Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə16/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   12   13   14   15   16   17   18   19   ...   143

__________________Milli Kitabxana_________________ 

45 


 

yumaq, bir az sərinləmək qəsdinə düşdü. Elə bu zaman taladakı  ağac altında 

əyləşmiş Tərlanla Sonanı gördü. 

-

 



Baho!.. Bu da cənab Hacının vələdi, çəngiynən kef-damaqda... 

Sən ölməyəsən yaxşıca Hacının evi tikilib, kişinin halal qazancı gör bir hara 

gedir, kimə məsrəf olur... Yamanca özünü çəkirsən, Hacı, görək qırmızı qulluğuna 

bunu ərz eləyəndə nə deyəcəksən!.. 

Molla Qurbanqulu nə  qədər çalışırdısa gənclərin nə danışdıqlarını  eşidə 

bilmirdi. Ehtiyatla özünü irəli vermək istəyəndə əmmaməsi kola ilişib düşdü, molla 

əyilib əmmaməni götürəndə üzüqoylu yerə yıxılıb ufuldadı. Nisənin eşitdiyi hənirti 

də bu idi. Qız özünü saxlaya büməyib "vay" elədi və qaçdı. Molla da Nisəni bu 

zaman gördü. 

-

 



Ay köpəyin qızı, güdükçüsü də varmış ki... 

O yerindən qalxdı, artıq güdməyin və gözə görünməyin mənasız olduğunu başa 

düşüb taladan aralandı, əl-ayağını yumağı da məsləhət bilmədi. "Bəlkə tanımadılar, 

Allah kərimdi, yoxsa indiki cavanları nə bilmək olar, boğazlar məni namərd oğlu, 

basdırar meşənin dərin yerində. Sonra da eşşək gəti, mərəkə yüklə. Yox, yaxşısı 

sağ-salamat aradan çıxmaqdı". O, atın cidarını açıb cəld mindi və götürüldü. 

 

MƏSLƏHƏT 

 

Hacı  Əsəd oğlu Tərlanın Mahmud ağa məclislərinə ayaq açdığını  eşidəndə 



əvvəl inanmamış, qulaq ardına vurmuşdu. Amma söz-sov getdikcə çoxalanda kişi 

narahat olmağa başlamış, bir neçə dəfə eyhamla oğluna söz qandırmışdısa da, bir 

şey çıxmamışdı. Axırda acığını arvadı Bircə xanımın üstünə tökmüşdü: 

- Bura bax, arvad, Allah bu gədəni doğan gündə qarnuvu cıreydi. Bu tuqi-lənəti 

mənim boğazıma keçirtməyəydin. Bax, sənə budu deyirəm, yığ küçüyün ayağını o 

xarabadan. Onun Mahmud ağa otağında nə ölümü var? 

- Nə bilim, ay Hacı, vallah mən elə eşidəndən bəri dəli-divana olmuşam, necə 

kərəm danlayıb-dansamışam, uşaqdı, deyir nə olar, şəhərin bütün adlı cavanları ora 

gedir, mən gedəndə nə olar? 

Hacının gözləri qızdı: 

-

 

Vallah hər ikinizə qənim olsun. Başqası bir qələt eləyəndə, o da 



gərək eləyə? Ora gedənlərin hamısı səqərin dibində yanacaq... Eşitmirsən molla 

nə deyir? Bilmirsən, tar çalmaq da, ona qulaq asmaq da 

 

 



__________________Milli Kitabxana_________________ 

46 


 

günahdı? Hələm o bihəya çəngiyə baxmağı demirəm... Oğluvun gözləri kor 

olanda deyərəm sənə! Xəsrəddünya vəl axirə... Arvad qorxudan əsim-əsim əsdi: 

-

 



Ay Hacı, sən o getdiyin ağa, uşağa nifrin eləmə, valideyn qarğışı kəsərli olar, 

rəhmət qapısı açıq olar, dilim-ağzım qurusun, uşağıma sədəmə toxunar, - deyə 

ağlamsındı. 

Hacı acıqlandı: 

-

 

Di yaxşı, yasxana açma, bəs o, ağvalideyin olanda, mənim sözümə 



baxmayanda mən neynim? Ağzıma su alım oturum? Ağa Rəsulun,Hacı 

Qədirin oğlanların görmür? Niyə onlara baxmır, özgədən təmşiyət götürür?.. 

Kişi bütün axşamı deyindi. Azandan sonra nökər içəri girib Molla 

Qurbanqulunun gəldiyini xəbər verəndə deyintisini kəsdi. Ayağa qalxıb mollanı 

qapıda qarşıladı: 

-

 



Buyur, buyur, axund ağa, xoş gəlib səfa gətirmisən. Keç içəri. 

Molla Qurbanqulu nəleyinlərini qapıda çıxartdı. Hacının ona Məkkədən pay 

gətirdiyi qara, nazik yun parçadan tikilmiş misri əbanın ətəklərini toplayıb otağın 

yuxarı başına keçdi, Hacı  Əsədin göstərdiyi nimdərin üstündə  əyləşdi. Hacı da 

onun yanında oturdu. 

-

 



Havalar soyumağa başlayıb, Hacı  ağa, bayırda bir sazaq var, deyirsən çillə 

girib, amma hələ payızın əvvəl ayıdı. Bəli, əvvəl ayıdı. 

Hacı dedi: 

- Bəli, amma gündüz bazara çıxmışdım, hava xeyli isti idi... - nökərin sinidə 

gətirdiyi çaylardan birini mollanın, digərini öz qənşərinə qoyub nökərə  tərəf 

səsləndi: - Aaadə, Səfi, buxarını bir balaca qala. 

-Baş üstə, Hacı ağa, - deyə nökər çıxdı. 

-Hacı  ağa, yanuva bir mətləbçün gəlmişəm, deyirəm məsləhətləşək səniylə... 

çün məsləhətli don gen olar... 

Hacı maraqlandı: 

- Buyuracaqsan, axund ağa! 

- Hacı  ağa, necə bilirsən, bu cavanları yolundan eləyən, onları  bəd  əmələ 

sürüyən nədi? Hə, nədi? 

-Vallah, nə deyim, sən özün də elə məndən yaxşı bilirsən, amma özün də yaxşı 

bilirsən ki, zəmanə dəyişib, çox xarab olub dünya, axund ağa, əgər rəhmətlik xanın 

vaxtı olsaydı, bir sahatın içində, gedələrdən biriynən sifariş göndərib hər  şeyi 

yerbəyer elərdim. Amma indi... Onun dalı böyüklərə bağlıdı, urusun da 

məhkəməsi, silisti üzündən açıq-açığına bir şey eləmək olmur. Elə cahılları da 

yoldan çıxardan budu... 

 

 




__________________Milli Kitabxana_________________ 

47 


 

Molla, Hacının şübhəli danışmasından razı qalmadı. O yaxşı bilirdi ki, Şirvanda 

Mahmud ağaya heç kəs dəyib dolaşa bilməz, elə onun özü də qazanc mənbəyi kimi 

qiymətləndirdiyi Mahmud ağa ehsanlarından az bəhrələnmirdi. O bu gün buraya 

Mahmud ağa məsələsini həll etməyə gəlməmisdi, Hacı Əsəd nə qədər dövlətli və 

arxalı olsa da onun Mahmud ağa kimi adama gücü çatmazdı  və bu lazım da 

deyildi. O, Tərlanın çəngiyə uymağını da Hacıya öz dili ilə çatdırmayacaq, 

"gördüm" deməyəcəkdi. Onun qurğusu ayrı idi. O Hacıdan da başqasının əli ilə o 

birisi qazanc mənbələrinə toxunmadan faydalanmaq fikrində idi. 

-Hacı ağa, məqsədim o deyil, bu urus evi yıxılmış axı bizim camaatı tanımır, 

bilmir ki, bura necə yerdi, adamları necə adamdı, hələ bir burda öz yerindəki 

məktəblərdən də açmaq fikrinə düşüb. Cahıl-cuhul qeyri yerlərə ayaq açır, gör-

götür dünyasıdı. Onlar urus dilini,təzə  məktəbi neynir axı? Hazır can kimi 

mədrəsələrimiz var, öz şəriətimizin yolu ilə getsək bu bizə kifayətdi, kifayətdi, 

kifayətdi bizə... 

-Bəli, doğru buyurursan, axund ağa, bizdən təzə urusu məktəbə  uşaq verən 

olmaz... 

-Verərlər, Hacı  ağa, niyə vermirlər.  Şamaxıda dindən-dondan dönən nə  qədər 

istəsən var, Allahın lənətinə gəlsin onları, odu ey, biri elə o Rza bəyi götür: deyirlər 

dünən Tiflisdən gəlib, özü bir az işto-pişto öyrənib, bəs eləyib ona, gedib bizim 

gomurnatın yanına təzə üsuli-cədid deyilən bir məkteb açmağa hökumətdən izin 

alıb. Mahmud ağa da vəsatət eləyib, gomumat ona çox inanır axı, xətrin yaman 

tutur... 

-Nə danışırsan, axund ağa, mənim heç xəbərim yoxdu. 

-Bəli, bəli, elə indicə eşitmişəm mən də! Yanuva gəlməkdən başqa bir qərəzim 

də var idi. Elə dünəndən gələcəkdim, bu gün günorta namazından sonra cənabuvu 

məsciddə saxlamaq qəsdim var idi. Sonra fikirləşdim ki, Allah evi elə söhbətlərin 

yeri deyiI. Amma bu Rza bəy sözünü eşidən kimi, daxı duruş  gətirə bilmədim, 

durub gəldim qulluğuna... 

Son cümlələrdə Hacı  Əsədin dalağı sancdı, o mollanın nə isə pis bir xəbər 

soyləyəcəyini hissi-qəbləlvüqu ilə duydu, amma üzə vurmadı. 

-Əcəb eləmisən. Haçan gəlsən öz evindi... 

-Ev yiyəsi sağ olsun, Allah sənə  Həcci-Əkbəri dübarə qismət eləsin, inşallah, 

mərhəmətin artıqdı mənə, bilirəm... bilirəm... 

-Bahəm inşallah, imanın kamil olsun, axund ağa, bəs bu məktəb fəqərəsin 

kimdən eşitdin? 

-Cənab  İskəndər bəydən, Hacı, çox qabil cavandı, sən onun Mahmud ağa 

məclislərinə getməyinə baxma, cavandı, amma orucu-namazı, 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə