Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə135/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   131   132   133   134   135   136   137   138   ...   143

__________________Milli Kitabxana_________________ 

399 


 

lərinə kimi işləyən soyuğun qarşısını  kəsib... "Pərilər soltanı bu qayğılar, dərdlər 

səninlə bir də  dərdləşməyə, sevişməyə imkan vermir, üzü qara olsun, zalım 

zəmanəni... Ey qoca Füzuli "Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun" 

ikən pərilər soltanından məhəbbət diləmək zamanımıdır?  İndi, mənim  əziz 

sevgilim, indi mən artıq vaxtımın bir qismini ona-buna təriflər yazmaqla keçirməyə 

məcbur oluram..." 

-Yox, doğru demirsən,  əziz  şairim, sənin məktəb uşaqları üçün yazdıqların 

nəsihətlər, mənzumələr, elmi, maarifi yaymaq üçün qoşduğun  nəzmlər

düşmənlərinə meydan oxuyan dovtələb  şeirlər bir yana, məgər mənim hüsnümü 

tərif və tərənnüm üçün azmı qəzəl inşad edirsən? 

Şair alnında xırdaca  əlin, incə barmaqların təmasını, ağzında gül qoxuyan, 

bahar nəsimli dodaqların nəfəsini duyan kimi oldu: 

-Olur, niyə olmur ki... Amma yenə də özümdən razı deyiləm... 

-Pərilər soltanı olduğum gündən bəri özündən razı olana rast gəlməmişəm. Sən 

nə əvvəlincisən, nə də axırıncı... Şair özündən razı olan gün ölür... 

-Mənim narazılığım səndən və yazdıqlarımın hamısından deyil, mən gələcək 

nəsillərdon utanıram! 

-Niyə, azmı iş görmüsən? 

-Mənim zəmanənin güclülərinə  əl açıb yazdığım mənzum məktublarımı 

oxuyanlar nə deyəcək? Mən babamın nəsihətini yerinə yetirə bilmədim. Bir əba, 

bir kürk, bir tağar buğda, bir illik azuqə üçün ona-buna əl açdım,  şeirlərimin 

bəzisindən yolçuluq tökülür, lənətləməyəcəklər ki? Gülməyəcəklər ki? Mənə alimi-

biəməl deməyəcəklər ki? 

-Məgər sən əşarını yadigar qoyub getdiyin, amalmı təlqinə çalışdığın, inkişafı 

üçün bəlalər çəkdiyin xələflərini eləmi nankor hesab edirsən? Nigaran getmə, 

arxayın ol, anlarlar! 

-Bəlkə də! Məgər onlar görmürlərmi ki, mən səkkiz baş külfət, nə qədər də borc 

qoyub gedəcəm... Yazıq Cəfərim onları necə yerbəyer edəcək? Hələ anam? 

-Dedim ki, nigaran getmə, sənin xalqın sənə  çıxa bilmədisə  də, övladına 

qahmar çıxar. Başsız qalan bir səninkilər deyil ki!.. Bütün bir xalq o haldadır! 

...Yollar, tək-tənha yollar... Məgər  şair xəyalı, tək qala bilər?! O öz zəngin 

təxəyyülü ilə özünə  həmsöhbət də tapar... müsahib də!.. Yola nərdivan qoyar... 

pərilər soltanı indi on yaxşı bir müsahib idi, onun söhbətləri  şairin qəlbini ümid

fərəh və inamla doldurur, onun mübarizə 

 

 




__________________Milli Kitabxana_________________ 

400 


 

əzmini daha da gücləndirir, ürəyinə qüvvət, qəlbinə  dəyanət, qələminə ziya 

gözlərinə nur verirdi. Şair yolüstü kiçik bir bulağa rast gəldi. Atdan endi, atı 

yançidar eləyib çəmənliyə buraxdı. Payızın bu ayında təpələr yazdan seçilmir, 

"pərilər soltanı, bir az əvvəl bu zümrüd donlu çəmənləri görmürdüm... Sağ ol, sən 

harda olsan, ilham da orda, zövqü səfa ordadır'. O, əl-üzünü bulağın sərin, göz yaşı 

kimi duru suyunda yudu, üstünün tozunu çırpdı. Yəhər-qaşı heybəni atın üstündən 

açıb bulağın başına gətirdi. Yol azuqəsindən bir azacıq yeyib, su içdi, sonra da 

qələmdan və kağız rahlayıb, heybəni dirsəyinin altına qoydu, üstünə dirsəklənib, 

ətrafı seyr etməyə  və  qəlbindən dodaqlarına süzülən  əşarı yazıya köçürmək üçün 

xəyalını, qəlbini hazırlamağa başladı... 

 

QARAVƏLLİDƏ 

 

Düzünü desək şairi buraya Abdal-gülab aşıqlarının adı, sorağı gətirmişdi. Şairin 



qaravəllili dostlarından Kəblə Heybət bir ay bundan irəli Seyid  Əzimə ismarış 

göndərmişdi ki, nəvəm Quluya toy eləyirəm, hələl-həlbət gələrsən. Salayçı "aşıq 

kimdi?" sualına belə cavab vermişdi: "Qulunun baxtından Soltanəli bəy oğlunun 

toyuna Abdal-gülabdan aşıq çağırtdırıb, kişi də Soltanəli bəyə minnətçi salıb ki, 

izin ver, səndən sonrı  işığın bizdə toy eləsin. Bəy də razılıq verib. Yoxsa Kəblə 

Heybət  abırlı kişi olsa da, Abdal-gülabdan bura aşıq gətirə bilməzdi". 

Oba payız binəsindəydi,  şair alaçıqlar arasıyla irəlilədikcə heç kəsə rast 

gəlmədi. Hamı uzaqda, obanın qırağında, çəmənlikdə qurulmuş, yaşıl xalı 

üstündəki  əlvan gül topasına bənzəyən toyxanada və ya onun ətrafı da idi. Çalğı 

səsi aləmi başına götürmüşdü. Deyəsən, içəridə cahıl- cuhul oynayırdı. Zurnaçı 

qədim Mirzeyi havasını elə bir eşqlə çalırdı  ki, oynamaq bilməyənin də sümükləri 

oynaşırdı. 

Şair atını toyxana səmtə sürürdü ki, bəriki alaçıqdan çıxan Mənsimə qarı onu 

gördü; əlini-əlinə çırpıb irəli atıldı, cəld yaşmaqlandı, tərəkəmə arvadlarına məxsus 

çevikliklə bir əlilə atın cilovundan, digərilə üzəngisindən yapışdı: 

- Bıy, dərdin ürəyimə, Ağa, can-can, cəddüvə qurban olum, can-can xoş 

gəlmisən. Ə-də, Ağaməli, hey... Ədə-ə-ə-ədə, Ağa gəldi, gözüm qurban, ə-də gəlin, 

atı tutun, aparın hörükləyin göy çəmənliyə... can-can Ağa, balaca ağam necədi? 

 

 



__________________Milli Kitabxana_________________ 

401 


 

Mənsimə arvadın təhkiyyeyi-kəlamına, gülümsər simasına bələd olan Seyid 

Əzim yenə  də "təbəssüm yaxşı insanın  əvvəlimci  şəhadətnaməsidir", - deyə 

düşündü və gülümsünə-gülümsünə atdan endi: 

-Zəhmət çəkmə, Mənsimə bacı, uşaqlar irahatlar atı... xoş gördük. 

Arvad atın yəhərini ala-ala deyirdi: 

-Xoş günün olsun, azarın canıma, can-can, nə  zəhmətdi? Sənin cəddüvün 

kəniziyik biz, əskik itinük, zəhməti sən çəkmisən ki, eylə yoldan toyumuza 

gəlmisən, başımızı uca eləmisən. Nəfəsinə qurban olum, Ağa... a-az, Ürfət, Ürfət, a 

xoşbəxt olmuş, gəl Ağanın ayaqların yu, yer irahla, irağdan gəlib, incığdı... 

Ürfət adlandırdığı  qız alaçıqdan çıxdı, toy paltarında idi, al kəlağayı 

yaşmanmışdı, al kəlağayı şoğundan üzü bir az da allanmışdı. Şairin əlindən öpüb 

gətirdiyi, göz qamaşdıran mis aftafa-ləyəni yerə qoydu. 

Şair valehliklə bu zərif qızın hərəkətlərini izləyir və mane olmağa çalışırdı: 

-Zəhmət çəkmə, qızım! 

Onun sözünə baxan kim idi... Ağaməli atı hörükləməyə apardı. Ürfət Ağanın 

patavalarındakı çarıqbağılarını açırdı, qız onun önündə diz çökmüş, çəməndəki al 

lalə kimi əsim-əsim əsərək, Seyyidin ayaqlarım yumağa hazırlaşırdı. Ön alaçıqda, 

Mənsimə arvad təmiz döşək, yastıq qoyur, döşəyin önündə ikiqat dəsmal atıb 

yüngül süfrə hazırlayır. Ağa üçün qəlyanaltı: təzə inək yağı, qoyun qaymağı, üzlü 

pendir gamış qatığı  və  kəlağayı nazikliyində, sarıbuğda ununda bişirilmiş isti 

yuxalar düzürdü. 

Şair tərəkəmə qaydalarına xüsusən Qaravəli kəndinin adətlərinə yaxşı bələd idi. 

O bilirdi ki, tərəkəmələrdə evdə kişi olmasa arvadlar, gəlin-qızlar utanıb-

çəkinmədən qonağı yaxşıca ləyaqətlə qarşılayır, gizlənib eləmirlər, yaşınmaq xala-

xətrin qalmasın üçündür. O da çox cavan, təzə  gəlinlər bir az artıqca yaşınırlar, 

yeni başlarına isti-soyuq üçün örtdükləri kəlağayının, yaxud cunanın ucunu 

burunlarının üstünə qaldırırlar, vəssəlam! Qarı-arvadlar mərd kişilər kimi at minir, 

heyvan alıqlayır, yük çatır, ağbaşdılıq, ağbirçəklik eləyir, yad da olsa, qonaq 

qabağına çıxa bilirlər. 

Qaravəlli öz baməzə, bəzən hətta, həcvə  bənzər həzliyyatı, lətifələri ilə 

məşhurdur. Şair Qaravəlliyə tez-tez də olmasa, ildə heç olmasa 1-2 dəfə gələr; yaz 

və küz binlərində. Buradan ona mümkün olan şeylərdən: motalla pendirdən, dəri 

ilə yağdan, sərniclə qaymaqdan pay göndərər, unutmaz, "nəcim seyiddi" - deyib 

hörmətini tutarlar. Şair 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə