“Dədə Qorqud”un möcüzələr dünyası
313
edilmişdir. Lakin həmin tədqiqatlarda çatışmayan cəhətlər, fikri-
mizcə, onların sahə tədqiqatlarına uyğun aparılmamasıdır. Əslin-
də, onlardan bunu gözləmək də düzgün olmazdı, çünki qeyd olun-
muş tədqiqatlar ayrı-ayrı kateqoriyaların araşdırılmasına həsr
olunmuşdur. Sahə tədqiqataları isə dilin müxtəlif səviyyəli va-
hidlərinin müəyyən invariant mənanı ifadə etməsi yönümündən
aparılan araşdırmalar olub sistemli xarakter daşıyır” (səh.218).
Müəllif haqlıdır. Amma onu da qeyd etmək lazımdır ki, sintaktik
temporallıq məsələləri qədim türk abidələrinin dili kontekstində
təhlilə cəlb olunmayıb. Bu mənada sintaktik temporallığın ifadə
vasitələrinin “Kitab”ın dili üzrə araşdırılması təkcə qorqudşünas-
lıq yox, ümumən türkologiya baxımından əhəmiyyətli ola bilər.
Konkret desək, bir sıra qaranlıq məsələlərə işıq salınar, qədim türk
dilindəki sintaktik temporallığın ifadə imkanlarının rəngarəngliyi
və zənginliyi aşkarlanmış olar. Bu baxımdan “Kitab”ın dilindəki
sintaktik temporallığın ifadə vasitələrinin hər birinin ayrılıqda
araşdırılmasını məqsədəuyğun hesab edirik.
ZAMAN ANLAYIŞI İSMİ BİRLƏŞMƏLƏR
MÜSTƏVİSİNDƏ
“Kitab”ın dilində hər üç zamanın (keçmiş, indiki və gələcək)
I növ təyini söz birləşmələri ilə ifadəsinə rast gəlinir: ol gün, ol
zəman, bir gecə... (keçmiş zaman); bu gün, bu məhəl... (indiki
zaman); yarınkı gün (gələcək zaman);
“Kitab”ın dilində II növ təyini söz birləşmələri ilə keçmiş
(oğuz zəmanı...) və gələcək (ekindü vəqti...), eləcə də ümumi (ay-
na güni...) zaman mənalarının ifadəsinə təsadüf olunur; “Kitab”-
dakı frazeoloji vahidlərin bir qismi III növ təyini söz birləşməsi
modelindədir, eyni zamanda bu tip birləşmələrlə keçmiş zaman
mənasının ifadəsi müşahidə olunur; “Kitab”ın dilində miqdar, hü-
dud, davamlılıq və s. kimi zaman mənalarının daha çox I növ tə-
yini söz birləşməsi modelində təzahürü özünü göstərir... Məhz bu
“Dədə Qorqud”un möcüzələr dünyası
314
cür detallara görə təyini söz birləşmələrinin hər birinin səciyyəvi
cəhətlərini ayrılıqda nəzərdən keçirmək lazım gəlir.
Zaman anlayışının I növ təyini
söz birləşmələri ilə ifadəsi
“Kitab”ın dilində analitik yolla əmələ gələn (yanaşma əlaqəsi
əsasında yaranan, birinci tərəfi asılı, ikinci tərəfi əsas sözdən iba-
rət olan) I növ təyini söz birləşmələri zənginliyi ilə diqqəti cəlb
edir. Heç şübhəsiz ki, bu sistemdə zaman anlayışını ifadə edən bir-
ləşmələr, onların yaratdığı çeşidli variantlar da xüsusi çəkiyə ma-
likdir. Bu tip birləşmələrin səciyyəvi cəhətlərini belə ümumiləş-
dirmək olar:
a)
keçmiş zaman mənası ifadə edənlər:
– əsas tərəfi zaman məzmunlu gün, zəman (zaman), vəqt
(vaxt), məhəl, dəm, gecə isimlərindən, asılı tərəfi isə “ol” (o) işarə
əvəzliyindən ibarət olanlar:
ol gün (o gün). “Ol gün baqa-baqa Qazan oğlı Uruzıη eşqi
gəldi” (D-132). “Kitab”ın dilində keçmiş zaman mənasını ifadə
edən “ol gün” birləşməsi təkcə intensivliyinə deyil, həm də melo-
diyalılıq yaratmasına, poetik mənanı gücləndirməsinə görə digər
birləşmələrdən xüsusilə fərqlənir. Burada çoxsaylı parçalardan
yalnız birini təqdim etməklə kifayətlənirik:
“Ol gün cigərində olan ər yigitlər bəlürdi.
Ol gün müxənnətlər sapa yer gözətdi.
Ol gün bir qiyamət savaş oldı...
Qiyamətin bir güni ol gün oldı...” (D-63)
Bu parçadakı “ol gün” birləşməsi ilə bağlı qısaca olaraq bun-
ları söyləmək olar: sintaktik bütövdə “ol gün” birləşməsinin tək-
rarlanması ilə anafora yaradılıb ki, bu da bir tərəfdən, ahəngdarlıq
yaradırsa, digər tərəfdən, poetik mənanı qüvvətləndirir; semantik
dinamika sonuncu cümlədəki “ol gün” birləşməsi ilə tamamlanır;
“Dədə Qorqud”un möcüzələr dünyası
315
sonuncu cümlədə temporallığa xidmət etməyən dil vahidi yoxdur.
Belə ki, III növ təyini söz birləşməsi modelində olan “qiyamətin
bir güni” temporal frazeoloji vahid kimi keçmiş zamanı ifadə edir-
sə, “ol gün” birləşməsi də həmin vəzifəni yerinə yetirən sintaktik
temporallıq vasitəsidir. “Oldı” sözündəki -dı isə, bəlli oldığı kimi,
şühudi keçmiş zamanı ifadə edən morfoloji temporallıq vasitəsi-
dir. Bu isə hər üç temporallıq vasitəsinin keçmiş zaman mənasını
ifadə etmə xətdində birləşdiyini, həm də bir cümlə daxilində təza-
hürünü açıq-aydın şəkildə göstərir. Bütün bunlar belə bir fikri də
reallaşdırır: doyüş səhnəsi təsvir olunan həmin parçada “ağır, şid-
dətli döyüş” mənası “ol gün” birləşməsinin təkrarlanması, xüsusən
də temporal cümlə (Qiyamətin bir güni ol gün oldı) kontekstində
canlandırılıb;
ol zəman (zaman). “Ol zəmanda bir oğlan baş kəsməsə, qan
dökməsə, ad qomazlardı” (D-70); “Ol zəmanda oğul ata sözin iki
eləməzdi” (D-131);
ol vəqt (o vaxt). “Üç ayda varmazsam, öldügimi ol vəqt
bilsün!” (D-144);
ol məhəl ( o məhəl, o zaman). “Ol məhəldə gəldi” (D-220);
ol dəm (o dəm, o zaman). “Məgər ol dəm Bayındır xan
bəglər ilə seyrana yetmişlərdi” (D-216);
ol gecə (o gecə). “Məgər xanım ol gecə Qalın Oğuzıη dövlə-
ti, Bayındır xanıη göygüsi, Ulaş oğlı Salur Qazan qara qayğılı va-
qeə gördi...” (D-42); “Məgər ol gecə Yegnək düş gördi” (D-206).
Yuxarıda təqdim etdiyimiz ol gün, ol zəman, ol vəqt, ol mə-
həl, ol dəm və ol gecə birləşmələri bir məfhum ifadə etdiyi, bir
sintaktik suala cavab verdiyi üçün cümlənin mürəkəb zaman zərf-
liyi vəzifəsində çıxış edir. Bu birləşmələrin keçmiş zaman məna-
sını ifadə etməsi isə birinci tərəfdə işlənmiş uzaqda olanı işarə
edən “ol” əvəzliyi ilə bağlıdır. Çünki həmin tip birləşmələrin bi-
rinci tərəfində yaxında olanı işarə edən “bu” işarə əvəzliyi işlən-
dikdə keçmiş deyil, məhz indiki zaman mənası ifadə oluinur. “Bu
gün” birləşməsinin “indi” mənasında çıxış edə bilməsi də dedik-
Dostları ilə paylaş: |