Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə138/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   135   136   137   138   139   140   141   142   143

__________________Milli Kitabxana_________________ 

408 


 

Göydən gedən alabaxta  

Qanadı var taxta-taxta,  

Mənim yarım ol otaxda,  

Gəzir sallana-sallana. 

 

 Şair də  aşığın gözü ilə  gəlin üçün bəzədilmiş  ağ keçə alaçığda nazlanaraq  



gəzişən incə sənəmi görər kimi oldu. Aşıq isə onun xəyalında da sazını dilləndirib, 

sözünə davam edir, ürəyi nəğməni xoş bir nəqarət kimi hey təkrarlayırdı:  

 

Göydən gedən topa qazlar,  



Laçın vurar, tükün tozlar,  

Alaçıqdan baxan qızlar - 

Gəlir sallana-sallana.  

 

Bu elə təbii bir mənzərə idi ki... şairin məftun, vurğun gözləri alaçıqdan oğrun-



oğrun baxıb, qaçıb gizlənən toy yaraşığı, əlvan bəzəkli qızları, canlı-qanlı bir həyat 

kimi gördü... və gördüyünə dodaqları  səyridi, gülümsədi: "Nə gözəldir, ilahi... 

camaat da yaxşıca başa düşür, həvəslə qulaq asırdı... Bəs Füzuli? ...Bəs mənim 

təkilər?...Yox, elə eləməliyik ki, qəzəllərimizi də aşıq məclislərində oxunan qoşma 

kimi, gəraylı kimi oxuyub anlasınlar... Təkcə savadlılar yox, hamı, bütün el!.. 

Görəsən, elə bir zaman olacaqmı ki, bizim yazdığımızı da hamı, bütün el-camaat 

beləcə yaxşı başa düşəcək? Bax, mənim əsil məqsədim, amalım da budur... hamı 

oxuya bilsin... hamı!.. Lap elə qaravəlli do, nabırrı da, şəhərli də, köç əhli də... 

Məktəb... bizə indilik ən böyük və vacib məsələ  məktəb açmaqdı... Elə olsun ki, 

təkcə şəhərlərimizdə deyil, kəndlərimizdə də məktəb aça bilək. Elin dövlətlisi də, 

kasıbı da öz balasını oxuda bilsin!". 

Gözəl xəyallar onu alıb aparırdı... 

Şair Qaravəllidən qayıdırdı. Atın cilovunu yəhərin qaşına keçirmiş, birayaq 

addımlarla gəlib Rusdarçaya çatmışdı. At caya girən kimi dayandı. Dağlardakı buz 

bulaqlardan süzülüb gələn göz yaşı kimi dumduru, səhər mehi kimi sərinlik və 

təzəlik gətirən sudan içməyə başladı, O boynunu çayın alçaq səthinə uzadıb, qalın, 

bozumtul və pırpız tüklü yumşaq dodaqları ilə zərif-zərif, ehmal-ehmal suyun üst 

qatlarını sormağa başladı. Arabir yügənli ağzını yuxarı qaldırıb göyşədikcə  şehə 

bənzər parlaq damcılar dodaqlarından çaya süzülür, xırda ləpə 

 

 




__________________Milli Kitabxana_________________ 

409 


 

ciklər yaradıb axır, gedirdi. Şair təəssüfləndi: "Kaş çaya girməmiş yügəni 

aleydim, yazıq heyvan rahat içeydi". 

Çayın o tayında sürünü enişə endirən çoban aram-aram, irəliyə-irəliyə, həzin 

bir səslə Şirvan şikəstəsi çağırır, sanki el sənətinə heyran olmuş şairin xəyallarına 

cavab verərək oxuyurdu: 

 

Şirvanın biyanı var,  



Otu var, biyanı var.  

Barı gəl, yuxuma gir,  

Desinlər, hayanı var. 

 

Şirvanın aşığı var,  



Sazı var, aşığı var,  

Belə qara günlərin,  

Həlbət bir işığı var. 

 

Şair gülümsədi, "yaxşı deyirsən, çoban qardaş, dünya belə durub-dayana 



bilməz. Onun bir işıqlı günü olsun gərək. Sənə bu ümidi verən, səni xoşbəxt eləyib. 

Yaxşı ki, qəlbində belə bir inam var. Yoxsa heç yaşamağa dəyməzdi. İnsan həmişə 

yaxşı gün ümidi ilə yaşayır. Bununla da bəxtiyar olur", - deyə düşündü. 

Şair düşündükcə az əvvəl sahildən uzaqlaşmış qadın kölgəsini də gözlərilə 

izləyirdi. Qadın görünür səhərdən sahildə qazan açıb, paltar yuyub qurutmuş, indi 

təmiz paltar boğçasını iri mis qazanın ağzına qoymuş, çadrasına sıx bürünmüş, 

qazanı da başına götürüb gedirdi. 

Əvvəl əldə şairin qəlbi titrədi, diksindi. Bir anlığa ona elə gəldi ki, qarşısındakı 

qadın Sarabəyimdir; onun yolunu gözləyə-gözləyə neçə gündür ki, çayın qırağını 

kəsdirib oturub. Seyyid bütün diqqətini gözlərinə toplayıb uzaqlaşmaqda olan 

qadına zillədi. Yox, bu o deyildi... Sarabəyimin  şux, rəqsan yerişi hara, bu hara? 

Bunun yerişindən aydın bilinirdi ki, cavan deyil, yaşlı adamdır, bəlkə də hamilədir

yanbasa yeriyirdi. Şairin ürəyi sıxıldı, səhərdən bəri qəlbində çalınan Koroğlu 

cəngisi,  Şirvan  şikəstəsinin səsi xırp kəsildi. O atın su içib doyduğunu görüncə, 

cilovu yəhərin qaşından çıxarıb yügəni çəkdi, ağzını qantarğa kəsən at cəld ayaq 

götürdü, tərpəndi, bir göz qırpımında, ətrafa minlərlə zərrələr sıçradaraq çayı keçdi, 

qarşı sahilə  çıxdı,  əl qalınlığında, tapdanmaqdan una çevrilmiş yumşaq torpaqlı 

yolla yorğalamağa başladı, atlının ardınca toz dumanı qalxdı. 

 

 



__________________Milli Kitabxana_________________ 

410 


 

Qadın arxasında at hənirtisini eşidincə, başını geri çevirmədən yoldan çıxdı. 

Atlı ötüncən yovşan və qaratikan bitmiş yol qırağı ilə yeriyəcəkdi, möhkəm 

yaşınmışdı. Atlı ona çatanda addımlar yavaşıdı, qadının ürəyinə mübhəm bir qorxu 

doldu: "Kimdir? Nəçidir? Fağır, hamilə qadından nə istəyə bilər?.." - düşünərək 

rübənd altdan atlıya baxdı. "Ah... Allah sənə şükür, Ağadır ki..." – deyə fikirləşdi 

və dərhal da ürəyinin çırpıntısı sakitləşdi. 

Şair atı birayaq sürməyə başladı, qadınla bərabərləşincə əl uzadıb qazanqarışıq 

boğçanı onun başından götürdü və  yəhərin qaşında qucağına qoydu, nə baş 

verdiyini anlamağa macal tapmamış qadına: 

-Bacı, - dedi, - sən ehmal-ehmal gəl, mən qazanı, boğçanı, bax,şəhərin 

girəcəyindəki o qoşa söyüdün altında yerə qoyacam, tələsmə,çatıb götürərsən. 

Qadın cavab vermədi, yalnız minnətdarlıqla başını  təsdiq və anlayış  işarəsi 

olaraq yellədi: 

-Salamat ol. 

Yenə cavab gəlmədi.  Şirvanlı qadın naməhrəm kişiyə cavab verər?  Ətini də 

kəssən dinməyəcək. Yalnız ürəyində, onda da pıçıltı ilə deyirdi: "Allah sənə yar 

olsun, Ağa, Allah Mir Cəfər ağanı  sənə çox görməsin, ömrün uzun olsun! Gözə 

görünməz pərvərdigar səni hardan mənə yetirdi? Gözümə durmuşdu yol, cəddüvə 

qurban olum, Ağa!" 

 

 

"MİZAN-TƏRƏZİ"  



VƏ YAXUD DÖRD RAMAZAN  

 

1305-ci il Ramazan ayının 4-ü idi. Cəmi dörd gün idi ki, orucluq başlamışdı. 



Rəcəb ayından bu günəcən artıq üçaylığın iki ayını oruc tutmaqda olan möminlər, 

indi üçüncü ay idi ki, gündüzdən axşamacan dillərinə bir tikə çörək, bir qurtum su, 

bir qullab qəlyan vurmurdular. Onlar hər gün sübh namazından, demək olar ki, 

iftara kimi vaxtlarının çoxunu məsciddə, axund otağında keçirirdilər. Kimisi qiraət 

öyrənir, kimisi ramazan dualarını  təkrarlayır, bir qismi də  qəza, ayət, hacət 

namazları  qılmaqla vaxt keçirir, birtəhər özünü iftara çatdıranacan günü axşam 

eləyirdi. 

Ramazanın dördü... Altı gün idi ki, Seyid Əzim məktəbdarlıq fəaliyyətinə görə 

döş nişanı ilə təltif edilmişdi. Düşmənlər Seyid Əzimi artıq 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə