Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə35/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   31   32   33   34   35   36   37   38   ...   143

__________________Milli Kitabxana_________________ 

102 


 

-Axşamınız xeyir, Bircə xala, Tərlan hardadı? 

-Xeyir günlər görəsən, Ağa, içəri otaqda, buyur... 

Onlar ala-qaranlıq həyətdən keçib Tərlanın yanına gəldilər. Qapıdan içəri girən 

kimi, şair yataqda uzanmış dostunu gördü və heyrətdən donub qaldı. Görmədiyi bir 

ay  ərzində  Tərlan necə  də  dəyişmişdi, arıqlamışdı, dəyirmi sifəti uzanmış, 

alagözləri çuxura düşmüş, çatma qaşları quyu dibindəki su kimi ölgün işıq saçan 

bu gözlərə kölgə salmış, yanaqları çökmüş, gənclik təravətini itirmiş, üzünü tük 

basmışdı... Alnındakı yara sağalmışdısa da, qaraşın dərisində yara yeri ağ bir çapıq 

əmələ  gətirmiş, üzünün gözəlliyini xeyli korlamışdı.  Əynindəki ağ köynək 

solğunluğu bir az da artırmışdı. Xəstə yerində qurcalandı, qalxmağa təşəbbüs etdisə 

də bacarmadı.  Şair cəld özünü yetirib yatağın yanına salınmış nimdərin üstündə 

oturdu və xəstəni qalxmağa qoymadı, çiyinlərindən basdı, sonra da əyilib alnından, 

çapığın üstündən öpdü: 

-Durma, durma... 

-Görürsən də, Ağa... 

-Görürəm... 

Ana onları tək qoyub, oğlunun əziz qonağı üçün çay dəmləməyə getdi. 

ikilikdə qaldılar. Əvvəl sözü nədən başlayacaqlarını heç bilmirdilər. Sükut xeyli 

sürdü. Sonra qırıq-qırıq əhval-pürsan başladı. 

-Mahmud ağa necədi? 

-Yaxşıdı, sənə salamı var, hey soruşur, aradan-bərədən xəbər tutur... 

-Bilirəm, sağ olsun... 

-Hamımızın canı yanındadı... Xəstənin solğun üzü azacıq işıqlandı: 

-Bilirəm... sağ olun, İrza bəyin işi nə yerdə qaldı? 

-Birtəhər, tövlə otaqlarının birini məktəb üçün ayırıb, düzəltdirir, bir miqdar pul  

da hasil olub, cənab Mahmud ağadan, Kərim bəydən... ustul-mustul aldırır... 

-Allah köməyi olsun... 

Şair dostuna ürək-dirək vermək üçün dedi: 

-Hərə bacardığını eləyir, inşallah sən də durarsan köməkləşərik. 

Tərlanın üzündəki  ələm buludu sıxlaşdı, dodaqlarını istehzalı bir təbəssüm 

əydi: 


-Xeyr, Ağa, daha mən heç, mən cərgədən çıxdım... 

-Elə niyə? 

 

 

 



 


__________________Milli Kitabxana_________________ 

103 


 

-Özün yaxşı bilirsən, Ağa, mənə dəyən elə dəyib ki, mən bir də 

dost-aşna, tay-tuş içinə çıxa bilmərəm... 

Dostundakı bu ruh düşkünlüyü  şairi dəhşətə  gətirmişdi. "Xarab olasan 

zəmanə, nə canları məhv eləyirsən... nə əməlləri puça çıxardırsan... Cavan 

bir insan, hələ  həyata  əməlli-başlı  qədəm qoymamış, sütül, amma məğrur 

bır insanın mənəviyyatıni belə  qıran adət,  ənənə  məhv olsun; ata da olsa, 

oğlunu tay-tuş içində xar-zəlil eləyən qapaqlılar, molla Qurbanqulular, 

Alışlar dünyası... səni məhv etmək vacibdir. Bunun üçün isə dostum 

Tərlan, ruhdan düşmək, ayaq yeri qoymaq yox, əlləşib-vuruşmaq lazımdır". 

O, kədərlə dostunun yaşlı gözlərinə baxdı: 

-Dost-aşnanı elə kəmfursət bilmə, Tərlan... 

-Allah eləməsin... amma sən  şirvanlılara,  Şamaxı bazarına bələdsən. 

Mən bir də bu üzlə hara çıxa bilərəm? Görən kimi ağzıgöyçəklər adıma bir 

çapıq ləqəbi qoşacaqlar. Bir də Tərlan sözü dillərinə gəlməyəcək. Heç bir 

çarəm qalmayıb. 

O, çox şey demək istəyirdi. O demək istəyirdi ki, "Sonadan sonra mən 

bu diyarda qala bilmərəm. Mənim bütün xoş arzularım, istəklərim, 

məhəbbətim boğulub, məhv olub, səraba dönüb!.. İndi mən nəyəm ki, 

atasının təhqir elədiyi, xar-zəlil elədiyi bədbəxt bir cavan... Sevdiyimi 

əlimdən aldılar, özümü bu kökə saldılar... Heç bir iş tuta bilmərəm, əlimə 

nə alsam əlimdən düşər... El içində biabır olmuşam.  İndi də atam təzə 

pəstəha açıb..." O elə bu cümlədən də başladı: 

-Ağa, indi də atam təzə bir pəstəha açıb. Məni evləndirmək istəyir. 

Hamısını bilməsən də, bəzi-para  şeylərdən xəbərdarsan. Mən istəmədiyim 

adamla evlənə bilmərəm... İstədiyimi də əlimdən aldılar... 

Şair gözlərindən yaş süzülən dostuna qəmli-qəmli baxır və düşünürdü: 

"Görəsən, kimdi istəklin ki, atan onu da əlindən alır? Bir zaman Sona səni 

məndən soruşmuşdu... Yoxsa... odu? A bədbəxt dostum, deyimmi? Səni 

sakitləşdirimmi ki, Sona ölməyib, camaat arasına yayılan təki qaçaqlar onu 

dağlara çəkib aparmayıb, gizləndiyi yeri bilirəm... Yox, bu ola bilməz... bu 

mənim sirrim deyil! Həm də Tərlan onunla evlənməyi ağlına da gətirməz. 

Atasını tanımırdımı ki, elə boş xəyallara düşsün? Yəqin başqa kasıb-kusub, 

yctim-yesirin biridi. Qapaqlı da razı olmur. İndi ki, özün demirsən, dəxi 

mən neynəyim, sənə nə kömək eləyim, a yazıq?" 

Tərlan isə düşünürdü: "Deyimmi, deyimmi ki, mütrüfün öldürülməyi, 

Sonanın aparılmağından sonra bu kökə düşmüşəm... Deyimmi ki, Sonam 

məni bu dərdə salıb?" 




__________________Milli Kitabxana_________________ 

104 


 

-Yaxşı, bəs onda neynəmək istəyirsən? - şair təşvişlə dostunun dolub-boşalan 

gözlərinə baxdı, yastığın kənarları artıq islanmışdı, şair cibindən yaylığını çıxardıb 

Tərlanın gözlərini, yanaqlarını sildi: 

-Di bəsdi, Tərlan, səni mabeynimizdəki dostluğa and verirəm, dəxi ağlama, 

ürəyimi dağlayırsan... 

-Allah eləməsin, elə səni xəbərdarlığa çağırtdırmışam, mən indi bir az babatam, 

bir-iki günəcən güman eləyirəm ki, ayağım da yer tutsun. Anama açıb deyə 

bilməzdim. Dərdindən dəli olar, sirrimi də açar. Nə eləsəm, ondan gizli 

eləməliyəm. Səndən isə heç nə gizlədə, səni görməmiş, salamatlaşmamış gedə 

bilməzdim... 

-Hara, qardaş? 

Tərlan ümidsizliklə çiyinlərini çəkdi: 

-"Ayağım hara, başım da ora. Evdən Məşhəd ziyarəti adıynan çıxacam, 

doğrudan da bir neçə gündü ki, yuxumda kimdisə məni çağırır, mənə belə gəlir ki, 

məni Ağa özü çağırır... Onlar mənim Ağanı ziyarətə getməyimə mane ola 

bilməzlər... Sənə də dedim ki, qoy dostlar, tay-tuş rəncidəxatir olmasın. Xüsusilə 

İrza bəy... Onunla elə arzularımız vardı ki... Təki ona nəsib olsun... 

Bu sözdə şair, dostunun əlindən tutub bir ümidlə dilləndi: 

-Tərlan, əzizim, axı səninlə bizim özün deyən kimi gözəl-gözəl arzularımız var 

idi, biz səninlə birlikdə bədbəxt millətimizin tərəqqisi üçün çalışacaqdıq. Axı sən 

cənab İrza bəyə də söz vermişdin... 

-Yox, mənim bütün əməllərim puç oldu, məndə daha o taqət qalmadı, görünür 

ki, mən o igidlərdən deyiləm, mən tənə oxlarına davam gətirə bilmədim, gücsüz 

çıxdım, bifər oldum... 

-Elə neyşə deyirsən, indi ki, gedirsən, onda gəl bir yerdə oxumağa gedək, təhsil 

alaq. 

-O tüllabları ki, mən tanıyıram, mən onların oxuduğunu oxuyub gəlib Molla 



Qurbanqulu ola bilməyəcəm. Ayrı cür oxumağa da atam nə yol verər, nə müavinət 

elər... 


Gənc  şairin gözləri doldu: Tərlandakı bü təbəddülat onun nazik qəlbini həm 

təəssüf, həm də acı bir kədər hissilə doldurmuşdu: "Bir bax gör nə itiririk... Yazıq 

millət... Zəmanə təzə-təzə cülus etmək istəyən balalarından birini də əlindən aldı. 

Rza bəyə "urus İrza" adı qoyub, məktəbini haram elan eləyənlər sevinsin, çətin 

davam eləyə. Tərlan isə  hələ heç bir şeyə iqdam etməmiş, millətinin cibindən 

gedir". 


 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə