Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə141/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   135   136   137   138   139   140   141   142   143

__________________Milli Kitabxana_________________ 

417 


 

tilə yerlərindən qalxmışdılar. Hamı birdən-birə qapıya tərəf üz qoydu. Seyid 

Əzim araqarışda Meşədi Qulamdan aralı düşdü. Və birdən-birə özünü çox qəribə 

hiss etdi: bir zaman Şərbaflar evinin kəlləsində, Abid əfəndinin müridlərinin 

əhatəsində olduğu kimi tək, yalqız, yad ruhlar, biganə cisimlər, düşmən məxluqlar 

arasında!.. Onu qabaqlarına qataraq sıx dairə içərisinə alıb məscidin dəhlizinə, 

başmaqçıxarılan yerə aparırdılar. Bəli, bəli, məhz aparırdılar. Çünki artıq ayağı 

yerdən üzülmüşdü. Çiyni üstündə Alışın üfunətli nəfəsi, hənadan qızarmış saqqal 

və  bığları arasında güclə  eşidilən pıçıltısını duydu: "Hə, cəzanı  çəkəcəksən". O 

sonra da heç bilmədi ki, bu sözlər ona deyildimi, yaxud o da bu kəlmələri Alışın 

acıqdan alışıb yanan gözlərindənmi oxudu? 

Başsız kütlə onu sım-sıx, dəmir məngənə içərisində imiş kimi sıxıb, dar 

qapıdan başmaqçıxarılan dəhlizə saldı, arabir onu əhatə edənlər səslənirdi: 

-Adə, yavaş, Ağa qabaqdadı... Bir başqası: 

-İtələşməyin, aadə, kişini sıxırsız axı!.. 

-Ay Allah bəndələri, yavaşun axı, Ağa qabaqdadı... Cəddinə qurban oldğumu 

incidərsiz axı!.. 

Bu son sözləri də Alış deyirdi. Alış Seyid Əzimi arxadan bərk qucaqlamışdı, 

sağınca Ağahüseyn, solunca Mənsim gedirdi. qarşıda və arxada bir-birini basan, 

itələşən adamlar... Dostlar arxadan qəribə bir hissi-qəbləlvüqu ilə nigaran qalmış, 

adamların arxasından boylanır, gözlərilə Seyid Əzimi axtarırdılar. Lakin özlərini 

ona çatdıra bilmirdilər. Meşədi Qulam şairdən xeyli dalda qalmışdı. Şirin Abdulla 

isə irəli basılıb başmaqçıxanlandan çölə, məscidin qabağına salınmışdı. Şirin qapı-

dan boylanır: "Ağa, Ağa" deyə ürəyində  pıçıldayırdı. Lakin içəridə  nələr baş 

verdiyini başa düşə bilmir, yaman bir şey yovutmur, amma intizar içərisində 

Seyyidin çıxmasını gözləyirdi. 

Başmaqçıxarılanda isə qəribə, anlaşılmaz hadisə baş verirdi. Seyid Əzim birdən 

necə oldusa Meşədi Alışın qolları arasından çıxa, arxasını başmaqçının sıxılıb 

durduğu divara səmt çevirə bildi. Onu xilas edən də bəlkə bu oldu. O düşmənləri 

ilə üz-üzə, göz-gözə qaldı. Başmaq rəfləri üstünə dikəlmiş qoca başmaqçı vəziyyəti 

çox gec dərk elədi: 

-Ayə, nə qayırdığuvuzdı?.. - deyib həyəcanla səsləndi. Həmişə hörmət gördüyü 

Ağanın, nəcib bir insan kimi sevdiyi şairin gözü önündə sıxılıb əzilməsi kişini dəli 

eləyirdi. 

 

 



__________________Milli Kitabxana_________________ 

418 


 

 -Ayə, Ağahüseyn, Mənsim... Əyşi... Ağa, başuva dönüm... Ay camaat, kömək 

eləyin... Ağa boğulur... 

Seyid  Əzimin nəfəsi daralırdı. Elə olduğu kimi Abid əfəndinin müridi və 

Qapaqlının nökərinin  əli vücudunda gəzir, dirsəklər böyürlərini  deşir, barmaqlar 

gah boğazını, gah da köksünü araşdırırdı... Canavar nəfəsi qulağının dibində, 

dodaqlarının ucunda xırıltı ilə  səslənirdi...Seyid  Əzimin nəfəsi kəsilirdi. Daldan 

Alışı itələyib  şairə köməyə  gəlməyə  can atanlar, vəziyyəti daha da pisləşdirirdi. 

Çünki Alış və Ağahüseyn bu haldan daha artıq istifadə edir və guya canıyananlıq 

eləyərək tez-tez səs çıxarırdılar: 

- Geri durun, aadə, itələşməyin, demirəm? 

- İtələşməyin, yol verin, aadə, Ağanı sıxırsuz... 

- Ay zalım uşağı, nə qayırdığınızdı... Utanmırsız? 

- Aadə, kişinin nəfəsini kəsdüz ki... 

Cöhnə qapı davam vermədi, cırıldadı... Alış, Mənsim, Ağahüseyn,müridlər 

gurultu və tappıltı ilə çölə töküldülər.  İndi Seyid Əzim arxadan onu böyük bir 

məhəbbətlə qucaqlayıb saxlayan və gözlərinin yaşı qəlbinin içərisinə tökülən qoca 

başmaqsaxlayanla birlikdə qalmışdı.Adamlar seyrələnə yaxın Qırmızı Qulam ona 

yetişdi.  Şirin isə  hələ  də camaat çölə cumduğundan adamları yarıb içəri girə 

bilmirdi. 

Başmaqsaxlayan və  Qırmızı Qulam şairin qoluna girib heyətə  çıxaranda, 

məscidin səhnində artıq onlardan heç birisi yox idi. Qaragüruh qara niyyətini 

həyata keçirib, ortadan çıxmışdı.  Şirinin gözləri Seyid Əzimin üzünə sataşanda 

ürəyi oycalandı. Şairin rəngi kəhrəba kimi sap-sarı idi, elə bil üzünə zəfəran isladıb 

çəkmişdilər. Ayaq üstə güclə durmuşdu. Kəsik-kəsik nəfəs alır, nə deyəcəyini, 

kimdən, nədən  şikayət edəcəyini bilmirdi... Dostlar şairin qoltuğuna girib evə 

yollandılar... 

Dostlar  şairin xəstə yatağını  əhatə etmişdilərsə  də, bu gün o, özü ilə  təkətək 

qalmışdı. Bu gün BÖYÜK HESABAT günü idi. Bu gün o özü qarşısında həyatına, 

həyatının mənası saydığı əməllərinə yekun vururdu. Şairin qəlbində "mizan-tərəzi" 

qurulmuşdu. Xeyir və bəd əməlləri bir-bir getdikcə fəri itən nəzərlərində canlanır, 

gördüyü işlərə bir növ aralıdan baxır və qiymətləndirirdi. Bəli, bəd də olub, xeyir 

də... Qələbə də olub, məğlubiyyət də... Bu çarpışmalar içində dünya əməllərindən 

zövq aldığı günlər də olub, əzab çəkdıyi də... Bu uzun yolda ara-sıra gənclik 

təcrübəsizliyinin nəticələri olan qüsurları da olub... Amma deyəsən, axı yaxşı işləri 

daha çox olub... Onun dodaqla- 

 

 



__________________Milli Kitabxana_________________ 

419 


 

rında xəfıf bir təbəssüm oynadı... Yazdığı  əsərlər, açdığı  məktəbdə yetirdiyi 

şagirdlər yaşayacaq, könüllərdə bir parça yeri olacaq, rəhmətlə yad ediləcək... O 

bunu bilirdi. On gün bundan irəli 1888-ci ilin çiçəkli 10 may günündə ona medal 

da verdilər... Bu da əl tutduğu, ayağa qaldırdığı insanların təbəssümü ilə birlikdə 

aldığı mükafat idi... Gec çatdı,  şair, müəllim onu döşündə  gəzdirə bilmədi. 

Zəhmətlərin qiymətini... 

...Bayırda qapının önündə xeyli adam toplanmışdı. Qəm dəryasına qərq olmuş 

Şirin Abdulla, "Cəfər, ey qonçeyi-gülüstanım" deyə adı ilə bütün gənc nəslə xitab 

etdiyi Mir Cəfər, səfadan düşmüş "Beytüs-Səfanın" məyus, qocaman üzvlərindən 

Ağababa Zühuri, Ələkbər Qafıl,  şairin toy mərasimində  iştirak etmiş yaxın dostu 

Qafar Rağib, artıq qocalmaqda olan Mahmud ağa və Cin Cavad, Qori 

seminariyasında təhsil alan Ramazanın arıq dəvəyə  bənzəyən dədəsi Hacı  Qədir, 

cavan şairlərdən Ələkbər Sabir, Ağaəli bəy Naseh... burada idi. Əlindəki qələmkar 

boğçası ilə hamamdan qayıdan Meşədi Qənbər hənadan xoruz quyruğu rəngi almış 

saqqalını  sığallaya-sığallaya yığılanlara yaxınlaşdı, susqun durmuşların məlul-

müşgül simasını gözdən keçirib soruşdu: 

- Ağa nə təhərdi? 

Kim isə qırıq, könülsüz bir səslə dilləndi: 

- Sokoratdadı... 

Meşədi Qənbər ağır-ağır obasını yelləyərək uzaqlaşdı. Onun burda durmağa 

macalı yox idi. Başmaqçıbazardakı dükanına tələsməliydi, boğçanı evə qoyub 

gedəcək, bir də evin üstündən salat səsi eşidiləndə, meyit namazına gələcəkdi... 

İçəridə  şairin solmağa başlayan dodaqları  pıçıldayırdı: Bəli, gözəl deyib 

hükəmalar: Sən dünyaya gələndə hamı sevinirdi, sən ağlayırdın. Elə yaşa, elə ömr 

et ki, sən bu dünyadan arxayın, mütəbbəssim gedəsən, başqaları dalınca ağlayalar... 

Səni sonra da xoş söz - xoş əməllərinlə yad edələr... 

Ana elə bilirdi ki, oğlu kəlmə-şəhadət deyir... Ana balasının yastığı ucunda 

əyləşmişdi, arabir titrək əlləri ilə hələ də körpə təsəvvür etdiyi balasının quruyan, 

avazıyan dodaqlarına su damızdırırdı. Dolub boşalan gözləri bəzən elə 

dumanlanırdı ki, qadın, balasının necə haldan-hala düşdüyünü görmürdü, onu ölüm 

yovundura bilmirdi. Ömrü boyu o qədər ölümlər, canvermələr görmüşdü ki... 

Amma bu adı balasına yaxın qoya bilmirdi. Birdən Seyyidin dodaqlarında mələk 

sözünü eşitdi: "İlahi, yoxsa gözlərinə mələkəl-movt görünür, balamın?" – deyə 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə