Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə100/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   96   97   98   99   100   101   102   103   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

305

 

araşdırma obyekti kimi götürülsə  də, problemə kompleks və 



sistemli  şəkildə yanaşılmayıb. Bu mənada türkologiyanın son 

nailiyyətlərinə istinad etməklə aşağıdakıları söyləmək olar. 



Əmr şəkli. Bəllidir ki, felin əmr şəkli heç bir xüsusi morfo-

loji göstəriciyə malik deyil, əmrin ifadəsi isə şəxs şəkilçiləri vasi-

təsilə reallaşdırılır. Burada əmr şəklinin mənaca nisbətən gələcək 

zamanı bildirməsini geniş şəkildə araşdırmış M.Hüseynzadənin bir 

fikri yada düşür: “...Bu, məntiq etibarı ilə də doğrudur, çünki keç-

mişdə icra olunmuş iş haqqında indiki zamanda əmr etmək qeyri-

mümkündür. Əmr gələcək üçün verilir. Bu gələcəyin indiki zama-

na nisbətən uzaq və yaxınlığı qeyri-müəyyən olur. Əmr cümlə-

sinin ümumi məzmunu gələcək zamanın uzaq və yaxınlığını mü-

əyyən edir”

1

. Müəllifin qənaətləri elmi və inandırıcıdır. “Kitab”ın 



dilindəki əmr şəklinə də məhz bu cür fikirlər  kontekstində yanaş-

maq lazımdır. Bəri başdan qeyd edək ki, “Kitab”ın dilində  əmr 

şəklində işlənmiş sözlər intensivliyi və zənginliyi ilə diqqəti cəlb 

edir. Hətta əmr  şəklində işlənmiş söz, daha doğrusu, xəbəri felin 

əmr şəkli ilə ifadə olunmuş cümlə “Kitab”dakı bir sıra obrazların 

dilinin fərdiləşdirən, fərqləndirən nitq detallarından biri kimi çıxış 

edir. Məsələn: “Başın kəs!” cümləsinə yalnız Qazan obrazının di-

lində təsadüf olunur; Qazan xanın dilindən verilmiş sonuncu cüm-

lə  də  məhz “Başın kəs!”-dir... Bu mənada  “Kitab”ın  dilindəki 

əmr şəklini şəxslər üzrə nəzərdən keçirərkən yalnız bəzi xarakterik 

nümunələri təqdim etməyi məqsədəuyğun hesab edirik: 

I  şəxsin təki. -ayın, -əyin, -ayım, -əyim forması: varayın-

varım, öldürəyin-öldürüm. “Kafərə mən varayın, yeηidən toğayın 

öldürəyin”; öləyim-ölüm. “Ölürsəm səniη uğruηa bən öləyim”; 

II şəxsin təki. -ğıl, -gil forması: vergil-ver. “Altuηdağı Al ay-

ğırı maηa vergil!”; varğıl-var (get). “Ağ alınlu Bayındır xanıη 

divanına dünin varğıl!”. II şəxsin təkinin şəkilçisiz, daha doğrusu, 

feil kökləri ilə ifadə olunması: kəs. “...mənim başımı kəs!”; 

                                                            

1

 M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1983, səh.187. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

306

 

III  şəxsin təki. -sun, sün forması: tursun-dursun, getsün-



getsin. “Gərək tursun, gərək getsün!”; 

I şəxsin cəmi. -avuz, -əvüz, -alım, -əlim, -yalım, -yəlim for-

ması: verəvüz-verək. “Andan soηra qızı verəvüz!”; yüriyəlim-yü-

riyək (duraq gedək), av avlıyalım – ov ovlayaq, quş quşlıyalım-

quş quşlayaq (quş vuraq), sığın, keyik yıqalum- sığın, keyik yıxaq, 

qayıdalım-qayıdaq, düşəlim-düşək, yeyəlim-içəlim-yeyək-içək, 

xoş keçəlim-xoş keçirək (günümüzü xoş keçirək). “Yüriyəlim, a 

bəglər! Av avlıyalım, quş quşlıyalım, sığın, keyik yıqalum, 

qayıdalım otağımıza düşəlim: yeyəlim-içəlim, xoş keçəlim!”; 

II şəxsin cəmi. -ıη, -iη, -uη, -üη, -iηüz, -üηüz, -ηuz forması: 

qonduruη-qondurun (oturdun). “Kimüη ki oğlı-qızı yoq, qara 

otağa qondurıη...; gətürüη-gətirin. “...qara qoyun yəxnisindən ögi-

nə  gətürüη”; yegüηiz-içüηiz-yeyin-için, söhbətiηüz tağıtmaηuz-

söhbətinizi davam edin, dağıtmayın. “Siz yegüηiz-içüηiz, 

söhbətiηüz tağıtmaηuz”; II şəxsin cəmində  -ıη

4

  şəkilçisinin “-η” 



formasında işlənməsinə də rast gəlinir (sonu saitlə bitən feillərdə): 

döşəη-döşəyin. “...qara keçə altına döşəη...”; 

III şəxsin cəmi. -sunlar, -sünlər forması: bilməsünlər-bilmə-

sinlər, tuymasınlar-duymasınlar. “Səni kafərlər bilməsünlər, tuy-

masunlar”. “Kitab”ın dilində az təsadüf olunan bu forma ilə 

ahəngdarlığın yaradılması, obrazlılığın gücləndirilməsi də diqqəti 

cəlb edir: 

“Qoy bəni, qadın ana, çəngələ ursunlar

Qo ətimdən çəksünlər,  

             qara qaurma etsünlər

   qırq bəg qızınıη öginə ilətsünlər”. 

Felin əmr şəklində işlənmiş yuxarıdakı sözlərin hər biri mə-

naca gələcək zamanı ifadə edir ki, bu da şəxs  şəkilçiləri və  əmr 

intonasiyası ilə yaradılıb. 



Arzu mənasını ifadə edən -a

2

 forması 

I şəxsin təki: yiyəm-yeyəm. “Mərə qocalar, ekindü vəqti mu-

nı maηa çevirəsiz, yiyəm”; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

307

 

II şəxsin təki:alasan.“...bir cici-bici türkman qızını alasan...”; 



III şəxsin təki: çala. “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala”; 

I şəxsin cəmi: müşahidə olunmur (yazılı abidələrimizin dilin-

də XVII əsrdən sonra işləndiyi göstərilir); 

II şəxsin cəmi: verəsiz. “...qırq yerdən avaz verəsiz”; 

III şəxsin cəmi: müşahidə olunmur. 

Bu nümunələrdə arzu mənasını ifadə edən -a

formasını  qə-



bul etmiş sözlər (yiyəm, alasan, çala, verəsiz) mənaca gələcək za-

man bildirir. 



-sa

2

 forması  (şərt  şəklinin morfoloji göstəricisi). Bu forma 

“Kitab”ın dili üçün də səciyyəvidir: 

I şəxsin təki: varsam (getsəm). “...şülən yeməgiη yanına var-

sam”; 


II şəxsin təki: görsəη-görsən. “Ac görsəη, toyurğıl!”; 

III şəxsin təki: baqsa-baxsa.“Kimə baqsa, eşqilə oda yaqar!”; 

I şəxsin cəmi: müşahidə olunmur; 

II şəxsin cəmi: müşahidə olunmur; 

III şəxsin cəmi: yetsəvüz-yetsək. “...biz anlara yetsəvüz, öl-

dürəriz”. 

Göründüyü kimi, varsam,  görsəη, baqsa və yetsəvüz sözlə-

rindəki gələcək zaman mənası birbaşa -sa

forması ilə bağlıdır. 



“-maq+gərək” forması (vacib şəklinin forması). Gələcək 

zaman mənasını ifadə edən bu forma “Kitab”ın dili üçün də səciy-

yəvidir: ilərü turmaq gərək – irəli durmaq lazımdır. “Çün böylə ol-

dı, həman ilərü turmaq gərək, bəg oğlı!”;  evərmax gərək – evlən-

dirmək lazımdır. “Oğıl, ya səni evarmaxmı gərək?” 

-sa

2

 + gərək forması (vacib şəklinin forması). Bu forma 

“Kitab”ın dilində daha intensivdir: olsa gərək. “...alacağı ala gözli 

qızıη otağı olsa gərək”. 

Bu nümunəklərdə “-maq+gərək” və “-sa

2

+gərək” forma-ları 



ilə həm də gələcək zaman mənasının ifadə edildiyi aydın şəkildə 

görünür. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilində vacib şəkli-

nin -malı

formasına rast gəlinmir. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə