Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə102/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   98   99   100   101   102   103   104   105   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

310

 

–dıqda, -dikdə. “-dıq+da” modelinin inkişafı  əsasında  ya-

ranmış bu formaya “Kitab”ın dilində az rast gəlinir: bildıqda (bi-

ləndə), söylədikdə. “Oğuzıη ala gözli qızı-gəlini bildıqda, Hər kişi 

sözin söylədikdə, sən orada turasan...”; 

–madın (madan). Bu forma “Kitab”ın dilində üstün möv-

qedə görünür: varmadın (getməmiş). “Mən qırıma varmadın ol 

maηa baş gətirmək gərək”; axşam olmadın. “Əgər sağdır, əsəndir, 

axşam olmadın genə mən saηa gəlürəm”; 



–caq. “-gəc” feli bağlama şəkilçisindən törəmə hesab olunan 

bu forma “Kitab”ın dili üçün də səciyyəvidir: qalıcaq. “...bən ölib 

sən qalıcaq tacım-taxtım saηa vermiyələr...”; 

–inca, -incə. “Kitab”ın dilində qabarıq  şəkildə görünür: to-

yınca. “...toyınca tıqa-basa yeyər...”; görməyincə. “Qız anadan 

görməyincə ögit almaz”. 

Təqdim etdiyimiz cümlələrin feli xəbərlərində  (əsas feildə) 

gələcək zamanın əsas və ikinci dərəcəli morfoloji göstəriciləri  iş-

lənib. Bu  mənada  -anda

2,   

-dıqda


4

, -madın


2

, -caq


2

, -ınca


4

, feli bağ-

lama formalarının gələcək zaman sferasına daxil edilməsi təsadüfi 

deyil. 


 

TEMPORALLIĞIN SİNTAKTİK  

VAHİDLƏRLƏ İFADƏSİ 

 

Sintaktik temporallıq dildəki leksik və morfoloji temporallıq 



vasitələrini bütöv şəkildə öz daxilində əhatə və əks etdirən bir ka-

teqoriyadır. Yəni zaman anlayışını ifadə edən sözlər (zaman məz-

munlu isim, sifət, zərf və digər nitq hissələri), obyektiv zamanı 

ifadə edən  əsas qrammatik zaman formaları, ikinci dərəcəli mor-

foloji zaman göstəriciləri və s. vasitələr sintaktik temporallığı real-

laşdıran ən mühüm detallar kimi çıxış edir. Digər tərəfdən, obyek-

tiv zaman bu cür vasitələrin nitqdə assosiativliyi, sintaktik mühitə 

uyğun olaraq birinin digərini tamamlaması ilə daha konkret şəkil-

də ifadə olunur. Məsələn, “Kitab”ın dilindəki bir cümləyə diqqət 

yetirək: “Bir gün Ulaş  oğlı Qazan bəg yerindən turmışdı”. Bu 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

311

 

cümlədəki “gün” temporal  ismi, eləcə də mor-foloji temporallığın 



əsas (-mış) və  ikinci dərəcəli vasitələri (-dı) ayrılıqda konkret bir 

zaman kəsiyini tam şəkildə ifadə etmək gücündə deyil. Əksinə, 

söz birləşməsi və cümlə daxilində bu vasitələrin hər birinin müəy-

yən bir zaman kəsiyini ifadəetmə potensialı qabarıq şəkildə üzə çı-

xır. Bu tezislərə yuxarıdakı cümlə kontekstində aydınlıq gətirməyə 

çalışaq: zaman məzmunlu “gün” ismindən  əvvəl “bir” sayının 

işlənməsilə keçmiş zaman mənasını ifadə edən I növ təyini söz 

birləşməsi yaranıb: “bir gün”; -mış  nəqli keçmiş zaman şəkilçisi 

və -dı (idi) morfeminin “turmaq” (durmaq) felinə qoşulması ilə 

uzaq keçmiş mənası ifadə olunub. Bu isə həm də o deməkdir ki, I 

növ təyini söz birləşməsi ilə ifadə olunmuş zaman zərfliyi (bir 

gün) və uzaq keçmiş mənasını ifadə edən feli xəbər (turmışdı) ey-

ni sintaktik zaman xəttində birləşir. Daha doğrusu, birincisi (za-

man zərfliyi) ikincisinin (feli xəbərin) qrammatik semantikasını 

konkretkləşdirməyə, qüvvətləndirməyə xidmət edir. Zaman anla-

yışını ifadə edən vasitələrin cümlə daxilində növbələşərək işlən-

məsi, onların zəncirvari bağlılığı, eyni zamanda bu cür bağlılığın 

sonrakı cümlələri əhatə etməsi ümumən sintaktik bütövdəki zaman 

mənasının çoxaspektliliyini şərtləndirir. Bu cəhət “Kitab”dakı par-

çalarda qabarıqlığı ilə seçilir. Məsələn, “Kitab”da ardıcıl verilmiş 

cümlələrdə keçmiş zaman mənasını reallaşdıran vasitələrin səciy-

yəvi cəhətlərinə aydınlıq gətirməyə çalışaq: “Məgər kafər bəginiη 

bir bikr qızı vardı. Hər gün Beyrəgi görməgə gəlürdi. Ol gün genə 

görməgə  gəldi. Baqdı  gördi Beyrək səxt olmuş...” (D-97). 

Təhkiyəçi dilindən verilmiş bu parçada keçmiş zaman mənası bir 

neçə vasitə ilə reallaşdırılıb ki, bu da əsasən aşağıdakıları  əhatə 

edir: keçmiş zaman mənasını ifadə edən “idi” hissəciyinin qısal-

dılmış forması: -dı, -di (vardı, gəlürdi); keçmiş zamanın əsas mor-

foloji göstəriciləri:  -dı, -di (gəldi, baqdı, gördi); -mış (səxt olmış); 

keçmiş zaman mənasını ifadə edən I növ təyini söz birləşməsi: “ol 

gün”; zaman kontekstində  davamlılıq, təkrarlılıq ifadə edən “hər 

gün” birləşməsi və onun ekvivalenti kimi çıxış edən “genə” (yenə) 

zərfi. Deməli, keçmiş zaman mənası leksik, morfoloji və sintaktik 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

312

 

temporallıq vasitələrinin sintezi ilə yaradılıb. Yaxud “Kitab”da 



işlənmiş “mənim keçmiş günim” (Ola kim, mənim keçmiş günimi 

aηdırtmıyasan” – D-246) III növ təyini söz birləşməsinə nəzər sa-

laq: bu birləşmədə üç sözdən ikisi temporal leksik vahiddir (“keç-

miş” feli sifəti və “gün” ismi); bu vahidlər məhz birləşmə daxilin-

də müəyyən bir zaman kəsiyini konkret şəkildə ifadə edir; ümumi 

zaman məzmunlu “mənim günim” birləşməsinin tərəfləri arasına 

“keçmiş” feli sifətinin əlavə edilməsilə keçmiş zaman mənası real-

laşdırılıb. Bu da zaman mənasının konkretləşdirilməsi kimi səciy-

yələndirilə bilər. Bütün bunlar zaman anlayışının ifadə olunmasın-

da sintaktik zaman vasitələrinin  həlledici rola malik  olduğunu 

açıq-aydın  şəkildə göstərir. Qeyd etdiyimiz kimi, bu vasitələrin 

əhatə dairəsi çox genişdir: “Mülahizə, fikir bir neçə zaman göstə-

ricisindən eyni vaxtda istifadə edilməklə qurulur, bu vaxt həmin 

zaman  göstəricilərinin bir-birini əvəz etməsi, birinin digərinə nis-

bətən daha ümumi, digərinin daha kommunikativ məqsədlərə xid-

mət etməsi müşahidə olunur. Bütün bu mürəkkəblik və çoxaspekt-

lilik ümumi zaman anlayışının  çoxaspektliliyi və mürəkkəbliyi ilə 

bağlıdır. Zaman  münasibətlərini ifadə etmək üçün istifadə olunan 

formalar funksional cəhətdən bir-birini tamamlayır. Başqa dil va-

sitələri kimi, onlar da mərkəzdə  və ucqarda olmaları ilə bir-

birindən seçilir”

1

. Müəllifin ümumi dilçiliyə istinadən söylədiyi bu 



fikirlər bütün parametrlərinə görə elmi və inandırıcıdır. 

Sintaktik temporallıq türkologiyada, o cümlədən Azərbaycan 

dilçiliyində az öyrəniləm məsələlərdəndir. Yeri gəlmişkən, İ.Tahi-

rov “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası” (2007) 

monoqrafiyasında sintaktik zaman anlayışı ilə bağlı A.A.Şaxma-

tov, V.V.Vinoqradov, N.Y.Şvedova kimi rus dilçilərinin tədqiqat-

larına münasibət bildirməklə yanaşı, A.Məmmədova, M.Musayev, 

K.Cumabayev kimi türkoloqların da əsərlərini  saf-çürük edir: 

“...sintaktik temporallığın ifadə vasitələri müəyyən qədər tədqiq 

                                                            

1

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.218. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə