“Dədə Qorqud”un möcüzələr dünyası
296
sözündə, ikincisində isə “ağla-r”, “bozla-r” sözlərində işlənən “-r”
şəkilçisi indiki zaman mənasında “-yur” (uyu-yur), “-yır” (ağla-
yır, (bozla-yır) əvəzinə işlənmişdir. XI əsrin məşhur dilçisi
M.Kaşğari də ümumən türk dillərində, o cümlədən oğuz, qıpçaq
dillərində də “-r” hərfinin həm indiki zaman, həm də gələcək za-
man üçün işləndiyini “Kitabi-divani-lüğat ət-türk” əsərində ətraflı
surətdə izah etmişdir”
1
. Bu cür fikirlər başqa türkoloqlar tərəfin-
dən də söylənilib. Məsələn, A.Axundov yazır: “...bir çox şivələri-
mizdə qeyri-qəti gələcək zaman “r” ünsürünü ikinci şəxsdə də
mühafizə edə bilir. Buna əsaslanaraq ilk baxışda belə bir nəticəyə
gəlmək olur ki, “r” forması daha qədimdir və “r”-in ikinci və
üçüncü şəxslərdə “z”-yə çevrilməsi nisbətən yeni hadisədir”
2
. Ya-
xud Ə.Dəmirçizadənin fikirlərinə istinad edən E.Əzizov göstərir:
“-r” şəkilçisinin indiki-gələcək zaman məzmunu ifadə etməsinə
ədəbi dilin sonrakı dövrlərində də rast gəlinir: Nə surətdir ki,
oxurlar bu ismi eyni-zat andan (Nəsimi); Gül yüzün dövründə
xəttin kim oxur qul Kişvəri; Məzarım üstünə hərdən nədən ağlar
bəhar ayrı (Kişvəri)... Müasir Azərbaycan dili şivələrində saitlə
bitən bəzi feillər -yır, -yir, -yur, -yür şəkilçisinin dəyişikliyə uğra-
ması ilə əlaqədar olaraq zaman şəkilçisi kimi -r formantını qəbul
edir, çox vaxt zaman şəkilçisinin saiti felin sonundakı saitlə birlə-
şərək uzun sait variantı əmələ gətirir. Şübhə yoxdur ki, indiki za-
man şəkilçisində özünü göstərən bu xüsusiyyət tarixən formalaş-
mışdır...”
3
. Müəllifin sonuncu fikirləri təkcə müasir şivələrimizə
deyil, həm də ümumən qədim türk dilinə aid səciyyəvi xüsusiy-
yətdir. Belə ki, qədim türk dilində indiki də gələcək zaman şəkil-
çisi kimi müstəqil “-r” şəkilçisindən yox, “-ar
2
” şəkilçisindəki “a”
saitinin düşməsi nəticəsində yaranmış “-r” (əslində, -ar
2
) şəkilçi-
sindən bəhs etmək olar. Burada M.Kaşğarinin fikirlərini eynilə
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh. 93-94.
2
A.Axundov. Qeyri-qəti gələcək . Azərbaycan dilçiliyi müntəxəbatı. II cild, Bakı,
2013, səh.183-184.
3
E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.193.
“Dədə Qorqud”un möcüzələr dünyası
297
təqdim etmək lazım gəlir: “... müzare şəkli feillərin hamısında “r”
ilə düzəldilir. Sözün sonunda “r” hərfi varsa, ikinci “r” əlavə edi-
lir. Birinci “r” sözün kökündə mövcud olan “r”-dir, ikincisi isə
müzare və istiqbal hərfi olan “r”-dir... Oğuzlar dildə sürət naminə
bəzi feillərdə müzare şəkilçisində olan iki “r”-dən birini atırlar və
sözü əmr şəkli kimi bir “r” ilə tələffüz edirlər...”
1
. Bütün bunlar
onu deməyə əsas verir ki, qədim türk dilində -ar
2
şəkilçisi sonu
samitlə bitən sözlərə qoşulduqda eynilə (-ar
2
) işlənibsə, sonu saitlə
bitən sözlərlə qoşulduqda “a” saitini itirmiş vəziyyətdə (-r) işlə-
nib. Yazılı abidələrin dilinə nəzər salaq: -ar
2
şəkilçisinin sonu sa-
mitlə bitən sözlərə qoşulması: təz+ər=təzər (qaçar), us+ar=usar
(qabaqlayar) (Orxon-Yenisey abidələri); qov + ar = qovar, ur + ar
=urar, götür+ər=götürər (“Kitab”); -ar
2
şəkilçisinin sonu saitlə
bitən sözlərə qoşularkən saitini itirmiş vəziyyətdə işlənməsi: ağla
+ -ar = ağlar, uyu + -ar = uyur, bozla + -ar = bozlar (“Kitab”). Bu-
rada bir məqam da yada düşür: M.Kaşğarinin “Divan”ında sonu
saitlə bitən feillərə -yür şəkilçisinin artırılması da özünü göstərir:
kərgə + yür = kərgəyür (yaraşar); əmgə + yür = əmgəyür (uzaşar)
(I, 367-368). “Divan”da məhdud dairədə işlənmiş –yür morfemi
də təkcə bir samitdən ibarət “-r” elementini indiki və gələcək za-
man forması kimi təqdim etməyə imkan vermir. Yaxud “Kitab”ın
dilində -ar
2
indiki-gələcək zaman formasının “r” səsini itirmiş və-
ziyyətdə
işlənməsi (öləm – ölərəm mənasında, qala–qalar məna-
sında) indiki-gələcək zaman şəkilçisi kimi “-r” morfeminin varlı-
ğından bəhs etməyin düzgün olmadığını göstərir.
-ar, -ər, -ur, -ür formasının indiki zaman funksiyasında çıxış
etməsini “Kitab”ın dili üzrə nəzərdən keçirək. Araşdırmalar göstə-
rir ki, “Kitab”ın dilində indiki və gələcək zamanların qrammatik
formalarından bəhs edən ilk alimlərdən biri də Ə.Dəmirçizadə
olub. Müəllif haqlı olaraq qeyd edir: “Kitabi-Dədə Qorqud” dilin-
də, deməli, ümumxalq dili halıdna təşəkkületmə dövründəki Azər-
baycan dilində, indiki zaman və müzare-gələcək zamanlar eyni
1
M.Kaşğari. Divanü lüğat-it-türk. II cild, Bakı, 2006, səh.59-60.
“Dədə Qorqud”un möcüzələr dünyası
298
şəkilçilərlə (“-r, -ər, -ar, -ür, -ur” şəkilçilərilə) ifadə edilmişdir,
yəni hər zamanı ifadə edən xüsusi şəkilçi hələ ayrılmamış və müs-
təqil halda təbəllür etməmişdi”
1
.Bu, o deməkdir ki, -ar, -ər, -ur, -ür
şəkilçi morfemlərinin indiki və ya gələcək zaman mənasında iş-
lənməsi mətnin ümumi semantik yükünə istinadən müəyyənləşir.
Burada iki nümunəni qarşılaşdıraq: “Dünlə kərvan keçdigin turğay
bilür”; “Yazıda-yabanda keyiki qoar, səniη ögüηə gətürər”. Birin-
ci cümlədəki “bilür” sözü müasir Azərbaycan dili baxımından in-
diki zaman formasında işlənmiş bir söz kimi görünür. Əslində isə
qeyri-qəti gələcək zamanda olub, ümumi zaman mənasını ifadə
edir. İkinci cümlədə “qoar” (qovar) və “gətürər” sözlərindəki -ar
2
qeyri-qəti gələcək zaman forması kimi görünsə də, indiki zaman
funksiyasındadır. Mətnin sadələşdirilmiş şəkli (1988-ci il Bakı
nəşri nəzərdə tutulur) də dediklərimizi təsdiqləyir: “Gecə ikən
karvan keçdiyini torağay bilər”; “Çöldən-düzdən keyiki qovur, sə-
nin qabağına gətirir...”. Bu faktlar bir daha sübut edir ki, “Kitab”ın
dilində -ar, -ər, -ur, -ür qrammatik zaman formaları diferensiallaş-
mamış vəziyyətdə olub.
-ar, -ər. –ur, -ür morfemlərinin indiki zaman mənasında çıxış
etməsi aşağıdakı nümunələrdə də müşahidə olunur:
ögərsən (öyürsən). “Altundağı alaca atuη nə ögərsən?”
düşər (düşür). “Köpək Qazanıη atınıη ayağına çap-çap
düşər...”
bilürmisin (bilirsənmi). “Oğul, oğul, ay oğul! Bilürmisin
nələr oldu?”
Bu nümunələrdəki “ögər” və “düşər” sözlərinin indiki za-
manda olması mətnin ümumi semantik tutumuna əsasən müəyyən
edilir.
“Kitab”ın dilində -ar
2
(indiki zaman forması) morfemini qə-
bul etmiş sözlərin mətn daxilində ardıcıl sıralanması ilə ahəngdar-
lığın yaradılması da müşahidə olunur:
“Qadın ana! Qarşum alub nə bögrərsən?
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.94.
Dostları ilə paylaş: |