Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə139/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   135   136   137   138   139   140   141   142   143

__________________Milli Kitabxana_________________ 

411 


 

hökumət gözündən də sala bilmədiklərini, onun əsas havadarlarından biri olan 

Ağaseyidəli ağanın vəfat etməsinə baxmayaraq, Şirvanda xüsusi ad-san 

qazandığını, törəyib-artdığım, adının hər yerdə səs saldığını, adı gələndə hamının 

"Ağa" deyə dik ayağa qalxdığını, yazdıqlarının qəzetlərdə çap olunduğunu görüb 

həzm eləyə bilmirdilər. 

Bugünkü qurğu ayrı idi. Biz, əlbəttə, indi yaşı  səksəni ötsə  də,  əvvəlki 

əzəmətini saxlayan, şirvanlılar demişkən "Dəvədən düşsə  də, höt-hötündən 

düşməyən" Qapaqlının dükanına girməyəcək, evinə də getməyəcəyik. Orada onun 

prixod mollası Molla Qurbanqulunun, naməşədi Alışın və başqalarının nə qurğu 

qurmaqlarını seyr etməyəcəyik. Kifayətdir. Biz onları daha tanıyırıq. Bir də o qara 

məclislərdə iştiraka nə hacət? O qara qurğuların nəticəsini bu gün görəcəyik. 

Müqəddəs orucluğun, Rəməzanül-mübarəkin dördü idi. Məscid ağzınacan 

dolmuşdu. Günorta namazı bu gün xüsusilə şurlu keçmişdi. "Təzə molla dəliləri", o 

taydan yeni molla gəlməyini eşidən həvəskar dindarlar məscidi doldurmuşdu. Odur 

ki, adəti günlərə nisbətən bu gün məscid xüsusilə  qələbəlik idi. Gələnlərin 

içərisində sünnü cavanlarından, Abid əfəndinin sabiq müridlərindən də var idi. Bu 

halı irəlicədən duyan Meşədi Alış, Qaqapaqlı və Qurbanqulu, qurğularını məhz bu 

günə keçirmiş, "təzə molla aşiqlərinin" sırasına öz həmfikirlərindən xeyli adam da 

soxa bilmişdilər. 

Seyid  Əzimin də bu gün məscidə  gəlməsi, camaat namazına qoşulması, 

xüsusən namazdan sonra möminlərlə  məsciddə oturub qalmasının səbəbi məhz 

bugünkü Molla Xudaverən idi. Ağa düşünmüşdü ki, bəlkə bu mollada da maarifə 

maraq oldu. Bəlkə  də o məktəb işinə, az-çox ianə yardım toplamaq məsələsinə 

qarışdı, bir para açıq fıkirli ruhanilər kimi, bəlkə onun nüfüzundan da bu məqsədlə 

istifadə etmək mümkün oldu. O ərdəbilli Xudaverənin ağzını aramaq istəyirdi. 

Pişnamaz Molla Xudaverən, camaat namazını xüsusi şurla aparandan sonra, 

orucluğa görə alverindən, kəsbkarından əli soyumuş, yaylağa çıxan tərəkəmələrlə, 

köçərilərlə alayarımçıq alveri nökərə tapşıran dükançılar yerlərini rahatlayıb, şam 

və xüftən namazınacan vaxtı burada keçirmək niyyətilə oturub qalmışdılar... 

Mübahisənin başlanmağına ərdəbilli mollanın istifta zamanı dediyi bir söz oldu. 

Belə görünür ki, Molla Xudaverən seyid adından gələcək bayramda özünə xüms 

toplamaq üçün istifadə etmək istəyirdi, odur ki, seyidliyin mənsəbindən, seyidlərə 

hörmətdən, onların dini-islamı intişar 

 

 



__________________Milli Kitabxana_________________ 

412 


 

etməkdə rollarından və  nəsli-peyğəmbər ali peyğəmbər olduqlarından uzun-

uzadı  bəhs açıldı. Bu zaman aranı  qızışdırmağa nazir edilmişlərdən biri yerindən 

dilləndi: 

-Elə bütün seyidlər? 

 Məsələdən hali olmayan Xudaverən dedi:  

-Əlbəttə, onların mövqeyi Allah yanında, mərtəbəsi bəşər yanında ucadı 

-Amma eləsi də var ki, babi ondan əfzəldi... Dinə balta çalır... Düzü də 

yolundan eləyir, elə bizim bu cənab kimi... mübahisə qızışdı. İndi hərənin ağzından 

bir avaz gəlirdi. Molla Qurbanqulu, Alış  və Qapaqlı çevrəsində oturanlar, bir-

birinin ardınca dillənməyə başladı:  

-Babidi... 

-Sünnüdü... 

-Moltandı, peyğəmbər haqqı. Özü deyib kafərəm. Bir baxın: 

 

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,  



Kafəri Kəbə ara hansı müsəlman aparır? 

 

-Küfrüdü başdan-ayağa. 



Deyib, özü deyib bunları: 

 

Çarə oldur ki, mənə hər gün içəm bir neçə cam,  



Eyləyim gərm təni-zari meyi-səhbadən. 

 

-Cizlində içməyini də gizlətməyib laməzhəb: 



 

Sanmın ki, tövbə eylədi Seyyid şərabdən,  

Vaiz məzəmmətin görüb, eldən nihan içər. 

 

-Mollalardan qorxur, yoxsa... 



-A kişilər, o cəhənnəm, uşaqlarımızın da ovqatını zayə eləyir, urusu öyrətdrir, 

sabah da şürbi' eləyəcək özü kimi... 

-Ə,yaxşı deyil, seyid peyğəmbər övladına elə neyşə deyirsən?  

-O,seyiddi? O bəni-Abbasdı?  Əhmədi-Muxtar belə  nəvəsi olmağından utanar. 

Əgər bu yezid oğlu Hüseyn nəsli olsaydı, çaxır içərdi? 

 

 




__________________Milli Kitabxana_________________ 

413 


 

-Balam, düz deyir kişi də... Həlbət ki, içməzdi... 

-Düz yolnan arası yoxdu. Allah bəndə, mömin yoluynan... Onunku elə urusdu, 

ermənidi, malağandı... Kişilər, belə də seyid olar ki, gedə kafır urusnan otura-dura? 

Kafırin dilini öyrənməyə cəhd göstərə? 

Seyid Əzimin tərəfdarları arabir sözə qarışır, dillənirdilər. Lakin onlar bu gün 

məsciddə az idilər... Ziyanın, işığın məsciddə, qaranlıqda nə işi var ki... şair özü də 

bu gün bura məcbur gəlmişdi. Yanında  ən  yaxın adamlarından bircə  Qırmızı 

Qulam oturmuşdu. Şirin Abdulla isə Seyyiddən xeyli aralıda, qapı ağzına yaxın bir 

yerdə əyləşmişdi. Bu gün nə Mahmud ağa, nə şair-ziyalı dostları, nə Kərim bəy, nə 

Cin Cavad... heç biri burada yox idi. Seyid Əzimin tərəfdarları, havadarları az idi. 

Odur ki, qaragüruhun əlinə fürsət düşmüşdü. "Belə fürsət az ələ düşər,  əldən 

vermək olmaz bu fürsəti. Namərdəm  əgəm səndən hamısının hayıfını  çıxmasam. 

Namərdəm  əgər bu gecə qapaqlıdan aldığıma haqq qazandırmasam", - deyə Alış 

düşünürdü. 

Molla Qurbanqulu məclisi daha da qızışdırmaq, qurğunu həyata keçirmək üçün, 

öz qorxaq təbiətinin təsiri ilə bir də diqqətlə  məscidi, hazirunu gözdən keçirdi: 

"Yox, yaxınlığında Qırmızı Qulamdan başqa elə bir dəyərri adam yoxdu, fürsətdi. 

Fürsəti fövt eyləməz aqil, məgər divanə ola, - deyə düşündü. - Bir belə camaatın 

qabağında iki nəfər ona nə köməklik eləyəcək, yox, əsil vaxtıdır. Bircə bu meşədə 

burda olmasaydı, lap əla olardı". 

Molla Qurbanqulu dizləri üstünə qalxıb əlini yuxarı qaldıranda məsciddəkilərin 

çoxu susdu. Qədim adətilə artıq qocalsa da, çox ucadan, ifadəli və  hər cümlənin 

son sözlərini təkrarlayaraq, bunları müsahibinin beyninə yeritməyə çalışaraq sözə 

başladı: 

-Ağalar, cənab behiştməsnəd Ağaseyidəli ağa (məsciddən "rəhmət"səsi ucaldı) 

bir həlim, mülayim insan idi, onun həqpərəstliyin hamımız bilirik, bəli, bəli, bilirik. 

Mən bu saat şairin bir neçə şerilə sizin qulluğunuzda sübut edəcəyəm ki, o hətta 

cənab Ağaseyidəli ağanı da (yenə "rəhmət" səsi ucaldı) alladıb, xilafı-tövbə eləyib, 

günahi-əzimə batıb,bəli, batıb. Baxın! 

Burada öz kəskin hafızəsinə  əmin olan Molla Qurbanqulu heç bir yazı-bayaz 

çıxarmadan sözünə davam etmək üçün bir anlıq sükut etdi. Hamının nəzərini, 

dostun da, düşmənin də diqqətini cəlb etdiyinə  əmin olduqdan sonra boğazını 

arıtlayıb, sozünə davam etdi: 

-Sizi böyük xudavəndi-aləmə and verirəm, ədalətlə diqqət buyurun: 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə