Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə101/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   97   98   99   100   101   102   103   104   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

308

 

-ası, -əsi (lazım şəklinin forması). Gələcək zaman məzmunlu 



bu forma “Kitab”ın dilində o qədər də intensiv görünmür: “Bəli 

xanım, bulasıyam...”; Burada bir məqamı da qeyd edək ki, H.Mir-

zəzadə Azərbaycan yazılı abidələrinin dilində işlənən -ası

2

 forma-



sını felin lazım şəklinin şəkilçisi kimi deyil, gələcək zamanın bir 

növü kimi izah edir: “-(y) -əsi, -ası şəkilçisi ilə - (y) -əcək, -acaq 

şəkilçisi arasında möhkəm  məna əlaqəsi olmuş, hər iki forma qəti 

gələcək zamanı bildirmişdir... –(y)-əsi, -ası  şəkilçisi ilə düzələn 

gələcək zaman çox hallarda üçüncü şəxslə ifadə edildiyi üçün 

özündən sonra –dır şəkilçisi qəbul etmişdir...”

1

. Bu qeydlərlə razı-



laşmaq olar. Amma “Kitab”ın dilindəki nümunələr (bulasıyam, 

xərab olası...), eyni zamanda sonrakı dövr ədəbi dilimizdəki fakt-

lar (varəsidür – Q.Burhanəddin; yanasıdır – Nəsimi; Əfğan edəsi-

dur – Xətai; məfhum olasıdur – Kişvəri...) -ası

2

  şəkilçisini felin 



lazım şəklinin  forması kimi təqdim etməyə imkan verir. Bu forma 

müasir ədəbi dilimizdə tam sabitləşmiş şəkildədir. 

Buraya qədər dediklərimiz “Kitab”ın dilindəki  -ayın, -əyin,  

-ayım, -əyim, -ğıl, -gil, -sun,  -sün, -avuz, -əvüz, -alım, -əlim,        

-yalım, -yəlim, -ıη,  -iη,  -uη, -üη,  -iηüz,   -üηüz,   -ηüz, -sunlar,    

-sünlər  (əmr şəkli üzrə şəxs sonluqları), -a

2

  (arzu şəkli), -sa



2

 (şərt 


şəkli), -maq

+gərək, -sa



2

+gərək (vacib şəkli), -ası

2

 (lazım  şəkli) 



formalarının gələcək zamanın ikinci dərəcəli morfoloji göstəricilə-

ri kimi çıxış etdiyini qabarıq şəkildə göstərir. 



Feli sifət  şəkilçiləri.  Türkoloji ədəbiyyatda –acaq

2

, -ası



2

, -


malı

2

, -ar



2

, -ır


4

 və s.  şəkilçilər təkcə feil şəkillərinin formaları ki-

mi yox, həm də  gələcək zaman məzmunlu feli sifət şəkilçiləri ki-

mi təqdim olunur. -ar

2

  və  -ır



4

  şəkilçiləri barədə K.Bəşirov yazır: 

“Bu şəkilçilər bir çox türk dillərində gələcək zamanla yanaşı, in-

diki zamanı da ifadə etdiyindən türkologiyada bu şəkilçilərlə ya-

ranan feli sifətlər indiki və indiki-gələcək zaman feli sifətləri də 

adlanır. Bu onunla izah olunur ki, həmin şəkilçilər hərəkəti gələ-

cəyə bağlamaqla yanaşı, ona daimilik əlaməti verərək ismə çevir-

                                                            

1

 H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.160. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

309

 

mək imkanı yaradır”



1

. -ar


2

 şəkilçili feli sifətlərin bu cür qrammatik 

semantikasından əvvəlki səhifələrdə bəhs etdiyimiz üçün, eləcə də 

-malı


2

 forması “Kitab”ın dilində işlənmədiyinə görə burada yalnız 

gələcək zaman məzmunlu -acaq

2

  və -ası



2

 feli sifət  şəkilçilərini 

“Kitab”ın dili kontekstində araşdırmağı məqsədəuyğun bilirik: 

–acaq

2

.  Qeyd etdiyimiz kimi, -acaq

2

  şəkilçisi “Kitab”ın di-



lində qəti gələcək zaman forması kimi yox, feli sifət şəkilçisi kimi 

işlənib: yatacaq yer. “...yatacaq yerim genə bu xərab olasıydı”; 

yığılacaq (yıxılacaq) ev. “Neyləyim, bu yığılacaq evdə un yoq, 

ələg yoq” verəcəgi qız. “Nə oturarsan, sultanım, Baybican bəg ol 

saηa verəcəgi qızı Beyrəgə verdi”; 

–ası

2

. Bu forma -acaq

2

  şəkilçisindən fərqli olaraq “Kitab”ın 



dilində  həm lazım  şəklinin, həm də feli sifətin morfoloji göstəri-

cisi kimi çıxış edir: lazım  şəklinin  şəkilçisi kimi: “bulasıyam”. 

“Bəli xanım bulasıyam”; “xərab olasıydı”. “...yatacaq yerim genə 

bu xərab olasıydı”; “xərab olası”. “Bu evi xərab olası! Ərə varalı-

dan bərü dəxi qarnım toymadı, yüzim gülmədi”;  feli sifət şəkilçisi 

kimi: “varası”. “Sən varası kafər degül”; Amma bu da var ki, -ası

2

 

forması “Kitab”ın dilində iki qrammatik funksiyada çıxış etsə də, 



üstün mövqedə deyil. XVII əsrdən sonrakı dövr ədəbi dilimizdə 

isə  həm lazım  şəklinin, həm də feli sifətin morfoloji göstəricisi 

kimi tam sabitləşib. 

Feli bağlama şəkilçiləri. “Kitab”ın dilində işlənmiş bir sıra 

feli bağlama formaları  gələcək zaman məzmunlu feli sifətlərdən 

fərqli olaraq, birbaşa gələcək zamanı bildirmir, gələcəkdə yerinə 

yetiriləcək iş və hərəkəti ifadə edir, “bu halda feli bağlama ilə ifa-

də olunan hərəkətin gələcək zamanda icra ediləcəyi nəzərdə tutu-

lur”


2

. Bu cür feli bağlamalara mətn daxilində diqqət yetirək:  



–anda

2

. Bu forma “Kitab”ın dilində intensivliyi ilə fərqlənir: 

götürəndə. “Ağır sancaq götürəndə müsəlmanlar artxası olsun!”; 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.200. 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.204. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə