Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə121/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   117   118   119   120   121   122   123   124   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

368

 

Azərbaycan dilində azərbaycanlı dədələr, ozanlar yaratmış və yay-



mışlar; çox güman ki, təqribən bu dövrdə də həmin dastanlar top-

lanıb yazıya köçürülüb “Kitabi-Dədə Qorqud” düzəldilmişdir”; 

c)“Dastan”dakı qrammatik şəkilçilərə istinad etməklə onun Azər-

baycan dilində olduğunu xüsusi olaraq vurğulayır: “-andə, -əndə 

(Hər atanda on iki batman taş atardı). Bu şəkilçi indi də Azərbay-

can dilində canlıdır və digər türk  dillərindən Azərbaycan dilini 

fərqləndirici bir əlamət kimi işlənməkdədir (“Kitabi-Dədə Qor-

qud” dastanlarının dili. Bakı, 1959, səh.11, 13, 110). Müəllifin hər 

üç tezisi bütün parametrlərinə görə elmi və inandırıcıdır; 

− M.Ergin “Kitab”ın dilindəki çoxsaylı antroponim və to-

ponimlərin Azərbaycanla bağlılığını qeyd etməklə kifayətlənmir, 

eyni zamanda “Kitab”ın leksikası, frazeologiyası, morfologiyası 

və sintaksisinin daha çox Azərbaycan dili üçün səciyyəvi oldu-

ğunu göstərir (“Dedə Korkut Kitabı”. II, Ankara, 1963, səh.352). 

Burada o da vurğulanmalıdır ki, müəllifin bu cür fikirləri qorqud-

şünaslıqda xüsusi olaraq dəyərləndirilir; 

  − X.Koroğlu “Oğuz qəhrəmanlıq eposu” əsərində (Bakı, 

1999) “Dədə Qorqud kitabı”nı  təkcə Azərbaycan yox, həm də 

türk, türkmən oğuznaməsi kimi səciyyələndirir: “Qorqud Kita-

bı”nda yalnız müasir türk dilində rast gəlinən leksik-qrammatik 

elementlər də az deyil, onda belə bir qənaətə gələrik: “Qorqud Ki-

tabı” müasir türkmən, azərbaycanlı və türklərin əcdadları – oğuz-

lar tərəfindən yaradılmış  mədəniyyət abidəsidir. Ancaq abidənin 

əsas formalaşma prosesi Qafqazda, xüsusilə Azərbaycanda keç-

mişdir. Onda Azərbaycan elementlərinin, o cümlədən də dilində, 

üstünlük təşkil etməsinin səbəbi də elə budur...” (səh.211). Müəl-

lifin bu fikirləri ilə razılaşmaq olar. Digər fikirləri isə ziddiyyətli 

və qeyri-elmidir. X.Koroğlu yazır: “Konsonontların təhlili isə ək-

sər halda müasir  türkmən dilinin xeyrinə olan material verir. Mə-

sələn, “t” və “p” samitlərinin Azərbaycan dilində cingiltili “d”,“b” 

variantlarının olduğu sözlərdə, məsələn, “tayı” – “ananın qardaşı” 

(azərbaycanca “dayı”),“parmak” – “barmaq” (azərbaycanca) və s.” 

(səh.210). Bu fikirlə razılaşmaq olmaz. Belə ki, bir sıra sözlərin  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

369

 

əvvəlində “t” və “p” samitlərinin işlənməsi Azərbaycan dili şivələ-



rində eynilə mühafizə olunur: tüş (düş-düşmək), tiş (diş), tevşan 

(dovşan)...; piçin (biçin), putax (budaq), pıçax (bıçaq)... Digər tə-

rəfdən, müəllifin fikri təsdiq üçün gətirdiyi “parmak” sözü “Ki-

tab”ın dilində təkcə “parmak” (parmaq – Ə.T.) şəklində yox, həm 

də “barmaq” şəklində  işlənib: “...barmaqları nigarlı məhbub ka-

fər qızları Qalın Oğuz  bəglərinə sağraq sürüb içərlərdi” (D-36). 

X.Koroğlunun başqa bir fikrinə diqqət yetirək: “Türkmən  ədəbi 

dilində saxlanmış “η” (sağır nun) daha sabitdir. Azərbaycan dilin-

də ona yalnız dialektlərdə rast gəlinir” (səh.210). Müəllifin bu fik-

ri, ümumiyyətlə, yerinə düşmür: birincisi, ona görə ki, velyar  η 

(sağır nun) dilimizin əlifbasından 1940-cı ildə çıxarılıb. Bu, o de-

məkdir ki, velyar “η” 1940-cı ilə  qədər Azərbaycan yazılı abidə-

lərinin dilində  işlənib; ikincisi, bir sıra  şəkilçi morfemlərindəki 

“η” səsi müasir  Azərbaycan ədəbi tələffüz normaları baxımından 

tam məqbul hesab edilir. Burada  morfoloji şəraitdə tələffüz məsə-

lələrini sistemli şəkildə araşdırmış  Ə.Dəmirçizadənin  bir fikrini 

xatırlatmaq lazım gəlir: “II tək və cəm şəxsi bildirən nisbət şəkil-

çilərindəki “n” samiti sağır “η” çalarlığında tələffüz olunmalıdır: 

sənin atan – ataη,  əlin - əliη...” (Müasir Azərbaycan dili. Bakı, 

1972, səh.240);  üçüncüsü, “Kitab”ın dilində müxtəlif məqamlarda 

işlənmiş velyar “η” Azərbaycan dilinin qərb  şivələrində eynilə 

saxlanılır. Bu, aşağıdakı cədvəldə daha aydın görünür: 

 

velyar “η”

“Kitab”ın dilində Azərbaycan dilinin

qərb şivələrində 

söz ortasında bəηzər,dəηiz,qoηur bəηzər, dəηiz, qoηur 

söz sonunda  

taη, soη, biη  

daη, soη, miη 

yiyəlik hal şəkilçisi daxilində 

sən oğlıη,  

dəvəniη burnı   

sən oğluη,  

uşağıη atası  

yönlük hal şəkilçisindən əvvəl maηa, saηa maηa, saηa 

mənsubiyyət şəkilçisi daxilində babaη, oğluηız  

babaη, oğluηuz 

şəxs sonluqları daxilində

öldürüη, gətüriη

öldürüη, gətiriη  

 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

370

 

X.Koroğlunun “Kitab”la bağlı düzgün olmayan fikirləri 



qorqudşünas H.Məmmədlinin də diqqətindən  yayınmayıb. Burada 

müəllifin qarşılaşdırmalar kontekstində  təqdim etdiyi bir fikrini 

xatırlatmaqla kifayətlənmək olar: “...X.Koroğlu hətta belə bir yan-

lış fikir də ortaya atır ki, “Kitabi-Dədə Qorqud” sak-sarmat mühi-

tində yaranmış  və onlardan türklərə keçmişdir. Koroğlu həm də 

sakları irandilli qrupa daxil edir. Görkəmli tarixçi M.İsmayılov 

haqlı olaraq yazır ki, X.Koroğlunun bu mülahizəsinin heç bir elmi 

əsası yoxdur. Əgər Koroğlu dediyi kimi olsa idi, onda heç olmazsa 

abidənin bircə boyu irandillilər arasında qorunub saxlanardı. Bu 

türkdilli abidə yalnız türkdillilərin mühitində yarana bilərdi (Dün-

yanı düşündürən “Dədə Qorqud”. Bakı, 1999, səh.45). Amma bu 

da var ki, X.Koroğlu “Dastan”ın dilinin daha çox türkmən dilinə 

yaxın olduğunu iddia etsə  də, bir sıra hökmlərində “Dastan”ın 

məhz Azərbaycan dilində yazılması açıq-aydın  şəkildə görünür:  

“...Vatikan  əlyazmasında Qorqud ata yalnız bir dəfə Müqəd-

dimədə rast gəlinir, mətndə, görünür adət edilmədiyindən “ata” 

sözü artıq işlənmir. Əvəzində 29 dəfə Dədə Qorqud, 21 dəfə Də-

dəm Qorqud, 18 dəfə yalnız Dədə və bir dəfə Dədə Sultan adı çə-

kilir. Bu müraciət forması Azərbaycan türklərinin  şivələri üçün 

xarakterikdir: Molla Nəsrəddin, Aşıq Ələsgər, Dədə Qasım, Usta 

Həsən və b. ...” (Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.209); 

− “Kitab”ın  məhz Azərbaycan dilində yazıldığı F.Zeynalov 

və S.Əlizadə tərəfindən tutarlı faktlarla əsaslandırılıb. Burada yal-

nız bir faktı xatırladırıq: “...Eyni sözü “Sallaqxana” sözü haqqında 

da demək olar. O.Şaiq bu sözün selx (ərəb) və xana (fars) sözləri-

nin birləşməsindən ibarət olduğunu, Azərbaycan dilinə  qətiyyən 

aid olmadığını söyləyir. Bizcə, bu, Nəsimidə  işlənən sallax (dəri 

soyan) sözü ilə xana sözünün birləşməsindən ibarətdir. Məsələn: 

Soyun, ey murdar sallaxlar Nəsiminin tənini. Bu söz ancaq Azər-

baycan dilində “heyvan kəsilən yer” mənasında işlənir” (Tükən-

məz xəzinə. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.13). 

− Ş.Cəmşidov “Kitab”ın dilindəki Bərdə, Gəncə, Əlincə kimi 

toponimlərin müasir Azərbaycan toponimləri sistemində eynilə 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə