Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə14/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   10   11   12   13   14   15   16   17   ...   143

__________________Milli Kitabxana_________________ 

39 


 

eşidə bilmirdi... Birdən o, Sonanın qalxdığını, başını  sərqətfə ilə bağladığını 

gördü; "kaş o daraq olaydım, tellərinə toxunaydım... kaş o sərqətfə olaydım, başına 

dolanaydım", - deyə düşündü. Sonanın yaxasına  əl atdığını gördükdə, qızın nə 

dediyini anlamasa da fərqinə vardı: qız çimmək istəyir...  İndicə o, sevdiyi gözəli 

çılpaq görəcək... Həya təri gəncin pozulmamış vücudunu basdı, dayana bilmədi, 

baxa bilmədi, ağacların sıx yerinə çəkildi: "Yox, yox, bu günahdı, o bilmir, bilsə 

bağrı çatlamazmı? Mən özüm də bu qələti eleyə bilmərəm. Suda çimənə baxmaq 

ayıbdı, xəcalətdən özüm də ölləm, baxa bilmərəm... Naməhrəməm axı... başqasının 

belə elədiyini eşitsəm, binamus deyərəm..." 

O indi qızların suyu şappıldatmalarını aydın eşidirdi. Kolların arasında yeri 

rahat olmasa da, qaramığ tikanları ellərini, paltarını, üzünü cızsa da, tərpənmədən 

uzanıb, aydın qəlbi kimi təmiz, buludsuz göylərə baxır və sevgilisini xəyalında 

canlandırırdı: Sona ayaq üstündə durub, qarğı saçlarım taxta daraqla darayır, çılpaq 

biləklərindən su süzülür... Bu adi görünüş nə qədər xoş, doğma və gözəl idi... təzə 

idi. Burada heç bir dəbdəbə, yad gözlər yox idi... Səslər kəsildi... Tərlan sürünə-

sürən sahilə,  əvvəlki yerinə qayıtdı. Qızlar artıq geyinmişdilər. Onlar kollara və 

çaylaq daşlarına sərdikləri paltarları evir-çevir eləyir, quruyanlarını  yığıb 

hamarlayır, qatlayıb iri köhnə qaxanın üstünə qoyurdular... O, Sonanın səsini 

birinci dəfə çox aydın eşitdi: 

-Qızlar, bəsdi, qoy qalanları qurusun, sonra yığarıq. Gedək görək Ədil ağa yatıb 

doyubsa, bir az çörəkdən-zaddan yeyək... 

Onlar sahildən ayrılıb meşəliyə doğru yollandılar, Qızlar getdi... Sahildə mis 

qazança, piyalə  və alanəm paltarlar qaldı. Amma Tərlanın xəyalından bir az 

əvvəlki səhnə hələ də çəkilmirdi. 

"Mən bu gün onu görməliyəm. Hökmən görməliyəm, necə olursa olsun 

görməliyəm onu, mən ona deməliyəm, mən ona deməliyəm, necə olursa olsun mən 

ona deməliyəm". Amma nə, necə, bilmirdi! 

Taleyi Tərlanın köməyinə  gəldi, bir az sonra qızlardan bəzisi yemək yeyib 

xalçanın üstünə uzandı və kölgəlikdə dincəlməyə qərar verdi, Sona isə balaca Nisə 

ilə birlikdə meşəlikdə zoğal yığmağa başladı... Elə bu zaman Tərlan dözməyib 

onların qarşısına çıxdı: 

-Salam!.. 

Sonadan çox Nisə diksindi, qorxu ilə  ətrafı, gəldikləri cığırla gerini gözdən 

keçirtdi. Heç kəs yox idi. O diribaşlıq elədi, daxili bir hissin, özü də anlamadığı bir 

hissin əmrilə gəncləri tək qoyub onlardan aralandı, qarşıdakı zoğal ağacından ala-

dəymiş meyvələri yığmağa başladı. 

 

 




__________________Milli Kitabxana_________________ 

40 


 

 

Üz-üzə qaldılar. Göz-gözə qaldılar. Birinci dəfə idi ki, belə bir səadət əllərinə 



düşürdü. Amma ikisi də bu səadəti gözləyirdi, ikisi də bunun gec-tez baş 

verəcəyini duyurdu. Sona taqəti kəsilmiş kimi quru ot basmış  kəsəklərin üstünə 

oturdu. Tərlan da onun yanında yerə çökdü. Danışa bilmirdilər, söz tapmırdılar. 

Sükut xeyli sürdü, qəfəsə düşmüş iki quş ürəyi çırpınırdı, dilləri elə bil ki, 

bağlanmısdı, bağlı dillər  əvəzinə iki cüt göz danışırdı. Bu gözlərdə elə  dərin bir 

məlal, elə yanıqlı bir həsrət var idi ki, sözə ehtiyac duyulmurdu. Ürəklər, çırpınan 

ürəklər danışırdı... 

Sona Tərlanın qızılı bafta ilə  həşyələnmiş çuxaya qütəvvər olmuş mütənasib 

əndamını, qara çatma qaşlarını, iri, ala gözlərini, təzəcə tük gəlmiş yetkin qaysı 

kimi  şəfəqli, allaşmış üzünü doymaq bilməyən acgözlüklə seyr edirdi: "Hələ  sən 

lap uşaqsan, ağa Tərlan, necə  də qorxmursan! Yoxsa çəngi həvəsi ürəyindəki 

qorxuya üsrün gəlib? Amma gözlərin yalan demir, ürəyinin aynasıdı o ala gözlərin! 

Qara çatma qaşların altında bu gözlər nə gözəldi, ilahi nə doğruçudu! Amma 

çifayda, mənə onlardan heç nə  nəsib-qismət deyil, ilahi! Mən bu gözləri öpə  də 

bilmərəm, ixtiyarım da yoxdu! Amma ürəyim elə  əsir ki... Bircə  dəfə, tək bircə 

dəfə bu gözlərə toxuna bilsəm, ölmərəm! Dodaqlarım da titrəyir, ilahi! Əgər 

mənim də gözlərim arzularımın aynasıdırsa, evim yaxşıca yıxıldı. O mənim 

ürəyimdən keçənləri duya bilər, mənə nifrət elər! Bir də o çəngidən bundan başqa 

nə gözləyə bilər? Hamının nəzərində həyasız, kişilər qabağında oynayan çəngidən. 

Yüz-yüz gözdən ötmüş çəngidən". 

Getdikcə, xəyalı dəyişdikcə, fikrini qara-qura düşüncələr çulğaladıqca Sonanın 

rəngi qaralır, üzü tutulur, qaşları çatılırdı... Görüşün ilk dəqiqələrində Sonanın 

üzündəki heyranlığı, sevinci görüb fərəhlənən Tərlan, ondakı bu təbəddülatı 

duyduqca heyrətlənirdi: "Görəsən ona nə oldu, niyə tutuldu! Amma əvvəl sevindi, 

vallah, sevindi! İndi gör necə də acıqlı baxır? Acıq da sənə yaraşır, Sona, qəzəb də. 

Nazik qara qaşların çatıldıqca, gözlərin qəzəb saçdıqca ürəyimə oxlar batsa da, 

gözəlsən! Vallah, hüsnünün tayı-bərabəri yoxdu... Yəqin qorxursan, Sona. 

Qorxma! Mən səni yağı caynağına vermərəm. Bir can, bir baş  nədi ki, dost 

yolunda, istəkli yolunda qurban verməyəsən?" 

Birdən o qızın danışdığını  eşitdi, daha doğrusu dodaqlarının, xırda ağzının 

açılıb-yumulduğunu gördü. Hələ sözləri eşidə bilmədən, qəribədir, qızın 

danışdığını duydu. "Mən sənin səsinin həsrətində idim, 

 

 



__________________Milli Kitabxana_________________ 

41 


 

Canım-ciyərim! Olmaya yanına gələndə Allah qulaqlarımı kar elədi, mənə cəza 

verdi ki, sənin səsini eşitməyim". 

-...Necə qorxmadın, ağa Tərlan, özünü işə salarsan axı. 

-Niyə, Sona? 

O nə dediyini, nə danışdığını bilmir, Sonanın səsindəki musiqinin ahənginə 

heyran-heyran qulaq asırdı, mənasındansa səsdəki gözəlliyi dinləyirdi. 

-Nece niyə? Hacı ağa xəbər tutsa, dərimizə saman təpdirər. 

-Qoy olsun, mən sənsiz ömrü neynirəm, Sona! Mən bircə gün başımı o 

dizlərinin üstünə qoyum, sonra əzrayıl gəlsin, "buyur, al canımı" deyim, "arzuma 

çatmışam..." 

Gəncin coşqun bir sadəlövhlüklə söylədiyi sözlər Sonaya ilk qəzəbini bir anlığa 

unutdurdu, qız gözlərini yerə dikdi, indi o, Tərlanm səsini hayıl-mayıl dinləyirdi. 

Bunlar onun ömründə çox eşitdiyi bayağı istəklər, "məhəbbətlər" deyil, ürəkdən 

gələn çılğınlıq, həyəcan, əsil ehtiras dolu sözlər idi. Əfsun var idi onlarda! Elə bir 

cazibə var idi ki! Sona toylarda məclislərdə  bəy və  ağalardan eşitdiyi tələblərlə 

bunları heç tutuşdura, yaxın qoya da bilmirdi. Ürək yanğısı ilə deyilən bu ecazkar 

sözlər hara, bir anlıq arzu üçün söylənən o şit, söyüşdən murdar sözlərhara!.. Sona 

Tərlanı dinləyirdi! 

Tərlan, qızın sakitləşməyə başladığını görüncə ürəyində çoxdan bəri qövr edən 

və xəyallarını, çəkdiyi nəqşələri, yaratdığı gözəl bir aləmi açıb tökürdü. O, deyirdi 

ki, "gəl səni götürüb uzaqlara qaçım, karvanlardan birinə qoşulub uzaq ellərə 

gedək, Allah kərimdi, başımızı birtəhər dolandırar, bir yana çıxarıq. Bir şəhərdə, ya 

kənddə özümüze yurd-yuva qurruq, birlikdə yaşarıq..." Bu uşaqca nağıllar qıza 

əlçatmaz xəyal kimi uzaq, yuxu kimi şirin gəlirdi. Bəli, çəngi Sonanın da öz evi, 

təmiz-pak bir həyatı, öz əri, uşaqları ola bilər, hər görən "çəngi köpəyin qızı" deyib 

yan keçməz, düşmənini bu adla söyməz, uşaqları bu adla qorxutmaz. Ona heç kəs 

həqarətlə baxmaz... Lakin bu nisyə xəyalların əsil həyatla heç bir əlaqəsi yox idi... 

Tərlandan daha təcrübəli olan Sona bunları yaxşı bilirdi, o bilirdi ki, divan-dərə də

sarvan-karvan da, kənd-kəsək də Hacı  Əsədin, "qapaqlı"nın  əlində, tərəfindədi. 

Heç üç gün keçməz ki, Şirvandan çıxan dörd karvan yoluna dörd çapar çıxar. 

Birinci mənzilə çatmamış onları haqlar, Sonanı  tikə-tikə doğrar, bu cəhənnəmə, 

Sona özü üçün qorxmurdu, nə olsun ki, 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə