Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə5/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   2   3   4   5   6   7   8   9   ...   143

__________________Milli Kitabxana_________________ 

13 


 

Onların güdükçüləri, qulaqçıları da buralara tez-tez baş  çəkir... Bir cavana bu 

məhəllədə rast olan kimi, onu qeyri millətlə durub söhbət edən görən təki az 

keçməmiş  xəbər bütün bazara yayılır: "Adə, sən öləsən, meyitüvü görüm yalan 

deyirəmsə, hindicə Hacı Məhəmmədin oğlunu Gürcübazarda, o xaraba qalmışdan 

çıxan gördüm, özü də o erməni oğlu ilə qolboyun. Dilim kəlməyə gəlməsin əyəm o 

yan, bu yanı varsa"... 

Bəli...  Şirvan yollardan... Şamaxı bazardan başlayır... Bizim üçün isə  təkcə 

bircə yerdən-Bəzzazbazardan... Bazar... O canlı cismə  bənzər... Onun öz başı, 

ürəyi, qolları var... Bazarın öz dərdi, öz sirləri, öz kədər və sevinci var... Burada 

xam, nabələd adam aldana da bilər; burada insan xətası lağa qoyula bilər, o 

alçaldıla da bilər, lakin burada əsil dərd, ümumun kədəri kimi də qarşılanır... 

Fağırın,  əlsiz-ayaqsız məsumun birinə  bəs deyincə  əl də tutarlar, bazar əhlini 

xamlamaq istəyən namərd isə ələ də salınar, bazardan, bu canlı aləmdən əbədilik 

qovularda... Bazar canlı bir dünyadır... Bir aləm, bir cəmiyyətdir... Onun öz 

yazılmamış qanunları, qanun hökmünə qaldırılmış adətləri var... 

Şərqdə öz canlılığı, zənginliyi, rəngarəngliyi və  sərvətilə  məşhur olan 

qələbəlikli Şirvan, Şamaxı bazarından dünyanın bir çox məşhur şəhərlərinə yollar 

gedir, bu yollar Pirdirəki dağından, Gülüstan aşırımından, Qobustan düzündən 

keçir. 


Bazarın öz daimi sakinləri, öz satıcısı, alıcısı, öz hoqqabazı, dəlisi, öz şairi, 

müdriki, öz dilmancı, darğası, öz vəkili, ağsaqqalı, başbiləni var... Bazar yad 

qonaqlı, yaxın qohumlu, doğma övladlı, ögey oğullu, ağıllı balalı, başabəla, əliəyri, 

eybəcər  vələdli nəhəng bir ailə, bir külfətdir...Onun öz dərdi, öz azarı var, onun öz 

sevinci, öz qayğıları var. Bazar bunu heç kəsə verməyi sevməz, yada, naməhrəmə 

sirr açmaz, açanı da cərgəsindən qovar... Onun sevinci payansız olduğu kimi, 

qəzəbi də dəhşətlidir... 

Gəlin  əl-ələ tutaq, çiyin-çiyinə verib hekayətimizlə  sıx  əlaqəli Bəzzazbazarından 

keçək, birbəbir də olmasa, onun bəzi daimi sakinləri ilə tanış olaq. 

Ən  əvvəl, bax, o başında tabaq gəzdirən ayaqyalın, ucaboy kişiyə baxın, 

pərakəndə geyimindən də görürsünüz ki, kasıb adamdır. Ağası Baqqalbazarda 

halvaçı dükanı saxlayır, özü isə tabaqçıdır, qışda ədvalı (İsfahan), küncüd, fındıq 

halvalan,  Şəkidə hazırlanıb gətirilən paxlava, riştə-xətai, yayda isə yağasər (buz) 

satır. Tabaq bütün gün uzunu başından düşmür, dükan-dükan gəzib bəzzazlara 

halva paylayır, adına 

 

 




__________________Milli Kitabxana_________________ 

14 


 

Yetim Hüseyn, bəziləri isə "Yaxası açıq yetim" deyir. Yaşı məlum deyil, kimdən 

soruşursan "gözümü açandan Yetim Hüseyni tanıyıram" deyir. Bəzzazbazarını 

Yetim Hüseynsiz görən olmayıb. Daima başında gəzdirdiyi tabağı yerişinə 

həmahəng bir şəkildə  yırğalayar və durmadan, babət səsilə zümzümə elər, 

Şamaxıda təzə çıxan havaları ilk əvvəl Yetim Hüseyndən eşidərsən... 

Bazar meydanının başındakı o açıqlıqda, nəhəng tut ağacının altında, daş 

üstündə oturmuş  qəşəng, təmiz geyimli adam Cin Cavaddır.  Şamaxını Cin 

Cavadsız təsəvvür etmək mümkün deyil. Sərpayıdır, xəlfədir, bir az sonra haqqında 

danışacağıq.  İndilik bunu deyək ki, Cavadın başında həmişə indicə gördüyünüz 

kimi bir dəstə adam olur, heç tək qalmır... 

Bundan aşağı dükan cərgələri başlanır. Bəzzazbazar iki cərgəli uzun küçədir, 

yerinə ala-babat qara çaydaşı döşənibdir. Burada o qədər də toz-torpaq olmur, 

tacirlərin aylıq maaş verdiyi süpürgəçi, hər obaşdan küçəni ikitərəfli süpürür, 

sulayır, bəzi xüsusi hörmət və mənfəət gördüyü tacirin pəncərə-qapılarını da silir. 

Gördüyünüz o birinci dükan Hacı Əsədə məxsusdur. Geniş, böyük piştaxtaları, 

zərxara, qanovuz, darayı, Hacı Sadıq işi çarşablar, bənare örpəklər dolu qəfəsələri 

olan o səliqəli dükana sonra, münasib düşəndə girərik. Arxa otaq anbardır. Hacı 

malları orda saxlayır. Hacı  Əsəd mağazasının pəncərələrinə  Şamaxıda ilk dəfə 

olaraq iri, ağ naxışlı  şüşələr saldırmış, bu şüşələrin dalındakı nümayişgahlara 

Hacının Məkərə  və Moskvada gördüyü qaydada parçalardan nümunələr 

düzülmüşdür. Hacı satıcı-pirkeşik saxlamır. Oğlu Tərlanı piştaxta dalında pirkeşik 

əvəzində işlədir, "çobanı özündən olanın, qoyunu əkiz doğar" deyir. O, gələcəkdə 

oğlunu tacir görmək istəyir, elə indidən  Şamaxıya mal gətirən məşhur tacirlərə, 

sarvanlara nişan verir. Adamlara ləqəb qoşmaqda xüsusilə ad qazanmış 

şamaxılılar, hətta, tacir dostları da üzdə onu "Hacı", arxada "qapaqlı" adlandırır. 

Sirverməz, qapalı adam olduğuna və ya xəsisliyinə görəmi belə adlandırıldığı bəlli 

deyil. Amma ləqəb Hacının özünə  də  məlumdur. Hətta, nə üçünsə, bu adla fəxr 

edir, arabir hirsi tutanda "mənə  də qapaqlı deyərlər", deyə  əlini geniş, dolğun 

sinəsinə çırpır. Hacı Əsəd çox dolu, şişman adamdır, qat-qat et basmış qısa boynu 

görünmür, elə bil ki, başı bədəninə yapışıb. İl on iki ay tərtəmiz ülgüclətdirdiyi başı 

lahıc qəleyi görmüş mis qazança kimi par-par parıldayır. İki sıx bozarmış qaşından 

başqa kosa sifətində bir dənə  də rük yoxdur, hirslənəndə  ətli sifəti paxırı  çıxmış 

mis kimi 

 

 



__________________Milli Kitabxana_________________ 

15 


 

qıpqırmızı  qızarır.  Əyninə enli şalvar və gen-bol ağ köynək geyər, yay-qış  sətin 

geyməsinin belindən  şal qurşağı açmaz. Hacının dostu bəzzaz Hacı  Qədirdən 

Əsədə  nə üçün qapaqlı  ləqəbi verildiyini soruşduqda deyib: "Vallah, qapaqlı-

qapaqsız bilmirəm, amma heç ağzının qapağı yoxdu kişinin, bir xəbər eşitdimi 

dəstinə aləmə yayacaq". 

İkinci dükan qapaqlının dostu və dükan qonşusu Hacı  Qədirindir. Köhnə 

dükandır, təzəcə  əl gəzdirib, təzələşdirib. Qonşusunun  əksinə olaraq Hacı  Qədir 

arıq, ucaboy adamdır. Qaraquş dimdiyinə oxşayan əyri donqar burnu, sıx qarabığlı, 

topasaqqallı ağzının üstündə təpə kimi ucalır. Həna və rəngdən saqqalında bir dənə 

də ağ tük nəzərə çarpmır, daima əlində təsbeh olar, zikr deyən dodaqları qalındır, 

badımcanı  rəngə çalır. Dəvə yunundan əldə toxunmuş çuxa geyər, Məkkədən 

gətirdiyi tirmə qurşağı nazik belinə sarıyar. Kişi, necə deyərlər, Allahdan da çox 

pirə inanır, harda bir təzə pir çıxdi, mütləq gedib oranı ziyarət etməlidir. Etməsə, 

Hacı  Əsəd demişkən "dini dürüst olmaz", Sadəlövh, deyilənə inanan, həqiqi 

mənada dindar adamdır. Amma hər şeyə inansa da, bircə alverdə heç nəyə inanan 

deyil, eşitdiyi bütün xəbərləri, etdiyi sövdanı mütləq yoxlamalı, görməli, öz əli ilə 

etməlidir. Sifariş, ismarışla işi yoxdur. 

Hacı Qədirin dükanının qənşərindəki tikili çox köhnədir, hələ İsmayılın babası 

Kərbəlayı  Qənbər, sonra atası Hacı Hüseyn, indi isə özü burda ticarət edir. 

İsmayılgil üç qardaşdır. bunların təkcə böyüyü - İsmayıl əsil mənada tacirdir. O da 

hələ cavandır, cəmi iyirmi yaşı var. Ortancıl Vəli fağır uşaqdır, ondan kiçik, ailənin 

sonbeşiyi və sevimlisi, qaraca oğlan Məhəmməddir. Onun gələcəkdə  nə peşənin 

sahibi olacağını heç kim bilmir, hamı anasının dili ilə  Məhəmmədi ailədə  və 

qohum-əqrəba arasında "qara" çağırır. Təzəcə mollaya gedir. İsmayıla ata və 

babasının sadiq dostu olan tacir və sarvanlar kömək eləyir, yoxsa cavan tacirin hələ 

elə bir səriştəsi və tüccar arasında böyük etibarı yoxdur. İsmayılın  

xeyirxahlarından biri və  bəlkə  də birincisi Qapançıbaşı  Ağa Rəsuldur. Ara-sıra 

işdən başı açılanda, yola Bəzzaz-bazara düşəndə, mütləq köhnə dostunun dükanına 

baş çəkər. Çox sadiq adamdır. Ağa Rəsulun düzlüyü dillər əzbəridir. Bütün sarvan 

və tüccar onun sədaqət və düzlüyünə arxayındır. Deyirlər ki, hansı bir tacir və ya 

sarvan onun yanında bir şey unutsa, yoldan qayıtmayıb, arın-arxayın işinə gedən 

"Ağa Rəsul hərə bir kimsənin həbbəsini ötürməyib" deyər. Qayıdanda, istər lap bir 

il olsun, səni görən kimi deyəcək: "Qardaş, malın xarab olan idi, verdim filankəsə, 

satdırdım, bu da pulun, 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə