Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə108/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   104   105   106   107   108   109   110   111   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

328

 

ğu feillərdə -an, -ən göstəricisi zaman göstəriciləri (-dı



4

, -mış


4

) ki-


mi vaxtı konkret deyil, ümumi şəkildə ifadə edir və ya istənilən 

zamanla bağlı ola bilir”

1

. Bu mənada  “Qonağı  gəlməyən  qara 



evlər yıqılsa, yeg!” (D-4) cümləsindəki feli birləşmə (qonağı  gəl-

məyən) ümumi zaman mənasını ifadə edir. Yaxud “Qaraquc ata 



binənlər vardı, gəldi” (D-137) cümləsindəki feli sifət tərkibi keç-

miş zamanla bağlanır. Bu birləşmədəki zaman mənası  əvvəl 

işlənmiş cümlələrdəki feli birləşmələri də əhatə edir: “Qarğu cida 

oynadanlar vardı, gəldi... Altun cida oytnadana, yarəb, noldı?” 

(D-137). Hər üç birləşmədə ifadə olunmuş zaman mənası indiki 

yox, keçmiş zamana aiddir. 

− ikinci tərəfi  -ar

2

 şəkilçili feli sifətlə ifadə olunan birləşmə-



lər: 

“Yedi qız qardaşıη yedi yol ayırdında ağlar gördüm, Bam-

sı!” (D-96); “Güz  alması kibi al yanaqların yırtar gördüm, 

Bamsı” (D-96). Bu cümlələrin xəbərindəki (əsas feildəki) qram-

matik zaman forması keçmiş zamanı ifadə etdiyi üçün feli birləş-

mədəki zaman  semantikası da məhz keçmiş zamanla bağlanır. Bu 

tip nümunələr həm də onu deməyə əsas verir ki, “Kitab”ın  dilində 

ikinci tərəfi -ar//-an şəkilçili feli sifətlərlə ifadə olunmuş birləş-

mələr müvazi olaraq işlənib. 



Gələcək zaman mənasının ifadəsi: 

− ikinci tərəfi -acaq

2

  şəkilçili feli sifətlə ifadə olunan birləş-



mə iş və hərəkətin qəti şəkildə icra ediləcəyini bildirir. Bu da təsa-

düfi deyil. Çünki -acaq

2

 şəkilçili feli sifətlər “əşyanın gələcək za-



manla bağlı olan hərəkət  əlamətini bildirir”

2

. Bu cür birləşmələr 



“Kitab”ın dili üçün də səciyyəvidir: 

“Əgər səni hasardan aşağa orğanla salındıracaq olursam, 

babaηa-anaηa sağlıqla varacaq olursaη, bəni bunda gəlüb həlal-

lıqla alurmısan?” (D-98).  Qorqudşünaslıqda birinci birləşmə  bə-

zən “zərf + -acaq şəkilçili  feli sifət” modelində  təqdim olunur: 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.199. 



2

 Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.374. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

329

 

aşağa orğanla salındıracaq”.  İkinci birləşmə isə “tərzi-hərəkət 



zərfi + -acaq şəkilçili feli sifət” kontekstində götürülür: “sağlıqla 

varacaq”


1

;  


− ikinci tərəfi -ası

2

 şəkilçili feli sifətlə ifadə olunan birləşmə-



lər. Bu tip birləşmələrə “Kitab”ın dilində çox az təsadüf olunur: 

“Sən varası kafər degil” (D-130). Qorqudşünaslıqda belə birləş-

mələr adlıq hallı feli birləşmənin struktur-semantik tiplərindən biri 

kimi də  təqdim olunur. Qeyd edək ki, necə  təqdimindən asılı ol-

mayaraq ikinci tərəfi -ası

şəkilçili feli sifətlə ifadə olunan birləş-



mələr,  əsasən, gələcək zaman mənasını ifadə edir. Heç şübhəsiz 

ki, bu da -ası

şəkilçisinin qrammatik semantikası ilə bağlıdır. 



 

 

Zaman anlayışının feli bağlama tərkibləri ilə ifadəsi 

 

“Kitab”ın dilində ikinci tərəfi feli bağlama ilə ifadə olunmuş 

birləşmələr struktur-semantik tiplərinin rəngarəngliyi və zənginliyi 

ilə diqqəti cəlb edir. Bu tip birləşmələrdə zaman anlayışının ifa-

dəsi əsasən belədir: hadisələr arasındakı  müəyyən zaman kəsiyini 

ifadə edir; zaman hüdudunu reallaşdıran vasitə kimi çıxış edir; iş 

və hərəkətin təkrarlığını, davamlılığını ifadə edir; əsas feildən əv-

vəlki iş və hərəkətin zamanını bildirir; iş və hərəkətin konkret bir 

zaman daxilində  yerinə yetirildiyini ifadə edir və s. Qeyd edək ki, 

zaman anlayışının bu cür ifadəsi təkcə “Kitab”ın dili deyil, ümu-

mən türk dilləri baxımından səciyyəvidir. 

“Kitab”ın dilində zaman anlayışının feli bağlama tərkibləri 

ilə ifadəsi əsasən aşağıdakı kimidir:  

− ikinci tərəfi -ub, -üb  şəkilçili feli bağlamadan ibarət olan 

birləşmənin ifadə etdiyi zaman mənası birbaşa əsas feildəki qram-

matik zaman göstəricisi ilə bağlı olur: “Oğul, oğul, ay oğul! Yağı-



ya girüb baş kəsmədiη, adam öldürüb qan dökmədiη...”(D-131). 

Bu birləşmələr ayrılıqda müəyyən bir zamanı bildirmir. Bu da 

                                                            

1

 S.Abdinova. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində feli birləşmələr. NDA, 



Bakı, 2007, səh.20-21. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

330

 

təsadüfi hesab oluna bilməz. Çünki həmin birləşmələrdəki “girüb, 



öldürüb feli bağlamaları konkret olaraq heç bir zamanı ifadə edə 

bilmədiyi üçün onlardan sonrakı baş  kəsmədin, qan tökmədin 

(dökmədin – Ə.T.) feillərinin zamanı ilə müəyyənləşir”

1



− ikinci tərəfi -alı

2

 şəkilçili feli bağlama ilə ifadə olunan bir-



ləşmə birinci hadisə ilə ikinci hadisə arasındakı müəyyən zaman 

kəsiyini ifadə edir. “Ad + feil” modelində olan belə birləşmələr 

“Kitab”ın dili üçün səciyyəvidir: “Ağam Beyrək gedəli yayladım 

yoq” (D-103); “Mən bu yerdən gedəli dəlü olmışsan, dəlim! (D-

114); “Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?!” (D-

115); Sən gedəli ağılmağım gögdə ikən yerə endi (D-140); “Sən 



gedəli, xanım arqurı yatan Ala tağlaruη avlanmamışdır” (D-240)... 

Bu tip birləşmələr müasir ədəbi dilimiz üçün o qədər də səciyyəvi 

deyil. Burada bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilində ikinci 

tərəfi -alı

2

  şəkilçili feli bağlama ilə ifadə olunan birləşmələrdən 



sonra zaman bildirən “bəri” qoşmasının işlənməsinə  də  təsadüf 

olunur: “Ərə varaludan  bəri qarnım toymadı” (D-8). Bu cüm-

lədəki “bəri” qoşması feli bağlama tərkibi ilə ifadə olunmuş sin-

taktik zaman mənasını konkretləşdirməyə xidmət edir. 

− ikinci tərəfi -anda

2

  şəkilçili feli bağlama ilə ifadə olunan 



birləşmə iş və hərəkətin müəyyən bir zaman daxilində yerinə  ye-

tirilməsini  ifadə  edir. Bu da təsadüfi deyil, çünki -anda

2

 “feli bağ-



lama şəkilçisi əsas etibarilə cümlənin müstəqil xəbərləri ilə ifadə 

olunmuş iş, hal, hərəkətin icra olunma vaxtını bildirir.  Buna  görə 

də -anda

2

 formalı feli bağlamanı –an



zaman tərkibilə əvəz etmək 

olur”

2

. Müasir dilimizdə ikinci tərəfi -anda



2

 şəkilçili feli bağlama 

ilə ifadə olunan birləşmələrinin zənginliyi və intensivliyi birbaşa 

“Kitab”la bağlanır. Çünki bu tip birləşmələr “Kitab”ın dilində sa-

bitləşmiş  vəziyyətdə görünür: “Ox atanda  mən sənin oxıηı yar-

madımmı?” (D-116); “Hər atanda on iki batman taş atardı” (D-

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.156. 

2

 Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.385. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə