Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə13/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   9   10   11   12   13   14   15   16   ...   143

__________________Milli Kitabxana_________________ 

36 


 

İzzətlə Qəndi isə əl çəkmirdilər; xüsusilə Qəndi bərk maraqlanmışdı: 

-Aha, torbada pişik varmış ki... bizim xəbərimiz yox... Sən Allah, Nisə, sən 

mənim canım, de görək bildiyin nədi? 

İzzət da ona qoşuldu: 

-Ayıb deyil, Nisə, bizdən neyşə gizləyirsən? Bu gün də olmasa sabah 

biləcəyik... bizim ki, bir-birimizdən gizlinimiz yoxdu... 

Qız duruxub durmuşdu, amma artıq tərəddüd etmirdi, duraxması da özünü 

yamanca yerdə  ələ verməsinə, ağzından lazım olmayan söz qaçırmasına görə idi. 

İndi daha onu öldürsəydin də bildiyini heç kəsə deməzdi. Təkcə pərt olmuşdu ki: 

"Niyə mən bö'üklərin sözünə qarışdım?" Sona harayına gəlməsəydi, Qəndi ilə İzzət 

ondan əl çəkməyəcəkdilər: 

-Di yaxşı, bəsdi,  əl çəkin uşaqdan... Axı o nə bilir, nə desin sizə... Paltarınızı 

yuyun, gün suyu qızdırıb, nə qədər adam-zadyoxdu, çimək... 

-Aralığa söz qatma, niyə bizdən gizləyirsən?.. 

-Dedim ki, heç bir şey gizlətmirəm... Sona paltar yumağı bitirib durdu: 

-Nisə, gəl başıma su tök... 

Nisə  hələ  də  pərtltyin təsiri ilə aram-aram yerinden qalxdı, qazançada gün 

altına qoyulmuş suyu yaxına çəkdi. Sona qara, parlaq hörüklərini açdı, mis 

piyalənin içinə iki yumurta çırpdı, bir az su əlave edib çaldı, sonra başına töküb 

saçlarını yumağa başladı. Sonanın tələbi ilə Nisə, arabir mis piyalə ilə qazançadan 

ilıq su alıb onun başına tökürdü. 

Sona saçlarını yuyub tağ ayırdı, narın dişli taxta daraqla daramağa başladı. 

Onun üzündən, çənəsindən, saçtarından və dirsəyəcən çılpaq qollarından təmiz su 

süzülürdü. Tərdən təmizlənmiş, sudan sərinlənmiş başında bir yüngüllük duydu. O 

hər iki tərəfdən saçlarım hörüb ayağa qalxdı, indi hörükləri onun dizlərinəcən 

enirdi. Sona bu uzun hörükləri bir neçə dəfə başının ətrafına doladı, uclarını gətirib 

əmgəyinin üstündə düyünlədi, ağ güllü al sərqətfə ilə başını bağladı.  İndi artıq 

gülümsəyirdi, elə bil ki, bir az əvvəlki kədər də üzündən su ilə yuyulub getmiş, 

qara fəttan gözlərinə, qızarmış yanaqlarına, nəm dodaqlarına qızılgül təzəliyi, 

tərliyi gətirmişdi: 

-Qızlar, gəlin çimək... 

Sona üst paltarlarını soyundu. Köynəyini və islaq dizliyini çıxarıb daşın üstünə 

atdı, bircə uzun, ərəbi donu xatırladan, nazik gecə köynəyində qaldı. Cəld cumub 

özünü giconun ən dərin yerinə saldı, tez-tez qol ataraq üzməyə başladı. Qızlar da 

gülüşərək ona qoşuldular. İndi 

 

 



__________________Milli Kitabxana_________________ 

37 


 

giconun sakit suyu, (al axan pozulmuşdu, dörd sona üzür, dörd pəri qol atırdı. 

Dumduru su köpüklənir, sıçrayıb  ətrafa zərrələr kimi dağılır, qızların 

qaqqıltısından, suyun şappıltısından basqa heç bir şey eşidilmirdi. Qızlar aləmi 

unutmuşdular. Ətrafda heç kəsin olmadığına arxayındılar. Amma qızlar tək deyildi. 

Bayaqdan bəri qarşı sahildə onlan iki göz izləyirdi. Bu gözlərin kimə  məxsus 

olduğunu bilmək üçün gəlin çayın o biri tayına keçək. 

...Tərlanın onları görməsi heç də təsadüfı deyildi. Bir neçə vaxtdan bəri Tərlan 

münasib an gözləyir, çoxdan bəri mütrüf Ədilin evini güdürdü. Məhəbbət Tərlanı 

həlak eləyirdi. Tərlan bu böyük aləmdə özünə yer tapa bilmirdi. Hər axşam 

Mahmud ağanın otağında Sonanın rəqslərinə tamaşa eləmək artıq gəncə  bəs 

eləmirdi. O sevdiyi qızı təklikdə görmək, səsini eşitmək, sözlərini dinləmək, dərd-

sərini söyləmək, nəfəsini duymaq istəyirdi. Bu arzu hava kimi, su kimi, çörək kimi, 

ana nəvazişi kimi çox, olduqca çox böyük bir zərurətə çevrilmişdi. Bu arzu 

Tərlanın körpə ürəyini qarsalayıb qovurur, yandırıb yaxırdı. O nə dostlarının 

nəsihətlərini, nə  də ata-anasının hədələrini eşidəcək halda deyildi... Bu hiss 

Tərlanın gücü çatmayan azman bir qüvvətə çevrilmişdi, bir ahənrüba olmusdu

çəkib aparırdı onu, hara? Özü də bilmirdi... Tək bir təsəllisi var idisə bu da ağanın 

qəzəllərini oxuyub məhəbbətin sehrini dinlədiyi anlarda olurdu.,. O gah çəngi 

dəstəsilə qarabaqara toya gedir, gah onların ardınca dabanbasma Mahmud ağanın 

otağına gəlir, gah qızların axşam azanından,  əl-ayaq yığışandan sonra gedə 

bildikləri qəriblər hamamına ötürür, gah da Şamaxıdan qırağa - başqa mahallara 

gedən furqonlarının dalınca atım səyridirdi. Bəzən o qızların qab-qacaq yuduğu və 

ya su doldurduğu arxın baş  tərəfıni kəsdirib oturur, mövsümünə görə müxtəlif 

meyvələr, alça, gilas, alma, armud, əzgil alıb suya buraxırdı, bəlkə Sona da 

meyvələrdən birini tutub yedi! Amma, yox, uzaqdan-uzağa göz qoyub görürdü ki, 

Nisə, Qəndi,  İzzət, Məleykə  və başqa qızlar həmin meyvələri tutub gülə-gülə 

yeyirdilər. 

-Görəsən hansı bəxtəverçün axıdırlar? 

-Aaz, Sona, sən də ağzını şirinlət! 

-Ay təzə meyvəni suya axıdan oğlan, neçə belə nübarlara çıxasan, ha-ha-ha. 

Allah səni istəklüvə yetirsin. 

Tərlan nə bileydi ki, Sona bu meyvələri yeməkdən ötrü ölür, amma "bəlkə 

cadulanıb" deyə yemir, yemək istəyir - çünki sevdiynin əlləri dəyib onlara, əl 

vurmaq, toxunmaq istəyir - çünki bilir, bu meyvələri onun üçün, onun adına alıblar, 

onun məhəbbətilə sulara axıdıblar; amma 

 

 



__________________Milli Kitabxana_________________ 

38 


 

yemir - qorxur ki, bu cadular onu yoldan çıxarar, onun dəyanətini qırar və o, 

Tərlanı qoruya, səhv addımdan, xətalardan saxlaya bilməz. Tərlanı daha da eşq 

divanəsi eləyer, xata-bəlayə salar. Dilə-ağıza düşər Tərlan, daş-qalaq elərlər 

Tərlanı.  İrağ-irağ "çəngiyə vurulub, çəngiyə qoşulub", deyərlər Tərlana... 

Sevdiyinin bədbəxtçiliyinə səbəb olar. 

Qız qəlbindən bu əziz adı dönem-dönem keçirsə  də, dodaqlarına gətirməkden 

çəkinirdi. 

Tərlana elə  gəlirdi ki, onu görüb, məqsədinə yetiklik eləyən yoxdur... amma 

görən də, yetiklik eləyən də var idi... Cidanı çuvalda gizlətmək olmaz, yanan 

yerdən tüstü çıxar, göz acısdırar... Oda, alova, çevrilər. 

Bu gün, deyəsən, güdükçülərdən heç birisi həndəvərdə yox idi, olsaydı da, 

Tərlanın bundan xəbəri olmayacaqdı. Gəlin biz də  nəticəsiz, qorxulu bir 

məhəbbətin odunda yanan Tərlana baxaq, biz də qara ürəkliləri unudaq, qorxu-

hürkü bilmədən, həyatı haqqında düşünmədən, od ilə oynayan, böyük eşqinin 

dalınca qəlbinin çağırışına cavab verib bayaqdan bəri bu həndəvərdə özünə dalda 

yer tapan Tərlana tamaşa eləyək. 

Tərlan dünyanı unutmuşdu, dedim - haqdı... 0 parlaq, bircə bulud da 

görünməyən fıruzəyi fəza altındakı dörd qızdan tək birini - Sonanı görürdü. Onun 

qulaqlarında gah Ağanın qəzəlləri, gah Nəcəfqulunun tarı, gah Qəndi xanımın 

çırtmaları, İzzətin dəfi səslənirdi. Sona isə rəqs edir, gah da qüssəli-qüssəli oturub 

baxırdı... Arabir o özünə çox aşina olan bu xəyalları qovur, indiyə qayıdır, Sonanı 

onun üçün qeyri-adi olan vəziyyətdə, gah paltar yuyan, gah sərən, gah başını 

darayan görürdü... Qəribə idi, Sonanın bugünkü vəziyyəti Tərlan üçün doğrudan da 

adəti deyil, qeyri-adi idi... O, Sonanı beləcə sadə geyimdə, daşa yaş tuman-köynək 

çırpan təsəvvür eləmir, gördüklərinə inana bilmir, sevgilisinin adi işləri bilməsinə 

fərəhlənir, təəccüb qarışıq bir sevinc duyurdu. "Sən beləymişsən, Sona, sən 

beləymişsən..." Adi həyat! Sona burada tamamilə başqa idi. O daha gözəl, daha 

təbii görünürdü... Yad baxışlardan ürkən bir ceyran kimi deyil, ana kimi, bacı 

kimi... Adi qadınlar kimi... "Sən beləymişsən, Sona" sözlərinden başqa ürəyinə 

bircə mehriban söz, bircə  nəvazişli kəlmə  gəlmirdi. Sanki gəncın bir dərya 

məhəbbəti, çocuq heyrəti qarışmış, bircə cümlədə toplanmışdı: "Sən beləymişsən, 

Sona, beləymişsən"... O fərəh və sevinclə  qıza tamaşa edir, səsini, nə deyib, nə 

danışdığını eşitmək istəyirdi. Amma yerinin bilinəcəyindən ehtiyat edib, tərpənmir, 

qızın yalnız gülümsəməsini, dodaqlarının açılıb-örtülməsini görür, sözlərini isə 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə