Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə133/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   129   130   131   132   133   134   135   136   ...   143

__________________Milli Kitabxana_________________ 

393 


 

-Salamat qalın... 

-Allah amanında... - O adəti bir hərəkətlə oğlunun ardınca bir cam su atdı... 

İrəlilədikcə indicə arxasınca göz yaşlarını gizləyib su atan ananın  əziz surəti 

canlanır, o getdikcə bu surətdə qarşısında yol göstərən canlı-qanlı bir bələdçi kimi 

irəliləyirdi.  Şairin ürəyi öykələnir, ananın halını düşünürdü: "Mənim anam, 

zəhmətkeş anam, cavanlığını, həyatının  ən  əziz günlərini yolumda qurban verən 

anam!  Əvvəl məni, indi də balalarımı yiyələnib böyüdən, pərəstarım ana! 

Qadınların  ən nəcibi, anaların  ən  şərəflisi, fədakarı anam! Əgər Məhəmmədin 

dinindən üz döndərsəm, cəddim rəsulallahın bütün fıkirlərini rədd edib, 

düşüncələrini inkar etmiş olsam belə, insanlara, xüsusən qadınlığa qarşı bütün haq-

sızlıqları, zülmü, hicabı, cəhaləti ona tək bircə cümləsi üçün bağışlardım: 

"Əlcənnətü təhtə  əqdamil-ümməhat" - behişt dedikləri yer anaların qədəmləri, 

ayaqları altındadır. Sənin kimi anaların, ana! Ana adını daşımağa layiq olan 

qadınların ən nəcibinə, sənə qurban olum, mənim arxam, köməyim ana!" 

Beş bayatım var, dostlar... beşi də ana diliylə qoşulub. Bir görün necə  də 

yaraşır. Minasoltan anaya... Seyyidin anasına, şairin anasına... 

Minasoltan onun ardınca su atırdı... Bu neçənci dəfədir? Görəsən, dostlar, ana 

oğul dalıycan neçənci dəfə su atır, ömründə nə qədər atıb bu qırxhaçar camıyla su? 

 

Şirvana binə gəlləm,  



Gedərəm genə gəlləm,  

Birdə üzünü görsəm,  

İmana dinə gəlləm. 

 

Bu ana gözləri nə qədər yollara dikilib, yollarda qalıb? Nə qədər yol çəkib bu 



gözlər? Ətrafına xırda qırışlar düşmüş, bu mehriban, sevən gözlər. 

 

Oba keçir çaxnaqdan,  



Sular doymaz axmaqdan,  

Gözlərimə tor gəlib,  

Yollaruva baxmaqdan. 

 

Bu ürək nə qədər hicran ələminə dözüb, vüsal həsrətilə çırpınıb? 



 

 



__________________Milli Kitabxana_________________ 

394 


 

 Arazıyam adanın,  

Quluyam şahzadanın,  

Çıxaydım, qabağına,  

Sənə gələn qadanın. 

 

Bu qulaqlar nə qədər addım səsində qalıb? Yüz addım səsindən birini ayırmağa 



çalışıb, birinin səsini tanıyıb yüz addım səsindən. 

 

Yol üstə kor bulağam,  



Bağrı sulağ-sulağam,  

Hansı yoldan gələsən,  

O yola göz-qulagam. 

 

Bu dil-dodaqlar nə  qədər "bala" pıçıldayıb? "Bala" deyib göylərə yalvarıb, 



"bala" deyib Allaha yovuncuyub. Pir qalmayıb sadağa getməsin, övliya qalmayıb 

canını qurban deməsin. 

 

Bala, bala bal dadı,  



Balam adam alladı,  

Şirini şirin olur,  

Acısı da bal dadı. 

 

-Uşaqlardan... 



-Nigaran getmə oğul, evdə bir az un qalıb, bişirrik, boranı da var. Sən   işində 

ol. Arxayın get... 

“ Kaş arxayın gedə bileydim, kaş gedə bileydim..." O, darvazadan çıxdı Sübh 

əzanı Kəblə Mürvətin yanıqlı zəminxarası... "La ilahə illəllah, Məhəmmədən rəsul-

Allah. Əmirəl-möminnəi Əliyyən-veliyyullah... La hövlə vəla qüvvətə illa billah" 

əbu da məhəllənin istəklisi, Qala azar hamamının daimi müştərisi,  əli qələmkar 

boğçalı, kəfşduz Meşədi Qəmbər idi... Seyid Əzimi görcək təkbirini kəsdi, seyid 

üzünə çıxmışdı, bu təsadüfü xeyir fal kimi qəbul elədi. 

-Bıy salam -əleyk, Ağa, cəddüvə sadağa gedim... Nə  əcəb bu sübhdən,yoxsa 

sən də hamama buyurursan? 

Seyyid qəlbində gülümsədi, "bəh-bəh bitib hər bir yarağımız, qalıb saqqal 

darağımız, elə bircə bu havada boş qarına hamamımız  əksikdi? Kişi sən 

dostgalısan, vallah, ruhun var... Əhsəntü". - Xeyr, balaca bir səfərim var... 

 

 




__________________Milli Kitabxana_________________ 

395 


 

-Allah xeyir versin... Amma, Ağa bu havada nə səfərdi? Bu havanınkı odu ki, 

oturasan evdə, verəsən özünü kürsüyə, dalını da söykəyəsən nazbalışa. Qoyalar 

qabağına sarıbuğda unundan çalınmış  xəşili.Ağ  şanı  bəkməzinə  bılayıb yeyəsən. 

Ya da ən yaxşısı Minasoltanın çaldığı quymağın üstünə tökəsən darçın, zəncəfıl və 

quluncanı, vurasan bədənə, canın qızışa... Səninki budu. Yoxsa, şair babasan 

dükanda işin yox, bazarda işin yox, bir dərdin yox bizim kimi! İndi mən bir azdan 

sonra dükana getməliyəm, səninki isə evdi... 

Seyid  Əzim bu kəvəzəliyə cavab tapa bilmirdi: "Bəli, içərim özümü yandırır, 

çölüm sənin təkisini. Sənin o Allahın quymağ əvəzinə körpələrimə bir az əppek əta 

eləsə, toy bayramım olar... Damağlı kişisən, vallah!.." 

O qədimki adətini tərk etməyib, meşədinin ruhuna uyğun bir zarafat eledi. Bu 

zarafatda Meşədi Qənbərin çətin anlayacağı elə acı bir istehza var idi ki!.. dedi: 

-Bəli, meşədi, elə şair də gözəl buyurub: 

 

Atəş kənan, kürsü qıçı, dilbərin üzü  



Tanrı bilir ki, qış gününün laləzarıdı. 

 

Meşədi Qənbər qəhqəh çəkdi: 



-Aadə, bu elə  mənim malımdı ki... bəh-bəh, "atəş  kənarı, kürsü qıçı, dilbərin 

üzü..." Mölüm kimindi? Yoxsa cənabınındı, Ağa? 

-Xeyr, meşədi, məndə elə tavana hanı? Seyid Əbülqasim Nobatinindi. 

-Hə... O da sənin kimi seyiddi?! Amma gözəl deyib. Allah rəhmət eləsin... 

-Eləsin, amma ölüb ölməməyini bilmirəm... 

-Neynək, diriyə  də  rəhmət var... Yaxşı zövqü var kişinin.Meşədi xınalı-

fındıqçalı barmaqları ilə  çırtmıq çalar kimi bir hərəkət eləyib,  şiş papaqlı başını 

şerin ahənginə uyğun tərpədə-tərpədə bir də misraları təkrarladı. Əzbərləyirdi. 

-Bəli, zövqü var!.. Amma həsrətnən yazıb, meşədi! Deyəsən bu şeylər onun da 

qisməti olmayıb, əlinə düşməyib. Yoxsa belə yanıqlı deməzdi... 

Yol ayrıcına çatdılar... Şair tələsirdi, o sübh namazının dəstəmazını hamamda 

almağa gedən Meşədi Qənbər ilə yol yoldaşı ola bil 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə