“Dədə Qorqud”un möcüzələr dünyası
299
Nə bozlarsan, nə ağlarsan?
Bağrımla yürəgim nə tağlarsan?
Keçmiş mənim günimi də aηdırarsan?...”
Bu parçadakı -ar
2
şəkilçili sözlərin hər biri indiki zaman-
dadır: bögrərsən – böyürürsən (inləyirsən), ağlarsan – ağlayırsan,
tağlarsan – dağlayırsan, aηdırarsan – andırırsan. Bu cür sadələşdir-
mə mətnin ümumi semantik yükü ilə birbaşa bağlanır.
İndiki zamanın ikinci dərəcəli
morfoloji göstəriciləri
“Kitab”ın dilində indiki zaman mənasını ifadə edən ikinci
dərəcəli morfoloji göstəricilərə az təsadüf olunur. Nümunə kimi
aşağıdakıları göstərmək olar:
-a
2
(felin arzu şəklinin qrammatik forması) indiki zaman mə-
nasını ifadə edir: “Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı də-
gə”. Bu cümlədəki “-ə” formasının indiki zamanı bildirməsi əvvəl
işlənmiş cümlədəki “-ur” indiki zaman forması ilə də təsdiqlənir:
“Sağdan gedəni sağ alur, soldan gedəni sol alur” (D-111);
-an
2
feli sifət şəkilçisi. Bu şəkilçinin etimologiyası ilə bağlı
türkologiyada bir neçə fikir var: “a (yönlük hal şəkilçisi) + n (hə-
rəkətin nəticəsini ifadə edən şəkilçi) = an
2
; -qan, -kən şəkilçisin-
dən törəmədir. K.Bəşirov bu fikirlərin heç birini qəbul etməyərək
yazır: “-an, -ən feli sifət şəkilçilərinin mənşəyi barədə biz də bir
neçə söz deyərək mövzunu qapatmaq istərdik. Bizə belə gəlir ki,
bu şəkilçinin mənşəyini vaxt, zaman məzmunlu “an” ismində ara-
maq lazımdır. Haçan, qaçan, haçağ, görcək sözlərində olduğu
kimi, feli sifət şəkilçisi funksiyasında da -an, -ən öz zaman məz-
mununu qoruyub saxlaya bilmişdir. Məhz buna görə də qoşuldu-
ğu feillərdə -an, -ən göstəricisi digər zaman göstəriciləri (-dı
4
, -
mış
4
) kimi vaxtı konkret deyil, ümumi şəkildə ifadə edir və ya
istənilən zamanla bağlı ola bilir...”
1
. Müəllifin fikirləri inandırıcı
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı, 2009,səh.199.
“Dədə Qorqud”un möcüzələr dünyası
300
görünür. Amma mövzunu “qapatmaq” yox, ona yeni müstəvidə
yanaşmaq lazım gəlir. Yuxarıda göstərdik ki, indiki-gələcək za-
manın qrammatik forması olan -ar
2
morfemi “yar” leksemindən
törəmə hesab edilə bilər. Bu mənada -an
2
feli sifət şəkilçisi də
“-ar” şəkilçisinin fonetik dəyişikliyə uğramış variantlarından biri
kimi götürülə bilər. Bir neçə fakta diqqət yetirək:
-ar
2
morfemi tarixən həm də feli sifət şəkilçisi kimi çıxış
edib: görər-görən. “Görər gözüm aydını oğul!” (“Kitab”);
− Orxon-Yenisey abidələrinin dilində “-ür”feli sifət şəkil-
çisinə rast gəlinir ki, bu da “-an
2
” feli sifət şəkilçisi ilə eyni xətdə
birləşir: körür-görən, bilir-bilən. “Körür gözüm görməz təg, bilir
biligim bilməz təg boltı...”; keçmiş zaman məzmunlu “-dıq
4
” feli
sifət şəkilçisinin -dıq
4
keçmiş zaman şəkilçisindən törəməsi tür-
kologiyada birmənalı olaraq qəbul edilir. Yaxud türkologiyada xü-
susi olaraq vurğulanır ki, keçmiş zaman məzmunlu -mış
4
feli sifət
şəkilçisi -mış
4
nəqli keçmiş zaman şəkilçisindən, gələcək zaman
məzmunlu -acaq
2
feli sifət şəkilçisi -acaq
2
qəti gələcək zaman şə-
kilçisindən, gələcək zaman məzmunlu -ası
2
feli sifət şəkilçisi felin
lazım şəklinin morfoloji göstəricisindən (gələcək zaman məzmun-
lu -ası
2
şəkilçisi) törəyib.
Bu mənada daha çox indiki zaman mənasını ifadə edən
-an
2
(əslində, -ar
2
) feli sifət şəkilçisi -ır
4
, -ar
2
indiki zaman şəkil-
çisi əsasında yaranıb – fikri də məntiqli hesab oluna bilər. Bu, öz
təsdiqini yuxarıdakı nümunələrdə də tapır (görər-görən...). Burada
onu da vurğulayaq ki, təqdim etdiyimiz faktlar -an
2
şəkilçisinin
etimologiyası ilə bağlı türkologiyadakı ehtimal və gümanlara da
işıq salır. Burada bir fikri xatırlatmaqla kifayətlənirik: “Çox gü-
man ki, bu şəkilçi (-an
2
feli sifət şəkilçisi nəzərdə tutulur – Ə.T.)
dilimizdə ilk dəfə zaman şəkilçisi kimi formalaşmış, sonra feli
sifət düzəltməyə xidmət etmişdir, çünki iş, hal və hərəkət və
bununla bağlı olan zaman məzmunu yarandıqdan sonra həmin iş,
hal və hərəkətlə bağlı əlamət məzmunu yarana bilər”
1
.
1
H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.263.
“Dədə Qorqud”un möcüzələr dünyası
301
Yeri gəlmişkən, “bu şəkilçinin (-an
2
şəkilçisi – Ə.T.) mənşə-
yini vaxt, zaman məzmunlu “an” ismində axtarmaq lazımdır”, -
deyən K.Bəşirov yuxarıdakı fikirləri də düzgün hesab edir:
“...B.Serebrennikovun yuxarıdakı mülahizəsinə – feli sifət şəkil-
çilərinin isimdüzəltmə funksiyasına H.Mirzəyevin fikirlərinin
məntiqi davamı kimi yanaşmaq lazım gəlir. Yəni -an, -ən göstə-
riciləri əvvəllər müstəqil zaman bildirən morfem olmuş, sonradan
addüzəltmə funksiyası qazanaraq əvvəlcə feli sifət, daha sonra
isim yaratmaya xidmət etmişdir”
1
.
Araşdırmalar göstərir ki, “Kitab”ın dilində indiki zaman
məzmunlu -an
2
şəkilçisi ilə yanaşı, -ar
2
şəkilçisi də işlənib (yaran-
ma tarixi baxımından -ar
2
feli sifət şəkilçisi daha qədimdir). Bu şə-
kilçilərin hər birinə mətn daxilində diqqət yetirək:
-ar
2
şəkilçili feli sifətlər:
qaçar-qaçan. “Qaçar keyiklərinə qarğamağıl...”
kəsər-kəsən. “Çalıb-kəsər uz qılıcı müxənnətlər çalınca, çal-
sa, yeg!”
görər-görən. “Görər gözüm aydını oğul!”
tutar-tutan. “Tutar mənim əllərim tutmaz oldı”.
Ağlar-ağlayan. “Yedi qız qardaşıη yedi yol ayırdında ağlar
gördüm, Bamsı!..”
-ar
2
şəkilçili feli sifətlərin inkar forması (-maz
2
)
da “Kitab”ın
dili üçün səciyyəvidir: tutmaz. “Tutar mənim əllərim tutmaz oldı”;
sökəməz “Ala yılan sökəməz anuη ormanı olur”.
“Kitab”ın dilində eyni felə müxtəlif məqamlarda həm -ar
2
,
həm də -an
2
feli sifət şəkilçilərinin qoşulmasına təsadüf olunur ki,
bu da, bir tərəfdən, həmin morfemlərin paralel olaraq işlənməsini,
digər tərəfdən, -an
2
şəkilçisinin məhz -ar
2
əsasında yarandığını sü-
but edir. Burada “dəpmək” (getmək, durmaq) felinin -ar
2
və -an
2
feli sifət formaları ilə işlənməsinə mətn daxilində nəzər salaq: “Qı-
rış güni ögdin dəpər alpımız, - Salur Qazan!” (D-269); Qırış güni
ögdin dəpən alpımız Salur oğlı Qazan!” (D-231). -ar
2
və -an
2
pa-
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı,2009, səh.182.
Dostları ilə paylaş: |