Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə8/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   4   5   6   7   8   9   10   11   ...   143

__________________Milli Kitabxana_________________ 

22 


 

O, misraları yüksəkdən deməyə cürət etmir, həya eləyir, hətta pıçıldamırdı belə, 

Sona canlı-qanlı huri idi, pəridi. Məclis behiştin xəyal qədər, nağıl təkin qəşəng 

guşəsi idi. Digər tərəfdən beynində, fıkrində bu rəqsi, dünyanın  ən dadlı 

nemətlərindən olan musiqi, rəqs və gözəlliyi yasaq edən, haram buyuran ehkamlar 

canlanırdı. Şübhələr onun ürəyini titrədirdi: "Əgər sən insana fərəh gətirir, onu bir 

müddət üçün dünyanın  əzablarından xilas edirsənsə, nə üçün, nə üçün sənin 

sənətin, sənin qabiliyyətin haram olmalıdır, Sona? Niyə  sən məxluqatın  əskiyi 

sayılasan? Niyə  sənə baxmaq, sənin ecazkar rəqsindən zövq almaq haram olsun? 

Sənin o dünyada vəd olunan hurilərdən nəyin  əskikdir? Nə üçün bu günahı-əzim 

olsun, Sona? Nə üçün?.." Bu nə üçünlərin sayı-hesabı yox idi. Onun daxilində 

sanki iki bir-birinə zidd fikirlər söyləyən  şəxs oturmuşdu, birinin dediyini, digəri 

inkar edir, birinin təsdiq etdiyini o birisi rədd eləyirdi. 

Suallar... cavabsız suallar... O bunlara cavab verəcək, cavab tapacaq halda 

deyildi. Bu suallara cavab almaq üçün qazı, axund yanına gedib "istifta"' etmək də 

mümkün deyildi. Məgər o axund babasının otağına "məsələ" üçün gələn sadəlövh 

dindar qocaları az görmüşdü? Qocaldığına görə yaddaşı zəifləyən və namaz qıldığı 

yerdə yanılan bu qocalardan biri - Məşədi  İmamqulu xüsusilə yaxşı yadında 

qalmışdı. O tez-tez babasının otağına gələr, nəleynlerini qapının ağzında çıxardıb, 

öhnə-öhnə ilə içəri girər, əlini belinə və divara dayaq verib güclə, nimdərin üstünə 

qoca deyə kimi diz cökər və xeyli müddət özünə gələ bilməzdi, sonra handan-hana 

əlini qar kimi ağ saqqalına çəkib salavat çevirər və başlardı: 

- Axund 

ağa, Allah axirətüvü versin, "şəkkim var ikiynən üç ara- 

sında..." 

Babası uzun-uzadı izah edərdi. Məşədi  İmamqulu zəif yaddaşına arxayın 

olmadığından dönə-dönə axundun təlimini təkrar edər, yenə  də qarışıq salar və 

yenə də təzədən başlardı; "İki ilə üç arasında şəkk eləyəndə, gərək..." 

Belə hallarda küncdə oturub çərəkə oxumaqla məşğul olan balaca Əbdül Əzim 

Məşədi İmamquluya acıyırdı, "Gör bir hardan hara nə üçün gəlib?" istədi yerindən 

durub qocaya desin: 

- Ay 


rəhmətliyin oğlu, şəkkin var, dur namazı təzədən qıl, daha 

çək-çövür nəyə gərəkdi?.. 

 

 



__________________Milli Kitabxana_________________ 

23 


 

Bir dəfə Məşədi İmamqulu qəribə bir "məsələ" üçün gəlmişdi. O, qapıdan içəri 

girən kimi axundla təmənnəşər-təmənnəşməz, nəfəsini dərmədən sözə başladı: 

-Axund ağa,Allah atan rəhmətliyi behiştlik eləsin, mənə qəza üz 

verib... 

Axundun dodaqları qaçar kimi oldu: 

-Yoxsa genə şəkiyyat... 

-Xeyr, ağa, xeyr, Kərbəlayı  Rəsul qızının məsləhətiynən sailə çörək verəndə, 

bir çeynəm qoparıb yarısını  ağzıma, yarısını da yastığımın altına qoyandan bəri 

daha yaddaşım yaxşılaşıb, maşallah-namxuda, daha namazda səhv-şəkk eləmirəm. 

-Bəs Xuda nəkərdə, nə üz verib? 

-Bu saat qulluğuna ərz eləyim, cənab axund, gecəki yağışdan yol islanıb, olub 

palçıq. Səhər çıxmışam qapıya, elə üzüaşağı qapanlara tərəf gedirdim, qabağımda 

bir malağan, o dəyirman ustası var hey, malağan Vasil, o gedirdi, çalışırdım 

ləpirinə ayaq basmayam, amma birdən o kafər oğlunun ləpirindən palçıq çırtdadı, 

düşdü  əbamın üstünə,  əbanı da ki, canına qurban olduğum qəriblər ağasının' 

qulluğundan  şövt eləyib, təbərrükləşdirib gətirmişəın, indi bilmirəm palçıq 

quruyandan sonra onu ovxaladım, ya verim suya çəksinlər? Ovxalatsam ürəyimə 

yatmayacaqdı, gəldim sənə məsləhətə... 

Bu yerde nəinki Əbdül Əzimin, hətta axund babanın özünün də üzündə Məşədi 

İmamquluya qarşı bir acıma,  əzablı bir kədər sezildi. Axund Məşədini 

sakitləşdirmək üçün dedi: 

-Ovxalat getsin, Məşədi, qurudan quruya bir şey olmaz inşallah... Kişi şübhələr 

içində idi: 

-Bəs palçıq düşəndə, su parçanın məğzinə keçib isladıb axı? Axund nadan 

müsahibinin yazıq görkəminə təəssüf hissilə baxıb gülümsündü: 

-Xeyr, bəli, əlbəttə, lakin o su təbəxxür edib... canında qalmayıb... 

...İndi Seyid Əzim bir an, təkcə bir an içində gözünün önündə canlanan bu 

kabusu görən kimi, müsahiblərin səslərini eşidən kimi oldu. O məclis hara, bu 

məclis hara? 

Seyid  Əzim bu ani xəyalı gözlərindən qovarkən Sona artıq keçib öz yerində 

oturmuşdu. İndi tarzən tarın kökünü dəyişmiş, çapıq Nəcəfqulu "Kabili" muğamını 

oxumağa baslamışdı. Qəzəl farsca oxunurdu. 

 

 




__________________Milli Kitabxana_________________ 

24 


 

Amma bu məşhur  şah beyt Seyid Əzimə çoxdan tanış idi. Nəcəfqulu bütün 

məclisdə oturanların dili ilə bu gözəllik rəmzinə üz tutub yalvarır, kamanın həzin 

ahənginə uyğun olaraq ilman dili açıb yovuncuyurdu: 

 

Rüsxəti xahəm ki, qorbanət şəvəm quyəm bələnd,  



Ta bəkey dər zire-ləb quyəm ke "qorbanət şəvəm"

1. 


 

Ecazkar sözlər, ecazkar musiqinin təsirilə daha da həzin, daha da üsyankar bir 

məna kəsb edib, gənc şairin ürəyində Pirdirəki dağının ləpəsi kimi əks-səda verirdi: 

"Doğrudan da, haçana kimi insan öz qəlbinin  ən  əziz,  ən müqəddəs hisslərini 

gizlətməli,  ən qüdsi və pak duyğularını ucadan deməyə qorxmalı, pıçıldamaqdan 

da ehtiyat etməlidir, a sənə qurban olum? Bu rüsxət, bu icazə insana nə vaxt 

veriləcək və niyə  gərək insan bundan ötəri icazə gözləməli, rüsxət istəməli, qor-

xub-çəkinməlidir? Nə vaxtacan şəbpərələr günəşin aləməfhız ziyasına qara qanad 

gərməlidir? Haçanacan, a qurban olum sənə?". 

...Rəqs məclisi bitdi, qızlar və xanəndə ilə novazəndə otağı tərk etdilər, yerlər 

seyrəldi; nökərlər otaq boyu xalılar üstünə divarların nəqşlərini  əks etdirən 

qələmkar süfrələr salmağa başladılar. Parlaq mis aftafa-ləyənlərdə  əl suyu gəldi. 

Nökərlər, Lənkəranın  ənbərbu düyüsündən zirəli-zəfəranlı plov dövrələrini 

buğlana-buğlana ortaya gətirdilər. Rəngin xuruşlar, ovşalalar, iskəncəbilər  əlvan 

kuzələrdə süfrəni bəzədi... Seyid Əzim nə yediyini, necə yediyini bilmədi. Yeni-

dən naxışlı aftafa-ləyənlərdə əl suyu verilənəcən onun gözünün önündə bir az əvvəl 

gördüyü rəqslərin əfsunkar mənzərəsi durur, ürəyi isə az əvvəl qoşmağa başladığı 

qəzəli təkrar edirdi. 

Mahmud ağa əcnəbi qonağı ilə məşğul olsa da, Rza bəyin ona incə ruhlu şair 

kimi təqdim etdiyi cavanın heç bir hərəkətini gözdən qoymurdu. Gənc nədənsə 

onun qəlbini çox məşğul etmişdi. "Hər çi badə-bad" deyə birdən o, Seyidə müraciət 

elədi: 


- Cavan şairsiz, deyiriər. Ağa, məclisə münasib bir söz desəz, eşidib 

fərəhlənərik. 

...O anladı, bildi ki, imtahana çəkilir... ayaq geri qoymaq məqamı deyil. 

Utanmaq, çəkinmək bimövqe olar. Məgərbirazəvvəlözü"Haça-nacan səs 

çıxarmaqdan ehtiyat edib, düşündüklərimizi ucadan söyləməyəcəyik?" - deyib 

fikirləşmirdimi? Məqamdı; qoy onun ürəyindən 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə