Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə114/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   110   111   112   113   114   115   116   117   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

346

 

 



Şərt budaq cümləsi 

 “Kitab”ın dilində zaman anlayışının şərt budaq cümləli tabeli 

mürəkkəb cümlələrlə ifadə olunması da özünü göstərir: “Dövlətlü 

oğul qopsa, ocağınıη közidir”; “Baba malında nə faidə, başda 

dövlət olmasa”; “Nagah qaçma-qovma olarsa,  birisin binəm, 

birisin yedəm”... Buradakı budaq cümlələri zaman məzmunlu feli 

bağlama tərkibləri formasında ifadə etdikdə budaq cümlənin məhz 

zaman mənalı olduğu açıq-aydın  şəkildə görünür: dövlətlü oğul 

qopsa – dövlətlü oğul qopanda; başda dövlət olması – başda döv-

lət olmayanda; nagah qaçma-qovma olarsa – nagah qaçma-qovma 

olanda. Bu tip cümlə modelləri müasir ədəbi dilimizdə eynilə 

mühafizə olunur. 

Mürəkkəb cümlələrdə zaman anlayışının ifadəsi ilə bağlı de-

diklərimizi belə ümumiləşdirmək olar: “Kitab”ın  dilində zaman 

əlaqəli tabesiz mürəkkəb cümlələrlə yanaşı, mübtəda, zaman və 

şərt budaq cümlələri də sintaktik zamanı reallaşdıran vasitələr 

kimi çıxış edir  

 

 



BƏZİ FEİLLƏRİN SEMANTİKASINA DAİR 

 

Bəllidir ki, “Kitab”ın leksik sistemində  feillər xüsusi yer tu-



tur. Bu tip feillərin semantikasının  müəyyənləşdirilməsi, heç şüb-

həsiz ki, “Kitab”ın linqvopoetik baxımdan daha yaxşı mənimsənil-

məsinə  kömək edə bilər. Bu mənada “Kitab”dakı  bəzi feilləri 

leksik-semantik müstəvidə təhlil süzgəcindən keçirək: 



Ağarmaq: saç və saqqala dən düşmək, çallaşmaq, ağarmaq. 

“Dölimindən ağarsa, baba görkli (D-6). Bu nümunədə “dölimin-

dən ağarmaq” sinəsindən ağarmaq mənasındadır: “Saqalım ağar-

duğım nə bəgənməzsən” (D-158). 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

347

 

“Kitabi-Dədə Qorqud”un izahlı lüğətində (Bakı, 1999, səh.10) 



“dölimindən ağarmaq” və “saqalı  ağarmaq” ifadələrindəki “ağar-

maq”  iki müxtəlif mənalı söz kimi verilib. 



Ayıtmaq: demək, söyləmək. “Çoban aydır: ölmüşmiydiη, yit-

mişmiydiη, a Qazan!” (D-470); “Ayıtdı: “Xanım Aruz sizə səlam 

aydır! (D-295). Söz aydına – söz-söhbət olma. “Ulu kiçi qalmıya, 

-söz aydına” (D-187); Qu aydına – şayiənin yayılması. “Qarı-qoca 

qalmıya, qu aydına” (D-187); aydı vermək – demək, danışmaq. 

“Ğazi  ərənlər başına nə  gəldigin aydı verdi”. S.Əlizadə göstərir: 

“Aydına. H.Araslı və M.Ergində “edinə”. Şübhəsiz, Drezden nüs-

xəsindəki yazılışı belə  də oxumaq olar. Lakin söz etmək (“şayiə 

yaymaq” mənasında) idiomu bizə çox müasir görünür. Ona görə 

də “ayıtmaq” felinin məchul növünü əsas götürmüşük. (Nüsxə 

fərqləri və  şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.244). 

“KDQ”-nin izahlı lüğəti”ndə müəllifin fikirləri nəzərə alın-

mamışdır. Belə ki, “ayd” (əslində, “aydına”) isim kimi verilmişdir. 

“Kitab”da  tez-tez təkrarlanan ayıtmaq feli müasir ədəbi dilimiz 

üçün arxaikləşsə də, şivələrimizdə saxlanılır: ayıtmağ (Quba, Dər-

bənd), aydı  (Füzuli). 



Aytışmaq: deyişmək, höcətləşmək, münaqişə zamanı  sərt 

cavablar vermək. “Altmış biη  ər gördümsə, aytışmadım (D-274). 

Bu söz “KDQ”-nin  izahlı lüğəti”ndə “dindirmək, danışdırmaq” 

mənasında verilmişdir ki, bu da həqiqətə uyğun deyil. Azərbaycan 

dilinin qərb  şivələrində saxlanılan idəşməx`//iyəşməx` (mübahisə 

etmək, höcətləşmək) sözü “Kitab”dakı “aytışmaq feli ilə səsləşir.  



Atmaq: 1) atmaq, ox atmaq. “Yay çəkmədüη, ox atmadıη 

(D-125); “Ox atduğum yerləri, qılıc çalub baş  kəsdüğim yerləri 

göstərəyim” (D-126); “Oğlım Uruz ox atanda puta qalmış” (D-

44); 2) tullamaq, salmaq. Yay kirişin boynuna atdı” (D-240); 

“Kəndüyi bir  yuca yerdən atdı” (D-240); 3) buraxmaq. “Qarşuηa 

ala qaz gəldi, şahiniη atmazmısan?” (D-186); Üstünə atı vermək – 

üstünə atmaq, üstünə tullamaq. “Qaftanını sıyırdı, götürdi, qızlarıη 

üstinə atı verdi” (D-107); atdığı ox yerə düşməmək – nişan aldı-

ğını vurmaq, ən mahir atıcı. Qəhrəmanın igidliyi və  cəsurluğuna 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

348

 

işarə olunur.  “Sağına – soluna qoşa yay çəkərdi. Atduğı ox yerə 



düşməzdi” (D-173). 

Dəgmək: - 1) yetişmək, çatmaq. “Növbət kafərə dəgdi” (D-

203); “Nöbət Qazana dəgdi” (D-302); 2) çatmaq (çatar), dönmək 

(dönər). “Axır zəmanda xanlıq gerü – Qayıya dəgə, kimsənə əllə-

rindən almıya” (D-2); 3) məc. toxunmaq, pis təsir etmək, təhqir et-

mək. “Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı dəgə” (D-111). 

“KDQ” eksiklopediyasında “Haqluya həqqi dəgə, haqsuza 

yüzi qaraluğı  dəgə” cümləsindəki “dəgə” sözü çatmaq, yetişmək 

mənasında verilib. Mətnin semantik tutumu isə “dəgmək” felinin 

toxunmaq, pis təsir etmək, təhqir etmək mənasında olduğunu gös-

tərir. Əlavə olaraq qeyd edək ki, həmin cümlədəki “dəgmək” feli-

nin semantik yükü “Kitab”ın 1988-ci il Bakı  nəşrində (mətnin 

müasir  şəklində) dəqiq  şəkildə ifadə edilib: ...Haqlıya toxunmur

haqsızı təhqir edib alçaldırdı. 

Demək: 1) müəyyən bir fikri şifahi surətdə ifadə etmək, söy-

ləmək. “... bunıη adı Boz ayğırlıq Bamsı Beyrək olsun! Adını bən 

dedim, yaşını allah versün!” (D-75); 2) nəql etmək, rəvayət etmək. 

“Bəkil” deərlərdi, bir yigit vardı” (D – 236); 3) xəbər vermək, bil-

dirmək, çatdırmaq. “Qanturalıya xəbər oldı. “Babaη gəldi” – dedi-

lər; Aruza  və cəmi Taş “Oğuz bəglərinə xəbər oldı. “İşdə Qazan 

gəldi, dedilər” (D-126); 4) əmr etmək. “Nə yigitsən, adıη  nədir, 

degil maηa! – dedi” (D-288); 5) Sayılmaq, hesab olunmaq. “Ana 

həqqi – təηri həqqi” deηilməsəydi, qalqubanı yerimdən turaydım, 

yaqanla boğazıηdan tutaydım” (D-53); 6)məna vermək, mənasına 

gəlmək. “Yağı” deyü, nəyə deyirlər? Qazan aydır: “Oğul, anuηçun 

yağı deyirlər ki, biz anlara yetsəvüz, öldürəriz. Anlar bizə yetsə

öldürər”, - dedi” (D-128) – digim və -diklərim feli sifət  şəkilçiləri 

ilə birlikdə  işlənərək söylədiyim, söylədikləri söz, fikir mənasını 

ifadə edir. “Qanı dedigim bəg  ərənlər, Dünya mənim deyənlər?” 

(D-303); “Buğa, buğa!” dedikləri qara inək buzğası degilmidir?” 

(D-181); 8) -gəc feli bağlama  şəkilçisi ilə birlikdə  işlənərək “de-

yincə”, “deyən kimi” mənasını ifadə edir.“Böylə digəc qız tanıdı – 

bildi kim, Beyrəkdir” (D-116).  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə