Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə30/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   26   27   28   29   30   31   32   33   ...   143

__________________Milli Kitabxana_________________ 

87 


 

dillər əzbəri, nifrət mənbəyi çəngi Sona deyildi, bədbəxt, yazıq bir məxluq idi. 

Elə bil ürəyini bir piyalə soyuq suya salıb oycalayırdılar: 

-Ay yazıq, axı  sən hardan bu işə düşdün? Kimin qızısan? Danış,bəlkə ürəyin 

boşala... Adam dərdini danışanda yüngülüyür axı... 

Sonanın gözləri Minasoltanın çiyninin üstündən o yana, divara zilləndi, göy 

şirə  çəkilmiş divarhamar idi, sürüşək idi. Orada bir ləkə, bir nöqtə belə yox idi. 

Birdən-birə bu göy şirəli divar gömgöy bir fəzaya çevrildi; Sona bu göy çadır 

altında yanıb qaralan bir kənd gördü... Palçıq daxmalar,üstünəqarğı basılmış qazma 

damlar, güzlər... Bu qazma daxmaların birində... 

Sona sözünə bir xatirə kimi başladı; 

-Atam uzun azardan öləndə kəndimizdə bir yaxın adamımız qalmamışdı. Bir il 

ondan əvvəl qohumtarımızın çoxu ovmadan ölmüşdü. 

Kənd əhlinin heç yarısı qalmamışdı. Bağlar, əkinlər yanıb tələf olmuşdu. Başlı 

başın saxlayırdı... 

...Minasoltan hiss edirdi ki, nə isə olduqca təsirli bir hekayət, bir qəziyyə 

dinləyəcək. Sona isə artıq bütün olub keçənləri, dünən və bu gün baş vermiş 

hadisələri unutmuş, uzaq, çox uzaq bir xatirənin qoynuna atılmış, dəryada, ləpələr 

üzərində çalxanan xırdaca qayıq kimi bu xatirələrin ağuşunda yırğalanmağa 

başlamışdı... 

-Bir neçə gün damın altında ağlar-sızlar qaldıq, küləkdən başqa qapımızı açan 

yox idi. Kim də açacaq idi? Hamı öz canının, öz ölüsünün, öz batan əkənəcəyinin, 

qırılan mal-qarasının hayında idi... Biz heç kimin yadına düşmürdük. Nəüzənbillah 

elə bil Allah da bizi yaddan çıxartmışdı. Yaratdığı  ağıza bircə tikə çörək də 

göndərmirdi. Ot-ələf yanmışdı, qaynatmalı bir çəngə ispanaq, qovurmalı bir tutam 

əməköməci də yox idi... "Ana" deyib sızıldayırdım, yaylığının ucu ilə  qızarmış 

gözlərini silməkdən anamda hal qalmamışdı, saçları,birçəkləri də islanmışdı. Bir 

neçə gündən bəri çəkdiyi əzab, naxoşa qulluq, sonra da başyoldaşını itirmək anamı 

üzmüşdü. Amma neynəyəsən ki, mən dizinin dibini kəsdirib çörək istəyir, dərdinin 

üstünə sağalnaz dərd artırırdım. Bir gün obaşdan, dan yeri heç qızarmamış anam 

məni yerimdən qaldırdı... Yatan kim idi ki,...qarnım acından qırılırdı, gözümə yuxu 

getmirdi. Ağır da olsa deyim ki, atamın ölməyi də az qala yadımdan çıxmışdı, bircə 

tikə çörək olsaydı... Qərəz, anam daxmamızdakı olan-qalanımı  əynimə geydirib, 

belimi, başımı bağladı. 

Daxmamızın qapısını kilidləyib çıxdıq. Yazıq anam evdən aralananda bir ayaq 

saxladı, kəndin yuxuya gedən evlərini gözdən keçirtdi. Elə bil 

 

 



__________________Milli Kitabxana_________________ 

88 


 

ki, hər yerə vida deyirdi, elə bil ki, doğulub böyüdüyü, sevib-sevildiyi, ana 

olduğu, analıq səadətini daddığı bu yerlərdən həmişəlik ayrıldığı ürəyinə 

dammışdı. Gözlərindən yaş leysan kimi töküldü, sonra tələm-tələsik əlimdən tutub 

yola düzəldi: 

-Gedək bala, dünya böyükdü, "tarı böyük, altı gen" deyiblər,Allah kərimdi, 

bəlkə bir yaxşıya irast olduq, əlimizdən tutdu... Olmasa da, dilənəsi olsam da, irağ-

irağ, qoy heç olmasa tanış-biliş gözündən uzaqda dilənək, görən olmasın... Bəlkə 

baxtımız gətirdi, bir qapıya qulluğa düzəldik... İşlərəm, səni saxlaram, bir-iki iləcən 

sən də böyüyüb hovuma çatarsan... 

Anam bu sözləri deyə-deye irəliləyir, kənddən hara isə uzaqlara gedən tozlu 

yolla məni də yanıycan sürüyüb aparırdı... 

...Yolumuzun üstündəki kəndlər bizimkindən də pis gündə idi... Amma yenə də 

adamlar bizə  əl tuturdular, kimisi bir parça təndir çörəyi, başqa birisi iki-üç cad 

əppəyi verirdi. Bostanlardan yemiş, bağlardan meyvə dilənirdik. Günlərin birində 

Çodarlı deyilən bir obaya gəlib çıxdıq, yurdsuz-yuvasız idik....yəllar 

yorğunuyduq... İki el bir təpə qalmışdıq. Elə bu zaman sanki tale üzümüzə güldü. 

Çodarlıda arvadlardan biri bulaq başında bizə rast oldu. "Kəndin ağasına qulluqçu 

lazımdı, arvadı azarlıdı, adam gəzirlər" - dedi, yolu bizə salıq verdi, getdik... Bəy 

evi indiyəcən gördüklərimdən böyük idi, dam-daş tikilisi çox idi. Xanımın yanına 

gəldik, o yatacağında uzanmışdı, ana-bala bizə diqqətlə baxdı, deyəsən, həm yazığı 

gəldi, həm də tutacaqsız olduğumuzu başa düşdü; 

-Adın nədi, aaz? 

Anam adını, yer-yurdumuzu dedi, xanım yerli-yataqlı başımıza gələnləri 

anamdan soruşdu, sonra, deyəsən, razı qaldı: 

-Allah bilən yaxşıdı, əlhökmilillah, nə olar, qalın, işlərsən, baxaram, bəyənsəm, 

günün burda pis keçməz... 

Çarəsiz anam hər nə  iş olsa razı idi, təki bir yerə ilişib qalaq, təki üzümüz 

sərgərdanlıqdan qurtarsın... 

...Səibi bəyimin azarı  qıçında idi, bud oynağında bir yara vardı, quyu kimi 

dərin... gündə bu yaraya piltə çəkmək lazım olurdu, bu zaman yazıq bəyim haldan-

hala düşürdü, dişlərini bir-birinə  qıcayıb ağrıya gücnən dözürdü. Evdə hec bir iş 

görə bilmirdi, yeriyəndə, çölə-bayıra çıxanda divardan tuta-tuta gedirdi. Bir qarış 

yolu az qala bir saata yeriyirdi. Sonra da gəlib halsız düşürdü. Evdə bütün işləri 

əvvəlcədən kənizi varmış, o görərmiş, sonra qız bəyimin yarasından çimçə 

 

 




__________________Milli Kitabxana_________________ 

89 


 

şib qaçıb.  Əri də günlərnən evdə olmazdı. Hardasa kəndlərdə, qonaqlıqlarda, 

ovda, qumar oyunlarında itib-batardı. Danışırdılar ki, bu var-dövlətin hamısı Səlbi 

bəyimin imiş. Ağa ona evlənəndən sonra yaxşı da yaşayırlarmış. Səlbi bəyimin 

qıçına  əvvəl bir çiban çıxır, sonra nə  qədər dava-dərman olursa sağalmır, yara 

dərinləyib quyuya çönür, bəy də arvaddan soyuyur, ev-eşiyi başlı-başma buraxır. 

Deyirdilər ki, Səlbi bəyimin övladı olmadığından, ağa onu boşaya bilmirmiş, çünki 

onda var-dövlət  əlindən çıxarmış, evlənə  də bilmirmiş - Səlbi bəyimin  Şamaxıda 

urus qulluğundakı qardaşından çəkinirmiş... Qərəz ki, biz ağanı gəlişimizin üçüncü 

günü görə bildik... 

Evdə bütün iş-güc anamnan mənim üstümə töküldü, çoban-çoluğa çörək-xörək 

çatdırmaq, Səlbi bəyimin pərzanalarını' yetirmək, qonaq-qaranı yola vermək, pal-

paltar yumaq, ev-eşiyi süpürüb-təmizləmək, hamısı anamın öhdəsinə düşdü. Anam 

axşamacan təndir-ocaqdan aralana bilmirdi, elə yorulurdu ki, yerinə girəndə sız-sız 

sızıldayırdı. Amma yenə də şikayətlənmir: "Neynək bala, - deyirdi, - nə qədər çox 

iş olsa dözərəm, hamısını da elərəm, təki sənin başının üstündə həmişəlik kölgəlik 

olsun, təki qarnın tox olsun, bala, pal-paltarın olsun". O məni bağrına basıb uzanır, 

bir müddət ana-bala gözümüzü tavana dikib qalırdıq. Sonra hər ikimiz birdən 

xəyala dalırdıq, belə hallarda, anam ürəyindən keçənləri mənə  pıçıldamağa 

başlayırdı: "Allah qoysa, Səlbi bəyim sağalar, ayağımız düşər ona inşallah, bir az 

pul düzəldib, kəndimizə qayıdarıq, ev-eşiyimizi sahmana sallıq, sən de, mən də öz 

damımızın altında dolannıq. Yerimizi əkərik, kəndimizi çox istəyirsənmi, Sona? 

-Hə, ana, amma burda da pis deyil. 

-Helədi, amma, necə  də olsa qürbətdi, Allah heç bəndəni özgə qapısında, 

əlindən-obasından uzaq qulluqçu eləməsin... Amma, şükür Allaha, heç olmasa 

qarnın doyub, eynin bitib. 

Doğrudan da, Səlbi bəyimin köhnə-küləsindən anam özünə  və  mənə bir dəst 

təzə paltar düzəltmişdi, palaz-paltar yumağa gedəndə, çay qırağında qazan asıb su 

qızdırmış, başımı-bədənimi yuyub arıtmışdı.  İndi hər ikimiz insan sifətinə 

düşmüşdük... Yaman-yaxşı yeyib-içirdik. Heç bir korluğumuz yox idi, heç kimə əl 

açmırdıq, bir parça halalca zəhmətnən qazandığımız çörəyi yeyirdik, bircə  Səlbi 

bəyimin yarasından çimçəşmək olmasaydı... Bəyimin bir xasiyyəti var idi, hər   

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə