Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə142/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   135   136   137   138   139   140   141   142   143

__________________Milli Kitabxana_________________ 

420 


 

qorxu içində düşündü. Amma şairin gözlərinə bu anda heç bir mələkəl-movt 

Əzrayıl görünmürdü, elə bil ki, bütün real, həyati və mövhumi-xəyali qara qüvvələr 

indi onu tərk edib getmişdilər. İndi onun xəstə (ağının üstündə şəfəqlərdən qanad 

taxmış şeir, ilham pərisi süzürdü. O öz sevimli şairinin son anlarını elə bil ki, öz 

qanı, canı, həyatı ilə  nuru ilə işıqlandırmağa gəlmişdi.   

- Sən məni hələ də tərk etməmisən, pərilər soltanı?  

- Məgər mən səni tərk elərəm? Haçan, hansı  ağır, hansı  həyəcanlı qiqədə 

səndən ayrılmışam ki?  

- Heç bir zaman. Amma indi sonumdur... Gözəl dünyamızdan ayrılıram... 

Şeirdən, sənin ilham verdiyin qələmdən...  

- Çox ağırdır?  

- Çox... dağlarımızdan, çaylarımızdan, ətirli, süsənli çəmənlərimizdən, gülüstan 

gözəllikli Vətəndən... anamdan, yaxşı-yaxşı dostlardan, balamdan... Elə lap mənə 

dağ çəkməyə çalışan düşmənlərdən də...  

Pərilər soltanı aydın bir səslə, incə bir nəfəslə onun alnına toxundu, şairin alnı 

alışıb yandı, nazlı bir səslə dedi:  

- Yadındadırmı, bir dəfə gözəl bir mənzərəni seyr edirdik, "ilahi dilbər, nə 

nazəndədir?" dedim. Sən isə, "heyif ki, Alışlar, Qapaqlılar ( bu cazibədar dünyanı 

korlayırlar" dedin. Mən də sənə dedim ki,heç  bu yaşıl çəmənlərdə, şəbnəmli otlar 

üzərində  gəzəndə ayağına tikanlar batmayıb? Bax, Qapaqlılar da cəmiyyətdəki 

həmin o tikanlardır... Onlarsız heç mübarizə olmazdı, mübarizəsiz həyat, durğun 

həyat sənə, sənin kimilərə ləzzət verməzdi... Sən qorxma, şairim, sən ki, ölmürsən; 

torpaqdan yarandın, torpağa qayıdırsan! Vətən torpağına qarışan cismindir, canın, 

əsərlərində yaşayan düşüncələrin, əməl və arzuların isə yaşayacaq... Əbədiyyət bu 

deyilmi, şairim, bəs bu misraları  kim deyib:  

 

Behəmdillah ki, qaldı yadigar əşari-canbəxşim,  



Əgərçi, Seyyida, nə mülkü malü nə zərim qaldı. 

  

Seyyid beyti həzin, bəxtiyar bir təbəssümlə, nazik dodaqlarındakı reyişlə dinlədi. 



Xəstənin üzünü, qəribə  də görünsə, xoşbəxt bir ifadə qapladı. Ana təbəddülatı 

yaxşı fal hesab etdi, uzun illərin həyat təcrübəsindən irdi ki, xəstə otağa "lampanın 

son işığı kimi bir işıq salar". Amma 



__________________Milli Kitabxana_________________ 

421 


 

yenə də ana ürəyi yovutmurdu balasına, bir də, iki də ümidlə dolurdu... "sağalar... 

cəddi kömək olar". Bəzən Seyid Əzim düşünüb xəyalına gələnlərlə 

danışdıqca,anaya elə gəlirdi ki, oğlu kiminləsə, bəlkə də onunla, Ceyranla, balaları 

ilə halallaşır: 

-Əməyini, südünü halal elə, ana! - deyir. 

-Sən də çörəyini halal elə! – ürəyi qoppacaya düşmüş Minasoltan qəlbində 

dilləndi. 

O isə... İndi bu son ömür gününün yatağında Seyyid, həyatında baş vermiş bir 

neçə hadisəni heç unuda bilmirdi; bu hadisələr ağır dərd kimi onun üçün həyatı 

boyu böyük ələm olmuşdu: Tərlan dərdi, (şükür, o, cəlayivətən oldusa da yaxşıdı, 

tale sinəmə dağını çəkmədi), Məhəmməd Səfa dərdi... Sona dərdi. Qəlbində nakam 

məhəbbətlərin məzarı qazılmış bu böyük ürəkdə o qədər hisslər, insanlar, əməllər 

gömülmüş, gah çiçəklənib gül açmış, gah da vaxtından əvvəl solmuşdu ki! 

Bu hadisələrdən biri Tiflis şəhərinə, bağlanan məktəbini yenidən açdırmaq, 

əlindən alınan müəllimlik hüququnu qaytartdırmaq üçün getdiyi zaman olmuşdu. O 

vaxt onu Gəncədə  şair Naci qarşılamış, bir dost kimi evinə  dəvət etmişdi; dən 

düşmüş saqqalını tumarlaya-tumarlaya Seyid Əzim ilə birlikdə faytona əyləşib 

böyük Şeyx Nizaminin qəbrini ziyarətə aparmışdı. 

-Əcəb eləyib yarı yolda düşmüsən qatardan, Ağa! Heç belə fürsəti fovtə vermək 

olardı? - demişdi, - Gəncənin böyründən keçəsən, Naci cəhənnəm,  şairlər ağası, 

"Xəmsə" yazan, neçə-neçə "xəmsələr" müdəbbiri  Şeyx Nizaminin məzarını 

görmədən gedəsən. Bu heç olan işdi?... 

Bu sətirlər də məhz o vaxt dilinə gəldi: 

 

Ey şeyx Nizami, ey nizamı dağılan,  



Ey Gəncədə izzü ehtişamı dağılan!  

Olmubdu sən ilə mən kimi aləmdə  

Beyti, evi, məktəbi, kəlamı dağılan. 

 

Şeyx Nizaminin, "Xəmsə"si əsrlər dalından boylanıb şeir aləminə günəş ziyası 



saçan Nizaminin qəbri bir gündə idi ki, gözlər olsun, görməsin. Şair elə mütəəssir 

oldu ki, elə həmin gün də, həmin dəqiqələrdə bu sətirlər onun dilindən süzüldü. 

"Bəlkə  mənim də  məzarım o günə qalacaq? Nizamidən, qəbri Sürxabda itən 

möhtəşəm həmvətənim Xaqanidən, Kərbəlada Füzulidən, Hələbdə  dərisi 

dabanından soyulan həmşəhərlini Nəsimidən nəyim 

 

 




__________________Milli Kitabxana_________________ 

422 


 

artıqdı? Onun ki, heç qəbrinin yeri də bilinmir? Ona baxanda yenə Nizamiyə 

şükür..." 

Pərilər soltanı dilləndi: 

-Nə danışırsan,  şairim, belə naümid olma! O qaranlıq  əsrlərə nisbətlə    sənin 

əsrin nə  qədər qabağa gedib?! Məgər səpdiyin toxumlardan, əkdiyin maarif 

ağacından bu qədər naümidsən? 

-Hayıf ki, Yetim Hüseyn o ağır qış Hacı Soltan Hüseyn hamamının külxanında 

donub öldü. İndi mənim fotuma söz qoşan da olmayacaq, -deyə  şair yaxası açıq 

yetimi təəssüf və həzin bir məhəbbətlə xatırladı. 

Şaırin xəyalı bir zaman haradasa yarımçıq qalmış mübahisəni indi davam 

etdirməyə başladı. O qəlbində də özü ilə deyişir, çarpışırdı: 

-Mən qorxuram. 

-Adət edərlər. Pis şeyə təqlidə, təğiyyəyə, əsarətə adət etmək yamandır. 

-Eləməzlər, tarix göstərir ki... 

-Yaxşı ilə birlikdə yaman da gələcək axı... 

-Bizə ursiyət kimi bir Ölkə ilə yaxınlaşmaq zəruridir. Türkiyə,  İran,dinimızin 

müəssisi  Ərəbistan özünə  nə gün ağlayıb ki, bizə neynəsin.Dünya millətləri irəli 

gedir. Biz tökülüb dalda qalmışıq. Bitli, sirkəli mədrəsələr, onların komsavad 

mollaları uşaqlara nə verir? Əbcəddən, cərgədən o yana neçəsi çıxır və necə çıxır? 

Tüllablarımıza bələdsiniz...Kərbəlada... Nəcəfdə... Dindarımız yetim malı yeyib, 

ribaxor olub, Özgə külfətinə göz dikib, qardaş qanı töküb... qoy heç olmasa indi 

öyrənsin. 

Birdən xəstənin gözlərinin önündə Bakı səfərləri, "Məcməüş-Şüorada" Cürmi, 

Sürəyya, Müniri, Yusiflə görüşləri canlandı. Bu görüşlərdən birində bakılı dostları 

onu Suraxanı Atəşgahına aparmışdılar. Ona elə  gəldi ki, qızmar günəş altında 

heyrətlə, yerdən çıxan alov-atəşlə  zəbanə  çəkən məbədi görür. Məbədin önündə 

yarımçılpaq bir "xəyal" da görmüşdü. "Xəyalın" başında çirkli ağ çalma, belində 

çirkli ağ fitə-dxoti var idi. Gün altında qəhvəyi rəngə çalan bədəni sümüklər 

üzərinə  çəkilmiş  dəri; vəzi və damardan ibarət idi... Məbədin zəbanə  çəkən 

mehrabı qarşısında  əllərini köksündə qoşalaşdırmış, ibadətkar vəziyyət alıb 

dayanmışdı. Gözlərini hər şeyi paklayan, həyatın başlanğıcı, əzəli və əbədi sandığı 

müqəddəs oda zilləyib durmuş, dərin-dərin məyus-məyus fikrə dalmışdı... "Xəyalın 

xəyala dalması" əcaib idı... Dostlar onu yandırıcı günəş altından çəkib zaviyələrə, 

hücrələrə 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə