“Dədə Qorqud”un möcüzələr dünyası
316
lərimizi təsdiqləyir: “Oğul, dan-dansux bu gün Oğuzda nə gör-
düη?” (D-80).
– əsas tərəfi zaman məzmunlu “gün”, “zəman (zaman)” və
“gecə” sözlərindən, asılı tərəfi “bir” sayından ibarət olanlar:
bir gün. “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən
turmışdı” (D-10);
bir zəman (zaman). “Dönə-dönə bir zəman yaxşı savaş elədi
(D-148);
bir gecə. “
Bir gecə döşəgində qatı-qatı iηlədi” (D-242).
“Kitab”ın dilində ikinci tərəfi -kən şəkilçili feli bağlama ilə
ifadə olunan feli birləşmələrdə “bir gecə” birləşməsinin birinci
tərəf kimi işlənməsi də müşahidə olunur: “Bir gecə yeyüb
oturarkən şahinçibaşına aydır...” (D-272);
– əsas tərəfi zaman məzmunlu “dəm” ismi, asılı tərəfi “hə-
man” əvəzliyi ilə ifadə olunanlar:
həman dəm (həmin an). “...həman dəm günbəd yarıldı, yedi
yerdən qapu açıldı” (D-229);
–əsas tərəfi zaman məzmunlu “gün” ismi, asılı tərəfi düzəlt-
mə sifətlə ifadə olunanlar:
ötəki gün (o biri gün). “Dün yoq, ötəki gün eviη bundan
keçdi” (D-47);
–əsas tərəfi zaman məzmunlu “vəqt” (vaxt) və “dəm” isimlə-
ri, asılı tərəfi keçmiş zaman məzmunlu feli sifət və feli sifət tər-
kibləri ilə ifadə olunanlar:
tutsaq oldığı vəqt (dustaq olan vaxt). “Məgər xanım, Qa-
zılıq qoca tutsaq oldığı vəqt bir oğlancığı vardı, bir yaşında idi”
(D-204);
evin yağmalatdığıη dəm (evini talan etdirdiyin vaxt). “Evin
yağmalatdığıη dəm Taş Oğuz belə bulınmadı...” (D-292);
qarvaşduğı dəm (çarpışarkən). “Qara polad uz qılıcım yoq
kim, qarvaşduğı dəm eki biçəydim” (D-184);
– əsas tərəfi “yazın” (yazda), “güzin” (payızda) zərfləri, asılı
tərəfi “bir” sayı ilə ifadə olunanlar:
“Dədə Qorqud”un möcüzələr dünyası
317
bir yazın (bir yazda), bir güzin (bir payızda). “Bir yazın, bir
güzin buğayla buğrayı savaşdırarlardı” (D-15);
b) indiki zamanı ifadə edənlər
– əsas tərəfi gün, məhəl və s. kimi isimlərdən, asılı tərəfi
“bu” işarə əvəzliyindən ibarət olanlar:
bu gün. “Oğul, dan-dansux bu gün Oğuzda nə gördüη?” (D-
80); “Bədəvi atım saqlardım bu gün içün” (D-129);
bu məhəl (bu zaman). “Bu məhəldə bəglər Beyrəgi gətür-
dilər” (D-118);
c) gələcək zamanı ifadə edənlər
– əsas tərəfi zaman məzmunlu “gün” ismi, asılı tərəfi “bir”
sayından ibarət olanlar:
bir gün. “Bir gün ola, düşəm öləm,
yerimdə-yurdumda kim-
sə qalmıya” (D-68). Burada “bir gün” birləşməsinin gələcək za-
man mənası ifadə etməsi birbaşa cümlənin xəbərindəki qramma-
tik zaman forması ilə bağlıdır. Yəni cümlənin xəbəri hansı morfo-
loji zaman formasındadırsa, “bir gün” birləşməsinin semantik yü-
kü də məhz onu konkretləşdirməyə xidmət edir. Yuxarıdakı cüm-
lədə mürəkkəb zaman zərfliyi vəzifəsində işlənmiş “bir gün” bir-
ləşməsi də “qalmıya” (qalmayacaq) xəbərində ifadə olunmuş gələ-
cək zaman mənasını konkretləşdirir;
– əsas tərəfi zaman məzmunlu “gün” ismi, asılı tərəfi gələcək
zaman məzmunlu düzəltmə sifətlə ifadə olunanlar:
yarınkı gün (sabahkı gün). “Yarınkı gün zəman dönib, bən
ölıb sən qalıcaq tacım-taxtım saηa vermiyələr...” (D-125).
“Dədə Qorqud”un möcüzələr dünyası
318
ç) miqdar, hüdud, davamlılıq və s. kimi zaman mənaları
ifadə edənlər
– əsas tərəfi zaman məzmunlu saət (saat), gün, gecə, ay, yil
(il) ismləri, asılı tərəfi bir, iki, yedi (yeddi), qırq (qırx) sayları ilə
ifadə olunanlar:
bir saət (saat). “Bir saətdə kafərə üç kərrə at dəpdi” (D-148);
üç gün. “Üç gün dünli-günli yortdı” (D-263);
bir ay. “Bir ay baqsun...” (D-144).
Bu birləşmə işlənmiş
mətndə “iki ay”, “üç ay” birləşmələri də müşahidə olunur: “Bir
ayda varmazsam, iki ay baqsun!”; “İki ayda varmazsam, üç ay
baqsun!”;
bir yil (il). “Qız, sən maηa bir yil baqğıl!” (D-261). “Bir yil”
birləşməsi işlənmiş parçada “iki yil”, “üç yil” birləşmələrinə də
rast gəlinir: “Bir yildə gəlməzsəm, iki yil baqğıl!”; “İki yildə gəl-
məzsəm, üç yil baqğıl”...
Nümunələrdəki I növ təyini söz birləşmələri (“üç gün, bir
ay...) zaman miqdarı bildirən miqdar zərflikləridir. “Kitab”ın di-
lində bu tip birləşmələrin mürəkkəb formalarına da təsadüf olunur:
“say + say + isim” modelində olan birləşmələr: on altı yil.
“Qazılıq qoca təmam on altı yil hasarda tutsaq oldı” (D-203); yüz
qırq yil (yüz qırx il). “Dəli Domrul yüz qırq yil dəxi yoldaşıyla
yaş yaşadı” (D-169)...;
“say + isim + say + isim” modelində olan birləşmələr: qırq
gün qırq gecə. “Qırq gün qırq gecə toy-dügün eylədilər” (D-121);
yedi gün, yedi gecə. “Yedi gün, yedi gecə yemə-içmə oldı”
(D-65). Q.Kazımov bu tip birləşmələrin cümlədə zaman zərfliyi
vəzifəsində çıxış etdiyini göstərir. Müəllifə görə, “İki yüz il yaşadı
ləzzət içində loğman” (B.Vahabzadə) cümləsindəki “iki yüz il”
birləşməsi zaman zərfliyi vəzifəsindədir
1
. Fikrimizcə, bu tip bir-
ləşmələr zaman deyil, zaman miqdarı ifadə edən miqdar zərfliklə-
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.140.