“Dədə Qorqud”un möcüzələr dünyası
310
–dıqda, -dikdə. “-dıq+da” modelinin inkişafı əsasında ya-
ranmış bu formaya “Kitab”ın dilində az rast gəlinir: bildıqda (bi-
ləndə), söylədikdə. “Oğuzıη ala gözli qızı-gəlini bildıqda, Hər kişi
sözin söylədikdə, sən orada turasan...”;
–madın (madan). Bu forma “Kitab”ın dilində üstün möv-
qedə görünür: varmadın (getməmiş). “Mən qırıma varmadın ol
maηa baş gətirmək gərək”; axşam olmadın. “Əgər sağdır, əsəndir,
axşam olmadın genə mən saηa gəlürəm”;
–caq. “-gəc” feli bağlama şəkilçisindən törəmə hesab olunan
bu forma “Kitab”ın dili üçün də səciyyəvidir: qalıcaq. “...bən ölib
sən qalıcaq tacım-taxtım saηa vermiyələr...”;
–inca, -incə. “Kitab”ın dilində qabarıq şəkildə görünür: to-
yınca. “...toyınca tıqa-basa yeyər...”; görməyincə. “Qız anadan
görməyincə ögit almaz”.
Təqdim etdiyimiz cümlələrin feli xəbərlərində (əsas feildə)
gələcək zamanın əsas və ikinci dərəcəli morfoloji göstəriciləri iş-
lənib. Bu mənada -anda
2,
-dıqda
4
, -madın
2
, -caq
2
, -ınca
4
, feli bağ-
lama formalarının gələcək zaman sferasına daxil edilməsi təsadüfi
deyil.
TEMPORALLIĞIN SİNTAKTİK
VAHİDLƏRLƏ İFADƏSİ
Sintaktik temporallıq dildəki leksik və morfoloji temporallıq
vasitələrini bütöv şəkildə öz daxilində əhatə və əks etdirən bir ka-
teqoriyadır. Yəni zaman anlayışını ifadə edən sözlər (zaman məz-
munlu isim, sifət, zərf və digər nitq hissələri), obyektiv zamanı
ifadə edən əsas qrammatik zaman formaları, ikinci dərəcəli mor-
foloji zaman göstəriciləri və s. vasitələr sintaktik temporallığı real-
laşdıran ən mühüm detallar kimi çıxış edir. Digər tərəfdən, obyek-
tiv zaman bu cür vasitələrin nitqdə assosiativliyi, sintaktik mühitə
uyğun olaraq birinin digərini tamamlaması ilə daha konkret şəkil-
də ifadə olunur. Məsələn, “Kitab”ın dilindəki bir cümləyə diqqət
yetirək: “Bir gün Ulaş oğlı Qazan bəg yerindən turmışdı”. Bu
“Dədə Qorqud”un möcüzələr dünyası
311
cümlədəki “gün” temporal ismi, eləcə də mor-foloji temporallığın
əsas (-mış) və ikinci dərəcəli vasitələri (-dı) ayrılıqda konkret bir
zaman kəsiyini tam şəkildə ifadə etmək gücündə deyil. Əksinə,
söz birləşməsi və cümlə daxilində bu vasitələrin hər birinin müəy-
yən bir zaman kəsiyini ifadəetmə potensialı qabarıq şəkildə üzə çı-
xır. Bu tezislərə yuxarıdakı cümlə kontekstində aydınlıq gətirməyə
çalışaq: zaman məzmunlu “gün” ismindən əvvəl “bir” sayının
işlənməsilə keçmiş zaman mənasını ifadə edən I növ təyini söz
birləşməsi yaranıb: “bir gün”; -mış nəqli keçmiş zaman şəkilçisi
və -dı (idi) morfeminin “turmaq” (durmaq) felinə qoşulması ilə
uzaq keçmiş mənası ifadə olunub. Bu isə həm də o deməkdir ki, I
növ təyini söz birləşməsi ilə ifadə olunmuş zaman zərfliyi (bir
gün) və uzaq keçmiş mənasını ifadə edən feli xəbər (turmışdı) ey-
ni sintaktik zaman xəttində birləşir. Daha doğrusu, birincisi (za-
man zərfliyi) ikincisinin (feli xəbərin) qrammatik semantikasını
konkretkləşdirməyə, qüvvətləndirməyə xidmət edir. Zaman anla-
yışını ifadə edən vasitələrin cümlə daxilində növbələşərək işlən-
məsi, onların zəncirvari bağlılığı, eyni zamanda bu cür bağlılığın
sonrakı cümlələri əhatə etməsi ümumən sintaktik bütövdəki zaman
mənasının çoxaspektliliyini şərtləndirir. Bu cəhət “Kitab”dakı par-
çalarda qabarıqlığı ilə seçilir. Məsələn, “Kitab”da ardıcıl verilmiş
cümlələrdə keçmiş zaman mənasını reallaşdıran vasitələrin səciy-
yəvi cəhətlərinə aydınlıq gətirməyə çalışaq: “Məgər kafər bəginiη
bir bikr qızı vardı. Hər gün Beyrəgi görməgə gəlürdi. Ol gün genə
görməgə gəldi. Baqdı gördi Beyrək səxt olmuş...” (D-97).
Təhkiyəçi dilindən verilmiş bu parçada keçmiş zaman mənası bir
neçə vasitə ilə reallaşdırılıb ki, bu da əsasən aşağıdakıları əhatə
edir: keçmiş zaman mənasını ifadə edən “idi” hissəciyinin qısal-
dılmış forması: -dı, -di (vardı, gəlürdi); keçmiş zamanın əsas mor-
foloji göstəriciləri: -dı, -di (gəldi, baqdı, gördi); -mış (səxt olmış);
keçmiş zaman mənasını ifadə edən I növ təyini söz birləşməsi: “ol
gün”; zaman kontekstində davamlılıq, təkrarlılıq ifadə edən “hər
gün” birləşməsi və onun ekvivalenti kimi çıxış edən “genə” (yenə)
zərfi. Deməli, keçmiş zaman mənası leksik, morfoloji və sintaktik
“Dədə Qorqud”un möcüzələr dünyası
312
temporallıq vasitələrinin sintezi ilə yaradılıb. Yaxud “Kitab”da
işlənmiş “mənim keçmiş günim” (Ola kim, mənim keçmiş günimi
aηdırtmıyasan” – D-246) III növ təyini söz birləşməsinə nəzər sa-
laq: bu birləşmədə üç sözdən ikisi temporal leksik vahiddir (“keç-
miş” feli sifəti və “gün” ismi); bu vahidlər məhz birləşmə daxilin-
də müəyyən bir zaman kəsiyini konkret şəkildə ifadə edir; ümumi
zaman məzmunlu “mənim günim” birləşməsinin tərəfləri arasına
“keçmiş” feli sifətinin əlavə edilməsilə keçmiş zaman mənası real-
laşdırılıb. Bu da zaman mənasının konkretləşdirilməsi kimi səciy-
yələndirilə bilər. Bütün bunlar zaman anlayışının ifadə olunmasın-
da sintaktik zaman vasitələrinin həlledici rola malik olduğunu
açıq-aydın şəkildə göstərir. Qeyd etdiyimiz kimi, bu vasitələrin
əhatə dairəsi çox genişdir: “Mülahizə, fikir bir neçə zaman göstə-
ricisindən eyni vaxtda istifadə edilməklə qurulur, bu vaxt həmin
zaman göstəricilərinin bir-birini əvəz etməsi, birinin digərinə nis-
bətən daha ümumi, digərinin daha kommunikativ məqsədlərə xid-
mət etməsi müşahidə olunur. Bütün bu mürəkkəblik və çoxaspekt-
lilik ümumi zaman anlayışının çoxaspektliliyi və mürəkkəbliyi ilə
bağlıdır. Zaman münasibətlərini ifadə etmək üçün istifadə olunan
formalar funksional cəhətdən bir-birini tamamlayır. Başqa dil va-
sitələri kimi, onlar da mərkəzdə və ucqarda olmaları ilə bir-
birindən seçilir”
1
. Müəllifin ümumi dilçiliyə istinadən söylədiyi bu
fikirlər bütün parametrlərinə görə elmi və inandırıcıdır.
Sintaktik temporallıq türkologiyada, o cümlədən Azərbaycan
dilçiliyində az öyrəniləm məsələlərdəndir. Yeri gəlmişkən, İ.Tahi-
rov “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası” (2007)
monoqrafiyasında sintaktik zaman anlayışı ilə bağlı A.A.Şaxma-
tov, V.V.Vinoqradov, N.Y.Şvedova kimi rus dilçilərinin tədqiqat-
larına münasibət bildirməklə yanaşı, A.Məmmədova, M.Musayev,
K.Cumabayev kimi türkoloqların da əsərlərini saf-çürük edir:
“...sintaktik temporallığın ifadə vasitələri müəyyən qədər tədqiq
1
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.218.
Dostları ilə paylaş: |