Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə17/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   13   14   15   16   17   18   19   20   ...   143

__________________Milli Kitabxana_________________ 

48 


 

ehsanı, hər bir şeyi öz yerində tutur... Elə  mənə bir xoşagəlməz xəbəri də o 

çatdırıb, bu barədə sonra qulluğuna ərz edəcəgəm... 

Yenə  də Hacının dərdi zoqquldadı. Amma o yenə  də yetiklik etmədi, qəsdən 

soruşmadı, elə bil kişi qara bir xəbər eşitməkdən qorxurdu. 

-Qaldı Rza bəy... deyir o da Mahmud ağanın məclisinə gedibmiş, Seyid 

Məhəmmədin oğlu, naseyid Əzimlə  bərk dostdur axı... Hə, deyir çox 

söhbətləşiblər, təzə məktəbə izin olduğundan bərk sövünüşüblər. Əlqərəz, Mahmud 

ağa da bir xeyli məbləğ ianə buyurub. O lüt naseyid də söz verib ki, uşaqlar üçün 

nə isə cızma-qara eləsin... 

-Pah atonnan, mən bu Mahmud ağaya lap məəttəl qalmışam, deyən gərək, kişi, 

pulun var, ver Allah yoluna, uşaq oxutmaq istəyirsən - ver mədrəsəyə, göndər 

Nəcəfül-əşrəf tüllablarına, yazıqlar səhərdən axşamacan Allahın kəlamı üstündə 

gözlərinin nurunu qoyurlar, bir öynə ac, bir öynə tox, qərib vilayətdə, qürbət eldə... 

-Onu da eləyir, Hacı, bunu da... Bilirsən, bu ağa bəy tayfası əvvəldən elə bir az 

özbaşına olub, dindən-dondan çıxan olub, dövləti-qarun qudurdub onları; digər 

tərəfdən, mənim ağam, Mahmud ağa urus-erməniynən, hökumət adamıynan, 

gomurnatnan oturub-durur; eləməsə olmaz; bir də ki, Şamaxının bir para tayfası 

çox təzəpərəst olur, harda bir təzə  şey dəb düşdü, gərək hökmən ondan aldıra, 

yeməlidi – yeyə, geyməlidi - geyə, divara vurulmalıdı - asa divardan. Bu da təzə 

dəb şeydi. 

-Bəli, bu da dəbdən düşər inşallah... 

Molla yerində dikəldi, qalanmış buxarının və içdiyi pürrəng çayın istisindən 

tərləmişdi.  Əmmaməsini başından çıxartdı; ağ araqçını götürdü, əba altında 

geyməsinin cibindən yaylığı alıb alnını, tərtəmiz qırxılmış yöndəmsiz başını, uzun, 

pelə qulaqlarının ardını və qat-qat ət basmış boynunu sildi. Həna və rəngdən şəvə 

kimi parıldayan bığ  və saqqalını tumarladı; boğazını artlayıb vəzə hazırlaşırmış 

kimi hündürdən, xüsusi bir atəşinliklə Hacının sözünü kəsdi: 

-Xeyr, xeyr, Hacı  ağa; o yerəcən çıxmağa qoymaq olmaz, bu körpəni elə 

beşiyində boğmaq lazımdı.  Əgər ona əl-ayaq tutmağa yol,vaxt versən, sonra 

qabağını heç almaq olmaz... Heç olmaz. 

Hacı  nədənsə fikrə dalmışdı, söhbətdə o qədər də can-dildən iştirak edə 

bilmirdi: 

-Bəs nə məsləhətdi? 

-Elə qulluğuva da ona görə tələsmişəm. Mən elə sabah sübh namazından fariq 

olan kimi məhəllə mollaları ilə  yığışıb danışacağam, sən də, Hacı, Allahın 

köməkliyi ilə dost-aşna və hampalarunla söhbətləş, 

 

 




__________________Milli Kitabxana_________________ 

49 


 

qoy heç kəs bu govur oğlunun açdığı məktəbə uşaq verməsin, kişi, bəyəm biz 

görmürük bunun axırını? Görmürük bəyəm? Hacı dedi: 

-Baş üstə, axund ağa, elə sabah bazarda dükan otağına tacir və əsnaf tayfasını 

çağırtdırıb məsləhətləşərik və sənin də sözlərivi onlara yetirrəm. 

Molla bir qədər aramla dilləndi: 

-Bilirsən, Hacı, padşah yer üzündə Allahın kölgəsidi. O kafir də izni padşahın 

qoyduğu gomumatdan alıb, odu ki, sən elə çox hündürdən danışma, nə özüvün, nə 

də  mənim adım olmasın. Qoy işi asta görək, usta görək. Yoxsa bu uruspərəstlər 

hökumətə xəbər çatdırarlar ki,guya filankəslər padşahın fərmanı əleyhinə çıxıblar, 

Gomurnatın qulağına çatar, niyə  gərək cəncəl olsun... bizdən görsün, incisin? 

Yaxşısı budu elə əlaltından... əlaltından yaxşıdı. 

Hacı razılaşdı: 

-Bəli, yaxşı məsləhətdi... Əlaltdan... 

-Hə, hə, el, qara camaat küyə düşsün, sən, mən neyniyəcəyik? Nə  sənin 

məktəblik uşağın var, nə  mənim... Bizim çalışmağımız öz şəriətimiz üçündü, 

camaatın balaları üçündür ki, dindən-dondan dönməsinlər... Ağvalideyin 

olmasınlar... Odi ey, təzə cavanlarımız hələ  təzə  məktəb oxumayıb, gör bir nə 

hoqqalar düzəldir, nə  pəstahalar açırlar. Gündə  hər bağda tar məclisi, hər bulaq 

başında  şeir məclisi, az qalıb ki, hər ev də  çəngi məclisinə çevrilsin... Balam 

çevrilməsin?.. 

Hacının ehtiyat etdiyi, eşitmək istəmədiyi söhbət başlandı. O heç bir şeylə də 

bunun qarşısını ala bilməyəcəkdi. O ürəyində Allaha, getdiyi Kəbəyə, üzünü 

sürtdüyü Həcərə yalvarırdı ki, Tərlanla bağlı yaman bir xəbər eşitməsin. Qəlbinin 

ən dərin bir guşəsində  Tərlanın öz yeri, öz məhəbbəti var idi. Kişi atalıq 

məhəbbətinin bütün qüvvəsi ilə bu mövqeyi qoruyurdu, lakin, buna baxmayaraq, 

Tərlanın ölümünə razı olardı,  şəriətə müxalif iş tutmasına razı olmazdı. Molla 

Qurbanqulu Hacını  qızışdırmaq, vuracağı  zərbəni daha kəskin etmək üçün bir an 

durdu, yerini daha da rahatladı, boğazını bir də artlayıb sözə başladı: 

-Hacı  ağa, bu gunlərdə  yəni beş-altı gün irəli iraq olsun, bir yaman xəbər 

eşitmişəm, vallah, elə bəddi ki, heç dilim də varmır. Əvvəl heç inanmadım, amma 

sonra təhqiq öyrənib, əmin oldum, indi Hacı qardaş, gərək çarəsini eləyək... eləyək 

gərək çarəsini... 

Hacının həyəcanı artdı: 

-Allah, sən saxla, nə bəd xəbərdi? 

 

 




__________________Milli Kitabxana_________________ 

50 


 

-Qısası, Hacı qardaş, sənin oğlun Tərlan o çəngi Sonaya bənd olub. Bəli, bəli, 

bəli... olub. 

Hacı yerində dikəldi: 

-Bu ola bilməz, axund ağa, ola bilməz! 

Molla Hacının çiynindən basdı: 

-Hövsələ elə, Hacı ağa, olub, çox hayıf ki, lap düz, səhih xəbərdi. 

Bir on-on iki gün irəli onları meşədə görən olub. Dedim özgədən eşi- 

dənəcən, qoy özüm deyim sənə... Axı çörək kəsmişəm evində, ehsan 

qapın üzümə açıq otub... açıq olub. 

Hacı yenə qalxmaq istədi, qəzəblə köpürdü: 

-Doğraram o it küçüyünü, bircə bu qalmışdı ki, şamaxılıları  mənim üstümə 

güldürsün... 

Molla yenə də Hacının çiynindən basdı: 

-Dedim ki, səbr elə, "əsəbrü miftahül fərəc", səbir fərəc qapısının açarıdı, Allah 

səbir edənləri dost tutub. 

Hacı "fərəcin qapısını" tanımırdı, özünü zorla saxlayır, hirsini güclə udurdu. 

Molla isə elə bil Hacının ürəyini xırda-xırda doğrayır, aram-aram şişə çəkirdi... 

-Xuda nə kərdə, doğramaq neyşə?.. Hələ ki, iş təzə başlayıb. 

Çarəsi tapılar... Tapılar çarəsi... 

Hacının gözləri qanla doldu: 

-Daxı nə çarə... 

-Xeyr, xeyr, naümid olma... Allah, dərd verib, dərman da verib... verib 

dərmanın. 

-Bağrım çatladı, axund ağa, məsləhətüvü, çarəni de... 

-Xuda nə kərdə, bağrun niyə çatlasın? Qoy düşmənlərüvün bağrı çatlasın! Sənə 

mən, Hacı qardaş, bəd xəbərnən  şad xəbər də  gətirmişəm... Necə deyərlər, bir 

əlimdə od, bir əlimdə su, bir əlimdə dərd, birində dərman gəlmişəm. 

Hacı hirsini boğmağa çalışdı: 

-Allah imanuvu kamil eləsin.,. -Bəhəmdigər... 

-Bəs çarə... 

-Hə, - molla dəstərxan salan nökərə  işarə ilə Hacıya müraciət etdi, - bu saat, 

səbr elə, qoy bir şam eləyək. 

Hacı qəzəbli olsa da anladı ki, molla nə isə gizli bir söz deyəcək və bu sözün 

nökər tərəfindən eşidilməsini istəmir. Nökər səfi isə aramla  

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə