Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə27/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   23   24   25   26   27   28   29   30   ...   143

__________________Milli Kitabxana_________________ 

78 


 

seyid evi də bəstdir, ana, özün, bayaq dedin ki, bu qapıdan hələ heç kəs naümid 

qayıtmayıb. O da qayıtmayacaq. Sən istəyirsən ki, tanıyıb sağ qaldığını bilsinlər, 

iki qana bais olaq? 

-İki qana neyşə, bu elə ölməlidi... qanı halaldı... 

-O Allahın işidi, ana, Allah istəyəndə əzrayılmı göndərər, canını alar. Amma, 

görünür, Allah istəməyib! Gecə quldurun birinin ona rəhmi gəlib, amma biz 

rəhmsizlik eləyək, onun da, ona nicat verən Ağa Səmədin də qanına bais olaq? 

Minasoltan duruxdu. Seyid Əzim gördü ki, anasının anlayışlarına münasib 

gələn sübutlar, arvadın qəzəbini azaldır. Əslində Minasoltan əzazil arvad deyildi: 

onu iki şey narahat edirdi: birinci çəngiyə  rəhm etməklə Allahın qəzəbinə düçar 

olmaq; ikinci balasının bu xatalı  işə qarışması ilə  fəlakətə düşməsi. Seyid Əzim 

bunları yaxşı anlayır, anasının ürəyindən keçənləri yaxşı bilirdi. Odur ki, 

mülayimiiklə anasının əllərini əlinə aldı: 

-Ana can, mənə inan, onu hardan, necə tanıdığımı sonra sənə deyərəm, indi 

vaxtı deyil, inan ki, bir neçə vaxt əvvəl həmin bu Sona, sənin oğlunu, sənin xatalı 

hesab etdiyin bir addımı atmağa qoymayıb. Sən ona borclusan. Bu gün də borcunu 

əda elə. Mənə  tək bircə gün möhlət ver. Bu gecəynən o burdan salamat bir yerə 

çıxıb gedər. Amma bir şərtlə; gərək onun burada olmağını heç kəs bilməsin. Evə 

gəlib eləyən onu görməsin, yoxsa mənə də xoş keçməz. 

-Allah, sən saxla! – deyə Minasoltan yerindən qalxdı. Arvadın başqa carəsi 

qalmamışdı. 

...Şair bazara girəndə bazarda səstər bir-birinə qarışmışdı; ağız deyəni qulaq 

eşitmirdi, dəmirçilərin, nalbəndlərin, misgərlərin vurduğu çəkicin, xarratların 

rəndəsinin səsi aləmi başına götürmüşdü. Ayaqçılar, tabaqçılar, suçular, sələb 

satanlar bir-birinə qarışmışdı. 

-Sələb - sineyi-məlhəm,.. 

-Həlvayi-təntərani... Ta nə xori, nə dani'... 

-Yağasər, yağasər

2

... 



-Tehrani, tehrani... 

Səs kallaşmış xırdavatçı Cuhud Şəmi xırıltılı səslə bazarın qapanlardan yuxarı, 

Cuma məscidinin dalında düşmüş Nabım köçünün ətrafında 

 

 




__________________Milli Kitabxana_________________ 

79 


 

firlanırdı. Köç burada bir gecə dayanacaqdı. Mal-qara dağa çoxdan qalxıb, 

arvad-uşaq yaylaq yolu üstündə bazarlıq eləməlidir. Cuhud Şəminin xırdavat 

qutusundakı malların çoxunu onlar alır. 

-İynə, qıyıq, qaytan, qaragöz hərəmi, balta... 

Bazar... hərənin öz mətaı var... 

Şair bu rəngarəng səslər aləmini daima qəribə bir maraq və  nədənsə  təşvişlə 

dinləyirdi. İndi də... 

-Yerpələngi... Dərya nəhəngi... 

-Ləbləbi kişmiş. Gəl, ay dişləri düşmüş. 

-Gəl Zol Hüseynin dovğasına. 

Bu sənin payın, bu gendən baxanın payı, ağzının suyu axanın payı. 

-Ağ gilabı alan, ağ gilabı alan, ağ-sarı gilabı alan!.. 

-Zəfəran, zəfəran. 

Ətri bir aləm, rəngi kəhrəba. Dürri-Bəkidi, baba. Bəy malı, xan malı. 

-Lahıc başmağı; dörd abbası, buyurtdurma səkkiz abbası... 

Bazar... hərənin öz dərdi var. 

Bir dəvəçi şairi əyləyib əlindəki pulu nişan verir, soruşur: 

-Ay qardaş, bu pul nə qədərdi? 

Birküncdə mirzə oturub, dizinin üstündə  nə isə yazır. Qarşısındakı balaca 

yeşiyin üstündə fal kitabı var. Küçə mirzəsi arabir, yeri düşəndə fala da baxır. 

Yüngül dərdlərə dua da yazır. 

-Al, bu üzərrik, bu da meymun tükü, qoy arasına, mal ayağı vaxtında yandır, 

tüstünü ver azarlıya, dərdi, bəlası gedər. Üzərrik tapmasan, yeddi adamın adına bir 

çimdik duz bük göy əsgiyə, yandır, qurtarsın getsin. 

Şair ötdükcə pıçıldayır: 

-Kaş bütün dərdlərin dərmanı belə asan, sadə olaydı. 

Qoca bir tərəkəmə arvad... Nabırrı köçündən ayrılıb gəlib, "Nabım köçü bərkə 

dayanan vaxt". Onun da dərdi mirzəlikdi. 

-Başına dolanım, inəyimin südü xarablayıb, hər sağanda bir sərnic sağıram, yağ 

düşmür, tuluq gətirmir, yaman gözə mil batsın, molla pitik yazıb dedi "bağla inəyin 

boynuna", bağladım, çarə olmur, sən bir al oxu, özün o kəlamına qurban olduğum 

kitabına bir dərin bax. 

Mirzə üçkünc "duam" açıb baxır, oxuyur, dodaqları qaçır: 

 

 



__________________Milli Kitabxana_________________ 

80 


 

"Ay gəzəyən Xanımağa,  

Pitik neynəsin yağa?  

Yançağını bas yerə  

Cəhd elə çalxamağa". 

 

"Yazıq, cahil arvad, amma nə şux şair "mollaya" İrast olmusan?" 



O kitabı götürüb öpür, dizi üstünə alır və öz növbəsində tovlamağa başlayır. 

Şair təəssüflə başını bulayıb keçir. 

Bazarın ayağında qapanlardan aralı iki kəndli durub. Onlardan biri cavan, 

ikincisi orta yaşlıdır. Bir az əvvəl onlar kənddən bazara gətirdikləri matahlarını 

satıb evə dönməyə hazırlaşır və aldıqları bazarlığı köhnə, yamaqlı xurcuna yığırlar. 

Dıbır  Əli adlı cavan kəndli boş çuvalları da çırpıb qatlayır və onları da azacıq 

bazarlığın yığıldığı xurcuna yerləşdirir. Eşşək acdır. Ağzını saysız-hesabsız ayaqlar 

altında əzilib vala un kimi olmuş torpağa sürtür, yeməyə yararlı bir tutam ot belə 

tapmadığından finxırır və tozu göyə qaldırır. Eşşəyin ac olduğunu gördüyü üçün 

bazardan tez uzaqlaşmağa çalışan yaşlı kişi - Məhəmməd Hüseyn bazarlığını 

hesablayır: 

- Ayə, Dıbır Əli, mən deyim, sən say; iki çuval təzək gətirmişdim. Verdim onu 

xarrat Qulunun külfətinə, aldım hər çuvalına iki şayı, ondan da verdiyimi deyim

bir şayı iynə-qıyıq, bir şayı cöz-bağırsaq, bir şayı qəndəf... Mənə de qaldı bir şayı... 

düz eləyir? 

Cavan şair bu sadəlövh hesablamaya gülümsəyir. "Yazıq bir abbası qara pulu 

da hesablayıb qurtara bilməyən yazıq. Yaxşı ki, fıtri istedad bu bisavadlığa qalib 

gəlir, sən yaşayırsan, bütün qanunlar sənə ölüm hökmü versə  də, sən yaşayırsan, 

yox sürünürsən, amma sənin oğul-uşağın belə yazıq olmamalıdır, onlar heç olmasa 

ağı qaradan seçməli, oxumalıdır. Bircə Allah əcəldən aman versə, arzuma çatsam, 

bir məktəbxana açsam..." 

Şair düşünə-düşünə irəliləyir, Cavadı axtarır... 

Bazar... hərənin öz əyləncəsi var... biri yetim Hüseynin məzəli-məzəsiz 

mahnılarını dinləyir, bir başqası  təzə  şeir dəlisi, məclislər bəzəyi, duzlu baməzə 

Cavadı dinləməyi xoşlayır. Cavadı çox vaxt Bəzzazbazar cərgələrindəki boş 

meydançada görmək olar, bura nisbətən sakitlikdir; hay-küy azdır, qoca tut 

ağacının altında bir neçə iri daş qoyulub. Cavad adətən bu daşlardan birinin 

üstündə oturur, ətrafı da həmişə dolu olur, bekarlar, yetiklər. O, kürəyini qoca tuta 

söykəyir, sür papağını alnından dala itələyir, nazik vücudumu kip tutmuş  zərif 

çuxa, sağrı başmaq geyir. Tərkbəndi zərif naxışlı, kaşı işləməli gümüşdən- 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə