Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə110/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   106   107   108   109   110   111   112   113   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

334

 

görünür. Bu da səbəbsiz deyil. Belə ki, həmin birləşmənin birinci 



tərəfində keçmiş zaman mənasını bildirən “ol gün” I növ təyini 

söz birləşməsi işlənib;  

− ikinci tərəfi -kən şəkilçili feli bağlamadan ibarət olan bir-

ləşmələrin ifadə etdiyi zaman mənası birbaşa  əsas feildəki hərə-

kətlə bağlı olur. Daha doğrusu, hər ikisinin ifadə etdiyi hərəkət ey-

ni zaman kəsiyində baş verir: “Gecə yaturkən Qaracıq çoban qara 

qayğulu vaqeə gördi” (D-39); Oğlan keyiki qovarkən babasınıη 

ögindən gəlüb-gedərdi” (D-22); “Keyikə atarkən oqla səni urar, 

öldürər” (D-22); “Av avlayıb quş quşluyıb  gəzərkən buηaldı” 

(D-244). Bu tip birləşmələr müasir dilimizdə də intensivdir;  

− ikinci tərəfi -gəc, -cək, -caq, -icək şəkilçili feli bağlama ilə 

ifadə  olunan birləşmə  xəbərdəki (əsas feildəki) iş  və  hərəkətin 

başvermə vaxtını ifadə edir: “Köpəkləri göricək qas-qas güldi” 

(D-87);  “Böylə digəc  oğlanın qulağına səs toqundı (D-28); 

“Çoban bu yığnağı görcək ibrət aldı” (D-216).  Göründüyü kimi, 

feli birləşmə ilə  əsas feildəki iş  və  hərəkət eyni zamanda, eyni 

vaxtda baş verib ki, bu da həmin cümlələrdəki zaman mənasını 

qüvvətləndirməyə xidmət edir. Yeri gəlmişkən, onu da vurğulayaq 

ki, “Kitab”ın poetik strukturunda “böylə digəc” feli birləşməsi 

üstün mövqedə çıxış edir: “Böylə digəc Dirsə xan, xatunına cavab 

vermədi” (D-25); “Böylə digəc  qırq incə  qız yayıldılar” (D-28); 

“Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar” (D-68)... 

Fikrimizcə, “böylə digəc” (belə dedikdə) birləşməsinin bu cür 

intensivliyi uyğun sintaktik mühitlə, eyni zamanda “Dastan” 

poetikası ilə bağlıdır. 

 

ZAMAN ANLAYIŞININ XƏBƏRDƏ İFADƏSİ 

 

Cümlənin baş üzvlərindən biri, daha doğrusu, ikincisi olan 

xəbər ifadə vasitələrinə görə iki yerə bölünür: ismi xəbər, feli xə-

bər. Feli xəbərdə zaman anlayışının ifadəsi açıq-aydın şəkildə gö-

rünür. İsmi xəbərdə isə zaman mənası məntiqi kateqoriyalara əsas-

lanılmaqla müəyyən olunur. Məlumdur ki, türk dillərində, o cüm-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

335

 

lədən Azərbaycan dilində xəbərlik şəkilçisi qəbul etmiş hər hansı 



bir söz cümlədə ismi xəbər vəzifəsində çıxış edir. Bu zaman ismi 

xəbərdə müəyyən bir zaman mənası ifadə olunur. Daha dəqiq de-

sək, zaman mənası  həmin tip cümlələrin ümumi semantik yükü 

kontekstində bəlli olur. Yaxud ismi xəbərlərdəki “idi”, “imiş” his-

səcikləri ilə keçmiş zamanın ifadəsi reallaşır. Bu da təsadüfi deyil. 

Belə ki, “xəbərin əsas işi fikir predmetinin modal-zaman xarakte-

ristikasını verməkdir. Nitq predmetinin hərəkəti felin təsrif forma-

ları ilə,  əlamətləri isim, sifət, say, zərf, isim və feli birləşmələrlə 

ifadə olunur”

1

. Amma bu da var ki, feli xəbərlərdəki zaman birba-



şa zaman şəkilçiləri və ikinci dərəcəli morfoloji göstəricilərlə, ismi 

xəbərlərdəki zaman isə daha çox predikativlik və modallıqla real-

laşır. Zaman anlayışının  ismi xəbərdə ifadə olunmasını mətn kon-

tekstində nəzərdən keçirək: “Mən magistrantam” cümləsində ifadə 

olunmuş hökm indiki zamana aiddir. Amma bu tip cümlələrdə ifa-

də olunmuş zaman anlayışı digər temporallıq vasitələri ilə kon-

kretləşdirilir. Belə ki, həmin cümləyə indiki zaman məzmunlu I 

növ təyini söz birləşməsini  əlavə etdikdə indiki zaman dəqiq  şə-

kildə ifadə olunur: “Mən bu gün magistrantam”. Yaxud bu cümlə-

yə gələcək zaman məzmunlu “sabah” sözünü əlavə etdikdə birba-

şa gələcək zaman mənası reallaşır: “Mən sabah magistrantam” 

(Mən sabahın magistrantıyam). Əksinə, həmin tip cümlələrə keç-

miş zaman məzmunlu “dünən” zaman zərfini əlavə etdikdə nəinki 

keçmiş zaman mənası reallaşır, hətta məntiqə zidd bir cümlə mo-

deli yaranar: “Mən dünən magistrantam”. Bu, bir daha təsdiq edir 

ki, xəbərlik şəkilçiləri ilə keçmiş zamanın ifadəsi qeyri-mümkün-

dür. Aydındır ki, bu tip cümlələrdə keçmiş zamanın ifadəsi yalnız 

“idi”, “imiş” köməkçi feilləri ilə mümkün olur: “Mən dünən ma-

gistrant idim”; “O, dünən magistrant imiş” (burada “dünən” za-

man zərfini şərti olaraq işlədirik). Fikrimizcə, “Kitab”ın dilindəki 

ismi xəbərlərə  də  məhz bu prizmadan yanaşılmalıdır. Bir neçə 

nümunəyə diqqət yetirək: “Əmma mən Banıçiçəgin dadısıyam” 

                                                            

1

 Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.109. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

336

 

(D-78); “Hünər atındır” (D-238); “...biz də düşməniz” (D-295). 



Heç şübhəsiz ki, bu cümlələrdəki indiki zaman mənası daha çox -

am (dadısıyam), -dır (atındır) -iz (düşməniz) xəbərlik  şəkilçiləri 

vasitəsilə reallaşıb; “Yucalardan yucasan, kimsə bilməz necəsən” 

(D-161) cümləsində -san xəbərlik  şəkilçisi ümumi zaman məna-

sını yaradan vasitə kimi çıxış edir; “Oğuzıη, ol kişi təmam bilici-

siydi” (D-2) cümləsinin xəbərindəki -di (idi) morfemi ilə keçmiş 

zaman anlayışı reallaşdırılıb. “Kitab”ın dilində üstün mövqedə gö-

rünən feli xəbərlərdə  (əsas feildə) ifadə olunmuş zaman isə, heç 

şübhəsiz ki, əsas və ikinci dərəcələr morfoloji zaman göstəricilə-

rinə görə müəyyənləşir. Bu da, əsasən, aşağıdakıları  əhatə edir 

(üslubla bağlı olaraq müxtəlif zamanları ifadə edən zaman forma-

larından əvvəlki səhifələrdə bəhs etmişik): 



feli xəbərlərdə keçmiş zamanın əsas morfoloji göstəricilə-

ri:   

-dı, -di. “Qazana biz asi oldıq, and içdik” (D-296); 

-mış, -miş. “Bamsı Beyrəgə diləməgə  gəlmişəm” (D-83); 

“Mən bu yerdən gedəli dəlü olmışsan...!” (D-114); 

-ub, -üb. “Yürəgiηə qaynar yağlar qoyulubdır?” (D-102); 

“Məgər səniη ağaη yoq olubdur?” (-103). 



feli xəbərlərdə keçmiş zamanın ikinci dərəcəli morfoloji 

göstəriciləri: 

 “-mış+-dı”. “Bir gün Qam Ğam oğlı xan Bayındır yerindən 



turmışdı” (D-10) 

“-ar+-dı”. “Ğaibdən dürlü xəbər söylərdi” (D-2) 

“-məz+-lər+-di” “Hər nə  iş olsa, Qorqut ataya tanışınca 

işləməzlərdi” (D-2)  

“-ir+-miş”. “...bir cılasın bahadır istəyirmişsən...” (D-141) 

“-məz+-miş”. “Oğul sən qız istəməzmişsən...” (D-171) 

“-sa+-di”. “Aruz maηa bu işi edəcəgiη bilsəydim...” (D-297) 

“-a+-dı” (aydı). “Altun-aqça gücinə salubanı  səni  qurtaray-

dım, oğul!” (D-165) 

“-ası+-dı”. “...yatacaq yerim genə bu xərab olasıydı” (D-9) 



feli xəbərlərdə indiki zamanın əsas morfoloji göstəriciləri: 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə