Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə11/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   7   8   9   10   11   12   13   14   ...   143

__________________Milli Kitabxana_________________ 

31 


 

nicat tapıb gəldi... Bəlkə  gəldi... "Ey böyük kainat, sənin qanunların, səndə 

cərəyan edən hadisələr necə də insanlara şamil edilə bilər". 

Birdən şairi uzaqdakı bir qaraltı cəlb elədi. O, yerindən qalxdı, "bu kim ola?" 

Gənclrə məxsus hər bir şeyə yetiklik etmək xüsusiyyəti onun da varlığına hakim, 

ikinci xasiyyəti idi. Xüsusilə görünən qaraltı adi insanlar kimi oturub, yaxud da 

dayanıb durmamışdı. O, qarşı qayanın üstündə açıq bir yerdə idi. Qarşısında nə isə 

uca, çox uca rəhilə  və ya lövhəyə  bənzər bir şey vardı. Həmin qaraltı gah bu 

lövhəyə yanaşıb əli ilə, yaxud əlindəki nə iləsə onun üzərinə vurur, toxunur, nə isə 

edir və arabir geri çəkilib durur, gah ətrafa, gah da qarşısındakı payaya vurulmuş 

taxta lövhəyə baxırdı. İndi Seyid onu lap aydın görür, bütün hərəkətlərini izləyirdi. 

Geyim və görkəmindən də bu yerlərin adamına oxşamırdı. 

Şair Tərlanı gözləyə bilməyib, yerindən aralandı və həmin şəxsə tərəf yollandı, 

O, çayın eninə iri qara daşlar qoyulmuş dayaz yolamından, daşdan-daşa addayaraq 

keçdi və qarşı sahilə çıxdı. Yaxınlaşdıqca həmin adamı tanıdı. Bu cənab Mahmud 

ağanın evində, onun ilk çıxışını dinləyən qonaq - "şəkil çəkən" adlandırdığı rus idi. 

Sonra Tərlan ona demişdi ki, "bu da xaricilərdə rəssamlığı sənət eləmiş adamlar-

dandı, bizim xəttatlar kimi..." o zaman Seyid Əzim incə miniatür və  zərif,  əlvan 

ornamentlerlə  bəzədilmiş Nizami "Xəmsə"sini, Füzuli Divanın, Xaqaninin 

"Mədain xərabələri"ni və "Həbsiyyə"sini, babasından ona yadigar qalmış 

müzəyyərı Quranı xatırlamışdı. Bu əlyazmaları onun "Mütəvvəl", "Məsnəvi", 

"Nəhv", "Nəqli-həmdunə", "Rövzetüs-səfa", "Kənz", "Qamus", "Gülüstan", 

"Bustan", "Fiqh", "Layebzer", "Tarixi-cahanara", "Şərhi-mütəvvəl" kimi kitabları 

sırasında  ən yaxşı, qiymətli yerləri tuturdu, o bu kitabları dönə-dönə oxumağı 

sevirdi, İndi şair rəssama yanaşdıqca onu diqqətlə gözdən keçirir, heç bir hərəkətini 

nəzərdən qaçırmamağa çalışırdı. 

"Cənab Mahmud ağa, onu knyaz adlandırdı. Knyaz Qaqarin... Görəsən knyaz 

onun adıdı? Təkcə adını demək ayıb deyil ki? Görəsen onlarda tanımadığın yad 

adamı, o qədər də  sənə yaxın olmayan adamı necə çağırır, necə  səsləyirlər?.. 

Görəsən cənab knyaz desəm inciməz ki, bizim dili bilirmi, necə anlaşarıq? 

Mənimlə danışmaq istərmi?" 

Cavan şair rəssama yaxınlaşdı. Knyaz onu hələ görmürdü, birdən arxadan gələn 

hənirtiyə tərəf döndü, nazik ağbəniz üzünə xəfıf bir təbəssüm qondu. Seyid Əzim 

də gülümsədi. Gənclərin arasında keçən bu ilk təbəssüm mübadiləsi onların qəlb 

qapılarını bir-birinin üzünə açdı. Rəssam düşünürdü: "Ha... Bu cənab Mahmud 

bəyin mənzilində 

 

 



__________________Milli Kitabxana_________________ 

32 


 

improvizasiya yolu ilə  şeir söyləyən, ekspromt ilə  şeir deyən cavan şairdir. 

Hayif ki, dilini bilmirəm. Mehriban cavana oxşayır". Hər ikisi qızarmışdı, heç biri 

sözü nədən başlayacağını, necə anlaşacağım bilmirdi. Seyid Əzim rəssamın 

geyimini diqqəttə gözdən keçirirdi: indi onun əynində qonaqlıqda gördüyü libas 

yox idi, onun çiynində bir növ əbanı andıran qara bürüncək var idi, uzun saçlı, başı 

açıqdı, sarışın qıvırcıq saçları az qala çiyinlərinə dağılırdı, dağ havasının xəfıf 

mehindən bu ipək kimi zərif tellər oynayır, onun üzünə  qəribə, xoş bir yaraşıq 

verirdi. 

Bundan sonra şair yetiklik elədi, o ömründə  şəkil çəkilməsini görməmişdi. 

Xəttat Nəcəfqulu Məktəbinin dizi dibində çox oturmuş, sünbüli, reyhani, nəsx, 

şikəstə, süls xətlərindən dərs almışdı: arabir ornamentlərlə Quran, divan 

bəzəyənləri də görmüşdü. Əlyazmalarını şirazələyən Hacı Qafur Əfəndinin də işini 

müşahidə etmişdi, amma rəssam görməmişdi, onun bir gözü hələ adını bilmədiyi 

lövhədə - mol-bertdə idi. Rəssam bunu anladı, axı  Şərqin bu ağır bəlasından 

xəbərdar idi: islam dini şəkil çəkməyi, insanı  təsvir etməyi qadağan edir, o bunu 

eşitmişdi, bilirdi. Odur ki, gənc şairin marağı onun üçün dilsiz də olsa aydın idi. O 

bitməmiş  əsəri tamaşaçıya göstərməyi sevməsə  də,  əlindəki fırça və  rəngləri 

yaxında göy ot üzərinə  sərdiyi xalçanın üstünə qoyub, gənc  şairə yanaşdı, onun 

əlindən tutdu və dərhal buraxdı, "vay, mən nə etdim, axı mənə demişdilər ki, özləri 

əl verməsələr, heç kimə toxunma, onlar kafır təmasını murdar hesab edir, birdən 

inciyər". Lakin şair bu dəfə özü onun əlindən tutdu, molbertə yaxınlaşdılar... Seyid 

Əzim maraqla lövhəyə çəkilmiş rəsmi seyr etməyə başladı. Bu onun Mahmud ağa 

məclisində gördüyü qaraçı qızlarının təsviri idi... "ilahi, sən ona nə böyük istedad 

vermisən, bir işə bax... Gör bir qızları necə  də oxşadıb, elə bil lap özləridir, bir 

almadı yarı bölünüb... Hələ Sona... elə bil belinə vurduğu  əllərini indicə yuxarı 

qaldıracaq, göyərçin kimi qanad çalacaq... Ecazına şükür, Xudaya!" 

O, barmağıru rəsmə toxundurmadan işarə ilə  qızları göstərib bir-bir adlarını 

deməyə başladı. "İzzət... Qəndi... Sona..." Rəssamın üzünə xoş bir təbəssüm 

yayıldı. 'Tanıdı, bəyəndi, deməli zəhmətim hədər getməyib, düz tuta bitmişəm". O 

gütümsəyib, şairin əlindən tutub bərk sıxdı: 

- Nu kak, xoroşo? 

"Xoroşo" sozünü bazara gələn malakanlardan bütün Şirvan  əhli yaxşı bilirdi. 

Qalan sözləri başa düşməsə  də cavan şair, gənc rəssamın səsinin ahəngindən və 

"xoroşo" sözündən rəssamın nə demək istədiyini, nə soruşduğunu anladı. O, 

qızardısa da, tez-tələsik, böyük bir 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə