurd yeri kimi, məzarlıq üçün də  səfalı, axar-baxarlı yer 

seçiblər... Elə bil istəyiblər ki, bu yüksəkliklərdən gözləri doymayan, ürəkləri, 

ciyərparələri qalan Vətən torpağını həmişə seyr edə bilsinlər... Elə bil istəyiblər ki, 

qoyub getdikləri doğma diyarda, əzizləri hər qapıya çıxanda onların məzarını 

görsünlər, Lalazarda, Şaxandanda, Yeddigünbəzdə yatanları unutmasınlar... Arada 

rabitə qalsın... İstək kimi, o da ölməsin... 

İndi  Şaxandan  şairimi, Seyyidimi, Ağamı qoynuna aldı...  Şirvan, sənin gözəl 

oğullarından biri XIX əsr Azərbaycan musiqisinin bilicisi, musiqiçilərin, şairlərin 

hamisi, Qafqaz incəsənətinin mesenatı Mahmud ağa bir az sonra Lalazara 

gömüləcək! Sabirin isə Yeddigünbəzi təzədən ziyarətgaha çevirəcək! Sənin üç 

böyük oğlun, bu məzarlıqları ziyarətə gələnlərə müraciətlə deyəcəklər: Budur sizin 

panteon,  əziz xələflərimiz! Diyarbədiyar Təbrizdə, Hələbdə, Kərbəlada,  Şərqin 

digər şəhərlərində, qərib torpaqlarda dəfn olunmuş övladların da Vətən adı dilində 

gözünü dünyaya yumub, bizim kimi... Sizin üçün yazıblar, "Sizi deyib gəliblər" 

bizim kimi... 

Şamaxı yollardan başlayır... Sonsuz, nəhayətsiz yollar... Şirvana gedən yol az 

qala dünyanın bütün ticarət aləminə məlumdur. Hələ uzun illər, qərinələr keçəcək, 

Şərqin bir sıra ölkələrində "Şamaxı" adlı kəlağayı örtüləcək, uzaq Hindistanda indi 

də "Şirvani" adlandırılan geymələri kişilər sevə-sevə geyəcəklər... "Şirvana gedən 

karvan yolu", "Şamaxı yolu", "Şirvan  şahlığı", "Şamaxan sultanlığı", "Şirvan-

şahlar sarayı" ifadələri dillərdə qalacaq. Bir nağıl, bir əfsanə, bir hekayət başlanğıcı 

kimi...  Şirvandan çıxan yollar Şirvan oğullarını diyarbədiyar salır. Uzaq ölkələrə 

biri ticarətə gedir, - Şirvandan xas ipək aparır. Bir başqası elm əxz və intişar üçün 

gedir, - saraylar bəzəyi  şair, alim olur. Nə olar... Dar çərçivədə qalmayıb gedən 

oğullar, Vətən eşqilə yenə də qayıdıb gəlir... Təki sağ olsunlar. Hara getsələr də, 

təki Lalazar yolu, Şaxandan yolu, Yeddigünbəz yolu getməsinlər; qayıtsınlar... 

Şirvanı gözsüz, sözsüz, oğulsuz qoymasınlar... 

Ayrılıq vaxtı çatdı, dostlar, sizə sonsuz səadətlər diləyirəm. Mənə  rəfaqət 

etdiyiniz üçün çox sağ olun. Gələcək görüşlərədək... 

 

Bakı, 1970-1972 



 

 



__________________Milli Kitabxana_________________ 

431 


 

MÜNDƏRİCAT 

 

 

Ön söz.................................................................................................................4 



Şamaxı yollardan başlayır……………………………………………………..11 

İlk imtahan………………………………………………………………..…...18 

Görüş yeri……………………………………………………………………..34 

Məsləhət……………………………………………………………………….45 

Pərilər soltanı....................................................................................................59 

Bəst…………………………………………………………………………….69 

Yenə Şamaxıda………………………………………………………………116 

And…………………………………………………………………………...124 

Məktublaşma…………………………………………………………………135 

"Beytüs-Səfa"………………………………………………………………...159 

Qəmzə………………………………………………………………………..180 

Güllübəyim…………………………………………………………………...195 

Vida (müsibət)………………………………………………………………..223 

Zəmanənin ikinci Leylisi…………………………………………………….236 

Sona…………………………………………………………………………..252 

Çillə çıxartmaq……………………………………………………………….261 

Müsəlla……………………………………………………………………….278 

"Aslan və iki öküz"…………………………………………………………..291 

Yenə də Sona (davamı)………………………………………………………328 

Ziddiyyətlər içində…………………………………………………………...338 

Ana duası…………………………………………………………………….354 

Qaravəllidə…………………………………………………………………...398 

"Mizan-tərəzi" və yaxud dörd Ramazan……………………………………..408 

 

 




__________________Milli Kitabxana_________________ 

432 


 

 

ƏZİZƏ CƏFƏRZADƏ 

  

ALƏMDƏ SƏSİM VAR MƏNİM 

 

 

"ŞƏRQ-QƏRB" 



  

BAKI-2006 

 

 



__________________Milli Kitabxana_________________ 

433 


 

 

  



Buraxılışa məsul: 

 

Əziz Güləliyev 

 

Nəşriyyat redaktoru:  

Əlişirin Şükürlü 

 

Tərtibatçı-rəssam:  



Nərgiz Əliyeva 

 

Kompyuter səhifələyicisi: 



Rəvan Mürsəlov 

 

Korrektorlar: 

 

Elnaz Xəlilqızı 

Tutu Məmmədova 

 

 




__________________Milli Kitabxana_________________ 

434 


 

 

 



  

Yığılmağa verilmişdir 20.06.2006. Çapa imzalanmışdır 29.08.2006. 

Formatı 60x90,

1

/



16

. Fiziki çap vərəqi 27. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 137. 

 

 



 

 

 



Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  

Bakı, Aşıq Ələsgər küçəsi, 17. 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə