“Dədə Qorqud”un möcüzələr dünyası
302
ralelliyi aydın şəkildə görünən bu tip faktlar türkologiyadakı ”-ən,
-an, -yən, -yan...feli sifət şəkilçiləri özünün mənşəyi etibarilə bir
çox türk dillərində məhsuldar olan -kan, -ken, -qan, -ğan şəkilçilə-
rilə əlaqədardır”
1
kimi fikirlərlə əks qütblərdə dayanır.
- an
2
şəkilçili feli sifətlər
binən-minən.”Qaraquc ata binənlər vardı, gəldi”
gətürən-gətirən. “Ölüsü xəbərin gətürənə qız qardaşım verər-
dim...”
gəlməyən. “Qonağı gəlməyən qara evlər yıqılsa, yeg!”
yemiyən-yeməyən. “At yemiyən acı otlar (bitincə) bitməsə,
yeg”
turan-duran. “Alan sabah yerindən turan qızlar!”
girən. “Ağ otağı qoyuban qara otağa girən qızlar!”
Nümunələrdəki -an
2
feli sifət şəkilçisi müasir ədəbi dilimiz-
də eynilə mühafizə olunur. Bir cəhəti də qeyd edək ki, -an
2
, eləcə
də -ar
2
feli sifət şəkilçiləri daha çox indiki zaman məzmunlu mor-
femlər kimi səciyyələndirilir. Amma bu tip morfemləri həm də za-
manı konkret yox, ümumi şəkildə ifadə edən qrammatik vasitələr
kimi xarakterizə etmək lazım gəlir. H.Mirzəyevin arqumentləşdi-
rilmiş fikirləri də dediklərimizi təsdiqləyir: “-y (-an), -ən şəkilçili
feli sifətin zamanını düzgün müəyyənləşdirmək üçün cümlənin
ümumi məzmunu, cümlədəki felin zamanı, feli sifətin əmələ gəl-
diyi sözün məna çalarlığı, bunun məcazi məna kəsb edib-etməmə-
si, hansı söz və ya birləşmələrlə yanaşı işlənməsi və s. əlbəttə, nə-
zərə alınmalıdır. Lakin bu üslubi məqamlar qrammatik xüsusiyyət
üçün əsas ola bilməz”
2
.
Feli bağlama şəkilçiləri. “Kitab”ın dilində bir sıra feli bağ-
lama şəkilçili sözlər indiki zaman mənasını konkretləşdirməyə,
qüvvətləndirməyə xidmət edir. Nümunə olaraq aşağıdakıları gös-
tərmək olar:
-ıb
4
: çağırıb. “Çağırıb xatunına soylar”;
1
H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.168.
2
H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.264.
“Dədə Qorqud”un möcüzələr dünyası
303
-madın: olmadın. “Əgər sağdır, əsəndir, axşam olmadın genə
mən saηa gəlürəm”.
Gələcək zamanın əsas morfoloji göstəriciləri
Qeyd etdiyimiz kimi, türk dillərində, o cümlədən Azərbay-
can dilində gələcək zamanın qrammatik formaları keçmiş və indi-
ki zamanlara nisbətən sonrakı dövrlərdə formalaşıb. Digər tərəf-
dən, “gələcək zaman keçmiş və indiki zamanlarla müqayisə olu-
narsa, dildə nisbətən az işlənir”
1
. “Kitab”ın dilində də gələcək za-
manın morfoloji göstəricilərinə az rast gəlinir. Konkret desək, be-
lədir: iş və hərəkətin gələcəkdə qəti şəkildə icra olunacağını ifadə
edən -acaq
2
formasına təsadüf olunmur. Amma bu da var ki,
“Kitab”ın dilində -acaq
2
forması feli sifət şəkilçisi kimi işlənib:
“Baybican bəg ol saηa verəcəgi qızı Beyrəgə verdi”; “Yatacaq
yermi buldun”...; -ar, -ər, -ur, -ür forması “Kitab”ın dilində təkcə
indiki yox, həm də gələcək zaman mənasını ifadə edir. Bu şəkilçi-
lərin “Kitab”da hansı zamanı bildirməsi isə mətnin ümumi seman-
tik yükünə istinadən dəqiqləşdirilir: “gör-ər-mi-sin xəbərində olan
“-ər” şəkilçisi müasir dildəki “-ur” (gör-ür-mü-sən) şəkilçisi mə-
nasına, qovar sözündə olan “-ar” şəkilçisi müasir dildəki “-ur”
(qov-ur) şəkilçisi mənasına, götürər sözündəki “-ər” şəkilçisi müa-
sir dildəki “-ır” (gətirir) şəkilçisi mənasında işləndiyi kimi: “urar”
xəbərindəki “-ar” şəkilçisi müasir dildəki “-acaq” (vur-acaq) şəkil-
çisi mənasına, “öldürər” sözündəki “-ər” şəkilçisi isə müasir dildə-
ki “-əcək” (öldür-əcək) şəkilçisi mənasına işlənmişdir. Deməli,
əvvəlki xəbərlərdəki “-ar, -ər” şəkilçisi müasir Azərbaycan dilin-
dəki -ür, -ur, -ır şəkilçiləri əvəzinə, sonrakı xəbərlərdəki “-ar, -ər”
isə müasir Azərbaycan dilində gələcək zamanı bildirmək üçün
işlənən -acaq, -əcək əvəzinə işlənmişdir”
2
. Bütün bunlar “Ki-
1
A.Axundov. Felin zamanları. Bakı, 1961, səh.85.
2
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.92.
“Dədə Qorqud”un möcüzələr dünyası
304
tab”ın dilində gələcək zamanın əsas morfoloji göstəricilərinin tam
formalaşmamış vəziyyətdə olduğunu bir daha təsdiq edir.
-ar, -ər, -ur, -ür morfemlərinin gələcək zaman mənasında
çıxış etməsini mətn daxilində nəzərdən keçirək:
öldürər. “Anlar bizə yetsə, öldürər”;
urar-vuracaq, öldürər-öldürəcək. “Keyikə atarkən oqla səni
urar, öldürər”;
deyələr-deyərlər. “Qaηlı qoca oğlı Qanturalı netmiş de-
yələr”...;
bilür-bilər. “Getdikdə yeriη otlaqların keyik bilür”. Bu nü-
munədəki “bilmək” feli “tanımaq” mənasındadır. “Kitab”ın dilin-
də, daha dəqiqi, “müqəddimə”sində “bilür” (bilər) felinin ardıcıl
sıralanmış atalar sözlərinin sonunda on bir dəfə təkrarlanmasına,
epifora silsiləsi yaratmasına rast gəlinir. Deməli, həmin mətndəki
(D-5) poetik mənanın qüvvətləndirilməsində “-ür” morfemi xüsusi
çəkiyə malikdir;
Bu tip nümunələrdən əlavə, “Kitab”ın dilində -ar şəkilçisi-
nin inkar formasına da (-maz
2
) rast gəlinir: gəlməzəm-gəlmərəm.
“Dəxi səniη yüzüηə mən gəlməzəm”.
Gələcək zamanın ikinci dərəcəli
morfoloji göstəriciləri
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində felin
təsriflənən formalarına daxil olan əmr, arzu, vacib, lazım və şərt
şəkillərinin mənaca gələcək zamana aid olmasından, eyni zaman-
da -acaq
2
, -malı
2
, -ası
2
kimi gələcək zaman məzmunlu feli sifət
şəkilçilərinin səciyyəvi cəhətlərindən kifayət qədər bəhs olunub.
Burada onu da vurğulayaq ki, bu formaların hər biri təkcə diaxro-
nik deyil, həm də sinxronik müstəvidə təhlil süzgəcindən keçirilib.
Yeri gəlmişkən, “Kitab”ın dilindəki gələcək zamanın ikinci dərə-
cəli morfoloji göstəriciləri bir sıra məqalə və monoqrafiyalarda
Dostları ilə paylaş: |