Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə137/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   133   134   135   136   137   138   139   140   ...   143

__________________Milli Kitabxana_________________ 

405 


 

-Əyşi, sən hələ namaz vaxtı onu qoyunun qırağına çağırmağından danış – deyə 

Heybət kişi sözə qarışdı - Aşıq, haqqsalam haqqı, dünən çıxmışam çölə, bir də 

görürəm bu nə deyir, o taydan bəri arvadı dəyədən qoyunun qırağına haylayır: "Ay 

arvad, hey... hey... sən gəl bu üzülmüşə, mən gedim o dağılmışa, iki əyilim, bir 

düzəlim bu Allah qəbul eləməmişə". 

Toyxanadan gurultu qopdu, aşıq gözləri yaşarınca gülüb dedi: 

-Axı Saleh fağır neynəsin, o əlli illik ömründə oruc-namaz görmüşdü ki?! Başın 

tovlayıb apardılar Kərbəlaya. Orda da nə öyrənib namaz əvəzinə?.. Ağ qoyun, qara 

qoyun, başımı mən hara qoyum? deyir... Mən ölüm, dost, belədi, belə deyil?.. 

Hamıdan çox Kəblə Saleh özü gülürdü: 

-Vallah, axı mən avam adamam, bizi yığıb, o malı halaya qatan kimi, qatdılar 

bir yekə darvazadan içəri. Biri gəldi, Xəlil bəyin qırğısı kimi bir hündür yerə çıxdı, 

vıq-vıq vığıldadı; sonra da biri gəldi durdu qabağımızda qart-qurt elədi, sonra da 

üzümüzü sürtdük toz-torpağa,dəmir-dümürə, hasardan, paslı zəncirdən öpdük, heç 

nə başa düşmürdüm; birdən çovuş  Kəblə Abbas gəlib bozzadı. Sonra da dedi ki

"hə,Allah qəbul eləsin, innən belə sən oldun kablayı..." 

Şair saf qəlbdən söylənən bu sözləri dinləyib gülür və düşünürdü: "Ay yazıq 

Saleh, axı sən ərəbcə nə bilirdin ki, oxunan ziyafətdəmədən də nə başa düşəsən?" 

Amma bununla belə sən nə qədər gözü açıqsan, sözlərində dinə laqeydlik, kinayə 

nə güclüdür, görəsən sən dinə necə balta vurduğunu başa düşürsənmi? Köpəyə 

ehsan verən də bir sənin kimisi olub". 

Qocalardan birisi gülməkdən yaşarmış gözlərini silib dedi: 

-Aşıq qardaş, sən yaxşı deyərsən, başla görək, başımıza nə gəlir... 

Sonra xörək-çörək vaxtı  sənə  kəndimizdən o qədər qərəvəlli deyərik ki, bir il 

gülərsən özünçün, gələn toyacan bəsin elər. İndi vaxt keçir,uşaqlar sənin nağılının 

intizarındadı... 

Aşıq doğruldu, "doğrudur" - deyə adəti hərəkətlə geyməsini səliqəyə salıb, 

belindəki təkbəndi bərkitdi, sazı alıb kökləməyə başladı  və köklədikcə  məclisi 

dövrə vurur yerdən söz atan, sataşanlara tizfəhmliklə cavablar qaytarır, məclisi 

güldürürdü. Sonra toyxananın ortasında durub üzünü ağsaqqallara tutdu, əli sazlı 

hazır vəziyyətdə dayandı. 

-Atalar, qardaşlar, hansı nağılı  və ya dastanı meyliniz çəkirsə, buyurun, onu 

danışım. 

 

 



__________________Milli Kitabxana_________________ 

406 


 

Məclis birdən-birə sükuta daldı. Cavanlar ən çox nağıla həvəsli olsalarda birisi 

dillənmədi. Ortabablar bir-biri ilə  pıçıldaşdı, onlar da danışmadı, Seyid Əzim 

dilləndi. Onun aşığa baxan gözləri alışıb yanırdı: 

-Mən  bilən  ən məsləhətlisi budu ki, Kəblə Heybət baba özü desin, hansı    

nağılı, o belə şeyin xəridarıdı... 

-Helə yaxşıdır...  

-Axıllı sözdü... 

Kəblə  Heybət dikəldi: 

-Neynək, deyirsiz – mən deyim! Amma sonra məndən inciməyin ki,öz  

nəvəsinin toyunda da qabağa düşdü. Bax, aşıq qardaş,  əvvəlcən-əvvəlcədən bizə 

bir Koroğludan de... Qoy cavanlarımıza, elə lap bizim özümüzə  də görk olsun. 

Koroğlu iyidliyi. Gələn gecələrə də inşallah baxarıq.  

Məsləhət çoxunun ürəyindən oldu. Məhəbbət dastanı  eşitməyi daha çox arzu 

edən cavanlar, bu həvəsi gələn nağıllara qoyub, maraqla dinləməyə hazırlaşdılar. 

Hamı yerini rahatladı. Toyxanadakı qurcalaşma, pıçıldaşma kəsilənəcən, aşıq bir-

iki dəqiqə gözlədi. Birdən sazı boynunun ardına aparıb taziyanəni tellərə çaldı.  

Məclisə dərin sükut çökdü. O ilk əvvəl, ustadnamə oxumağa başladı.  

Seyid ustadnamələrdəki ağıllı  fıkirlərə diqqət və heyranlıqla qulaq asıb öz-özünə 

düşünürdü: "Ağıllı sözlər deyib bizdən qabaqkı  şairlər: üsul da seçiblər? Bu 

ustadnamələrin bizim nəsihətamiz  şeirlərdən fərqi  nədədi? Heç nədə. Tək bircə 

vəznində".  

Aşıq isə ikinci ustadnaməyə keçirdi; şair huşguşla aşığın ikinci nəsihətnaməsinə 

qulaq verməyə başladı:  

 

Adam var dolanar səhranı, düzü,  



Adam var döşürər gülü, nərgizi,  

Adam var geyməyə tapammaz bezi,  

Adam var al geyər, şalı bəyənməz. 

 

Aşiq qardaş nə düz tapmısan elin dərdini? "Bu Allah bölgüsü" nə əladır? Doğru 



deyirsən, aşıq qardaş! Sənə  həsəd aparıram, mənim yazdıqlarımı ancaq savadı 

olanlar oxuyur, səni isə gör bir nə qoca-cahıl dinləyir?" Aşıq davam edirdi:  

 

Adam var çox şeylər elər iradə,  



Adam var ki, yetə bilməz murada,  

Adam var ki, çörək tapmaz dünyada,  

Adam var yağ yeyər, balı bəyənməz... 

 

 




__________________Milli Kitabxana_________________ 

407 


 

Şairin gözü qarşısından  Şirin Abdulla, Sərçə Bağı, Yetim Hüseyn, lap elə öz 

külfəti keçdi: "Əhsən, aşıq qardaş, ehsən, Abbas, sənə min rəhmət! Sənin 

zamanından bəri heç nə  dəyişməyib, elə indi də biri tapanda, onu tapmır, üzü 

gülməyənin, çörəyə möhtacın sayı çoxdur". 

Aşıq deyirdi: 

 

Adam var dəstinə verəsən güllər.  



Adam var gözünə çəkəsən millər,  

Tufarqanlı Abbas, başına güllər,  

Nə günə qalmısan qarı bəyənməz?! 

 

Son sətirdə gülənlər oldusa da, əslində əksəriyyət dərin fıkrə dalmışdı. "Bir də 



rəhmət sənə, Tufarqanlı Abbas" deyən  şairin son bəndə "gözünə mil çəkilməli 

adamlar" - Alışlar, Qapaqlılar, molla Qurbanqulular nəzərində canlandı. 

Aşıq isə "ustadlar ustadnaməni iki deməyib üç deyir, biz də deyək üç olsun, 

düşmanların gözü puç olsun" - deyib üçüncü ustadnaməyə keçdi... 

...Yabı yavaş-yavaş üzü dağa tərəf qalxırdı. Buludsuz səma onun könlü kimi 

açıq, aydın idi. O, bir-iki gün əvvəl dinlədiyi sənətkarın sözlərinin, sazda çaldığı 

musiqinin təsiri altında gedirdi. Qəlbi zamanın, evin dərdlərindən elə bil ki, bu 

musiqinin sədaları ilə təmizlənmiş, boşalmış, vücuduna bir bəxtiyarlıq yayılmış idi. 

O bu ani səadətin hardan gəldiyini bilirdi. "Sənətkar... hansı dildə, hansı  səpkidə 

yaratsa da sənətkardır.  Şeirdə dörd rükn var, övladlarım: vəzn, qafiyə, ehsasat, 

məzmun. Bunlardan xali olan nəzm adi söz yığınıdır, şeir deyilməz onlara". Ona 

elə  gəlirdi ki, şagirdlərinə dediyi bu sözləri indi qəlbində  əyləşmiş kim isə onun 

özünə deyir: "Bəli, o əsil  şeir oxuyurdu. Zamanın keşməkeşlərindən çıxmış, 

əsrlərin imtahanına dözmüş şeir... Necə deyirdi: 

 

Göydən gedən göy bülbüllər,  



Sinəmə yeridi millər,  

Dost bağından qızıl güllər  

Gəlir sallana-sallana... 

 

"Sinəmə yeridi millər... gözəl deyib... hələ musiqisindəki xoş, könül oxşayan 



nəva nə incə idi..." Onun qulaqlarında aşığın cingiltili səsi bütün gözəlliyi, incə 

oxşayışlı təranələri ilə canlandı, aşıq duma kimi səkir, sazı sinəsinə, gahdan bir də 

boynunun ardına sıxıb cəh-cəh vururdu: 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə