Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə118/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   114   115   116   117   118   119   120   121   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

358

 

Belə ki, Əyrək qardaşı Səyrəkdən əvvəlcə sarvanımsanmı, ilxıçım-



sanmı, çobanımsanmı, sonra isə naibimsənmi, - deyə soruşur, onu 

özünə yaxın hesab edir. Bu doğmalıq sonrakı cümlənin mənası ilə 

də  səsləşir: “Beşikdə qoyub getdigim qardaşcığımmısan?” (D-

269). 


Şikayət etmək: ah-nalə etmək, giley etmək, sızlamaq, yanıb-

yaxılmaq. “Aruza şikayət edüb ağlaşdılar” (D-217). Bu cümlədəki 

“şikayət etmək” felinin daha çox “ah-nalə etmək” və ya “sızlan-

maq” mənasında olması real görünür. Belə ki, təqdim etdiyimiz 

cümlənin xəbəri (ağlaşdılar) əvvəl işlənən cümlələrin xəbərlərinin 

məntiqi nəticəsi kimi görünür: “...Oğlancıqlarıη kiminüη burnın, 

kininüη qulağın yeməgə başladı. Əlhasili, ordı bunıη ucından qatı 

incindilər. Aciz qaldılar. Aruza şikayət edüb ağlaşdılar” (yeməyə 

başladı → zara gəldi → aciz qaldılar ağlaşdılar) (D-217). Sonuncu 

xəbərlərin (aciz qaldılar, ağlaşdılar) məna yükü “şikayət etmək” 

sözünün məhz “ah-nalə” etmək” mənasında olduğunu təsdiqləyir. 

Ərəb mənşəli  “şikayət” və türk mənşəli “etmək” yarımmüstəqil 

felinin iştirakı ilə yaranan “şikayət etmək” tərkibi feli “KDQ”-nin 

izahlı lüğəti”ndə (Bakı, 1999) verilməyib. 



Şorlamaq:  şiddətlə axmaq (qana aiddir), çox axmaq, şırıl-

şırıl axmaq. “Düdük kibi qan şorladı” (D-203); “Qara qanı  şor-

ladı” (D-210); “Alca qanı şorladı, qoynına endi” (D-289). E.Əzi-

zov “Kitab”dakı  “şiddətlə axmaq” anlamlı  “şorlamaq” sözünün 

dialekt leksikasında işlənməsindən bəhs edərkən nümunə kimi 

Bakı  şivəsindəki “şorlamaq” (Tez ol bir şey götür, bağlıyağ, qan 

gör necə  şorlıyir) sözünü göstərir (Azərbaycan dilinin tarixi dia-

lektologiyası. Bakı, 1999, s.256). Qeyd edək ki, “şorlamaq” sözü 

digər  şivələrdə  də mühafizə olunur. Məsələn, Azərbaycan dilinin 

qərb şivələrində  həm “şorramax”, həm də “şor-şor şorramax” şək-

lində işlənir.  

 

 



 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

359

 

“KİTAB”  VƏ MÜASİR AZƏRBAYCAN  



ƏDƏBİ DİLİNİN ORFOEPİYASI 

 

Qədim dövrlərə aid yazılı abidələrin orfoepiyasının müəy-

yənləşdirilməsi ümumi dilçilikdə, demək olar ki, öyrənilməyib. 

Qorqudşünaslıqda da orfoepiya məsələləri, eləcə  də  ədəbi tələf-

füzün transkripsiyası araşdırma obyekti kimi götürülməyib. Amma 

burada onu da qeyd etmək lazım gəlir ki, “Kitab”ın fonetik və 

leksik göstəricilərinin müasir Azərbaycan dilinin cənub və  şərq, 

xüsusən də  qərb  şivələri ilə  səsləşməsindən kifayət qədər bəhs 

olunub. F.Zeynalov və S.Əlizadə yazır: “Kitabi-Dədə Qorqud”un 

dilində  şifahi nitq elementlərinin sıxlığı, ümumiyyətlə, hər hansı 

dastana (nağıla, əhvalata) məxsus təhkiyə xarakterinin hiss  olun-

ması imkan verir ki, mətni yeni əlifbada canlandırarkən dialekt 

nitqinin koloriti saxlanılsın”

1

. Qeyd edək ki, bu prinsip “Kitab”ın 



1988-ci il Bakı nəşrində xüsusilə nəzərə alınıb. 

“Kitab”ın O.Ş.Gökyay, H.Araslı, M.Ergin, Zeynalov –Əliza-

də... nəşrlərinə, eləcə  də Drezden nüsxəsinə istinad etməklə “Ki-

tab”ın təkcə orfoqrafiyası yox, həm də orfoepiyası barədə müəy-

yən mülahizələr irəli sürmək mümkündür. Konkret desək, müasir 

Azərbaycan dilinin orfoepik normalarına istinad etməklə XV əsrə 

qədərki, eyni zamanda XV əsr Azərbaycan dilinin orfoepiyasının 

ümumi mənzərəsi canlandırıla bilər. Bu mənada ilk olaraq aşağı-

dakılara diqqət yetgirək: 

− “Kitab”dakı sözlərin bir hissəsinin yazılışı eynilə müasir 

Azərbaycan ədəbi dilindəki kimidir: ata, ana, baş, boğaz, badam, 

ot, qara, uzun... Bəllidir ki, müasir dilimizdə bu tip sözlərin hamısı 

deyildiyi kimi yazılır. Bu, “Kitab”ın dilinə də aid edilə bilər.  Ən 

azı ona görə ki, “Kitab”dakı bir sıra sözlərin, həmçinin  şəkilçi 

morfemlərinin yazılışı  məhz müasir ədəbi dilimizdəki tələffüz 

formalarına uyğundur: almas (almaz), dört (dörd), otax (otaq)... -

sız (-sınız)... (bu barədə aşağıda geniş şəkildə bəhs olunur); 

                                                            

1

F.Zeynalov,S.Əlizadə.Tükənməz xəzinə.“Kitabi-Dədə Qorqud”.Bakı,1988,səh.20. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

360

 

− “Kitab”dakı sözlərin bir qismi müasir Azərbaycan  ədəbi 



dilində  müəyyən fonetik dəyişmələrlə  işləndiyi üçün onların 

orfoepiyasından şərti olaraq bəhs etmək olar: köprü (körpü), yılan 

(ilan), yuca (uca), kibi (kimi)...; 

− “Kitab”dakı sözlərin bir hissəsinin yazılışı müasir Azər-

baycan dili şivələrindəki sözlərlə səsləşir: imdi (indi), güz (payız), 

munı (bunu), dərləmək (tərləmək), öynə (günorta)...; 

− “Kitab”dakı bir sıra sözlər mənbə dildəki formasına uyğun 

şəkildə yazılıb: zəman, vəqt, fikr... ərəb mənşəli bu sözlər müasir 

Azərbnaycan  ədəbi dilində zaman, vaxt, fikir şəklində sabitləşib. 

Bu, onu deməyə əsas verir ki, həmin sözlər “Kitab”ın yazıya alın-

dığı dövrlərdə  məhz mənbə dildəki formasına uyğun  şəkildə 

tələffüz olunub; 

− müasir Azərbaycan  ədəbi dilində yazılışı  və deyilişi eyni 

olan bir sıra  şəkilçi morfemləri “Kitab”ın dili üçün də  səciy-

yəvidir: -anda

2

, -ur, -ür, -ar, -ər, -ası



2

...   


Qorqudşünaslıqda “Kitab” bəzən yazılı  ədəbiyyat nümunəsi 

kimi təqdim olunur. Əslində isə “Kitab”, hər şeydən əvvəl, şifahi 

ədəbiyyat nümunəsidir. Deməli, “Kitab” həm də  şifahi  ədəbi dil, 

orfoepiya baxımından təhlil süzgəcindən keçirilməlidir. Bu mə-

nada “Kitab”a müasir ədəbi dilimizin orfoepik normaları prizma-

sından yanaşma ən azı XV əsr Azərbaycan ədəbi dilinin orfoepi-

yası barədə müəyyən təəssürat yarada bilər. Müqayisə və qarşılaş-

dırmalar göstərir ki, “Kitab”dakı yazılış  şəkillərinin bir qismi 

müasir Azərbaycan ədəbi dilinin orfoqrafiyası yox, orfoepiyası ilə 

səsləşir. Bu tip vahidləri aşağıdakı kimi sistemləşdirmək olar. 

 

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə