Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə2/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   2   3   4   5   6   7   8   9   ...   143

__________________Milli Kitabxana_________________ 

 



Əzizə  Cəfərzadənin tərcümə yaradıcılığı sahəsindəki fəaliyyəti də maraq 

doğurur. O, müxtəlif dövrlərdə Türkiyə  ədəbiyyatının görkəmli nümayəndələri 

olan Sevinc Çokumun "Bizim diyar", Əhməd Kabaklının "Əjdaha daşı",  Şəmçi 

Tellinin "Atatürkün eşq macərası" romanlarını, rus yazıçısı S.Smimovun "Brest 

qalası"nı dilimizə çevirərək nəşr etdirmişdir. 

Ədibin publisistik yaradıcılığı da zəngin və çoxcəhətlidir. Xüsusilə onun 1965-

1966-cı illərdə Afrikanın Qana respublikasında yaşadığı illərin bəhrəsi olan "Qızıl 

sahilə  səyahət" (1968) əsəri Azərbaycan publisistikasının maraqlı örnəklərindən 

sayılmaqdadır. Bundan əlavə, müəllifin mətbuat səhifələrində Azərbaycanın 

ictimai-siyasi və mənəvi-əxlaqi həyatının müxtəlif problemlərinə dair çoxlu sayda 

məqalədə və müsahibələri də çap olunmuşdur. 

Əzizə  Cəfərzadə  əsərlərini müxtəlif janrlarda yazmasına baxmayaraq, 

Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi yadda qalmışdır. 

Ədibin əsərlərində qədim dövrlərdən tutmuş XX yüzilə qədər Azərbaycan tarixinin 

mürəkkəb, keşməkeşli hadisələri (həmçinin bu fonda ədəbi və siyasi şəxsiyyətlərin 

obrazları) öz bədii təcəssümünü tapmışdır. Yazıçının tarixi romanlarını 

səciyyələndirən əsas cəhətlərdən biri müraciət olunan tarixi dövrü bütün təfərrüatı 

ilə canlandıra bilməsidir. Daha doğrusu, yazıçı tarixi yalnız quru fakt və sənədlərin 

işığında təqdim etmir, ona can və ruh verir, özünün qeyri-adi fantaziyası ilə təsvir 

etdiyi dövrün təbii  mənzərəsini, panoramını yarada bilir. Əzizə  Cəfərzadənin 

romanları tarixə qeyri-adi sevgi və vurğunluqdan yaranmışdır; onların ruhunda, 

mayasında yurdsevərlik və vətandaşlıq amalı özünü göstərməkdədir. Bu romanlar 

yalnız bədii düşüncənin məhsulu olmaqla qalmayıb, xalqımızın etnoqrafik 

yaddaşını əks etdirən qiymətli salnamələr kimi dəyər daşımaqdadır. 

Sənətkarın tarixi romanlarını  səciyyələndirən  ən mühüm cəhətlərdən biri də 

onların ideyaca müasirliyi, bu günün problemləri ilə bağlı olmasıdır. Bu romanlar 

dil, üslub, yazı manerasının orijinallığı, təsvir olunan faktlara və hadisələrə 

yanaşma tərzi ilə də diqqəti çəkməkdədir. 

Bir məsələyə də fikir verilməlidir ki, sovet imperiyasının ən çətin və mürəkkəb 

dönəmində yazıb-yaratmasına baxmayaraq, Əzizə Cəfərzadənin əsərlərində dövrün 

konyunktur elementləri, saxta ideologiyanın izləri öz əksini tapmamışdır. Əksinə, 

yazıçı tarixi mövzulara müraciət etməktə dolayısı ilə sovet imperiyasının təlqin 

etdiyi ideoloji stereotiplərə etirazım ifadə etmişdir. 

Yazıçının yaradıcılıq axtarışlarının mühüm uğurlarından sayılan  Şirvan 

trilogiyasında Azərbaycanın tarixi yaddaşında  əhəmiyyətli yer tutan Şirvanın 

yetirdiyi ədəbi şəxsiyyətlərin bədii surətləri yaradılmışdır. Belə ki, trilogiyanın ilk 

əsəri olan "Vətənə qayıt" romanında XVIII yüzilin istedadlı söz ustası Nişat 

Şirvaninin, ikinci hissəsini təşkil edən "Aləmdə səsim var mənim" romanında XIX 

yüzilin görkəmli şairi Seyid Əzim Şirvaninin, sonuncu hissəsi olan "Yad et məni" 

romanında isə XX yüzildə yaşayıb-yaratmış vətəndaş şair 

 

 



__________________Milli Kitabxana_________________ 

 



Abbas Səhhətin həyat və  fəaliyyəti təsvir olunmuşdur. Ancaq bu əsərləri yalnız 

ayrı-ayrı  ədəbi  şəxsiyyətlərə  həsr olunmuş  sənət örnəkləri kimi dəyərləndirmək 

doğru olmazdı, çünki burada təsvir olunan dövrün geniş ictimai-siyasi və  ədəbi-

mədəni panoramı öz təcəssümünü tapmışdır. Başqa sözlə, yazıçı tariximizin iki 

əsrdən artıq bir dövründə Şirvanda cərəyan edən mürəkkəb, ziddiyyətli hadisələri 

izləmişdir. Maraqlıdır ki, Əzizə  Cəfərzadə Azərbaycan tarixinə faktların, 

sənədlərin gözüylə aydınlıq gətirmiş, eyni zamanda tarixi qaynaqların  əsirinə 

çevrilməmiş, bir çox məqamlarda keçmişin qaranlıq, öyrənilməmiş  səhifələrini 

bədii təxəyyülünə güvənərək canlandırmışdır. Bu isə  həmin  əsərlərin koloritini, 

canlılığını, xəlqiliyini təmin etmiş, təsir və təlqin gücünü artırmışdır. 

"Vətənə qayıt" (1973) romanın süjetində  Vətən və  məhəbbət xətti aparıcı yer 

tutmaqdadır. Yazıçı bütün roman boyu bu süjet xətlərinin paralel, bəzənsə qovuşuq 

təsvirini verə bilmişdir.  Əsərdə yatnız Nisat Şirvaninin deyil, taleyini vətənlə 

bağlamış olan bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. 

"Vətənə qayıt" romanın sujeti kədərli motivlərlə müşayiət olunsa da, əsərin 

finalı nikbin səciyyə daşıyır.  Əsərdə  həyatı, varlığı, yaradıcılığı ilə doğma elinə-

obasına bağlı olan şair Nişat  Şirvaninin sürgün edildiyi Salyandan doğulduğu 

yurda - Şamaxıya dönuşü ibrətamiz məna və məzmun daşıyır. Onu da qeyd edək 

ki, "Vətənə qayıt" romanı vaxtilə sovet senzurasının ciddi "redaktə"sinə  məruz 

qalmışdı. 

"Aləmdə  səsim var mənim" (1971) romanı yalnız yazıçının yaradıcılığında 

deyil, ümumən Azərbaycan tarixi nəsrində  əhəmiyyətli yerlərdən birini tutur. 

Müəllifin ilk romanı olan və ədəbi mühit tərəfindən böyuk həssaslıqla qarşılanan 

bu  əsərin adı Seyid Əzim  Şirvaninin  şerindən götürülmüşdür ("Mövti-cismani ilə 

sanma mənim 

ölməyimi // Seyyida

, ölmərəm, aləmdə səsim var mənim"). 

Xatırladaq ki, yazıçı romanı  əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı 

nəzərdə tutsa da, nəşri zamanı  əsərin adını  dəyişməyi münasib bilmişdir. Bu da 

şübhəsiz ki, romanın ictimai məzmunu ilə adı arasında olan müəyyən fərqlərin 

aradan qaldırılması niyyətindən doğmuşdur. 

"Aləmdə  səsim var mənim" romanında  Əzizə  Cəfərzadə yaradıcılığına və 

şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı 

qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlukdə XIX yüz il 

Şirvan tarixini, daha doğrusu,  Şamaxı mühitini ictimai-siyasi və  ədəbi-mədəni 

hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddasın işığında izləmişdir. 

Xalq şairi Rəsul Rzanın fikrincə, "əsərin bəyənimli cəhətlərindən biri, bəlkə də 

ən dəyərlisi, müəllifin qələmə aldığı dövrə, onun insanlarına, xalqın məişətinə, 

adətlərinə yaxından, yaxşı bələd olmasıdır. Biz bu əsərdən xalqın 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə