Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə21/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   17   18   19   20   21   22   23   24   ...   143

__________________Milli Kitabxana_________________ 

60 


 

O hələ də bilmirdi ki, qız onun qəzəllərini eşidibmi? Bilirmi ki, bu şeirlər məhz 

onun üçün yazılır, onun təsirilə qoşulur; bilirmi ki, gözləri dolğun aya baxanda 

Sonanı görür, əlvan çiçəkləri qoxlayanda Sonanı düşünür, cümə günləri  əqrəbası 

ilə  məscidə gedəndə, namaz üstündə mehrabı Sonanın qaşlarına oxşadır. Bağdan 

dostu ona bir dəstə reyhan verib, "ətri-peyğəmbərdir, ağa, iylə, səvabı var" – 

deyəndə Sonanın saçlarını xatırlayır, Zoğalavay çayı boyu ucalan sərvləri seyr 

etdikdə Sonanın qaməti gözləri önündə cilvələnir... "Ay Sona... Sona" deyə 

pıçıldayan dodaqları yeni-yeni qəzəllər düzür. Şair Sonanı unuda bilmirdi... O 

bilirdi ki, nə anası, nə  əqrəbası, nə  də içində yaşadığı bu mühit onun Sonanı 

sevməsinə, ona evlənməsinə razılıq verməz... "Çəngi!" Bircə bu söz dəhşətli 

damğadan, taundan, vəbadan da qorxunc idi... Sona çəngi idi. O heç vaxt heç kimin 

arvadı, anası ola bilməz. Heç kəs ona "gəlinim" deməyə razılıq verməz. Sona 

çəngidir. Xoşməşrəb cavanlar ona valeh ola bilər, amma heç birisi "övrətim" 

deməz. Dəliqanlı cavanlar Sonadan ötrü ölürdü... Amma heç birisi ona evlənməyi 

ağlına belə  gətirmirdi. Onun adını Mahmud ağa məclisindən başqa heç bir yerdə 

bündürdən söyləyə bilmirdilər. "Çəngi" deyirdilər böyüklər, arvad-uşaq,  əqrəba 

yanında onu görüb tanıdıqlarını boyunlarına belə almaz, almaqdan qorxardılar. 

"Çəngi"... Qadınlar onun adını  lənətsiz yad etməkdən çəkinirdilər.  Şair bunları 

bilirdi, amma Sonanı unuda bilmirdi... 

...Hava qaralanda o, Qəriblərə  tərəf yollandı. Artıq taqəti qalmamışdı. O, 

Sonanı təkbətək görməli, qəlbini tüğyana gətirən hissləri ona açmalı idi. Qoy sonra 

nə olur-olsun... O sonranı heç düşünmürdü də. 

O bugünkü moizoni xatırlamaq istəməsə  də Molla Qurbanqulunun sözləri 

qulağından getmirdi. Molla Qurbanqulu Mahmud ağanın nüfuzundan qorxaraq, 

onun öz adını  çəkməsə  də bu gün o məclisə gedən cavanların qarasına çox 

danışmış, çəngilərin rəqsini "şeytan  əməli" adlandırmış, "lənətləmiş, bu bəlanın 

şəhərdən rəf olunmasını, qovulmasını, sürgün olunmasını hazirundan tələb etmişdi. 

Cavanların yoldan çıxmağa başladığından, şəraba, mütrüfə, çəngiyə meyil etdiyin-

dən, məsciddən, Allah yolundan uzaqlaşdığından danışmış, belələrini cəhənnəm 

əzabı ilə qorxutmuşdu.  İndi  şair ürəyində Molla Qurbanqulu ilə mübahisəyə 

girişmişdi: "Niyə  gərək elə yaxsı, gözəl, insana fərəh gətirən, onu güldürən, 

sevindirən hər şey şeytan əməli hesab olunsun? Göz yaşı, əzab Allaha xoş getsin? 

Niyə axı Allah öz yaratdığı insana yaxşını o dünyada, əzabı bu dünyada rəva 

görsün? Nə üçün yaxşını ruh, pisi cism duysun? Doğrudanmı Sona, Nəcəfqulu 

kimi sənət- 

 

 

 



 


__________________Milli Kitabxana_________________ 

61 


 

karlar, Mahmud ağa təki sənəti qiymətləndirən gözəl insanlar cəhənnəmdə 

yanacaq, Molla Qurbanqulu, Qapaqlı Hacı  Əsəd kimi qəlbiqara adamlar 

behiştə gedəcək? Bəs onda üsuli-dinin əsaslarından biri olan ədl hara gedir? 

Adil Allah belə  ədalətsiz iş tutarmı? Musiqi, şeir, rəqs cəhənnəmdə isə, 

behiştdəki hurilər-pərilər nə edirlər? Axı insanı paklığa, dostluğa, səadətə 

səsləyən Füzuli qəzəllərini təğənni edən xanəndə  nə günahın sahibidi? 

Qəlblərə  fərəh və  həyatın rüknü olan məhəbbət təlqin eləyən Sona hansı 

təqsirinə görə lənətlənir? 

 

Vaiz əsrari-ləbi-dildan bilməz, bilmişəm  



İçməyən, zövqi-meyi gülnarı bilməz, bilmişəm.  

Olmayan aşiq nə bilsin əhli-eşqin halını,  

Cövri-yarü təneyi-əğyan bilməz, bilmişəm. 

 

Şübhələr şairin qəlbini didir, ürəyini qana döndərir, beynini gəmirirdi. 



Hava artıq tamamilə qaralmışdı.  Şair Mütrüf Ədilin evinə çatıb durdu. 

"Görəsən o məni necə qarşılayacaq, nə deyəcək? Görəsən eşqindən dəli-

divanə olduğumu bilirmi? Duyurmu ki, pərvanə şama, otlar, çiçəklər işığa 

günəşə can atan kimi mən də onun başına dolanmağa, ziyasından 

işıqlanmağa can atıram?". 

Əl çatsa fəda canımı canana edərdim,  

Şəmi-rüxinə könlümü pərvanə edərdim. 

Bir an tərəddüd içində dayandı. Sonra qət edib əlini qapının çaxçaxına 

uzatdı... Qapını Mütrüf Ədil özü açdı.  Əlindəki fanus ilə qonağın üzünü 

işıqlandırdı. Tanıyan kimi özünü itirdi. O bu gəlişi heç vəchlə gözləmirdi. 

Gənc olmasına baxmayaraq, bütün şamaxılıların "ağa" deyə çağırmağa 

başladığı, bir şair kimi tanıyıb hörmət etdiyi, bir seyid peyğəmbər övladı 

Mütrüf  Ədilin qapısını niyə döysün gərək? Yüzlərlə  əcaibliklərin  şahidi 

olmuş coşməşrəb cavanlar məclisində saç ağartmış Mütrüf Ədil üçün bu 

gəliş o qədər nagəhani, gözlənilməz idi ki, Ədü salam-kəlamı unutdu, bir 

söz soruşmağa cürət etməyib geri çəkildi: 

-Buyurun, buyurun, cənab ağa!.. Nökərçiliyinizdə duraq... buyurun... 

O, evə tərəf irəlilədikcə yolu işıqlandırır və bir kəlmə də demədən 

özünü müşayiət eləyən Seyid Əzimi yanpörtü süzür, nə  məqsədlə  gəl-

diyini anlamağa çalışırdı. 

Qızlar  şam yeməyi süfrəsini yığışdırırdılar. Onlar da Seyid Əzimi 

görcək çaşbaş qaldılar. Seyid Əzim özünü ələ alıb dilləndi: 




__________________Milli Kitabxana_________________ 

62 


 

-Xeyr, xeyr, Allah eləməsin, buyurun, - deyib, Mütrüf Ədil qızlara işara elədi. 

Onlar süfrəni və qabları götürüb otağı  tərk etdilər. Onsuz da bu gün müqəddəs 

cümə günü olduğundan məşq olmayacaqdı.Hərə öz mövqeyinə  çəkildi, təkcə 

Sonadan başqa. Sona Sanki bu gəlişi gözləyirdi: Sanki bilirdi ki, Seyid buraya 

məhz onu görməyə gəlmişdir. Ona deyiləcək sözləri var... O çıxmadı. Mütrüf Ədil 

həyəcanmı birtəhər gizləyib heykəl kimi dayanmış Sonaya, bir də xəcalət təri bas- 

mış ağaya baxdı, məsələni anladı, amma tərəddüd içində durdu: "Lailahə illəllah, 

bu olan işdi? Bəlaya düşməsək yaxşıdı, gedim, yoxsa qalım,bir söz soruşum, ya 

soruşmayım? Allah, sən saxla! Görəcəkli günlərimiz dalda qalıbmış... Bu da 

övladi-peyğəmbər... Bu da Ağa... Amma nə demək olar, cavandı...  şairdi. Yox, 

çıxsam yaxşıdı, gərək olsam çağırtdırar" deyə o da qızları təqib etdi, otaqdan çıxdı. 

Üz-üzə qaldılar, hər ikisi yerə baxırdı, amma göz-gözə durmuş kimi, bir-birini 

qəlbinin gözü ilə görürdü. Sona əllərini köksünə  sıxıb dayanmışdı, birdən elə bil 

qıçları taqətdən düşdü, diz üstə şairin önündəcə yerə çökdü: "Dillən, dilinə qurban 

olum, danış, sözünə qurban olum... - deyə düşündü, - addımlarının səsini yüz 

addım içində tanıyıram, məni onlar şerə, sənətə  səsləyir. Elə mütrüfnən gəlişini 

eşidib duyanda ürəyim yerindən qopdu, dodağımın ucunda çırpındı, a sənə qurban 

olum, niyə dinmirsən? Mən sənin şerinə, qəzəlinin hər bir kəlməsinə bir can qurban 

elərəm. Möhtərəm  şairim mənim... Dillən, o rəvan təbindən axıb gələn kəlmələr, 

misralar, beytlər eşq atəşilə yanan ürəyimi yerindən oynadır, elə bilirəm sən 

danışdıqcan Tərlanım danışır, sənin hər kəlmən onun sözləridir..." 

Lakin şair danışmırdı. Sükut içində oturub, qızın ürək çırpıntılarına həmahəng 

döyünən qəlbini dinləyirdi: "Nə danışım, özün hamısını, yəqin ki, bilirsən....Yox, 

sən nə bilirsən ki..." 

Sükutu Sona pozdu: 

-Axır vaxtlarda səni üzgün görürdüm, Ağa! Xudanəkərdə, naxoşzad deyilsən 

ki... 


-Xeyr... Elə bir az pərişanam, - o, qızın bir musiqi qədər xoş  səsini bu qədər 

yaxından, belə aydın eşitməmişdi. Sona onu gözləyirdimi? 

-Nə əcəeb bəs qızlarla getmədin, Sona?   

Bildim ki, məni görməyə gəlmisən. Şairin üreyi titrədi: 

-Nədən, Sona, nədən bildin? 

Sonanın kirpikləri titrədi, həya ona qalib gəldi, elə bil ki, yüzlərlə məclislərdə, 

kişilər qarşısında rəqs edən "çəngi" bu göyərçin kimi ürkək qız deyildi. 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə