Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə96/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   92   93   94   95   96   97   98   99   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

293

 

konkret desək, “dönq (Günəşin dönməsini (əyilməsini) ifadə edən 



“dön” felinin ilkin formalarından biri) →dünq→düq (keçmiş za-

manın ilkin forması) = -dı

4

  şühudi keçmiş zamanın tam sabitləş-



miş forması” kimi tezislər problemə tam yeni müstəvidə yanaşma-

ğı diktə edir. İlk olaraq qeyd edək ki, “dön//dünq→düq= -dı

4

” 

modelinin assosiativliyi “indiki və  gələcək zamanın qrammatik 



formaları da Günəş işığının hərəkət trayektoriyasına uyğun şəkildə 

yaradılıb” − fikrini reallaşdırır. Bu  mənada aşağıdakı arqumentlə-

rə diqqət yetirək:  

−  qədim türk abidələrinin dilində  işıq, parıltı anlamlı 

yarık//yaruk//yar, eyni zamanda işıldamaq, parlamaq, işıqlanmaq 

anlamlı “yaru” sözü işlənib. “Tan tanlardı udu yir  yarudı, udu kün 

toğdı... Dan söküldü, ardınca yer işıqlandı, ardınca gün doğdu”

1



Deməli, “yar” sözü Günəş işığı görünən an, vaxt mənasını da ifadə 

edə bilərdi. Qeyd edək ki, indiki zaman mənası Günəş işığının hə-

rəkət trayektoriyasına uyğun olaraq hər saniyə dəyişir: geridə qa-

lan hər saniyə keçmiş zaman olursa, irəlidə gözlənilən hər saniyə 

də indiki və gələcək zaman olmaqla növbələşir. Hər üç halda, da-

ha dəqiqi, hər üç zamanda meyar məhz Günəşin hərəkət trayek-

toriyası götürülə bilər. Bu mənada qədim türk dilindəki işıq, parıltı 

anlamlı “yar” sözünün qrammatik zaman funksiyasında çıxış edə 

bilməsi qədim türk düşüncəsi üçün məntiqli və  təbii hesab oluna 

bilər; 


− işıq, parıltı anlamlı “yar” leksemi ilə indiki və gələcək za-

man formaları fonetik tərkibcə çox yaxındır. Məsələn, Orxon-Ye-

nisey abidələrindəki -ır

(indiki zaman forması), -ar



2

 (qeyri-qəti 

gələcək zaman forması), “Kitab”ın dilindəki -ar, -ər, -ur, -ür (in-

diki və  gələcək zaman forması)  şəkilçiləri ilə “yar” sözü fonetik 

tərkibcə oxşardır. Türkiyə türkcəsində -yor, türkmən dilində -yar, -

yər şəklində işlənən indiki zaman formaları isə bütün parametrlə-

rinə görə “yar” leksemi ilə eyni xətdə birləşir; 

                                                            

1

 Ə.Rəcəbov, Y.Məmmədov. Orxon-Yenisey abidələri. Bakı, 1993, səh.192, 197. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

294

 

− qədim türk yazılı abidələrində, o cümlədən “Kitab”ın dilin-



də işlənmiş gələcək zaman məzmunlu “yarın” (sabah) isminin kök 

morfemi (yar) forma və semantikasına görə  həm “yar” leksemi, 

həm də indiki və gələcək zaman formaları (-ar

2

, -ır



4

, -yor, -yar, -

yər) eyni yuvaya daxil olur. Əlavə edək ki, “yarın” (sabah) sözü 

Türkiyə türkcəsində  ədəbi dil səviyyəsində eynilə mühafizə olu-

nur;  

− yuxarıdakı qeydlər -acaq



2

  gələcək zaman formasının eti-

moloji əsaslarına da işıq sala bilər. Fikrimizcə, -acaq

2

 forması za-



man məzmunlu iki morfemin (-a+çağ) sintezi əsasında yaranıb: 

bunlardan birincisi “yar” leksemi əsasında yaranmış    -ar

2

 (indiki 



və  gələcək zaman forması)  şəkilçisinin qısaldılmış forması (-a

2



kimi görünür. “Kitab”ın dilində  işlənmiş ölə (ölər), qala (qalar) 

forması da (“Yarınkı gün mən öləm, oğlım qala” – “Sabahkı gün 

mən ölərəm, oğlum qalar”) -acaq

2

 şəkilçisindəki “-a” elementinin 



“-ar”  şəkilçisinin qalığı olduğunu təsdiqləyir. Yeri gəlmişkən, bu 

barədə türkologiyada kifayət qədər bəhs olunub. Məsələn,  bu 

problemi Orxon-Yenisey  abidələri kontekstində araşdırmış Ə.Rə-

cəbli yazır: “Qədim türk yazılı abidələrinin dilində  felin indiki-

gələcək zamanı feil əsaslarına samitlə bitən feillərdə -a, -ə, saitlə 

bitən feillərdə -y şəkilçisini artırmaqla əmələ gəlir. İndiki-gələcək 

zamanda zaman şəkilçisindən sonra şəxs əvəzlikləri ilə eyni fone-

tik tərkibə şəxs şəkilçiləri artırılır; məsələn; ...iliηiz üçün kazğanu 

öz kuy yıta siz (Y28) ”eliniz üçün qazanaraq öz eviniz üçün ağla-

yırsınız”.  İniliη böri uça (Y28). “Kiçik qardaşım qurd uçar...”

1

.  


Yaxud “a” elementinin mənşəyi ilə bağlı fikirləri saf-çürük edən, 

eyni zamanda problemə tarixi-linqvistik prizmadan yanaşan K.Bə-

şirov göstərir: “...əksər dilçilər bu fikri dəstəkləyirlər  ki, “a” ele-

mentı indiki və ya qeyri-müəyyən gələcək zamanın şəkilçisi “-ar”-

dan samitin düşməsi ilə yaranmışdır. Bunu müasir türk dillərinin  

bir çoxunda “a” və “ar” elementlərinin indiki zaman funksiyasında  

paralel işlənməsi də sübut edir: baram-barırım (başqırd); barüma–

                                                            

1

 Ə.Rəcəbli. Qədim türk yazılı abidələrinin dili. I hissə, Bakı, 2006, səh. 562-563. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

295

 

barırma (qaraçay-balkar); kələsən-kələrsən (özbək) və s.”



1

; -acaq


2

  

şəkilçisindəki “caq” elementinin vaxt, zaman anlamlı “çağ” sözü 



əsasında yaranması da türkoloji ədəbiyyatda kifayət qədər əsaslan-

dırılıb. Bu mənada “yar (işıq)→ar→a+çağ(-caq

2

) = -acaq



2

” modeli 

real hesab oluna bilər. Daha asan qavranılsın, - deyə -acaq

2

 gələ-



cək zaman formasının mənşəyi ilə bağlı nisbətən sadə bir modeli 

də təqdim etməyi zəruri hesab edirik:  “yarın (sabah) + çağ  (vaxt,  

zaman) =  yar +çağ + - ar+çağ = -a

+ -caq



2

= -acaq


2

”. 


Yeri gəlmişkən, türkologiyada “çağ” sözünün sinkretik kö-

künə də münasibət bildirilib. Məsələn, B.Xəlilov yazır: “sa – sin-

kretik kökü “vaxt, zaman” mənasında da olmuşdur: sa = çak. Bu 

fakta görə deyə bilərik ki, “vaxt, zaman” mənalı “çağ” sözü ilə 

sinkretik sa – kökü arasında əlaqə vardır. sa~ça – (ça – k//çağ)

2

 ... 



Yekun olaraq qeyd edək ki, -acaq

2

  şəkilçisinin formalaşma 



və inkişaf tarixi də maraqlıdır. Müşahidələr göstərir ki, “Kitab”ın  

dilində -acaq

2

  şəkilçisi qəti gələcək zamanın qrammatik forması 



kimi yox, gələcək zaman məzmunlu feli sifət  şəkilçisi kimi iş-

lənib. Məsələn, “Bu yığılacaq evdə un yoq...”. Bu tip cümlələrdəki 

-acaq

2

  şəkilçisinə münasibət bildirən  Ə.Dəmirçizadə yazır: “Bu 



şəkilçi haqqında nə M.Kaşğari “Divan”ında, nə  də  İbn Mühənna 

lüğətində heç bir məlumat yoxdur. Bu şəkilçi, ola bilsin ki, son 

dövrlərdə törəmiş; buna görə  də bu şəkilçinin “Kitabi-Dədə 

Qorqud”da  hər hansı bir mənada işlənməsi, ümumən felin gələcək 

zaman  şəkilçisi olan “-acaq, -əcək” morfeminin tarixi nöqteyi-

nəzərindən də tədqiq edilməli bir faktdır”

3

.  


Türkoloji ədəbiyyatda indiki və gələcək zaman forması kimi 

“-r”  şəkilçi morfemindən də geniş  şəkildə  bəhs olunub. Burada 

bəzi izahları saf-çürük etmək lazım gəlir. İlk olaraq Ə.Dəmirçiza-

dənin fikirlərinə diqqət yetirək: “Buradakı cümlələrdən birincisin-

də (“Kitab”dan verilmiş cümlələr nəzərdə tutulur – Ə.T.) “uyu–r” 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı,2009,səh.141. 



2

 B.Xəlilov. Fellərin ilkin kökləri. Bakı, 1998, səh. 150. 

3

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.63. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə