Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə140/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   135   136   137   138   139   140   141   142   143

__________________Milli Kitabxana_________________ 

414 


 

Peşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər

Bahari-ömrdə mey ülfətindən ictinab etdim.  

 

Bu nə deməkdir? Hansı şirvanlı bilmir ki, ona meydən tövbəni məhz Ağaseyid 



ağa verib! (Yenə "rəhmət" oxundu). Hazır göz qabagındadır ki, peşman olub, özü 

də boynuna alır ki, vaizin sözünə nahaq qulaq verib. Çox əcəb, bu onun öz işidi, 

özü bilən yaxşıdı. Deyə bilər-peşman olub, nə olsun, əhdini sındırmayıb ki! Əhdini 

sındırmağını mək istəyirsinizsə, buyurun:  

 

Meyi-nab ilə abad eylədim, səd şükür, can mülkün  



Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim.  

 

Əgər bu da sizə dəlil deyilsə, onda daha dürüst qulaq verin. O getdikcə qızışan, 



coşan bir səslə danışır və danışdıqca ağzının suyu bir neçə addım məsafəyə 

çırtlayıb, qarşısındakıların paltarına, əlinə sıçrayırdı:  

-Nə eybi var. Xudavəndindən üz döndərib - özü bilər, Allahı bilər! xəhənnəm! 

İçir - şərabı nəhs buyuran cəddi üzünə tüpürsün! Məsələni, zahidi riya adlandırır - 

peyğəmbərlərin qulluğunda, məhşərdə cavab verəcək!.. Amma axı o bunlara qane 

olmur, bəli olmur. O, başqalarınıda  yoldan çıxardır, onunla mülaqatda olanların da 

vəbalına səbəb olur.  

 

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,  



Vaiz ciyəri həsrət ilə qan olacaqdır.  

 

Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar,  



Ömrün gedəcək, dəhr özü viran olacaqdır.  

 

Seyyid deyiləm, nisyə sözə bavər edəm mən,  



Nəqdi-hünərim cama girovkan olacaqdır.  

 

Məscidin içərisində birər küfr kimi səslənən hər bir misra, günbəzin tağına 



dəyərək oturan cahillərin başına  əbabil quşlarının cəhənnəmdən gətirib islam 

düşmənlərinin başına yağdırdığı "siccü" - xırda odlu daşlar kimi tökülürdü. 

Çoxlarına elə gəlirdi ki, indicə bu sözlərdən sonra tufan qopacaq, aləm dağılacaq, 

pərvərdigarın vəd etdiyi "günfəyekun" baş verəcək, ərəsati-məhşər başlanacaqdır. 

Lakin bütün bunlar olmurdu. Gözlər, bərələ qalmış gözlər gözləsə də, nə bu küfrü 

yazan şairi ildırım vurub  öldürmür, nə də qorxmadan onları məscidin mehrabı 

 

 



__________________Milli Kitabxana_________________ 

415 


 

Təkrar edən mollanın başına daş düşmür, dili qurumurdu. Nadan və cahil 

qaragüruh isə gözləyirdi. Molla Xudaverən də donub qalmışdı. Özünə-məxsus bir 

həssaslıqla bu gərginliyi anlayan Qırmızı Qulam, yerindən dikləndi, uca olmasa da, 

onun səsi məsciddə çox aydın eşidildi: 

-Qəriblər ağasına and olsun, Ağanın  şerindəki qüdrətə bax ki, onu vaiz də, 

molla da əzbərləyib... 

Qəlbində isə düşündü: "Ay küt axmaq, yaxşı yayırsan, təbliğ edirsən Ağanın 

küframiz misralarını, eşitməyənlər də  eşitsin. Bilməyən də bilsin". Meşədi 

Qulamın sözündən sonra az-çox Seyid Əzim ətrafında əyləşmiş tərəqqi dostlarının 

ürəyinin üstündən elə bil ki, bir ağır daş götürüldü. Qorxudan gözü böyümüşlər də, 

sanki bir qədər özlərinə gəldilər. Molla Qurbanqulu hamının sevimlisi və özünün 

də çox işini aşıran, rastgu Qırmızı Qulama sərt cavab verə bilməyəcəkdi. Lakin 

təslim olmaq, qələbəni qazandığı bir dəmdə əldən vermək, geri çəkilmək fıkrində 

də deyildi. Yeganə yol guya bu sözləri eşitmirmiş kimi əhəmiyyət verməmək, 

özünü o yerə qoymayıb, eyni ahənglə sözə davam etmək idi; təcrübəli molla belə 

də elədi: 

-Mən onun bir qəzəlini, mültəfit olun, ağalar, həcvini demirəm ha!Onda elə 

güman elərsiz ki, özümə toxunan şey var, - təkcə bir qəzəlini sizin qulluğunuza 

çatdırmaq istəyirəm. Qoy qonaq cənab da eşitsin.Onun bu qəzəli hələ ki, camaat və 

uşaq-muşaq arasında gəzir, bəndəyə də gəlib çatıb, bəli çatıb: 

 

Can məşaminə gəlir buyi-riya məsciddən,  



Görmədim ömrdə bir zövqü səfa məsciddən. 

 

Buriya tək döşənir məscidə hər dəm zahid,  



Heyf, tərk olmadı əsla bu riya məsciddən! 

 

Öz-özüylə danışır vaiz, olub divanə 



Kim, qulağımə gəlir gündə səda məsciddən. 

 

Dürdi-meyxanəni tök camə, gətir, ey saqi,  



Görmədim dərdimə aləmdə dəva məsciddən!.. 

 

Seyyida, bunca ki, məsciddən edərlər nifrət,  



Nə görüblər görəsən kim, şüəra məsciddən? 

 

 




__________________Milli Kitabxana_________________ 

416 


 

Yenə də küfr sovuran sözlər, həm də mollanın, vaizin dilindən eşidilir….-Yenə 

də kin-küdurət, Qırmızı Qulamın sözləri ilə azalmağa baş-qərəz güclənir, 

alovlanırdı. Qəti zərbə endirmək zamanı idi. Qırmızı Qulamın səsi cınladı, 

məscidin indicə küfr sovrulan qübbəsi altında, ilham pərisinin xilaskar səsi kimi 

eşidildi: 

- Ağalar özü yaxşı bilir ki, bəndələrin tutduğu hər bir iş böyük xaliqi -

ləmyəzələ əyandır. Biz nəkarayıq ki, onun, əlinin üstündə əlinin üstündə  xaliqin 

bildiklərini təkrar eləyək. "Allahü ələm" deyiblər .. O özü hamının savabına da, 

günahına da alimdir. Cənab  şair Ağa Hacı Seyid Əzim  Şirvani (o şairin bütün 

titullarını  qəsdən deyirdi) elə özü də bu xüsusda yazıbdır.  İndi ki, şerü nəzm 

oxumağa meydan verildı, həzəratın icazəsilə birini də  mən deyərəm. Cənab Ağa 

Seyid Əzim özü deyir ki.  

 

Qərini-məğfirətin ilə cümlə zahirdir  



Nə iş ki, tutmuşam, ey qadiri-yeganə, sənə!  

 

Nəsib Seyyidə tövhidi-zatın et, ya rəb!  



Çıxıb bədəndən olan dəm rəvanə, rəvanə sənə.  

 

Hər bir bəndəsinin xeyir və şər əməllərindən xəbərdar olan xaliq, özü Seyyidə  



ilham verib, bu sözləri dedirtdirib, yoxsa necə deyə bilər-) biz bu gün inanmayaq 

ki, bayaq molla oxuyan şeri Ağa cavanlıgında,mən indi oxuyani isə hazırda 

yazmayıb və xaliqi də onu əfv eləməyib hə?  

Dottlar rahat bir nəfəs aldılar. "Allah atana rəhmət eləsin, Meşədi yaxşı girirsən 

Ağanın qanının arasına", düşmənlərin köksünü isə  qəzəb və  kin dəlirdi: "Dayan 

babi köpək oğlu, getdiyin Məşhəd sənin belindən vursun, haqqına çatarsan, 

tələsmə... 

" Hər nə isə birdən Seyid Əzim və dostları yerlərindən qalxdılar; onlar artıq 

məsciddə qalmağı biməna hesab eləyirdilər. Çünki mübahisənin sonu görünmürdü. 

Uzandıqca acı bağırsaq kimi uzana bilərdi. Buna isə maarif dostlarının həvəsi yox 

idi. Onların heç biri oruc deyildi, sübh obaşdan da durmamışdılar. Odur ki, durub 

evə getməyi məsləhət bildilər. Seyid Əzim, Meşədi Qulam və bir neçə tanış 

başmaqgeyilən bala dəhlizə  çıxanda, Alışın gizli işarəsi ilə  Əli, Mənsim, 

Ağahüseyn və Abid əfəndinin bir neçə sabit və sadiq müridi də qalxdı. Məscid 

camaatının çoxu insanlardakı qədim bir adətlə, "başqaları durdu, biz də duraq" adə 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə