Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə122/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   118   119   120   121   122   123   124   125   ...   174
    Bu səhifədəki naviqasiya:
  • Qorqud

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

371

 

işlənməsini göstərməklə yanaşı, müasir Azərbaycan onomastikası 



üçün səciyyəvi olan Alpan kəndi, Bayındurlu kəndi, Dondarlı kən-

di, Bayındır çayı, Qazangöl düzü, Qaraçuq dağı və s. toponimlərin 

“Kitab”ın dili ilə səsləşdiyini də əsaslandırmağa çalışır. Bu, müəl-

lifin təqdim etdiyi cədvəllərdə də aydın şəkildə görünür. Bir mə-

qamı da qeyd edək ki, Ş.Cəmşidov “Kitab”ı türkmən eposu hesab 

edən B.A.Karrıyevin  əsərlərini təhlil süzgəcindən keçirir, onun 

birtərəfli mövqe tutduğunu faktlarla sübut edir: “B.A.Karrıyev 

müxtəlif  vaxtlarda yazdığı bu məqalələrdə “Kitabi-Dədə Qor-

qud”u bütünlüklə türkmən eposu elan edir və hətta Drezden nüs-

xəsinin guya türkməncə yazılmış ilk orijinaldan “azərbaycancalaş-

dırılaraq köçürülmüş nüsxə” kimi  qələmə verir... Əlbəttə, bu fikir 

tamamilə  səhvdir. Bütün ədəbi, etnik xüsusiyyətləri, dili, hadisə-

lərin  coğrafi yeri və s. əlamətlərindən aşkar göründüyü üzrə, “Ki-

tabi-Dədə Qorqud” tanıdığımız şəkildə, Azərbaycanda formalaşıb 

qələmə alınmışdır...” (Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.18, 

s.57-64); 

− T.Hacıyev “Kitab”ı  Oğuzların tarixi coğrafiyası koordinat-

ları kontekstində izah etsə də, onu Azərbaycan Oğuznaməsi hesab 

edir: “Şübhəsiz, dastan konkret zaman kəsiyində yaranmadığı ki-

mi, onu mütləq coğrafi koordinata yerləşdirmək zorakılıq sayılar-

dı. Bu, oğuznamədir: oğuzlar tarixən müxtəlif ərazilərdə dövlətlər 

yaratdığından burada oğuzların tarixi coğrafiyasının izləri görün-

məkdədir. Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən 

bugünkü türk dövlətlərini  əhatə edir. Həmin coğrafiyada çoxlu 

oğuznamələr yaranmışdır.  Əlimizdə olan əsər, deyildiyi kimi

məhz Azərbaycan oğuznaməsidir”. (Dədə Qorqud: dilimiz, 

düşüncəmiz. Bakı, 1999, səh.7); 

− A.Hacıyev qeyd edir ki, Türkiyə və Türkmənistan  respubli-

kalarında “Kitab”ın məhz onlara məxsus olduğu fikri də geniş ya-

yılmışdır. Müəllif bu cür fikirlərin qeyri-dəqiqliyini, bir tərəfdən, 

xalqımızın bəxti ilə əlaqələndirirsə, digər tərəfdən, konkret faktlar-

la əsaslandırır: “...Xalqımızın bəxti onda gətirmişdir ki, yaranışca 

bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan  ərazisində 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

372

 

yeni variantda formalaşmaqla bərabər, yazıya alınaraq kitablaşdı-



rılmışdır. Elm aləmində “Dədə Qorqud kitabı” kimi məşhurlaşan 

Drezden nüsxəsi məhz qədim oğuz eposunun Azərbaycan variantı-

dır”. (“Dədə Qorqud kitabı”nın  şərhli oxunuşu. I, Bakı, 2014, 

səh.4); 


− A.Axundov “Kitabi-Dədə Qorqud” dastanını Azərbay-

can xalqının və onun dilinin abidəsi adlandırarkən yazır: “Fonetik 

səviyyədə “Kitabi-Dədə Qorqud”da  bəzi səslərin, məsələn, b və 

m samitlərinin söz başında (anlautda) müvazi işlənməsi ümum-

danışıq dilinin hələ tam formalaşmadığını, yəni oğuz və  qıpçaq 

dilləri ünsürlərinin “mübarizəsinin” hələ başa çatmadığını göstə-

rir; misallar: Xan qızı  səbəbi nədir, degil maηa (35) (Misallar 

F.Zeynalov və S.Əlizadənin nəşr etdikləri “Kitabi-Dədə Qorqud” 

(Bakı, Yazıçı, 1988) kitabından seçilmişdir). “Hay Dirsə xan, baηa 

qəzəb etmə (yenə orada). Bu m//b müvaziliyinin ər-arvad arasında 

özünü göstərməsi onlardan  birincisinin qıpçaq, ikincisinin isə 

oğuz tayfalarına mənsubluğuna dəlalət edir və dastanın qədim-

liyinə, oğuz və  qıpçaqların bir “dövlət daxilində”mi  deyək, hələ 

bərabər mövcud olduqları dövrünə aid olmasını göstərir” (Azər-

baycan dilinin qədim abidəsi. “Dede Korkut ve Geçmişten Gelece-

ğe Türk Destanları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı. 

Ankara, 2011, səh.163). Burada bir məsələni dəqiqləşdirmək la-

zım gəlir: problemə təkcə tarixi-linqvistik yox, həm də sosiolinq-

vistika prizmasından aydınlıq gətirməyə çalışan A.Axundova gö-

rə, söz başında “m” samitinin işlənməsi (maηa forması) qıpçaq 

əsilli Dirsə xana, “b” samitinin işlənməsi (baηa forması) isə Dirsə 

xanın Oğuz  əsilli xatununa aiddir. “Kitab”ın Drezden nüsxəsi, 

eləcə  də Zeynalov – Əlizadə  nəşri (Bakı, 1988) müəllifin fikir-

lərinin düzgün olmadığını göstərir. Belə ki, həm Dirsə xanın, həm 

də onun xatununun dilində  hər iki formanın işlənməsi müşahidə 

olunur: Dirsə xanın dilində - “Bu qara eyib baηa ya bəndəndür, ya 

xatundandur” (D-12); “Xan qızı, səbəbi nədir, degil maηa!” (D-

13); Dirsə xanın xatununun dilində: “Hay Dirsə xan, baηa qəzəb 

etmə!” (D-14); “Aslanla qaplana bir oğul yedirdiηsə, degil ma-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

373

 

ηa!” (D-25). Yeri gəlmişkən, “maηa” forması təkcə Dirsə xan və 

onun xatununun dili deyil, ümumən “Kitab”ın dilində üstün möv-

qedədir, “baηa” formasına isə az rast gəlinir... Bu cəhət “mən” və 

“bən” formalarında da özünü göstərir. Belə ki, “Kitab”ın dilində 

403 dəfə mən, 54 dəfə bən forması işlənib. 

“Kitab”ın Azərbaycan dilində yazıldığını arqumentləşdirən 

yuxarıdakı çoxsaylı faktların sırasına aşağıdakıları da əlavə etmək 

lazım gəlir:  

− “Kitab”ın antroponimlər sisteminə daxil olub, müasir 

Azərbaycan antroponimləri sistemində  işlənməyən adların bir 

hissəsi 1723-28-ci illərdə Osmanlı  məmurları  tərəfindən tərtib 

edilmiş “Dəftəri-müfəssəli-əyaləti Tiflis” adlı topluda eynilə işlən-

mişdir: Qorqud Mirzə oğlu, Nəbi Dondar oğlu, Nəbi Xızır oğlu, 

Məhəmməd Uruz oğlu, Bədirxan Qazan oğlu, Bamsı Çayam oğ-

lu, Pirməhəmməd Qaragünə oğlu və s. (Tiflis əyalətinin müfəssəl 

dəftəri. Borçalı və Qazax (1728-ci il). Bakı, Pedaqogika, 2001)... 

Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən Bamsı, 

Qazan, Qaragünə, Dondar, Uruz kimi şəxs adlarının 1723-28-ci 

illərə aid sənədlərdə işlənməsi “Kitabi-Dədə Qorqud” motivlərinin 

ən azı XVIII əsrə qədər xalqımızın  folklor yaddaşında yaşamasın-

dan xəbər verir (Əzizxan Tanrıverdi. “Kitabi-Dədə Qorqud” və 

qərb ləhcəsi. Bakı, 2002, səh.7). Qeyd edək ki, bu cür faktlara  

Türkiyə və Türkmənistan tarixində rast gəlinmir; 

− “Kitab”ın dilində işlənmiş Buηlu qoca, Duxa qoca, Qaηlı 

qoca,  İlək qoca kimi antroponimik modellərdəki “qoca” sözü 

fonetik tərkibcə daha çox Azərbaycan dilinə uyğundur. Maraqlıdır 

ki, X.Koroğlu bu cür adlara da başqa bucaqdan yanaşır: “Qorqud 

Kitab”ı adlarının əksəriyyəti oğuz mənşəli və qədim vətənlərində 

yaranmış oğuz haqqında əfsanələrlə bağlı olsa da, yeni məskunlaş-

dıqları ərazilərdə onlar başqa cür səslənməyə  başlamışlar. Məsə-

lən, qədim adlara azərbaycanlılar arasında qəbul olunmuş “qoca” 

əlavəsi (Qanlı qoca, Qazılıq qoca və b.) və yeni yerli adlar (Rüs-

təm, Şir Şəmsəddin) artırılmışdır” (Oğuz qəhrəmanlıq eposu. Ba-

kı, 1999, səh.209); 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə