Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə134/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   130   131   132   133   134   135   136   137   ...   143

__________________Milli Kitabxana_________________ 

396 


 

Məzdi. Odur ki, kişinin nə isə soruşmağa hazırlaşdığını görüb, özünü bilməməzliyə 

vurdu, dedi: 

- Məni bağışla, meşədi, tələsirəm, səhhəti-vücud cənabına, mənim yolum bu 

yanadı... 

 Seyid Əzim Qalabazar hamamına bir tingə qalmış Meşədi Qənbərdən ayrıldı. 

"Nə  qədər hava babatdır, özümü gərək Göylərə yetirəm. Doğrudur, yol 

üzüyuxarıdır, amma nə olsa axşama gedib qayıdam gərək. Çoxdandı dostum Hacı 

Nüsrəddini görmürəm. O məni bir az görər. Ondan özgə indi dərdimi heç kəsə 

deyə bilmərəm. Dayı  cənab Mahmud ağaya da deməyə dilim varmır. Keçən 

mənzuməni göndərəndən bəri bir ay yarım keçib, bir şey əta eləmədi. Ya yorulub-

usanıb, ya da yadından çıxıb. Bu axır vaxtlar mənim o məclislərə getməyə halım da 

yoxdıır. Gözünə də görünməmişəm ki, bəlkə yadına düşə... Nə isə, Allah şeytana 

lənət eləsin... Görək Meşədi Qənbər dadaşın üzü bizə də yaxşı bir fal  olacaq ya 

yox..." 

.O,şəhərdən çıxanda artıq hava çoxdan aralanmışdı, dağların qarlı zirvələri 

firuzəyi səmada ağ pambıq qalaqları kimi ap-aydın nəzərə çarpırdı.  Əvvəl çox 

yüngül nəfəs alırdı, lakin yoxuşa qalxdıqca nəfəsi təngiməyə başladı, başlığın 

bağını boşaltdı... Deyəsən alnı da tərləmişdi. Kürkün cibindən dəsmalını  çıxarıb 

alnını sildi, isti nəfəsi qırova dönüb bığlarına və  xəttinə çökmüş, tüklərini 

codlaşdırmışdı... "Qəribədir, bir sifətdə iki iqlim? Papaq altında alnım tərləyib, açıq 

qalmış sifətim buz bağlayıb", - deyə  dəsmalla bığ  və  xəttini də sildi. Dəsmalı 

qatlayıb cibinə qoyanacan əlləri buzladı. O əllərini ağzına tutub hoyxurdu

barmaqlarını azca qızdırıb  əllərini çalın-çarpaz kürkün qoluna keçirtdi... Kiçik 

fasilə dayanacaq onun qüvvəsini az da olsa bərpa elədi, dincini alan kimi oldu. Və 

yenidən irəlilədi. Yol indi dağa tərəf qalxır, yoxuş sərtləşirdi. O, əsasını qalın qara 

batırır,  əvvəlcə qar altındakı çala-çökəkləri yoxlayır və aranı-aram irəliləyirdi. 

"Belə getsəm, axşama gücnən Hacı Nüsrətgildə ollam", - deyə düşündü. Yenə də 

durdu. Uzaqdan, durduğu hündürlükdən arxaya, keçdiyi yola baxdı... Təbiət ağ 

cuna bürünmüş, yorğun bir pəri kimi yatmış, dərin yuxuya dalmışdı. Uzaq obaların 

üstündən nazik-nazik mavi, qara-mavi tüstülər tütürdü... Yollarda, dönəm-dönəm 

keçdiyi hər qarışına bələd olduğu bu dağlarda, dərələrdə bir nəfər də yox idi. ..Nə 

isə, nə cins... bir canlı belə... Mal-qara tövlələrdə, insanlar daxmalarda... Ağaclar 

ağ qalın qar yorğanının altında uyuyurdu... Təkcə  mənim  şairimdir yollarda... 

Şirvandan çıxan yollardan birində... 

 

 




__________________Milli Kitabxana_________________ 

397 


 

Hava birdən-birə elə pırtlaşdı ki, nadinc nəvələrin dolaşdırdığı kələf kimi... aç 

görüm necə açırsan, nənə... Çovğun çovudu, qar ələdi, firuzəyi göylərin üzünü 

tüstü kimi, duman kimi sıx buludlar aldı... hava çaxnaşdı... göz-gözü görməz oldu. 

Onun nəfəsi tıxandı, soyuq külək kürkün qollarından, yaxasından soxulub canını 

aldı, ürəyinə işlədi. Şagirdi Ələsgər demişkən gözlərinin içində giləsi də donmağa 

başladı... "İlahi, yazıq babam nə  qədər haqlı imiş! "Qələm  əhli həmişə  zəlalətdə 

olub külfət yanında üzüqara olub... oğul, bir sənətdən yapışmadın..." Bəli. bir 

sənətdən yapışsaydım, heç olmasa Meşədi Qənbər kimi bir kişi olardım. Bir parça 

çörəyim, ev-eşiyim olardı... Gündə bir siğə, ildə bir övrət, cəvanəzən... Lənət olsun 

o zəmanəyə ki, doğru danışanın papağının qulağı cırıqdır. Lənət olsun o zəmanəyə 

ki, həqiqət deyənin dili kəsilir,  əhli-beyti möhtac olur..." Sözlər, fıkir-xəyallar 

Seyid Əzimi isindirir, o hirslə-hikkəylə irəliləyir, indi artıq yolu görməkdən ziyadə 

hiss edərək gedirdi... Ay el, ay oba, ay gələcək nəsillər! Axı siz də  mənimləsiz, 

dostlar! Gəlin elə hayqıraq ki, kor gözlər açılsın, şairi görsün!.. Batmış qulaqlardan 

tıxac çıxsın, sədamızı  eşitsin! Korşalmış beyinlər ziyalansın, axı  şairim 

zəlalətdədir, bərkə düşüb, qar-kirvə, yoxuş əldən salır onu, bir yandan da mənəvi 

ağrı... Əldən gedir şairim... 

O, əsasına dayandı... arxasını küləyə çevirib nəfəsini dərdi... 

-Ağa, cəddinə qurban olum, sən belə bivaxt çağı yol-iriz yox,yolda nə 

qayırırsan? 

Səs Hacı Nüsrətdinin kiçik qardaşı  Məhyəddinin idi. Seyid Əzim dərindən 

nəfəs almaq istədi, qar ağzına doldu. Gözlərinmi dolub, Seyyid, yoxsa külək 

yaşardıb onları? 

-Sizə gedirdim, Məhyəddin, oğul, hava əvvəl bəd deyildi. 

Məhyəddin heç bir şey anlamadı: "Atsız, pay-piyada bu havada,görəsən nə böyük 

vacib işi var ki, bu qargirvədə yola çıxıb? Allah xeyir eləsin! İlahi, cəddi ona niyə 

kömək olmur, belə nurani kişinin?" 

Ağa cavanın baxışlarından qəlbindəkiləri anlayırdı: "Cəddimin gücü olsaydı, öz 

balalarını Kərbəlada qırıb, arvad-uşaqlarını Şamə əsir aparmazdılar". 

Amma o bu sözləri indi cavana deyəcək halda deyildi. Həm, mövqe deyil, həm 

də başqa cür tələqqi oluna bilərdi. Cavan isə artıq atdan enmiş, üzəngini  əvəz 

eləyən çatını basıb köməkləşmiş, donmaqda olan Ağanı navarın üstündə 

rahatlamış, çuxanın və kürkün ətəklərini altına tərəf basdırmışdı. 

 

 



__________________Milli Kitabxana_________________ 

398 


 

O  gün Seyid Əzim  şəhərə girəndə qara xəbər qabağına çıxdı: Bu gecə  şaxta 

Yetim Hüseyni Hacı Soltan Hüseyn hamamının külxanına sovub  salıbmış... Bu 

gecə  Şirvan  şikəstəsi susmuş, xalq içində adı bilinməz  şairlərdən biri ölmüşdü. 

Daha Bəzzazbazardan, Baqqalbazardan, şəhərin adlı  məhəllələrindən- 

Sarıtorpaqdan,  İmamlıdan, Minaxordan Yetim Hüseynin zümzümələri 

eşidilməyəcəkdi... 

 

Soldu güllərim haray...  



Susdu bülbülüm haray... 

 

 Yetim Hüseyn özü sağ olsaydı, yəqin ki, halva tabağını yelləyə-yelləyə  bir ağı 



deyər, səsi dilsiz divarlarda, tozlu-torpaqlı yollarda, dibsiz göylərdə  əks-səda 

verərdi: 

 

Şamaxı vətənimiz, 



Durmadı yatanımız,  

Əl-ələ verdi getdi  

Dili söz tutanımız. 

 

“ Hə, o gün getsin, bir də qayıtmasın" - deyə  şair bu gün, orucluğun içində



payız qapını aldığı bir zamanda, ağır uzaq yola çıxmışdı... O gedir, getdikcə  də 

bircə  şey düşünürdü: nə olur olsun, builki qış azuqəsin irəlicədən sahmanlayıb 

uşaqların başının altına qoysun ki, o keçmiş qəziyyə bir də başına gəlməsin. Yaxşı 

ki, o aclıq ilində Nüsrətdin kişi Seyid Əzimi dardan qurtardı, olub-qalanını onunla 

tən yarı böldü, quru qurtarıb yaş yetişməyən bir dövrdən külfətini sağ-salim çıxart-

dı... Amma indi... Yenə də qabaqdan qılınc kimi qış gəlir... Qar qapını alacaq. Ailə 

üzvlərinin üzünə aclıq "zəfəran rəngi çəkəcək... Yayda söz verən ağalar, payız 

xırmanı yığılanda ya sözlərini unudub əhdlərinə vəfa etmədilər, ya da... kim bilir... 

bəlkə elə  qəsdcən, yeni bir tərif-namə adlarını el içində  qəni kimi ucaldan şeir 

qazanmaq üçün gözətlətdilər, onu... Borclu deyil ki, mənə xalq?.. Məktəbdarlıqdan 

qazandığım məktəbin öz xərcinə güclə yetir..." 

Xəyallar, xoyallar... yollar kimi enişli-yoxuşlu, yollar kimi dərəli-təpəli 

çuxurlu-xəndəkli... 

Şairə elə  gəldi ki, pərilər soltanı hardasa, buralardadır! Başı üzərində qanad 

çalır, həmişə olduğu kimi, indi də onunla birlikdə  səfərə  çıxıb onu yayda,- 

günəşdən qorumaq üçün başı üzərinə qanad gərib, kölgəlik yaradıb, qışda,- 

yapıncıya dönüb, bir parça bulud olub, ilik 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə