Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə131/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   127   128   129   130   131   132   133   134   ...   143

__________________Milli Kitabxana_________________ 

387 


 

dan qorxmuram. Artır bəlanı! "Mən istərəm bəlanı çün istər bəla məni!" Qoy bu 

məhəbbət məni yaxıb yandırsın! Qoy, mən  şam kimi yanım.  İndi məni tək-tək 

vətəndaşlarım anlayırsa, zaman gələr, ellər, kütlələr anlar məni! Dərk edərlər ki, 

Seyyid onların səadəti, maarifı, gözlərinin dünya işlərinə açılması yolunda nə 

zülmlərə, cəfalara dözmüşdür! O heç nədən qorxmamışdır: 

 

Bəndi-bəndim kəsələr eyləmərəm tərki-fəğan,  



Qoy nəva ney tək edim, ta nəfəsim var mənim. 

 

Mürği-baği-mələkutəm, qəfəsi-çərx əsir,  



Bu əcəb, təng olan gör qəfəsim var mənim. 

 

Bikəsəm aləm ara, dərdü qəmindən özgə,  



Nə həvadarü, nə yavər, nə kəsim var mənim. 

 

Etmişəm gərçi bu dəm aləmi-nasutu vətən,  



Ey könül, böylə deyil, pişü pəsim var mənim. 

 

Karivan getdi, könül, qafıl edirsən nalə,  



Dəmbədəm naləvü bangi-cərəsim var mənim. 

 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  



Seyyida, ölmənəm, aləmdə səsim var mənim! 

 

Şair düşünürdü: "Yox, məni ölümlə  hədələyənlər nahaq yerə canfəşanlıq 



edirlər. Mən tək deyiləm: sələfim də  xələfım də var! Məndən  əvvəl və  məndən 

sonra gələn tərəqqi aşiqləri var və olacaqdır, baqidir. Cənablar, ağalar, məni nahaq 

yerə ölümlə  hədələyirsiniz! Mən ölsəm də, nəvalarım Hacı Hüsünün, 

Məmmədhəsənin səsində  səslənəcək. Məclislərdə, tərəb  əhli Seyyid adını 

unutmayacaq! Amma yenə  də  əsil məsələ bunda deyil. Sizi qorxudan, ürküdən 

mənim qəzəllərim deyil, sizi qorxudan başqa  şeydir. Onları yazmaq lazımdır..." 

deyə şair, yeni kağız götürdü, qələmini çərtməyə, ucunu naziltməyə başladı. Qamı-

şın içərisindən çıxan incə teli qeyri-ixtiyari, qədim şagird adətilə ağzına atdı. Şirin 

bir tam dimağına yayıldı. Mədrəsədə uşaqlar deyərdi ki: "Hər kim qələmin içindən 

çıxan teli yesə, "yaddaşlı olar". Bəlkə "elə buna görə  də  ağalar, sizin bəd 

əməllərinizi unuda bilmirəm. Bu qələmin mənə təlqin etdiyi yaddaşdandır ki, yetim 

malım həzmirabədən keçirən Molla Qurbanqulunu, yeganə övladını  Vətəndən 

didərgin salandan 

 

 




__________________Milli Kitabxana_________________ 

388 


 

Sonar belə, tərəqqi qatili kəsilib qalan Qapaqlını, bütün gözü açıqlarıbabi elan 

edən meşədi Qənbərləri unuda bilmirəm..." 

...Təzə qələm, ağ kağız üzərində işlədikcə yeni-yeni, "Köpəyə ehsan  verənlər, 

öz xeyrində olanda şeytanı belə müqəddəsləşdirənlərrüsvay edilirdi... 

Minasoltan gecə namazı üçün həyətə çıxanda hələ də Seyid Əzimin otagından  

işıq gəlirdi: "Yazır, cəddinə qurban olduğum, bu orucluqda da canına qəsd eləyir!" 

Ana təşvişlə otağa girdi: 

-Ay bala, hələ yatmamısan? Haçanacan, ay bala? Yorulub usanmadın bəyəm?  

-İndi yatıram, məmə, narahat olma... hə, yadıma düşdü, məmə, səhər namaza 

duranda Şirinə de ki, atı hazırlasın, bir səfərim var... 

-Xeyir olsun, haradı? 

-Ağaməmmədliyə, ay məmə... 

-Məmə sənə qurban olsun, bala! Bu orucluğun içində nə səfərdi? Hə? 

O mehribanlıqla anasının üzünə baxdı,  əllərini  əlinin içinə aldı,demək 

istəmədiyi sözləri deməyə məcbur oldu, amma səsini elə qısdı ki,Ceyran eşitməsin 

"Allah heç kişini əhli-əyal yanında xar eləməsin, pulsuzluq imtahanına çəkməsin", 

deyiblər: 

-Məmə, Kərəm bəy Ağaməmmədlidən mənə bir az taxıl söz vermişdi, bir də bir 

inək... Xeyli vaxt keçib, deyirəm, bəlkə yadından çıxıb  ya yollaya bilməyib başqa 

bir səbəbdən, yol palçıqdı nədi? 

Dənimiz də azalıb. O gün Şirin də deyirdi. İndi fikirləşdim gedim: "Üz-üzdən 

utanar, bəlkə söz verdiklərini verdi. Onda uşaqların südü də,çörəyi də olar, 

Ramazan gedir, qabaqdan qılınc kimi qış gəlir axı... Sonra havalar bərkiyər, gedə 

bilmərəm, nə qədər payız quru keçir, yol yaxşıdı... sonra göylərin fağır heyvanlara 

rəhmi gələr, yağar elər... 

Ana əlləri qoynunda dilləndi: -Təki yağsın... 

-Hə də... onda heç gedə bilmərəm... 

-Bala, Allaha pənah! Bəlkə bu orucluğu gözləyəsən, səfərə  çıxmayasan . Bir 

yandan bağlayanda, o biri yandan açar... Allah kərimdi! 

İncə, kinayəli bir təbəssüm Seyyidin dodaqlarını  əydi: "Allah kərimdi, Allah 

kərimdi, quyusu da elə  dərindi ki, düşən çıxmır. Allah kərimdi!.. Necə?.. Allah 

kərimdi?" Birdən onun qəlbində bu məlum sözlər ürək kimi döyünməyə, bir təqt ilə 

şerə çevrilməyə başladı, o matı-qutu qurumuş anasına deyirdi: 

 

 



__________________Milli Kitabxana_________________ 

389 


 

Sevdalərə düşdüm, dedim: Allah kərimdi!  

Gər yandım, alışdım, dedim: Allah kərimdi... 

 Seyyid, dolanıb gün təki məcmui-cahanı  

Dəryaları aşdım, dedim: Allah kərimdi! 

 

-Hə, ana, qayıdanbaş Qaravəlliyə  dəymək niyyətim də var. Məndən nigaran 



olma. Qaravəlli qonağımız Heybət kişi məni oğlunun toyuna çağırıb... Elə yolu 

qurtarıncan Ramazan da qurtarar, toya çataram. 

-Allah mübarək eləsin... 

Lakin ana hamısını başa düşdü. Dərindən ah çəkib  əlini oğlunun kürəyinə 

sürtdü: 

-Neynək, get! Allah işinə  fərəc versin... - Elə bil ananın  əlindən oğlunun 

kürəklərinə bir qüvvət axdı. Gözlərindəki kədəri dağıtmaq üçün o, sözü zarafata 

salmaq istədi: 

-Allah verincən, Kərəm bəy versin, ay ana!.. 

-Bıy, əstağfürullah elə, oğul! Allah ürəyinə rəhm salmasa, Kərəm bəy neynəyə 

bilər?! 

...O qələmdanı  yığışdırıb, səhər sübhdən səfərə  çıxacaqdı....Odur ki, bir az 

yatmalıydı... 

Şair çırağı söndürdü, amma ananın ürəyi səhərəcən səksəkəli, vəs-vəsəli qaldı: 

"İlahi, balamın işini avand elə, yolunu yüngül elə, işinə  fərəc ver! Getdiyi 

yerlərdən xeyir görsün! Bari-pərvərdigara, sən özün Kərəm bəyin ürəyinə rəhm sal, 

balam külfət yanına  əliboş, üzü-qara qayıtmasın..." O səhərəcən bir neçə rükət 

qəza, hacət və nafılə namazları qıldı, sübh namazı da hacət namazlarına qarışdı. 

...Şair yuxudan oyananda, Şirin Abdulla onun atını alığlamış  və hazır qapıya 

bağlayıb işinə getmişdi. 

Tabağı yırğalaya-yırğalaya küçədən keçən Yetim Hüseyn oxuyurdu: 

 

Şirvandan təhərim var, 



 Altımda kəhərim var,  

Əyil üzündən öpüm – 

Bir ağır səfərim var... 

 

Anası dalınca qırxhaçar camından su atırdı... Onun gözləri Ceyrana sataşdı, şair 



böyük bir məmnuniyyətlə  həmin mahnını Ceyrana oxuyar və orda deyilənləri 

yerinə yetirərdi, amma həya... O, həsrətli 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə